Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam


“Açılmayan düyünlər” (dedektiv-povest)



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   2   3   4   5   6   7   8   9   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

“Açılmayan düyünlər” (dedektiv-povest) 
 
Birinci fəsil 
Payız gecələrindən biri idi. Narın yağış yağır, sərin külək əsirdi. Ağaclardan 
solmuş yarpaqlar titrəyə-titrəyə yerə düşürdü. Mən isə hər zaman olduğu kimi 
işdən evə qayıdırdım. Yorğun olsam da, azacıq gəzişməyi çox sevərdim. Ona 
görə də hər gecə olmasa da, ən azı həftədə iki dəfə işdən sonra bu cür 
gəzintilərə çıxardım. Ayın dəniz üzərindəki mənzərəsi məni heyran edirdi. Sanki 
bu mənzərə bütün yorğunluğumu özünə çəkirdi. Dincəlirdim... 
İş azlığından bu dəfə bir o qədər də yorğun deyildim. Ona görə də dənizə 
baxmağa getmədim. Yolumu parkdan salıb bir skamyada oturdum. Mən şəhər 
polis idarəsinin cinayət axtarış bölməsində müstəntiq işləyirəm. Şəhər sakit 
olduğundan cinayətlər çox az-az baş verərdi. Ən böyük cinayət oğurluq olardı. O 
isə uzağı iki həftəyə aşkar olunardı. Bunun səbəbi bizim rəisin tədbirləri idi. O 
bu vəzifəyə gəldiyi gündən cinayət aləmi zəifləmiş, demək olar ki, qismən məhv 
olmuşdu. Bu düşüncələrlə çox islanmadan evə gəldim. Elə yenicə girmişdim ki, 
işıqlar söndü. Cib alışqanımla yoluma işıq salıb, mətbəxə keçdim. Pəncərə 
kənarındakı çırağı yandırdım. Bizim binada bu saatlarda işıqlar sönməzdi. 
Demək xəbərlərə baxa bilməyəcəkdim. Odur ki, bir başa yatağıma uzandım.


Səhərə yaxın bir qadın qışqırığına ayıldım. Kim idi? Niyə qışqırırdı? Ayağa 
qalxıb pəncərəyə yaxınlaşdım. Küçənin başında bir neçə qadın və kişi vardı. 
Qonşuluğumda yaşadıqlarından əksəriyyətini tanıyırdım. Bu vaxtlar işə 
gedərdilər. Hava hələ tam açılmamışdı. Tez əynimi geyinib, küçənin başına 
yollandım. Yaxınlaşanda isə bədəni al qan içində yerə sərilmiş qonşum Cavad
yanında isə atası Fərhad kişini gördüm. Təcili yardım çağırtdırıb Fərhad kişini 
xəstəxanaya yolladıq. Cavad isə artıq ölmüşdü. Ətrafına toplaşmış hər bir kəsi 
dindirmək, burada nə baş verdiyi barədə daha dəqiq məlumat almağa çalışdım. 
Hamsı qonşularım idi. Lakin salam-sağ oldan başqa bir kəlmə kəsməmişdim. 
Küçəyə qara maşında rəisim polovnik-leytenant Məmmədzadə və 
prokurorluqdan nümayəndə olaraq baş müstəntiq Həsənov gəldi. Onun qəzəbli 
baxışları, insanın içinə od salırdı. Orta boylu, qara qalın bığlı, dolu biri idi. Asta 
addımlarla hadisə baş vermiş tərəfə yaxınlaşdı. Məni görüb təəccüblə: 
-
Mayor Eyvazov, sən də buradasan? Əhsən. Cəld adamışsan.
Baş müstəntiq Həsənov: 
-
Nə baş verib? - deyərək yerdəki cəsədi göstərdi.
-
Sabahınız xeyir! Mən elə bu binada yaşayıram. Səsə ayıldım. 
Gəldiyimdə isə .... Hadisə yarım saat əvvəl yəni 7-də baş verib. Özü də 
hər kəsin işə tələsdiyi bir vaxtda. Hər kəsin gözü önündə cavan oğlan 
öldürülüb. Atası isə xəstəxanaya yerləşdirildi. Vəziyyəti ağır idi.
-
Aha.. demək belə!? –ani sükutdan sonra Məmmədzadə soruşdu 
-
Cinayət nə ilə işlənib?
-
Bıçaqla.
Elə bu vaxt digər polis maşınları hadisə yerinə gəldilər. Bizim yaxın 
yoldaşlardan tibbi ekspertizada öz dəqiq diaqnozları ilə məşhur olan Cəfər 
Cəfərli də hadisə yerinə gəldi. Çox keçmədən işinə başladı. 
-
Demək 4 ədəd qarın nahiyəsindən vurulan zərbə nəticəsində elə 
yerindəcə keçinmişdir. Qatil amansızcasına ara vermədən zərbələri 
endirmişdir. Yaraların dərin olduğunu güman edirəm. Daha dəqiq 
məlumatı tibbi baxışdan sonra bildirəcəyəm. 
-
Yoldaş Məmmədzadə bu cinayət işini sizə tapşırıram. Tezliklə 
cinayətkarı tutub ədalətə təhvil verməyinizi tələb edirəm.
Baş müstəntiq Həsənov əmrini verib hadisə yerini tərk etdi. Asif Məmmədzadə 
öz cinayət axtarış qrupunu başına toplayıb ilkin göstərişlərni verdi: 


-
Heç kəsi nəzərdən buraxmadan ifadələrini alın. Bir başa idarəyə gəlin. 
Buradakı işiniz bitən kimi ikinizdən biriniz xəstəxanaya yaralı şahidin 
yanına da gedin.
Bu tapşırıqları verdikdən sonra polovnik-leytenant Məmmədzadə öz 
maşınına əyləşib hadisə yerindən uzaqlaşdı.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə