Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   31   32   33   34   35   36   37   38   39
Xəyalə Murad - Görünməyən həqiqət

Onuncu fəsil 
Faiq bəy gözünü Bakı şəhərində açmışdı. Tamamilə sadə və orta 
səviyyəli ailədə böyümüşdü. Atası müəllim, anası evdar qadın idi. 15 yaşında 
yaşıdlarından fərqli olaraq Faiq sayılıb seçilən varlı iş adamlarından olmaq 
arzusunda idi. Bunun üçün çox oxuyurdu. Atasından fizikanın incəliklərini, 
məktəbdə isə referendlərdən kimyanın, biologiyanın dərin mahiyyətini 
öyrənməyə çalışırdı. O qədər təhsilə marağı vardı ki, hər kəs İsabala müəllimə 
“Deyəsən Faiq də atasının yolu ilə gedəcək, müəllim olacaq” deyirdilər. O da 
oğlu ilə fəxr edərdi. Müəllim maaşı ilə kifayət qədər yaxşı dolana bilmirdilər, 
lakin buna baxmayaraq Faiqin bitib tükənməyən oxumaq həvəsini məhv etmək 
istəmirdi. İllər keçir. Faiq artıq İnistuta qəbul olur. Elə oradaca həyatı tamam 
dəyişir. Bütün sevgisini oxumağa verən Faiqi də sevirlər. Yaraşığına söz ola 
bilməzdi. Enli kürək, boynu qalın idmançı oğlan idi. Qruplarında belə ona 
saatlarla tamaşa edən qızlar vardı. Əlbəttə bütün bu diqqət hər oğlanın xoşuna 
gələrdi. Eləcə də Faiqin. Lakin ona sadəcə baxmaqla kifayətlənməyən bir qız 
vardı-Erna. Milliyyətçə erməni olan o qız mühazirələrdən birində Faiqə sevgi 
məktubu yazıb göndərir. Digər pərəstişkarları onun bu addımını cəsarət kimi 
qiymətləndirirlər, amma Faiq bundan xoşlanmır. Məktubu açar açmaz nə 
olduğunu anlayıb kənara qoyur. Saat yarım ərzində Erna özünə yer tapa bilmir. 
Faiqin ona qarşı olan soyuqluğu əsəblərinə toxunurdu. Növbəti planlarını 
qurmağa başlayır. Diqqətini çəkə biləcək geyimlər, saç düzümləri edir. 
Qarşısında ürəkdən gülməklə ən azından Faiqin fikrini yayındırmaq istəyir. 
Lakin alınmır ki, alınmır. Təcrübələr aparmağı çox sevən professorlardan biri 
növbəti dəfə meşəyə getməyi təklif edəndə Erna çirkin planlarını cızmağa 
başlayır. Ona bu işdə iki rəfiqəsi də kömək edəcəyini deyir. Faiq bu cür 
təcrübələrdən imtina etməzdi. Əksinə çox sevərdi. Meşənin yamşaşıl talasında 
çadır qururlar. Faiqi uzaqdan izləyən Erna çadırını qurması üçün kömək istəyir. 
Faiq də yarım saatlıq iş prosesindən sonra çadırı hazır edir. Professor Ernaya 
göbələk yığmaq üçün meşəyə getməsini istəyir. Ona yoldaş olaraq elə Faiqi 
seçir. Bu təsadüfən alınsa da Ernanın tam ürəyincə olur. Onunla ikilikdə ola 
biləcəyi yerlərə tərəf addımlayır: 
--Sən göbələkləri seçə bilirsən? 


--Əlbəttə. Onları hər kəs seçə bilir. 
--Oy, nə yaxşı ki, professor səni mənimlə göndərdi. Mən ki, göbələkləri 
tanımıram. Birdən zəhərlilərini seçərdim. Onda işimiz lap əngəl olardı.- deyən 
Erna ürəkdən güldü. 
-- Onda həqiqətən işimiz əngəl olardı. Ehtiyyatlı ol orda tikanlı kol var.- Faiq 
Ernanın ayağını cızaraq qanadan kolu işarə etdi. 
-Ay... Çox incidir.-Erna azacıq qanayan ayağını tutub ufuldamağa başladı. 
--Səbr et. Üstümdə sarğı üçün bint var.
--Sən necə də ehtiyyatlısan. 
--Biz ki, təbiət qoynundayıq. Burda hər şey ola bilər. Ona görə ehtiyyatlı olmaq 
lazımdır. 
--Onda sənin üstündə ehtiyyatdan bıçaq da olar. Hə? Yəni ayı ya canavarla 
rastlaşsaq qorunmaq üçün. 
--Əlbəttə! Həm də ayağımda. –Faiq bir az gülümsündü.
--Sən çox qoçaq oğlansan- Ayağını sarıyan Faiqin əlindən tutaraq dedi.
--Sən də cəsarətli qızsan. Meşənin dərinliyinə qorxmadan gəlmisən. Həm də 
göbələkləri tanımayaraq.- Bu zaman Faiq ürəkdən güldü. 
-- Hə sənə gülünc gəlir. Amma bax yaralanmışam.
Bu kiçik yara sanki Faiqin qazılmış quyusu olur. Söhbətləri uzandıqca uzanır. 
Faiq get gedə Ernanın şirin dilinə aldanır. Erna gah yeriyə bilmədiyini bəhanə 
edərək ona qısılır, gah da elə vəziyyətdə hərəkət edir ki, burun-buruna durmalı 
olurlar. Bu kimsəsiz meşə içində sanki yalnız ikisi idi. Faiq Ernanın tələsinə 
“düşür”. Gözləri və dodaqları ilə Faiqin ağlını başından alır. Bir necə saatlıq 
yaxınlıq edirlər. Bu münasibət hər ikisinin ürəyincə olur. Faiq da necə olduğunu 
anlamasa da Ernanın ehtiraslı qucağında hər şeyi unudur. 
Bir müddət keçir. Faiq dərslərinə fikrini toplaya bilmədiyindən Erna ilə 
ayrılmağı qərara alır. Bunu özünə qarşı haqsızlıq hesab edən Erna ondan intiqam 
almağı qətiləşdirir. İsabala müəllimin qarşısına çıxıb “Oğlunuz namusumu 
ləkələyib. Mənimlə evlənməkdən boyun qaçırdır” -deyir. Bu bir yara olur 
İsabala müəllimin sinəsində. Çox çalışır, lakin Faiqi yola gətirə bilmir. 


Vəziyyəti belə görən Erna gecə ikən bir bağlama paltarla onlara gəlib hamilə 
olduğunu və atası anası tərəfindən evdən qovulduğunu deyir. Ulduzun ürəyi 
yanır Ernaya. Nə də olsa öz oğlunun günahını daşıyırdı bətnində. Odur ki, 
İsabala ilə qərarlaşıb onları evləndirirlər. Qısa zamandan sonra Ulduz ürək 
çatışmamazlığından dünyasını dəyişir. Bu itgi Faiqi sarsıdır. Atasını da 
itirməmək üçün anasına verdiyi son vədinə əməl etmək üçün gecələri oxuyur, 
gündüzləri işləyirdi. Çox çətin olsa da səbr edirdi. Erna evin xanımı olmuşdu 
artıq. İsabala müəllim də xanımının ölümündən sonra Bakıda qala bilməyib 
rayonların birinə köçdü. Tək yaşamağa üstünlük verdi. Faiq isə atasının bu 
addımını anlaya bilmədi. Ondan bərk incidi. Zamanla Ernadan oğlu doğuldu.
Faiq hər uşağa baxanda öz qanından olmadığını hiss edirdi. Lakin Erna onun bu 
şübhəsini də yoluna qoymuşdu. Hadisələri su kimi axarlı etmişdi. Erna hətta 
uşağa öz atasının adını qoymaq istəsə də Faiq Fuad qoydu. Günləri 
mübahisələrlə bol idi. Ernanın əvvəllər nümayiş etdiyi sevgisindən bir parça da 
qalmamışdı. Faiq isə yalnız oğlu üçün işləyirdi. Erna Fuadın tərbiyəsinə ciddi 
yanaşırdı. Ona qəddarlığı öyrədirdi. Qarşısına çıxan uşağı döyməyi, dalaşmağı, 
əlinə daş alıb baş yarmağı öyrədirdi. Oyuncaqlarının əksəriyyəti tapanca idi. 
Onu zalım və qorxusuz böyüdürdü. Bu tərbiyyədən Faiqin xəbəri olmurdu. 
Bütün gününü evdən çöldə keçirirdi. Tezliklə İnistutu bitirdi və işləməyə 
başladı. Əvvəlcə kiçik işdə işləyirdi. Bu onu qane etsə də Ernanı qane etmirdi. 
Daha çox pul, daha çox yemək, daha çox geyinmək istəyirdi. Bir gün işdən evə 
gələn Faiq Ernanın masa üzərinə qoyduğu məktubu tapır. Əvvəlcə nə baş 
verdiyini anlamasa da məktubda yazılanları oxuyub hər şeyi dərk edir.
Faiq, sənin nazına çox dözdüm. Evə gətirdiyi 5-3 manatla güclə dolandırırsan 
məni. Atamla anam İrəvana dönürlər. Mən də onlarla birlikdə gedirəm. Fuadı 
aparmağa qoymadılar. Mən də sənə verirəm. O sənin oğlun, o da sən. Mənsə 
hələ cavanam. Evlənib həyatımı yaşayacam. Məni itirib axtarma.
Erna... 
Bu sanki məktub deyildi, xəncər idi Faiqin sinəsinə batmışdı. Sadəcə oğlunun 
anası idi. Bir qədər stulda əyləşib əsəbindən nə edəcəyini düşünsə də, Fuadı 
aparmadığına şükr edib həyatını yaşamağa başladı. Əvvəlcə Fuada səbəb 
demədi. Sanki Erna harasa dincəlməyə gedib. Lakin sonra Fuada hər şeyi başa 
saldı. Ayrıldıqlarını və anasının ondan imtina etdiyini dedi. Fuad bunu başqa 
uşaqlara nisbətən soyuq qarşıladı. Lakin içində nələr yaşadığını kim bilə bilərdi 
ki... 


İllər keçir Fuad İnistuta qəbul olur. Faiq vəzifəcə yüksəlməyə başlayır. İşləri 
əvvəlkindən qat-qat yaxşı gedir. Hər hansısa işə sərmayə qoyub artıqlaması ilə 
qazanır. Faiq fabriklərdən birində işləyən mehriban bir xanımla evlənir. Ernanı 
onsuz da sevməmişdi. Buna görə də sevginin nə olduğunu ilk dəfə İradə 
xanımdan duyur. Onunla xoşbəxt həyatına qədəm qoyur. Tezliklə ekiz qızları 
doğulur. Onlar məktəbə gedəndə Fuad evlənir. Beləliklə Faiqin başı ailəsinə 
qarışır. Fuad onun tək varisi, yeganə oğlu olur.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə