Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Yeddinci fəsil
 
Qönçə çıxar-çıxmaz Qədir əlindəki ifadəni yeni qovluğa qoydu. 
Polkovnik-leytenant gözucu Hikmətə baxıb nə isə demək istəyirdi ki, qapı 
döyülərək açıldı: 
--Salam! Gəlmək olar? 


--Salam, Vəfa xanım! Keçin əyləşin! – Məmmədzadə əli ilə Qönçənin bir 
dəqiqə əvvəl əyləşmiş olduğu stulu göstərdi. 
--Bilmək olar yoldaşım nədən ölüb? 
--Qızınız sizə heç nə demədi? - təəccüblənən Qədir soruşdu? 
--Qızım elə vəziyyətdə çıxdı ki, bir kəlmə soruşa bilmədim. 
--Neçə övladınız var? 
--Bir. 
--Yoldaşınız Vahid Zaman necə insan idi? – Məmmədzadə Qədirin 
suallarını ağzında qoyub öz suallarını verməyə başladı. 
--İnsan kimi insan idi. Ən gözəl insani keyfiyyətlər vardı onda.
--Yoldaşınızla sizin münasibətiniz necə idi? 
--Nə mənada? 
--Yəni bir -birinizlə necə dolanırdız? 
--Hamı əri ilə necə dolanırsa elə. Mehriban idik. Günümüz xoş keçərdi. 
Birlikdə əylənərdik. Nəvə arzulayırdıq. Vahid mənim bütün istək və 
arzularımı həmişə yerinə yetirib. Bircə nəvə arzum qalıb. Onu isə 
görmədən köçdü həyatdan. – gözləri dolsa da ağlamayan Vəfa xanım 
stulda belə şux oturmuşdu. Sanki düşmən qarşısında əyilmək 
istəməyən əsgər idi. 
--Sizcə yoldaşınız nədən ölə bilərdi? - Məmmədzadə qarşısında əyləşmiş 
Vəfa xanıma sınayıcı sual verdi.
--Düşünürdüm ki, bu sualıma cavabı siz verəcəksiniz.
--Bizə sizin düşüncələrinizi bilmək maraqlıdır.
--Vahidin qan təzyiqi vardı. Əsəbiləşəndə təzyiqi ya qalxar ya da 
enərdi. Ona görə özü ilə dərman da gəzdirərdi. Adı səhv etmirəmsə 
“E” hərfi ilə başlayırdı. Lakin bu elə də ciddi xəstəlik deyildi ki, ondan 
ölə. Başqa da səbəb tapa bilmirəm. 
--İş bundadır ki, Vəfa xanım, yoldaşınızı öldürüblər. – Bunu deyən 
Məmmədzadə düşündü ki, Vəfa xanım qəfil aldığı xəbərdən az da olsa 


təəccüblənəcək. Lakin qarşısında əyləşmiş qadın o qədər möhkəm 
görünürdü ki, dolmuş gözlərindəki yaşı belə axmağa qoymurdu. –Siz 
təəccüblənmədiniz? 
--Təəccübləndim. Lakin özümü bura gəlməzdən əvvəl hər bir xəbərə hazır 
etmişdim. Bilirdim ki, Vahidin təzyiq problemi elə də ciddi dərəcədə 
deyildi ki, onu öldürə. Odur ki, öldürüldüyünü daha dəqiq 
düşünürdüm. 
--Sizcə onu kim öldürə bilərdi? 
--Vahidin özünə düşmən bildiyi kimsə yox idi. Lakin çoxları onu düşmən 
hesab edirdilər. Konkret olaraq kiminsə adını çəksəm bu o demək deyil 
ki, Vahidi o öldürüb.
--Orasını bizim ixtiyarımıza buraxın. Qatilin kimliyini aşkar etmək bizim 
işimizdir. Sizin işiniz isə bizə istintaqda kömək etməkdir – bir az ciddi 
danışan Məmmədzadə yenidən mülayimləşməyə başladı – Siz kimdən 
şübhələnərdiniz?
-- Faiq bəydən. Lakin o çoxdandır ki, gəlib getmirdi. Demək olar 
unutmuşduq da. Amma Vahid ölməzdən üç gün əvvəl bizə gəlmişdi. 
Qönçənin heç nədən xəbəri yoxdur.
--Niyə gəlmişdi? 
--Bilirsinizmi, Vahid vaxtilə həmən Faiq bəyin sahib olduğu fabriki satın 
almışdı. Onun banka faiz borcları var imiş. Lakin müəyyən müddət 
keçəndən sonra Vahiddən fabriki geri satmasını xahiş etmişdi. Əslinə 
qalsa Vahid o fabriki heç istəmədən ürəksiz almışdı. Onun əsas planı 
maşın satışı ilə bağlı idi. Lakin, biləndə ki, Fabriki satmağını mən 
istəmirəm. Onda Faiq bəyin son təklifini rədd etdi.
-- Fabrikin satılmasına niyə razı olmadız?- Hikmət Vəfa xanımın sözünü 
ağrında qoydu. 
-- Faiq bəy fabriki elə ucuz qiymətə satmışdı ki, geri almaq üçün də eyni 
məbləğı vermək istəyirdi. Mən də dedim onsuz da o qiymətə fabrik 
satılmaz. Qoy qalsın. Vahid də mən deyənlə razı oldu. Faiq bəy də 
başqa yola əl atdı. Dedi sənin bir qızın var, mənim də bir oğlum. Gəl 
tanış edək bəlkə evləndilər. Qohum olarıq. Bu təklif heç birimizin 
ürəyindən deyildi. Bizim qızımızın qəlbi oyuncaq deyildi ki, ortalıqda 
oynadaq. Bu barədə Qönçə də biləndə gülmüşdü. Tez bir zamanda 
Səyavuşla toylarını etdik. Onsuz da bir-birlərini hələ Səyavuş 


əsgərlikdən gələndən sevdiklərini anlamışdıq. Odur ki, nişanlandıqdan 
dərhal sonra toylarını etdik. Bax beləcə Faiq bəy də bizdən əlini əbədi 
üzdü. O gecə bizə oğlu ilə gələndə hər ikimiz təəccüb etmişdik. Hətta 
bir az sərxoş idilər. Faiq iki əli ilə Vahidin yaxasından yapışıb onu 
hədələməyə başladı. 
--Nə dedi? – Məmmədzadə qəfildən yerindən sıçradı. 
--Dedi əgər fabriki iki günə mənə satmasan, səni öldürəcəm. Vahid də 
onunla ağızlaşdı. Vahidə yumruq da atdılar. Dodağı azacıq 
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə