Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam


partlamışdı. Hasar kənarından da 46 ölçülü ayaqqabı izi aşkar etdik



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   31   32   33   34   35   36   37   38   39
Xəyalə Murad - Görünməyən həqiqət

partlamışdı. Hasar kənarından da 46 ölçülü ayaqqabı izi aşkar etdik. 
Fərziyyəmizə görə iz yenidir. Və yalnız qatilə məxsus ola bilərdi. Vahid bəyin 
kürəkəninin də ayaqqabı ölçüsü 46-dır. Hadisə baş verən gecə Səyavuş fabrikdə 
növbədə olduğunu bildirir. Lakin onun gecə saat 10-11 arası fabrikdə olub 
olmadığını təsdiqləyəcək şahid yoxdur. Ekspertiza ayaqqabı altının cizgilərini 
hadisə yerindən tapılmış ayaqqabı izinin cizgiləri ilə müqayisə edəcək. Fabrik 
ərazisindən alınan torpaq nümunəsi ilə də qətl baş vermiş kabinetdən aşkar 
olunmuş torpaq parçası ilə müqayisə olunacaq. Səhər Faiq bəy də istintaqa cəlb 
olunacaq.
Hələlik ki, bu qədər. Hadisə ilə bağlı fikirlərini bilmək maraqlı olardı. 
Özünə yaxşı bax.
Xoş istirahətlər arzusu ilə dostun Asif Məmmədzadə! 
Bununla da Polkovnik-leytenant məktubunu yekunlaşdırdı. İki dəqiqə 
ərzində şəxsi elektron poçtunu açıb məktub göndər yazısını basdı. Açılmış yeni 
pəncərədə yazmış olduğu və sənədləşdirdiyi məktubunu həmin pəncərə üzərinə 
yapışdırdı. Ünvan sahibi yerinə isə Polkovnik-leytenant Murad Muradlının 
elektron ünvanını qeyd etdi. Beləliklə, internetin bacardığı tam sürətlə 


məktubunu sahibinə yolladı. Bu an yanağına təbəssüm qondu. Düşündü ki, nə 
yaxşı ki, kompüteri vaxtında öyrənib və hal -hazırda da internetin bacarığından 
işində belə istifadə edə bilir.
Doqquzuncu fəsil
“Ey Ulu Tanrı, mənə bir yol göstər! Məni ümidsiz qoyma! Atamın qatilini 
ifşa etməyə kömək ol. Sevimli quluna qarşı törətdiyi cinayəti cəzasız qalmasın. 
Səyavuşun bir günahı varsa bağışla. Qəlbimdəki şübhələrdən məni azad elə. 
Amin!” 
Qönçə anasından gizli öz otağına çəkilib, dua edirdi. Bununla özünü bir 
qədər yüngülləşmiş hiss etməyə başladı. Səyavuşdan aldığı zəngdən sonra hələ 
də özünə gələ bilmirdi. Niyə axı onu saxlatdılar. Axı günahı olmayan birinin 
orada nə işi ola bilərdi. Amma yox, Səyavuş atama qıymazdı. Əli gəlməzdi. Heç 
bu barədə düşünməyə belə cəsarət etməzdi. İlahi, bu nədir? Sanki içimdə şeytan 
gəzir. Fikirlərimə əngəl olur. Normal düşünə bilmirəm. Bunlar sadəcə istintaqa 
görədir. Səyavuşun polis idarəsində gecələyəcəyinə başqa açıqlaması ola 
bilməzdi. Niyə də olsun ki? Məgər Səyavuş qatildir? Yox inanmaram. İnana 
bilmərəm. Nə olur olsun Səyavuşa olan güvənimdən, inamımdan dönmərəm. 
Dönə də bilmərəm. 
-
Qızım, gəlirsən? – Mətbəxdən Vəfa xanımın səsi eşidildi. 
-
Bu saat gəlirəm. 
Ayağa qalxıb gözlərinin yaşını əllərinin içi ilə sildi. Güzgünün qarşısında 
durdu. Bir anlıq özünə nəzər yetirib daxili bir səslə dedi: “Sən hər şeyə 
dözəcəksən! Həqiqətin tezliklə aşkar olması naminə dözməlisən! ” Bir daha 
gözlərinin altına diqqətlə baxıb otaqdan çıxdı.
-
Hardasan ana? 
-
Mətbəxdə. Badımcan, qızartmışam. Qatıq da var. Əllərini yu süfrəyə 
əyləş.
-
Bu saat gəlirəm. – deyərək əlini mətbəxdəki televizorun pultuna uzatdı. 
– Görəsən bizdən nəsə göstərirlər? 
-
Gəl əyləş yemək soyumadan yeyək. – Vəfa xanım öz yerində əyləşib 
yeməyini boşqabına çəkdi. Sanki dünən sevimli həyat yoldaşının ölüm 
xəbərini alan insan o deyildi.
Bir neçə kanal dolaşdıqdan sonra dalğanı bir milli kanal üzərində saxladı. 
Orada idman xəbərləri gedirdi. Qönçə anasının yanında əyləşib televizora 
baxaraq çörəyini yeməyə başladı. Atasının yoxluğuna inana bilmirdi. Lakin 


ağlamasın deyə, anasına bir dərd daha verməsin deyə özünü televizora baxan 
kimi göstərirdi. 
Vəfa Vahidi çox sevirdi. Lakin Vəfanın xasiyyətindəki soyuqluq onların 
aralarındakı səmimiyyətə də az təsir etməmişdi. Bir dəfə belə olsun Vahid onun 
ürəkdən sevindiyini və ya ürəkdən ağladığını görməmişdi. Nə evliliyə razı 
olduğu gün, nə Qönçə doğulan gün, nə illərlə qəbul etdiyi hədiyyələri aldığında. 
Bir dəfə belə olsun. Vəfa əslində bu soyuqluğundan bezmişdi. Amma əksini də 
bacarmırdı. Onun da xəmiri belə “yoğrulmuşdu”. Ana olduğu gün, balasını ilk 
qucağına aldığı an nəyə desə dəyərdi. Lakin həkiminin dediyi o xəbərdən sonra
get gedə “daşlaşdı”. “Siz bir daha ana ola bilməyəcəksiz.”. Vəfa o günlərdə o 
qədər ağlamışdı ki, daha bir dəfə belə olsun sevincini ya kədərini göz yaşları ilə 
biruzə verə bilmirdi. Balasının gözlərinə baxıb ürəyinin dərinliyində onu nə 
dərəcədə çox sevdiyini hiss edirdi. Bu sevgi onun qəlbini isidirdi. Otaq qonşuları 
da onun belə soyuq olmasını anlamaya bilməmişdilər. Halbuki ana olmaq 
arzusu ilə yaşayan o qədər qadın vardı ki. Vəfanın isə yeqanə balası olacaqdı bu 
körpə. Buna da şükr edərək yaşamaq lazım idi. Vahid Vəfaya arzulaya bildiyi 
nə vardısa almışdı. Lakin nə fayda xoşbəxtlikdən uçacaq insana bənzəmirdi. 
Onun sevinci içində kədəri içində idi. Çox “soyuq” xarakterə malik idi. Vahid 
ona “Moda evini” hədiyyə edəndə də sevinmişdi. Əlbəttə ki özünə məxsus 
şəkildə... 
-
Ana, bir şey soruşmaq istəyirəm. Lakin düzünü deyəcəyinə söz ver. 
-
Əlbəttə. O nə sözdür. Soruş görək nə soruşacaqsan?! 
-
Ana mənə de görüm atam niyə sahildəki bağa getmişdi? Küsülü idiz? 
-
Bizim küsülü qaldığımızı nə zaman görmüsən? Özü iki-üç gün 
şəhərdən uzaq olmaq istədi. Mən də həmin günü gedəcəkdim. Lakin 
işim çıxdı. Bilsəydim ki, o gecə onu kimsə öldürəcək qəti işə 
getməzdim. Yanında olardım.
-
Ana. Sən orda olsaydın qatil bəlkə də səni də....- Qönçə sözünün ardını 
deyə bilməmiş ağlamağa başladı.
-
Yaxşı, Qönçə! Ağlayıb özünü yorma. Bil ki, hər insanın alın yazısı var. 
Qisməti var. Taleyi var. Yaşamaq lazım olduğu qədər yaşayır. Atanı nə 
qədər sevdiyimi bilirsən. Mən sənin kimi ağlayıb sızlayıb rahatlaşa 
bilmirəm. Amma ən azından bilirəm ki, bu bir qismətdir. Ölüm hələ 
son deyil ki. Ölüm əbədi həyatın qapısıdı. Hər kəs öləcək. Kim 
dünyanın ətəyindən tutub yaşayıb ki? Sən də gəl ürəyini sıxma. Bəzən 
soyuqqanlı olmaq da lazımdı.


Anasının sözlərini dinləsə də ondan fərqli olaraq göz yaşını silmədən 
ağlayırdı. Elə bu zaman Qönçənin mədəsində ağrılar baş qaldırdı. Özünü saxlaya 
bilməyib cəld vanna otağına keçdi. Yediyi yeməkləri qaytardıqdan sonra 
rahatlaşdığını hiss etdi. 
-
Qönçə, özünü necə hiss edirsən? 
-
İndi yaxşıyam. Narahat olma. 
-
Yəqin soyuqlamısan. Soyuq su içmisən? 
-
Yox. Nədənsə iki gündür beləyəm. Səhər Səyavuşla həkimə getmək 
istəyirdim. Alınmadı. 
-
Mən səni sabah apararam.
-
Yaxşı. – Bir anlıq susan Qönçə yenidən yemək süfrəsinin arxasına 
keçib əyləşdi.
Bu zaman ev telefonu zəng çaldı. Qönçə dəstəyi götürdü: 
--Alo? 
--Salam, qızım. Necəsən? Allah rəhmət etsin.-danışan Səyavuşun anası 
idi. 
--Ölənlərinizə rəhmət Süsən xala. –kədərli halda. 
--Özünü üzmə qızım, ölümlü dünyadı. Kimləri aparmadı ki... 
--Düzdü. Amma onun yoxluğuna inanmağım gəlmir. Sanki qorxulu 
yuxudayam ayıla bilmirəm. 
-- Bu da keçəcək qızım. Zamanla bir közərən şam tək qalacaq ürəyinin 
küncündə. Xatırladıqca o şam səni yandıracaq içindən. Mən bilmirəmi bu 
dərdi. Az insan itirmədim bu yaşımacan.
-- Çingiz necədi?- Qönçə Səyavuşun qardaşını nəzərdə tutdu. 
--Yaxşıdı qızım. Onun şad xəbərini deyəcəkdim Səyavuşa ki, qəfldən 
Çingiz gəldi ki, bəs ana, Vahid əmi ölüb.
-- Bəs o hardan bilib? 
-- Ona da əmin deyib qızım. Zəng ediblər bura əminə. O da eşidəndən
yazıq hala düşüb. Axşam Çingizlə getdik onlara. Nina yaxşı qarşıladı 
bizi. Gürcü qızıdı da adətimizi hardan bilsin. Hə nəsə ... Sözün qısası 
əmin xəbəri alandan əriyib şam kimi. Elə yazığım gəldi ona ki. Dünən nə 
qədər etdim sizə düşə bilmədim. Xətt qırılırdı.
-- Ola bilər. Siz axı Tbilisidən zəng vurursuz. Bəs Əmi gəlməyəcək? 
--Bu gecə çıxasıdı. Dedi Vəfa xanımla danışıblar. Sabah yas olacaq. 
Dedim mən də gəlim. Çingiz qoymadı ki, ayaqlarının müalicəsini yarım 
qoyma. Çingiz də əminlə gələcək.
-- Gəlsinlər. Sənə kim baxacaq ay Süsən xala? 
--Nina baxar. Onsuz da bir ehtiyacım yoxdu. Amma yenə də təklikdənsə 
elə yaxşıdı. Səyavuş hardadı? 
--O polis məntəqəsindədi. İstintaq gedir.
--Nə istintaq ay bala? 


--Bəs atamı kimsə öldürüb deyə cinayət işi açıblar. 
--Boyy... başıma xeyir bu nə danışır? Ay bala əmin bilsə dəliyə dönər.
-- Siz deməyin. Onsuz da gələndə biləcək. 
--Hə düzdü. Bəs Səyavuşun orda nə işi? 
--O da kömək edir bəzi məsələlərdə. 
--Can,yetimim can.. Yaman çox sevərdi Vahid qardaşı. Yaman. Allah 
köməyi olsun balalarıma gün ağladı. Öz balası kimi ikisini də oxutdu. Bu 
deyy Çingizi də qardaşına tapşırdı. Birlikdə necə yola gedirlər bir görsən. 
Sanki ata bala kimi ticarət edirlər. Maşallah olsun. Ruhu şad olsun Vahid 
qardaşımın. Nə deyim. Ona qıyan əllər qurusun inşallah.
--.....- Qönçə ağlayırdı. 
--Yaxşı qızım ağlama. Ağlamaqla öləni geri qaytarmaq olsaydı kimlər 
kimlər qayıdardı. Özünə fikir ver. Dərd etmə.
-- Yaxşı Süsən xala.
-- Di get bala, sağol. Müalicəm bitsən gələcəm özüm də. Gecəniz xeyirə 
qalsın. 
--Sizin də. Sağolun. 
Qönçə dəstəyi asıb yerinə keçdi. Bəyaqdan kənarda oturub onun 
danışqıdlarına qulaq asan Vəfa xanım dilləndi.
--Süsən yaxşı qadındı.
--....-Başı ilə razılaşdı. 
-- Nə deyirdi? Əmin gəlir? 
--Hə deyir gecə çıxacqlar. Çingiz də gəlir onunla. 
--Qoy gəlsin ən azından burda lazımdılar. 
- Ana, səncə atamı kim öldürüb? 
-
Bilmirəm. Şübhələndiyim tək insan varsa o da Faiq bəydir.
-
Mən də ondan şübhələndiyimi ifadə verəndə qeyd elədim. Dedim ki, 
vaxtı ilə atamdan əl çəkmirdi.
-
Qönçə, - Vəfa xanım tərəddüd etsə də, demək məcburiyyətində qaldı. 
Anladı ki, qızının bunu bilməyə haqqı var. Odur ki, danışmağa başladı. 
– Bilirsən, atanın ölümündən üç gün əvvəl axşam Faiq bəy oğlu ilə 
bizə gəlmişdilər. Atandan fabriki geri satmağını tələb etdilər. O da qəti 
etiraz elədi. Dedilər ki, əyər iki günə geri satmasan özündən küs.
-
Səncə atamı o öldürüb? 
-
Başqa kim ola bilərdi ki? 
-
Bilmirəm. Heç kim ağlıma gəlmir. - əllərini alnında birləşdirən Qönçə 
dərindən ah çəkib - Bəs atam niyə satmadı fabriki? Nəyinə lazım idi 
axı? Onsuz da tikinti işindən uzaq dururdu. Nə edəcəkdi o xarabanı? 
İndi də ölümünə səbəb oldu... 
-
Sənin doğum günü hədiyyən idi. Ona görə satmadı. 
-
Nə-ə-ə? – təəccüblənmiş Qönçənin rəngi qaçdı. – Onlar atamı mənim 
hədiyyəm üstündə öldürüblər? Bunu necə qəbul edə bilərəm axı? Heç 


cür anlaya bilmirəm. – Bir anlıq susdu. Gözlərinin qaraldığını hiss 
edib, əlləri ilə üzünü tutdu. – Gözüm qaralır.
-
Soyuq ol biraz. Qönçə, sənə nə oldu ? – Ayağa qalxan Vəfa xanım 
Qönçəyə yaxınlaşdı.
-
Ana, özümü pis hiss edirəm. - Bu an ayağa qalxmaq istədi. Lakin 
gözlənilmədən yerə yıxıldı.
-
Qönçə? Qönçə? Nə oldu sənə qızım aç gözlərini. 
Bir neçə dəqiqə sonra gözlərini açan Qönçə başı üstündə dayanmış ağ 
xalatlı həkimi görüb təəccübləndi. Anladı ki, özündə olmadığı vaxt anası 
yaxınlıqdakı tibb məntəqəsinə zəng vurub, həkim çağırıb.
-
Ay, başım! – Ayğa qalxmaq istəyən Qönçə zarıdı. Bu zaman həkim 
onun çiynindən tutub yenidən uzandırdı.
-
Ayağa qalxmaq olmaz. Siz hələ zəifsiz. Bir az dincəlmək lazımdır.
-
Ana? 
-
Özünü necə hiss edirsən qızım? 
-
Yaxşı deyiləm. Başım yaman hərlənir. Mədəm də yaxşı deyil. 
Qaytarmaq istəyirəm.
-
Siz bacardığınız qədər həyəcandan uzaq olun. – ayağa qalxan həkim 
Vəfa xanıma baxaraq – siz də bacardığınız qədər xanımı yalnız 
buraxmayın. Bol su və meyvə tərəvəz yesin. Gün ərzində ən az dörd 
dəfə qidalanmaq lazımdır. Bir müddət yataqda uzansa daha rahat 
olacaq. Qazlı, rəngli içkilərdən uzaq tutun.
-
Axı mədəm göynədir. Qaytarıram. Necə yemək yeyim? – Qönçənin 
zəif səsi eşidildi.
-
Narahat olmayın. Əyər ilıq halda qida qəbul etsəniz qəti qaytarmazsız.
-
Həkim, qızım mədəsində nə isə problem var? Məndən heç nə 
gizlətməyin. – Vəfa xanım soruşdu.
-
Yox. Heç bir problem yoxdur. – Ayaqqabısını geyinən həkim tam 
arxayınlıqla dedi. - Bu orqanizmin verə bildiyi tamamilə təbii 
reaksiyadır.
-
Necə məyər?
-
İş bundadır ki, sizin qızınız hamilədir.
-
Necə? – səsində sevinc və fərəh hiss olunan Vəfa xanım təəccüblə 
soruşdu.
-
Bəli. Sizi və xanımı təbrik edirəm. Sağlıqla qalın. Dediklərimə əməl 
etsəniz hər şey yoluna düşəcək.
-
Çox sağ olun. – Vəfa xanım bunu deyərək həkimin arxasından qapını 
bağladı.
Sevincinin həddi hüdudu yox idi. Yataq otağına keçəndə isə Qönçənin 
yuxuya getdiyini görüb oyatmağa qıymadı. Əllərini açıb tanrıya dua etdi.


-
Şükürlər olsun sənə İlahi! Heyf ki, Vahid bu günü görmədi. Allahım, 
özün bilən məsləhətdir! Bircə balamı qoru başqa heç nə istəmirəm. 
Qoy övladını sağ salamat həyata gətirsin! Ailəsinə və vətənə layiqli 
övlad olsun! Amin! 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə