Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   31   32   33   34   35   36   37   38   39
Xəyalə Murad - Görünməyən həqiqət

Onikinci fəsil 
Yayın sərin gecələrindən biri idi. Məmmədzadə qocaman tut ağacının 
altında əyləşmişdi. Təmiz dağ havasını ciyərlərinə çəkərək tətilin ləzzətini 
dadırdı. O bura iki həftə əvvəl qəfildən gəlməyi qərarlaşdırmışdı. Nədənsə ailəsi 
üçün yaman darıxmışdı. Kiçik oğlu Elcanın sabah 10 yaşı olacaqdı. Hər zaman 
olduğu kimi gün doğar doğmaz yuxudan ayılacaq, soyuducuda ad günü üçün 
hazırlanmış tortdan bir barmaq krem oğurlayaraq yeyəcək. Bununla 
kifayətlənmədən yatmış olan hər bir kəsi oyatmağa çalışacaq. Kimsə doğum 
günü hədiyyəsi verməsə küsəcəyi ilə hədələyəcək. Qızı Selcan isə hər zaman 
olduğu kimi qardaşını aldadaraq ona hədiyyə almadığını deyəcək.
Məmmədzadə ailəsini çox sevirdi. Bəzən işdən yorğun gəlsə də yoldaşının
övladlarının mehriban üzünə baxmaq kifayət edər ki, bütün günü yaşadığı əsəb 
və yorğunluqları unutsun. İki həftə əvvəl də hər zaman olduğu kimi əsəbi və 
yorğun idi. Ani qərar verərək kəndə ailəsinin yanına gəldi. Hikmətlə Qədirə isə 
artıq kənddə olanda zəng vurub müəyyən müddət olmayacağını bildirmişdi. 
Üzərində məşğul olduğu cinayət işini isə bağlamışdı. Qatil hər şeyi etiraf etdi. 
Səyavuş sərbəst buraxıldı. Qönçə isə atasını itirməsinə baxmayaraq həyatın 
davam etdiyini anlayırdı. Başa düşürdü ki, atası yalnız onun qəlbində yaşadıqca 
əbədi olaraq var olacaq. Onu Qönçə var olduqca yaşadacaqdı. Bir tərəfdən də iki 
həftə əvvəl aldığı sevincli xəbər onu lap göylərə qaldırmışdı. Çünki, Qönçə ana 
olmaqla yanaşı atasının və anasının ən böyük arzusunu gerçək edəcəkdi. Bundan 
böyük sevinc ola da bilməzdi. Səyavuş qardaşınındəstəyi ilə bir gecəlik həbsi 
unudub həytına davam etdi. Qönçə ilə doğulacaq balasını düşünməlkə Vahid 
bəyin yoxluğunu pərdələməyə çalışdı. Vəfa xanım hər zamankı soyuqluğunu 
qoruyaraq yenidən “Moda evi”nə döndü. Vahid bəyin bütün mirası Qönçəyə 
qaldı.
Faiq bəy isə cəmiyyətdən uzaq gəzməyə başlamışdı. Özü ilə tək qalanda 
düşünərdi: “Bütün günah məndədi. Axı mən ölmüş erməni balası ilə evlənəndə 


bilməliydim ki, ondan törəmə ondan artıq olmayacaq. Kül mənim başıma! Anası
xəyanət etdiyi az deyildi, bir də yetimçəsi xəyanət elədi. Zalımlar, nadanlar. Heç 
səni görməz olaydım Erna! Yerlə yeksan etdin bütün həyatımı. Bircə oğlum 
vardı yer üzündə. Vətənimdə vətənimin suyu ilə, havası ilə, torpağı ilə 
böyütdüm, amma nə faydası. Qan ki erməni qanıdı. Qanınız kəsilsin sizin elə, 
qanınız! Yox olasız yer üzündən necə ki yox iydiz..” Əlbəttə bu sözləri o özünə 
deyərdi. Onu kimsə eşitməzdi, eşidən də qulaq ardına vurub “başına hava gəlib” 
deyərək keçərdi. Yeganə oğlunun xəyanəti onu tamamilə əldən salmışdı. Fuadı 
varislikdən məhrum etmişdi. Sahib olduğu fabrik və tikinti firmasını isə 
satmışdı. Özü də uzaq rayonlardan birində sahib olduğu villasına köçərək 
ömrünün son anınadək orada yaşayacağına qərar vermişdi. Eyni ilə atası İsbala 
müəllim kimi... 
Fuad isə qətli necə törətdiyini sonradan ifadəsində qeyd etdi. Həmin gecə 
evində ziyafət verməsinə baxmayaraq tez-tez ürəyinin bulandığını bəhanə 
edərək məclisdən uzaqlaşırmış. Saat 11-ə 20 dəqiqə işləmiş bir neçə dəqiqəlik 
evindən uzaqlaşıb. Vahid Zamanın evindən 4 ev sonra yaşamağına baxmayaraq 
onunla cəmi bir dəfə rastlaşmışdı. Həmin gün atasının Vahid bəylə telefon 
danışıqlarını eşitmişdi. Bilirdi ki, Vahid bəy həmin evdə təkdir. Əgər ona nəsə 
olsaydı kimsə xəbər tutmazdı. Bunun üçün əlini cəld tutmalı idi. Evindən 
kimsənin gözünə görünmədən tələsik çıxaraq Vahid bəyin evinə yaxınlaşdı. 
Sahibi gözlənilmədən vurmaq üçün gərək hasarı aşardı. Belə də edir. Ətrafın 2 
saat əvvəl yağmış yay yağışı ilə palçıq olduğunu unudaraq hasarı aşır. İri 
addımlarla hansı pəncərənin açıq olduğunu axtarmağa başlayır. Çox keçmədən 
kürsülü villanın birinci mərtəbəsindəki eyvanın açıq olduğunu görür. Beləcə evə 
daxil olmağı bacarır. Vahid bəy həmin anlarda televizora baxırmış. Fuad özü ilə 
gətirdiyi qeydiyyatsız revolveri əlində bərk tutaraq Vahid bəyi öldürməklə 
hədələyir. Sonra qəfil fikrini dəyişir. Vahid bəydən şəxsi kabinetinə keçərək 
masa arxasında əyləşməsini tələb edir. O da elə həmin mərtəbədə özünə aid olan 
kabinetinə keçir. Masa arxasına əyləşərək Fuadın sonrakı göstərişini gözləyir. 
Bu zaman Fuad intihar “səhnəsi”-ni qurmağı planlaşdırır. Gicgahından vurulan 
güllə ilə öldürmək istəyir. Vahid bəy: 
-
Çox gözünü döymə. Vurmağa gəlmisənsə vur kişi kimi.
-
Tələsmə o da olacaq. – bu zaman Fuadın gözü Vahid bəyin 
qarşısındakı masadakı üç ədəd ağ vərəqə sataşır. – Qələm götür! 
Dediklərimi yaz! 
-
Nə yazım? – soruşan Vahid bəy masanın birinci çəkməcəsindən 
çoxdandır ki, istifadə etmədiyi qələmini götürdü.


-
Yaz ki, “Mən Vahid Zaman sahib olduğum tikinti fabrikini Fuad Faiq 
oğluna verilməsini vəsiyyət edirəm. Qızıma və yoldaşıma isə sahib 
olduğum hər bir şeyi vəsiyyət edirəm. İmza: Vahid Zaman.” – ani 
olaraq susduqdan sonra – İmzanı da çək! 
-
Elə bu? 
-
Bəli. Bu da sonun.
-
Sən nə əclaf insansan! Fabrik atanın olub. Onunla da halallaşmışam. 
Bilir ki, qızıma hədiyyə verəcəkdim.
-
Kəs səsini. Əclaf sənsən ki, gələcəkdə mənim sahib ola biləcəyim 
fabriki qızcığazına hədiyyə vermək istəyirsən.
-
Alçaq! Bəs atan? Onun sənin tutduğun işdən xəbəri olarsa nə deyəcək? 
-
Heç nə! Heç nə deməyəcək. Desə də sonradan başa düşəcək. Çünki 
onsuz da fabrik mənim olacaqdı. Ya 10 il sonra. Ya da indi. Yəni səni 
öldürəndən sonra. 
-
Vur! Vur deyirəm sənə axmaq! Əlindən heç nə gəlmir. Kişisənsə vur!
Bu zaman güllə açıldı. Fuad əlində əsə-əsə tutduğu revolveri ilə Vahid 
zamanın sol gicgahından vurdu. Sonra heç nə olmamış kimi cibindən yaylıq 
çıxardaraq silahın üzərindən əl izlərini silməyə başladı. İzlərini tamamilə 
sildiyindən əmin olandan sonra silahı Vahid bəyin əlinə qoyaraq. Masa 
üzərindəki ağ vərəqlərdən yazılı olanını götürüb cibinə qoydu. Burada olduğunu 
kimsə anlamasın deyə elə gəldiyi yolla da geri qayıtdı.
Evində verdiyi ziyafət başa çatdıqdan sonra anladı ki, Vahid bəyi çox tez 
öldürməkdə səhv edib. Gərək ona intihar etdiyi barədə etiraf məktubu 
yazdırardı. Lakin tezliklə özü özlüyündə hərəkətinə bəraət qazandırdı. Bu isə 
uzun çəkmədi. Tezliklə həbs olundu. Atasının varisliyindən də, məhrum olundu. 
Üstəlik övladlarının gələcəyini də ləkələdi. Onları cəmiyyət içindən 
uzaqlaşdırdı.
-
Ata! Ata! 
-
Burdayam Elcan. – qəfil fikirdən ayılan Məmmədzadə oğlunu səslədi.
-
Ata, qorxulu yuxu gördüm.
-
Nə gördün? 
-
Gördüm ki, maşınlar surətlə üstümə gəlir. Sürücülərin heç birini görə 
bilmirəm. Mən də dayanmadan qaçıram. Çox yoruluram. – sanki 
həqiqətən qaçırmış kimi göstərən Elcan atasını qucaqladı.
-
Yaxşı. Qorxma! Sən axı kişisən. Gedək sən yerinə uzan. – 
Məmmədzadə sevimli oğlunun başını sığallayıb evə getdi. 
Bir neçə dəqiqə sonra yenidən həyətə çıxdı. Yayın istisi gecə də olsa öz 
təsirini göstərirdi. Bunun üçün yuyunmağa getdi. Gecə 2-yə on dəqiqə işləyirdi. 
Məmmədzadə evə daxil olub yatağına uzandı.


Yarım saat keçməmiş cib telefonundan gələn zəngə oyandı. Xəttin digər 
tərəfində Qədir Eyvazov idi: 
-
Axşamınız xeyir! 
-
Hər vaxtın xeyir! Nəsə olub? 
-
Çox pis xəbərim var. Təəssüflər olsun ki, istirahətinizi yarımçıq 
qoyacaqsız. 
-
Mən isə Elcanın doğum günündə iştirak edə bilməyəcəyimə 
təəssüflənirəm. Buyur eşidirəm. 
-
Şəhərdən bir qədər aralıda qəza nəticəsində körpüdən düşmüş taksi 
alışıb yanıb. İçində sürücüdən başqa sərnişin də olub. Sürücü sağdır. 
Sərnişin isə yanıb.
-
Necə? – təəccüblənmiş Məmmədzadə qəfil qışqırdı. Əllərini alnında 
ovuşdurub yenidən danışmağa başladı. – Qədir, sürücünü içəri sal. 
Özüm də tezdən yola çıxaram. Görüşənədək.
SON 2007-2010. 
 “Hər bir həqiqətdə bir yalan, hər bir yalanda bir həqiqət vardır.” 
Helbert.









Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə