Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   31   32   33   34   35   36   37   38   39
Xəyalə Murad - Görünməyən həqiqət

Səkkizinci fəsil 
Kabinetində tək qalan polkovnik-leytenant Məmmədzadə fikirli 
halda divana yaxınlaşdı. Havanın qaralmağına baxmayaraq evə getmək 
istəmirdi. Bilirdi ki, onu gözləyən yoxdur. İki həftədir ki, yoldaşı Qumru 
xanım uşaqlarla birlikdə yay tətilini keçirmək üçün gözəl rayonlardan 
birinə istirahətə gediblər. Bəzən Məmmədzadə özü də onların yanında 
olmaq istəyir, lakin bilir ki, qarşısındakı cinayəti mütləq açmalıdır. 
İstirahət etməyə isə hər zaman vaxt tapılar. Görəsən bu hadisəni belə 
qəlizləşdirən məqam nədir? Yəni qatil doğurdanmı inanırdı ki, bunun 
intihar olduğunu düşünəcəyik? Ya o ağ vərəqlər? Bunlar nə deməkdir axı? 
Vahid bəy Faiq bəyin qurbanı ola bilərdimi? Bəlkə də... Qatilə lazım 
olacaq nə vardı Vahid bəydə? Fabriki? Var dövləti? Yoxsa ölümü? Kim 
qazandı onun ölümündən? Qönçə sevimli atasını itirdi. Vəfa xanım sadiq 
yoldaşını-amma o Qönçəyə nisbətən soyuqqanlı görünürdü. Səyavuş ata 
bildiyi insanı itirsə də qazandığı da oldu. Belə çıxır ki, fabrikin idarəsi 
Səyavuşla Qönçəyə qalır. Bunu dəqiqləşdirmək lazım gələcək. Faiq bəy 
də qazanır. O da Vahid bəyi öldürərkən fabriki öz adına keçirəcək sənəd 
imzalatdıra bilərdi. Hansı ki, əlimizdə o vərəqdən yalnız həriflərinin izi 
qalıb. Başqa hansı sənəd ola bilərdi ki, Vahid bəy son nəfəsində yazıb 
imzalaya? Deyəsən iş getdikcə aydınlaşmağa başladı. Bəs onda tapılan 
ayaqqabı izi? Əyər o doğurdan da qatilindirsə belə çıxır ki, qatil qapıdan 
deyil hasardan aşaraq gəlmiş və getmişdir. Evə də kabinetin 
pəncərəsindən daxil ola bilərdi. Kabinetin birinci mərtəbədə olmasına 
baxmayaraq ev kürsülüdür. Elə buna görə də həmin otaqda eyvan da 
vardı. Çox güman ki, qatil məhz eyvandan daxil olaraq girmiş və oradan 
da çıxmışdır. Qatilə lazım olan təkcə Vahid bəyi öldürmək deyil, hətta 


sənədi onun öz əli ilə yazdırmaq, imzalatdırmaq idi. Səyavuş yalan 
danışana bənzəmir. Lakin fabrikdən rahat çıxıb Vahid bəyi öldürməyə də, 
geri qayıtmağa da kifayət qədər zamanı vardı. Onu görə biləcək kimsə 
yox idi.
Məmmədzadə cəld ayağa qalxıb masanın üzərindəki şəhər telefonuna əl 
atdı. Bir neçə rəqəmi daxil etdikdən sonra dinləməyə başladı.
-
Alo? 
-
Salam, Xatirə xanım! 
-
Salam, Asif məllim. Nə təərisiniz? Qumru xanım nə təəridir? 
-
Çox sağ olun yaxşıdılar. Sizlərə salam duası var. 
-
Sizlər sağ olun. Nə əcəb sizdən? 
-
Qədirə deyiləsi sözüm vardı. Gəldisə dəstəyi ona verin. 
-
Elə indi gəlib. Bir dəyqə....- ani olaraq eşidilən xışıltını Qədirin səsi 
pozdu. – Alo? 
-
Eyvazov sənə sözüm var. Diqqətlə qulaq as. 
-
Buyurun! 
-
Səhər tezdən iki nəfər polis işçisi ilə Faiq bəyin evinə gedirsən. Oğlunu 
və özünü təcili bura gətirirsən. Torpaq işini isə uzatma. Onları məni 
təhvil verər verməz gedib fabrikin torpaq ərazisindən analiz üçün 
nümunə alarsan. Mənə elə gəlir ki, ekspertlər qətl yerindən tapılmış 
torpaqla fabrikin ərazisindəki torpaqda uyğunluq tapacaq.
-
Sizcə qatil Səyavuşdur? 
-
Mən buna əmin deyiləm. Hələ ki, qarşıda Faiq bəyin ifadəsini almaq
durur. Deyəcəyim bu qədər. Sağ ol. 
-
Gecəniz xeyrə qalsın! 
Dəstəyi yerinə asıb, stulunu altına çəkdi. Bu an xatırladı ki, dostu Murad 
Muradlıya yazacağı məktubu yarımçıq halda qoyub.Onu davam etməli və 
tezliklə göndərməli idi. Masadakı noutbukunu yandırdı. Az bir zamanda açdığı 
pəncərədə nəhayət ki, yarımçıq məktubun tapdı. Əvvəldən oxumağa başladı: 
“Əziz dostum Murad! Necəsən? Son məktubunda yeni bağladığın cinayət 
işindən yazmısan. Çox maraqlı və qaranlıq məsələyə oxşadı. Ən sonda biləndə 
ki, qətli məhz erməni mənşəli oğulluğu törədib tamamilə təəccüblənmədim. Bu 
ermənilərin xislətinə uyğundur. Bunların təbiətində qəddarlıq, rəzillik, 
nankorluq həmişə özünü göstərəcək.
 
Yaxşı indi isə sənin suallarına cavab yazım. Dedin ki, son araşdırdığım 
cinayət işi ilə bağlı nə isə yazım. Baş üstə! Əvvəla ondan başlayıb ki, hadisə 
hələ bu səhər məlum olub. İlk görünüşdə intihar səhnəsinə bənzəyir. Lakin mən 
intihar olduğuna inanmıram. İş ondadır ki, ölən şəxs 50 yaşlı məşhur iş adamı 


Vahid Zamandır. Bağ evində iş masası arxasında üz üstə stol üstündə ölmüşdür. 
Sol əlində Revolver markalı odlu silah vardı. Sol gicgahdan aldığı güllə 
yarasından ölmüşdür. Masanın üzərində boş ağ vərəq və mərhumun sağ 
tərəfində vərəq üzərində qələm vardı. İş otağında ayaq altına salınmış xalçanın 
üzərində, dəqiq qeyd etsəm tam mərhumun sol tərəfində yerdən qum tapılmışdı. 
Hal hazırda isə ekspertizanın cavabını gözləyirəm.” –
məktubu oxuyan kimi son 
cümləsini ləğv etdi. Beləliklə, ardını yazmağa başladı. – 
Əziz dostum Murad! 
Ekspertizanın nəticəsinə əsasən məlum olmuşdur ki, Vahid bəyin sol əlində barıt 
izi aşkarlanmayıb. Qarşısındakı vərəq sayı əslində üç ya da artıq olubmuş. Bunu 
bizim aşkarladığımız üst vərəqdəki qələm izinin dərinliyi sübut edir. Orada məhz 
bu həriflərin izinə rast gəlinir:

M,s,a,m,l,n,F,o. Bir də ən dəqiq bilinən iz 
Vahid bəyin şəxsi imzasıdır. O ölümdən əvvəl nə isə vacib sənədə qol çəkib. 
Vahid bəy bağ evinə üç gün əvvəl gedibmiş. İki ay əvvəl Faiq adlı biznesmendən 
fabrik almışdı. Lakin Həmin sahibkar Fabriki geri istəmişdi. Vahid bəy də 
yeganə qızı olan Qönçəyə doğum günü hədiyyəsi olaraq fabriki verəcəkmiş. 
Faiq bəy oğlu Fuad ilə Vahid bəyin ölümündən üç gün əvvəl evinə gələrək hədə 
qorxu gəlmiş, fabriki iki günə geri satmağını tələb etmişdir. Bu mübahisə 
nəticəsində Vahid bəy dodağından zərbə də almışdır. Hadisə yerində həmin 
yaranın izinə rast gəlinmişdir. Vahid bəyin dodağı sağ tərəfdən azacıq 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə