Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   31   32   33   34   35   36   37   38   39
Xəyalə Murad - Görünməyən həqiqət

 
On birinci fəsil 
Səhərin nə zaman açıldığının fərqinə varmayan Məmmədzadə gecəni 
divanda yatıb qalmışdı. O qədər dərin yatmışdı ki, kabinetinə daxil olub 
sənədləri masa üzərinə qoyan Qədiri belə görməmişdi. Qədir də istəməzdi ki, 
şirin yuxu ilə yatan rəisini cinayət işinə aid sənədə görə oyatsın. Odur ki, 
sənədləri sakitcə masa üzərinə qoyub getmişdi. Polkovnik-leytenant ayıldıqda 
isə artıq günorta saat 12 idi. Çox yatmışdı. Lakin gecə də gec yatmışdı. Demək 
olar səhərə kimi düşünmüşdü. Ayağa qalxıb küncdəki otağın qapısını açdı. Əl -
üzünü yuyub dəsmalla qurulandı. Sonra yenidən iş otağına qayıdıb, şəxsi 
stulunda əyləşdi. Qədirin qoyduğu qovluğu diqqətlə nəzərdən keçirib masa 
üzərindəki müvafiq düyməni basdı: 
-
Mayor Paşazadə və mayor Eyvazovu yanıma çağırın! 
-
Baş üstə! – Leytenant Nəsirovun səsi eşidildi. 
Bir dəqiqə sonra qabı döyülərək açıldı. 
-
Sabahınız xeyir olsun yoldaş Məmmədzadə! – hər ikisi birlikdə 
salamlaşdılar.
-
Sabahınız xeyir. Qədir, qoçaq adammışan, maşallah! 
-
Sizin kimi rəisi olan işçi qoçaq olmayıb nə etməlidir? 
-
Yaxşı. Əhsən sənə. Demək tezdən fabrikə gedərək analiz üçün torpaq 
götürüb, ekspertizaya təhvil vermisən.
-
Üstəlik ekspertizanın rəyini və tapşırdığınız kimi Faiq bəyi də oğlu ilə 
gətirib. – Paşazadə fərəhlə dilləndi. 
-
Vallah qızıl oğlansan. – yarı gerçək, yarı istehzalı danışan polkovnik-
leytenant ayağa qalxıb pəncərə önündə dayandı. Eyvazova baxaraq 
dedi– Ekspertlərin rəyini oxu.
-
Baş üstə! - qovluğu əlinə alıb stulda əyləşdi. Burada qeyd olunur ki, 
həqiqətən də torpaq nümunələri arasında 99% oxşarlıq var. Bu o 
deməkdir ki, cinayət törədilmiş yerdən tapılmış torpaq qalığı ilə həm 
fabrikdən mənim nümunə olaraq verdiyim torpaq parçası, həm də 


Səyavuş bəyin ayaqqabısının altından alınmış torpaq nümunəsi ilə 
eynilik təşkil edir. Lakin hadisə yerindən tapılmış ayaqqabı izi ilə 
Səyavuş bəyin ayaqqabısının izi eyni deyil. Səyavuş bəyin ayaqqabısı 
həm də pəncəsiz olmağı ilə həmin ayaqqabı izindən fərqlənir. Həmin 
gün Səyacuş ayrı ayaqqabıd olsaydı da yenə də tapılan ayaqqabı izi ilə 
eyni olmayacaqdı. Qeyd etdiyim kimi, qatilin ayağı 46 ölçülü olmaqla 
yanaşı həm də pəncəlidir. Səyavuşun isə ayağı pəncəsizdir.
-
Dayan! – polkovnik-leytenant qəfildən Eyvazovun nitqini yarımçıq 
qoydu. – Belə çıxır ki, həmin gecə Səyavuş orada olmayıb? 
-
Görünür ki, elədir. 
-
Bəs onda xalça üzərindən tapılan torpaq qalığı? O ki, Səyavuşun 
ayaqqabısındakı torpaqla, üstəlik fabrikin torpağı ilə eynidir.
-
Yoldaş polkovnik-leytenant mənə elə gəlir ki, Səyavuş burada 
günahsızdır. Torpaq xalça üzərinə Vahid bəylə ölümündən 3-4 gün 
əvvəl həmin kabinetdə keçirdiyi söhbət zamanı da düşə bilərdi. – 
Mayor Paşazadə dedi. 
-
Bildiyinizə görə xadimə həmin evə həftədə yalnız bir dəfə baş çəkir.
Bu isə o deməkdir ki, Səyavuşla Vahid bəyin məhz həmin kabinetdə
görüşləri olmuşdu. Ya görüşündən sonra xadimə orada olmayıb, ya da 
xadimə həmin həftəni işə gəlməyib.
-
Bu dəfə gərək özüm xadiməni danışdırım. Unutmayın, Qüsursuz 
cinayət yoxdur. Qatil mütləq nədəsə səhv edir. Bizim işimizdə isə o 
ayaqqabı izini səhv olaraq buraxıb. Daha bir neçə bu növ səhvlər aşkar 
etsək bir o qədər tez qatili həbs edərik.
-
Sizinlə tamamilə razıyıq Asif müəllim. Bu arada onu da deyim ki, 
xadiməni xəstəxanadan vaxtından əvvəl buraxıblar.
-
Lap yaxşı xadimə nahardan sonra burda olsun. O zamanadək Faiq 
bəyin ifadəsini alaq.
Eyvazov cəld dəhlizə çıxdı. Məmmədzadə yenidən pəncərə önünə keçdi. 
Hikmət isə qovluqdakı sənədləri daha da dərindən oxuyur, nəyisə beynində 
götür qoy edirdi. Bu an Qədir alçaq boy, dolu bədənli, qara saçı ağ saçları 
arasından güclə seçilən, çənəsində və burnunun altında seyrək saqqalı olan, 
bahalı kostyum geyinmiş şəxslə otağa daxil oldu. Qədir əli ilə həmin şəxsi işarə 
edib: 
-
Cənab polkovnik-leytenant sizə Faiq bəyi təqdim edirəm.
-
Keçin əyləşin! – Məmmədzadə qarşısında dayanmış boynu yoğun 
kişiyə stulda yer göstərdi. Özü də onunla üz -üzə əyləşdi. – Özünüzü 
təqdim edin! 
-
Faiq bəy İsabala oğlu İsayev. 1956-cı il təvəllüdüyəm. Bir oğlum, üç 
qızım, iki nəvəm var. – mehribancasına dilləndi. 


-
Kifayətdir. – polkovnik-leytenant əlini yuxarı qaldırıb – Deyin görək 
Vahid Zaman adlı iş adamını tanıyırdızmı? 
-
O nə sözdür. Heç Vahid bəyi tanımamaq olar? O mənim yaxın 
dostumdur. Mehriban adam idi.
-
Siz onun öldüyü barədə bilirsiz? 
-
Bəli. Bu gün evində yas verilirdi. Orda eşitdim ki, Səyavuşu 
buraxmamısız. Dünəndən buradadı. Onun bu işdə əli var bəyəm? 
-
Orası bizim işimizdir. Siz yalnız verilən suallara cavab verin. 
Xatırladaq ki, verəcəyiniz yalnış ifadəyə görə məsuliyyətə cəlb oluna 
bilərsiniz.
-
Bəli, bəli. Bu barədə artıq məlumatım var. Siz deyin görək məni bura 
nöşün çağırmısız? 
-
Siz avqust ayının 4-ü axşam 10-11 arası harda nə işlə məşğul idiz? - 
Məmmədzadə masa üzərindən qələmi əlinə alıb oynatmağa başladı.
-
Bircə deməyin ki, məndən şübhə edirsiniz. Bu ki, axmaqlıqdır. – 
ürəkdən güldü. 
-
Burada gülməli heç bir şey yoxdur - polkovnik-leytenant əsəbi halda 
dilləndi.
-
Üzür istəyirəm. Lakin gülməkdən başqa bir şey bacarmıram. O ki, qala 
adam öldürməyə. Biz ki, onunla dost idik. 
-
Hansı dost? Hansı dost soruşuram? – Paşazadə ayağa qalxıb qışqırdı. – 
Dost dosta hədə gələr ki, iki günə fabriki geri satmasan səni 
öldürəcəyəm? Buna dostluq deyirsiz? 
-
Onu kim deyir? Mən ölümlə heç kəsi hədələməmişəm.
-
Vəfa xanım ifadəsində belə qeyd edib. Üstəlik Vahid bəyə yumuruq da 
vurmusuz. Dodağı sağ tərəfdən partlamışdı. – Məmmədzadə səbrini 
boğaraq dedi. 
-
Bilirsiz, mən o gecə oğlumun evində idim. Nəvəmin ad günü idi. – 
mehriban görkəmindən əsər əlamət qalmadı. - Qonaqlıq verirdik. Bir 
çox insanlar, yeri gəlsə hamısı mənim şahidim ola bilərlər. O ki, qaldı 
ölümlə hədələməyə bunu demişəm. Amma sadəcə hədə idi. Mən indiyə 
kimi cinayətə cəlb olunmamışam. Kiməsə ziyanım, zərərim dəyməyib.
-
Necə dəyməyib? Bəs Vahid bəyin dodağını vurub partlatmaq zərər 
yetirmək deyilmi? - Eyvazov yerindən sıçradı. 
-
Düzdür. Razıyam. Amma o zərbəni mən yox, oğlum Fuad vurub. 
Cavanlıqdır da. Qan vurub təpəsinə. Amma yaxşı oğuldur. Kimsəni 
qoymaz mənə artıq hərəkət eləsin. O gecə bizim mübahisəmizdə 
anladı ki, mən haqlıyam vurub itələdi. Vahid də pələng kimi cumdu 
üstümə. Fuad yumruqla vurub dodağını partlatdı. Bu sadəcə məni 
müdafiə üçün idi. Əyər buna görə Fuadı ya məni həbs etmək 
lazımdırsa buyurun. Qanun naminə nə lazımdırsa edin.


 Bu zaman qapı döyüldü. Vahid bəyin xadiməsi ifadə vermək üçün gətirilmişdi. 
Asif Məmmədazadə Faiq bəyə kənardakı stulda oturmağı tapşdırdı. Xadimə işəri 
daxil olub göstərilən yerdə əyləşdi. 
-
Özünüzü təqdim edin. 
-
Əhmədova Fəxriyə Ağabala qızı. 
-
Vahid bəyi ən son harda və necə görmüsüz? 
-
Ölü görmüşəm. Yadıma düşdükcə bədənim əsir. O boyda adam olasan 
bir gündə yox olasan. Bilirsiz necə yaxşı adam idi...Ehh hardan biləsiz 
ki, onun necə insan olduğunu bir mən bilirəm. 
-
Niyə siz?- Qədir soruşdu. 
-
Ay oğul, o kimlərə kömək etməyib ki. Mən də onlardan biri. Əlil qızım 
var onu yetimçiliklə böyüdürəm. Özünü idarə edə bilmir. Evdə bacım 
baxır mən də iş axtarırdım. Çox əlləşdim amma işə alan olmurdu. 
Axırda məcbur olub əl açdıb diləndim. Elə tamamilə təsadüfən Allah 
mənimq arşıma çıxardı Vahid bəyi. Qızıl adamdı. Vallah. Məni bağ 
evində xadiməliyə götürdü. Maaşımı da vaxtı vaxtında verirdi. Hətta 
bəzən arada da bayramda filan pul verərdi. Ya bazarlığımı edərdi. Ehh 
hanı o insan, hanı? İndi onun kimisi varmı yer üzündə? Çox çətin 
çox... 
-
Fəxriyə xanım, siz deyin görək ən son o kabineti ümumiyyətlə evi nə 
zaman təmizləmişdiz? 
-
Ay oğul xatırlamıram ki, amma ölməyindən xeylaq qabaq 
yığışdırmışdım. Hətta Vahid bəyə zəng edib dedim ki, gələn dəfə gec 
gələcəm. Qızım xəstələnmişdi onun dərmanları da ki, Allah 
göstərməsin od qiymətinədi. Sağolsun Vahid bəy mənə həmin günü 
işçisinin əli ilə pul yetirmişdi. O qədər ağlamışdım ki, o gecə. Nə gözəl 
insandır deyə. Yaman dağ basdı sinəmə onun ölümü. Meydini 
görəndən özümə gələ bilmirəm. Özümə bir böyük qardaş sanırdım onu. 
Allah rəhmət etsin. 
-
Yaxşı siz ifadənizi imzalyıb gedin. Lazım olsa əlaqə saxlayarıq. 
Xadimə kabineti tərk etdikdən sonra, kənarda oturub gözünün yaşını silən Faiq 
bəyi yenidən stula dəvət etdilər. Az əvvəl xadimənin dediklərindən 
təsirlənmişdi. Məmmədzadə suala davam etdi: 
-
Həmin gecədən sonra Vahid bəylə görüşmüsüz? 
-
Yox. Görüşməmişəm. Amma telefonla əlaqə saxlamışıq. Avqustun 3-ü 
səhər zəng etmişdi. 
-
O zəng etmişdi? 
-
Həri. Dedi ki, Qönçənin ad gününə fabriki hədiyyə eləmək istəyir. 
Buna görə də satmaq istəmir. Halalıq istədi. Mən də Qönçəni öz balam 
kimi çox istiyirəm. – Faiq bəy əllərini havada yellədərək danışırdı.
Bu zaman Məmmədzadə əsəbi halda noutbukunda elektron poçtunu açdı. 
Ümid edirdi ki, polkovnik-leytenant Murad Muradlı məktubuna cavab 
yazmışdır. Beləcə bəzi qaranlıq qalmış məsələlərin həllini tapmaqda dostunun 


köməyi ola bilər. Kodu daxil edər etməz ünvanına göndərilmiş məktubları 
gözdən keçirməyə başladı. Nəhayət polkovnik-leytenant Muradlının bu səhər 8 
də göndərdiyi məktubu gördü. Üzərindən bir dəfə basaraq açdı. Faiq bəy isə hələ 
də danışırdı: 
-
Dedim ki, ver. Halal xoşu olsun. O gündən danışmadıq. Beləcə mən də 
fabrikdən əlimi üzdüm.
Məmmədzadə artıq ürəyində dostunun məktubunu oxuyurdu: 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə