Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   31   32   33   34   35   36   37   38   39
Xəyalə Murad - Görünməyən həqiqət

Asif, salam! Necəsən?
Sənin göndərdiyin məktubu dönə-dönə oxudum. Nəhayət qəti fikrə gəlib cavab 
yazıram. Özümü sizlərin yanında təsəvvür etdim. Bilmirəm Faiq bəyin ifadəsi 
necə olacaq. Ancaq onu deyə bilərəm ki, bu qətl yalnız onun fabrikinə görə ola 
bilərdi. Sən meyiti təsvir edərkən dedin ki, sol əlində Revolver vardı. Qələm isə 
sağ əli tərəfdə masa üzərində imiş. Belə çıxır ki, qatil Vahid bəyə sənəd 
imzaladıb. Bu an hələ qələm sahibinin əlində ikən sol tərəfdən gicgahına vurub 
öldürüb. Qələm əlindən masaya düşüb. Qatil solaxay olduğundan düşünməyib 
ki, Vahid bəy əsasən sağ əlini işlədir. Beləcə silahı Vahid bəyin sol əlinə verib.
 
Qısaca bir söz deyə bilərəm qatil solaxaydır. Və əyər Vahid bəyin 
dodağındakı çapıqla qətl hadisəsini müqayisə etsək, əmin ola bilərik ki, Vahid 
bəyin dodağını vurub partladan elə qatilin özüdür. 
 Vacib sənəd isə: hərflərə diqqətlə baxanda orada bəzi sözlərin əvvəlinci 
hərfini oxumaq olur. Məsələn: M,s,a,m,l,n,F,o. 
M= “Mən” sözü ola bilər; Digər həriflərə bənzər bir neçə söz ola bilər: “s” = 
sahib, vəsiyyət və. s; “m,l” daha çox mülk, mülkiyyət sözlərinə işarə ola bilər.
Lakin böyük “F” hərfi ya Faiq bəyin adına ya da Fuad adına işarə ola bilərdi.
 
İşinə azacıq da olsa köməyim dəydisə çox sevinərəm. Hələlik!” 
Məktubu bitirər bitirməz Faiq bəyə ciddi nəzərlərlə baxdı. Ayağa qalxıb 
Faiq bəyə yaxınlaşdı: 
-
Dediniz ki, Fuad vurub Vahid bəyi? 
-
Necə bəyəm? 
-
Hədə qorxu gəldiyin gecə Fuad vurub Vahid bəyi? 
-
Həri! Amma məni müdafiə məqsədi ilə. 
-
Fuad hardadır? 
-
Aşağıda maşında. Dedim ifadə verib gəlirəm. Məni gözləyir. 
-
Qədir, düş aşağı. Fuadı bura gətir!


-
Oldu! – Mayor Eyvazov kabinetdən sürətlə çıxdı.
-
Deməli, avqustunun 4-ü 10-11 arası oğlunuzun evində olmusuz? – 
Məmmədzadə üzünə təəccüblə baxan Faiq bəydən soruşdu. 
-
Bəli. Niyə bir də soruşursuz? 
-
Neçə dəfə lazım gəlsə soruşacağıq. Oğlunuz bütün gecəni yanınızda 
olub? 
-
Əlbəttə. Onun qonaqları vardı. Camaatı qoyub heç yerə gedə bilməzdi.
-
Bəlkə dəqiq düşünəsiz? Məclis saat neçədə dağıldı? 
-
Gecə Saat 12-yə qalırdı. Hər kəs evinə getdi.
-
Demək o vaxta qədər Fuad bəy yanınızda olub? - Paşazadə polkovnik-
leytenantın nəyi dəqiqləşdirmək istədiyini anlayaraq soruşdu.
-
Bütün gecəni mənim yanımda dayanası deyildi ki? Arada başqa 
qonaqlarla da salamlaşırdı. Ayaq yoluna da gedirdi. O gecə bərk 
soyuqlamışdı. Yaman qaytarırdı.
-
Qaytardanda yanında kim olurdu? 
-
Heç kəs. Kimin tox mədəsi o səhnəni götürərdi ki? 
-
Məclis keçirilən ev hardadı? – Məmmədzadə sözü dəyişdi. 
-
Sahil bağında. Oğluma o evi mən almışam. –fərəhlə əlini sinəsinə 
qoydu. 
Bu zaman qapı döyülərək açıldı. Qədir yanında gətirdiyi enli kürək üzü 
təmiz qırxılmış sadə idman geyimində uca boylu 25-30 yaş arası şəxsə oturmaq 
üçün yer göstərdi. Bu Faiq bəyin yeganə oğlu Fuad idi. Məmmədzadə qarşısında 
əyləşmiş gəncə diqqətlə baxaraq: 
-
Özünüzü təqdim edin. 
-
İsayev Fuad Faiq oğlu. İdman klubunun sahibiyəm.
-
Kifayətdir. – Məmmədzadə qəfil dilləndi. – Sizin avqust ayının 4-ü
axşam saat 10-11 arası harda və nə işlə məşğul idiz? 
-
Həmin günü oğlumun ad günü idi. Evimdə qonaqlarımın yanında idim. 
-
Məclis neçədə dağıldı? 
-
Gecə 12 olardı.
-
Vahid Zamanı tanıyırsınız? - polkovnik-leytenant davam etdi. 
-
Şəxsən yox. Amma bir dəfə atamla onlara gedəndə görüşmüşəm. 
-
Daha doğrusu yumruqla vurub dodağını partladanda. – Paşazadə 
yerindən dilləndi.
-
Atamla mübahisə edirdilər. Cumdu onu vursun. Mən də kənarda 
dayanıb gözləməli deyildim ki, buyur vur sənə qurbandır. Atama hələ 
kimsə mənim gözlərim önündə əl qaldırmayıb. Qaldıra da bilməz.
-
Nə qoçaq oğlansan ə-ə-ə! – Məmmədzadə ayağa qalxıb Fuadın 
yanından keçdi. Bu zaman bayaqdan əlində oynatdığı qələmini qəsdən 
yerə atdı. Məqsədi Fuadın qələmi hansı əli ilə qaldıracağını 
yoxlamaqdır. 


-
Qələminiz düşdü. – Fuad əyilərək sol əli ilə yerə düşmüş qələmi 
qaldırdı.
-
Bərəkallah, həm də cəld adamsan. – Məmmədzadə ona doğru uzanmış 
sol əli qələmi götürmədən bərk sıxdı. 
-
Siz nə edirsiz? – təəccüblənə Fuad Məmmədzadənin gözləri içinə 
baxdı.
-
Sən solaxaysan? 
-
Həri. Dedim axı körpəlikdən elədir. – yerindən sıçrayan Faiq bəy 
təbəssümlə dilləndi. 
-
Siz qarışmayın. – Məmmədzadə hələ də sol əlini tutduğu Fuadın 
gözləri içinə baxırdı.
-
Bəlkə qolumu buraxasız? 
-
Buyur! İndi buraxdım. Lakin bir neçə dəqiqədən sonra uzun müddətlik 
tutacam. – Məmmədzadə qarşısında əyləşmiş güclü adama diqqətlə 
baxaraq əlini onun biləyindən çəkdi. - Ayaqqabı ölçün neçədir? 
-
46. Nolub ki? Sozünüzün canını deyin. Vaxtım yoxdur. Məşqim var. – 
Əsəbi halda ayağa qalxan Fuad dilləndi. 
-
Qorxma çox çəkməyəcək. Sadəcə o gecə qaytarmaq bəhanəsi ilə 
haraya getdiyini boynuna alsan daha da tez bitirərik.
-
Nə demək istəyirsiz? 
-
Onu demək istəyirəm ki, sən avqust ayının 4-ü axşam saat 10-11 arası 
Vahid bəyin şəxsi bağ evinə hasardan aşaraq daxil olmusan. Vahid 
bəyin kabinetindəki eyvanın açıq olmağından istifadə edərək. Evə 
daxil olmusan. Mərhumun qarşısına gözlənilməz anda çıxaraq, əlində 
gətirdiyin revolver markalı odlu silahla hədələmisən. İş otağına salaraq 
orada vacib sənəd imzalatdırmısan. İmzanı alan kimi soldan sol əlində 
tutduğun silahla yaxın məsafədən gicgahından atəş açaraq öldürmüsən. 
Burada buraxdığın bir səhv vardı ki, onu bu bir neçə gündə aşkar 
etməmişdik. Sən Vahid Zamanın solaxay olmadığını unutmusan. 
Bundan da əlavə hasardan aşarkən palçıq üzərində ayaqqabı izinin 
qalacağına əhəmiyyət verməmisən.
Polkovnik-leytenant Məmmədzadənin təsvir etdiyi ölüm səhnəsini 
eşitmək Fuada heç də asan olmadı. Sanki həmin gecəni yenidən yaşayırdı. 
Başını iki əlinin arasına qoyaraq qışqırmağa başladı: 
-
Siz heç nə bilmirsiz. O mənim varis olduğum fabrikə yiyə çıxıb. Geri 
satmamağı cəhənnəmə qalsın, hələ üstəlik öz qızına da hədiyyə vermək 
istəyirdi. Nə etməli idim? Get ver. Fabrik zad istəmirəm deməli idim? 
Əcəb eləmişəm. Lazım olsaydı yenə öldürərdim. Fabrik mənimdi. 
Eşidirsiz? Mənim! 
-
Ə-ə-ə, sən özünü nə hesab edirsən? Fabrikin sahibi o özü idi. Nə 
edəcəyinə də qərar o verməli idi. Sən isə bu qədər axmaqlıq eləmisən. 
– Bayaqdan eşitdiklərinə inana bilməyən Faiq bəy özünü saxlaya 


bilmədi. – Axmaqsan! Axmaq! Sən adında oğlum yoxdur mənim. 
Rədd ol gözüm görməsin səni! 
-
Susun!- Məmmədzadə əsəbi halda yerinə keçdi.- aparın bunu.
Paşazadə belindəki qandalları Fuadın qollarına salaraq kabinetdən 
çıxartdı. Polkovnik-leytenantın dilxor olduğunu anlayan Qədir də kabineti tərk 
etdi.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə