№4 Humanitar elmlər seriyası



Yüklə 60,96 Kb.
tarix25.06.2018
ölçüsü60,96 Kb.
#51413


 

 

43



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

Humanitar elmlər seriyası    

2010 

 

 



 

 

 

M.F.AXUNDZADƏNİN TƏNQİDİ-ESTETİK GÖRÜŞLƏRİNİN 

ÖYRƏNİLMƏSİ (KAMAL  TALIBZADƏNİN VƏ KAMİL VƏLİYEVİN 

TƏDQİQATLARI ƏSASINDA) 

 

S.N.MEHDİYEVA 



AMEA Nizami adına Ədəbiyyat İnstitutu 

sevhuseyn@yahoo.com 

 

1970-80-ci illərdə Azərbaycan ədəbiyyatşünasları yazıçının bədii yaradıcılığı ilə bəra-



bər onun ədəbi-tənqidi məqalələrini və publisist əsərlərini də elmi tədqiqata cəlb etmiş, yazıçı-

nın ədəbi görüşlərinin öyrənilməsinə xüsusi diqqətlə yanaşmışlar. Bu baxımdan K.Talıbzadə, 

Y.Qarayev,  Elçin,  N.Məmmədov,  Ş.Salmanov,  A.Səfiyev,  Z.Əsgərli,  B.Məmmədzadə  kimi 

alimlərin məqalə və kitabları çox əhəmiyyətlidir. Bu əsərlərdə yazıçının bədii ədəbiyyat, nəzm 

və  nəsr,  dram  sənəti,  Avropa  ədəbiyyatına  münasibəti,  Şərq  və  Qərb  klassik  sənətkarları 

haqqında fikirləri onlarla yaradıcılıq əlaqələri, bəhrələnmə yolları kimi məsələlərdən söhbət 

açılmış, yazıçının ədəbi görüşlərinin mənbələri və orijinal çalarları göstərilmişdir.  

Bu cəhətdən K.Talıbzadənin fəaliyyəti xüsusi qeyd edilməlidir. O, M.F.Axundzadə ədə-

bi tənqidi görüşlərinin ən  kamil tədqiqatçısıdır. 

 

K.Talıbzadənin 1980-ci  illərdə  çap  etdirdiyi  əsərlərində (8, 41-77; 9) 



M.F.Axundzadənin milli tənqid tarixində mövqeyi və tənqidi görüşləri haqqında deyi-

lən  fikirlərin əksəriyyəti  onun  əvvəlki  tədqiqatlarının  məhsulu  idi.  K.Talıbzadə  hələ 

1960-cı illərdə mütəfəkkir yazıçının ədəbi-tənqidi görüşləri barədə geniş elmi  söhbət 

açmış, onu milli ədəbi  tənqidin banisi kimi qiymətləndirmişdi (11). Lakin 1970-80-ci 

illərdə ədəbi tənqidə və onun tarixinin öyrənilməsinə elmi marağın artması ilə bağlı 

olaraq,  K.Talıbzadə  tədqiqatlarını  daha  da  dərinləşdirmiş  və  «Azərbaycan  ədəbi 

tənqidinin tarixi» (1984) monoqrafiyasında M.F.Axundzadənin, ümumiyyətlə ictimai 

fikir,  o  cümlədən  ədəbi  tənqid  tarixində  mövqeyini,  M.F.Axundzadə  tənqidinin 

konsepsiyasını və pafosunu daha əsaslı şəkildə aydınlaşdırmışdır. 

Əvvəlki  tədqiqatlarından  fərqli  olaraq  «Azərbaycan  ədəbi  tənqidinin  tarixi» 

monoqrafiyasında  M.F.Axundzadənin  ədəbi-tənqidi  görüşlərindən  daha  geniş 

kontekstdə  söhbət  açır.  O,  Mirzə  Fətəlinin  ədəbi  görüşlərini  ümumiyyətlə  yazıçının 

ictimia fəaliyyətinin tərkib hissəsi kimi öyrənir: «M.F.Axundov sözün  əsl mənasında 

böyük  ictimai  xadim  idi.  O,  bütün  fəaliyyətini  xalq  taleyi  ilə  bağlamışdı.  Hər  işdə 

ancaq ümumi mənafeyini nəzərdə tuturdu. Nə edirsə-etsin, nədən yazırsa-yazsın, bir 

vətənpərvər  kimi  o,  xalqı,  onun  həyatını,  gələcəyini  düşünür,  bunun  üçün  əlindən 

gələni əsirgəmirdi. Fəlsəfi əsərlərini də, ictimai-siyasi mövzuda yazılmış məqalələrini 

də  Axundov  bu  məqsədlə  yazmış,  əlifbanın  dəyişdirilməsi  uğrunda  apardığı 




 

 

44



mübarizəyə  də  bu  məqsədlə  qoşulmuşdu…  M.F.Axundovun  ədəbi-tənqidi  görüşləri 

də ümumi ictimai fəaliyyətinin ayrılmaz bir hissəsidir» (8, 47). 

M.F.Axundzadənin  ədəbi-tənqidi  görüşlərini  tədqiq  edərkən  K.Talıbzadə  bu 

görüşləri onun estetik-fəlsəfi düşüncələri ilə möhkəm əlaqədə, yazıçının fəlsəfi irsinin 

tərkib hissəsi kimi şərh edir. Belə yanaşma üsulu alimə bir tərəfdən yazıçının ədəbi 

tənqid  konsepsiyasının  mahiyyətini,  digər  tərəfdən  onun  mənbələrini  düzgün  müəy-

yənləşdirməyə və izah etməyə imkan verir. Alim doğru deyir ki, «M.F.Axundzadənin 

ədəbi  görüşləri  onun  fəlsəfi  mövqeyinə,  materialist  dünyagörüşünə  söykənirdi» (8, 

53). Tədqiqatını belə düzgün nəzəri konsepsiya üzərində davam etdirən «K.Talıbzadə 

monoqrafiyanın  XIX  əsr  Azərbaycan  ədəbi  tənqidinə  həsr  olunmuş  hissəsində  maa-

rifçi-realist  tənqid  konsepsiyasının  yaranması,  bu  sahədə  M.F.Axundovun  misilsiz 

tarixi rolu və fəaliyyəti, Axundovdan sonrakı dövrlərdə onun yaratmış olduğu tənqid 

məktəbinin  maarifçi-realist  ədəbiyyat  uğrunda  mübarizəsi  kimi  əhatəli,  konseptual 

ədəbiyyatşünaslıq  məsələlərini  qoyub  zəngin  faktiki  material,  dövrün  siyasi-ictimai 

kontekstində həll etməyə nail olmuşdur» (6, 68). 

Yazıçının  ədəbi  görüşlərini  onun  estetik-fəlsəfi  irsi  ilə  vəhdətdə  araşdıran 

K.Talıbzadə  monoqrafiyada  tənqid  və  estetika  məsələlərini  əsaslı  və  geniş  şəkildə 

qoymuş, dövrün ictimai fikir aləmi ilə əlaqələndirmişdir. Tədqiqatçı doğru qeyd edir 

ki, ictimai-siyasi məsələləri, maarifçilik, təbiət hadisələrini elmi-fəlsəfi mövqelərdən 

izah edən Axundzadə estetikasının problemlərinə də eyni mövqelərdən yanaşmışdır. 

Bu da ona Azərbaycanda realist ədəbi tənqidin əsasını qoymağa imkan yaratmış və o, 

Yaxın Şərqdə bədii fikri yeni bir inkişaf mərhələsinə yüksəltmişdir (8, 53-55).  

Tədqiqatçı doğru olaraq belə qənaətə gəlir ki, «Axundzadə bədii irsində olduğu 

kimi, tənqidi görüşlərində də realist maarifçiliyin əsas prinsiplərini gözləmişdir» (10, 

237). O, M.F.Axundzadənin ədəbiyyat məsələlərinə dair bütün fikirlərini araşdıraraq 

yazıçının sənətdən tələb etdiyi – ağlın qəbul edə biləcəyi real gerçəkliyin təsviri; tipik 

həyat hadisələrinə əsaslanmaq; komik səhnə və situasiyalara, tənqid və satiraya geniş 

yer  vermək;  məzmun  və  forma  vəhdəti;  nikbin  final  və  müsbət  qəhrəman 

problemlərini mütəfəkkirin maarifçi realizm nəzəriyyəsinin əsas əlaməti hesab edərək 

ədəbi-tənqidi irsini bu müstəvi üzərində şərh edir.  

M.F.Axundzadəni professional tənqidin banisi hesab edən K.Talıbzadə ilk dəfə 

Axundzadə  əsərlərində  tənqidin  üç  növünü  müəyyənləşdirir: «həyata,  cəmiyyət 

hadisələrinə tənqidi münasibət», «ədəbiyyatın tənqidi xarakteri» və  «tənqid bir elm 

kimi» (9, 13). 

Əslində  müəllifin  irəliyə  sürdüyü  tənqidin  üç  növü – sonuncu  növ  kimi 

götürülən  Axundzadə  tənqidinin  tərkib  hissəsidir.  Tənqid  elminin  şərhini  verən  bir 

tənqidçi, əlbəttə, cəmiyyətdəki naqisliklərə etirazını bildirməmiş qalmayacaqdır, bədii 

sənətdə  də  bu  prinsipi    qoruyacaqdır.  Burada  tənqid  nəyi  və  hansı  üsullarla  tənqid 

edəcək  məsələsi  qoyulur.  K.Talıbzadənin  birinci  növ  kimi  irəli  sürdüyü  maddə 

tənqidin  obyektini  təşkil  edir.  Digər  iki  növ  isə  vasitə  xarakteri  daşıyır.  Birincisi, 

bədii  ədəbiyyat  vasitəsilə,  ikincisi  tənqidin  özü    vasitəsilə  aparılmışdır.  Məhz  buna 

görə də Axundzadə yaradıcılığında tənqidin  iki növü fərqlənir.  

Ümumiyyətlə, «Azərbaycan  ədəbi  tənqidinin  tarixi»  monoqrafiyasında 

M.F.Axundzadənin ədəbi tənqidi fikir və mülahizələri ətraflı tədqiq olunmuşdur. Bu 

məziyyəti  yüksək  dəyərləndirən  Ş.Salmanov  doğru  deyir  ki,  M.F.Axundzadə  tənqi-

dinin, demək olar ki, heç bir mühüm, əsas məsələsi K.Talıbzadənin monoqrafiyasında 




 

 

45



nəzərindən yayınmayıb. Tədqiqatçı bu məsələlərin təxminən hamısını əhatə etməyə, 

onlara  münasibət  bildirməyə  çalışıb  və  bu  məqsədinə  nail  olub. «Lakin  həmin 

məsələlər içərisində bir sıra ümumiləşdirici, konseptual xarakterli məsələlər vardır ki, 

müəllif  öz  diqqətini  bu  məsələlər  ətrafında  daha  artıq  cəmləşdirib,  onları  konkret, 

müfəssəl  aydınlaşdırmağa,  geniş  ədəbi-tarixi  əhatəliliyi  ilə  tədqiqatı  əhəmiyyətli 

dərəcədə  dərinləşdirə  bilibdir.  Bunlar…  birinci  növbədə,  Axundov  tənqidinin  mən-

bələri, bu tənqidin hansı ədəbi-tarixi ənənə, material, hansı bədii yaradıcılıq təcrubəsi 

əsasında formalaşmasıdır; Axundov tənqidinin mövzusu, predmeti və problematikası 

məsələsidir, nəhayət, bu tənqidin əsas estetik kateqoriyalarıdır» (6, 69). 

Bu  kateqoriyalar  içərisində  sənətin  həyata,  varlığa  münasibəti,  ədəbiyyatın 

mahiyyəti, cəmiyyətdə rolu, realizm, klassik sənətkarların bədii fikir tarixində möv-

qeyi, məzmun və forma mühüm yer tutur. Monoqrafiyada həmin məsələlər haqqında 

M.F.Axundzadənin fikir və mülahizələri geniş elmi təhlildən keçirilir. Bütün bu mə-

ziyyətlərinə görə «Azərbaycan ədəbi tənqidin tarixi» monoqrafiyası elə çap olunduğu 

zaman  ədəbi  fikrin  diqqətini  cəlb  etmiş,  Z.Əsgərli,  S.Osmanlı  kimi  tədqiqatçılar 

mətbuatda dərc etdirdikləri rəylərində kitabı yüksək dəyərləndirmişlər (7, 125-127). 

M.F.Axundzadənin tənqid irsinin təhlilinə həsr edilmiş elmi əsərlər içərisində 

Kamil Vəliyevin «Böyük mütəfəkkir» məqaləsi seçilir (12, 20-30). 

Sələflərinin fikir və mülahizələrini davam və inkişaf etdirən K.Vəliyev də haqlı 

olaraq  Mirzə  Fətəlinin  tənqidi yaradıcılığını,  estetik  baxışlarını  onun ümumi  ictimai 

və siyasi-fəlsəfi görüşlərinin «ayrılmaz parçası», «üzvi tərkibi» hesab edir. O, doğru 

deyir  ki: «M.F.Axundova  qədər  sistemli  elmi  tənqid,  müəyyən  metoda  əsaslanan 

konseptual  ardıcıllıq  yox  idi  və  Mirzə  Fətəli  nəzəri  məsələləri,  qeydləri,  məktubları 

ilə  bu  gün  anladığımız  mənadakı  tənqidin  (kritikanın)  bünövrəsini  qoydu…  Elmi 

nəzəriyyə ilə bədii təcrübənin vəhdəti olan Mirzə Fətəli yaradıcılığı bu böyük siste-

min təkamülünü izləmək, onun qadir gücünü öyrənib dərk etmək baxımından xüsusilə 

maraqlıdır» (12, 20-30). 

K.Vəliyev  özünün  qeyd  etdiyi  «böyük  sistemin  təkamülünü»  izləmək  üçün 

yazıçının  əsərlərində  təsadüf  edilən  ən  kiçik  detaldan  başlamış  onun  qaldırdığı  əsas  

problemlərə qədər əsas məsələləri təhlilə cəlb edir. Müəllif ilk növbədə M.F.Axund-

zadənin  işlətdiyi  «tənqid»  və  «kritika»  terminlərinin  məna  tutumunu  aydınlaşdırır. 

K.Vəliyevə  görə  Mirzə  Fətəli  «tənqid  sözünü  daha  geniş  mənada  alır,  dövrün,  zə-

manənin, bədxahlığın, ictimai yaramazlığın, nadanlığın ifşasının satirik üsülla açılıb 

göstərilməsini  nəzərdə  tutur.  Bu  mənada  tənqid  daha  çox  tənqidi  realizm  anlayışını 

ifadə  edir  ki,  müəllif  həmişə  onu  moizəçiliyə,  nəsihətçiliyə  qarşı  qoyur» (12, 20). 

«Kritika  terminini  isə  M.F.Axundov  məhz    ədəbi  tənqid  (kursiv  K.Vəliyevindir - 

S.M.) mənasında işlədir» (12, 21). 

Məqalədə tənqidin funksiyası, onun Avropada geniş yayılması, ədəbi prosesdə 

rolu,  bədii  gedişatın  inkişafına  xeyirli  təsiri  barədə  M.F.Axundzadənin  fikirləri 

konkret  təhlilini  tapır.  Məlumdur  ki,  Mirzə  Fətəli  tənqidin  inkişaf  etməsi  və  ədəbi 

prosesə  rasional  təsir  göstərməsi  üçün  fikir  azadlığını  əsas  şərtlərdən  hesab  edir  və 

yazırdı: «Fikir  azadlığı  olsa,  kritikanın  faydası  o  olacaqdır  ki,  nəhayət,  get-gedə 

müxtəlif  fikir  və  rəylərin  toqquşmasından  haqq  yerini  tutacaq  və  mədəniyyət 

aləmində tərəqqiyat zühur edəcəkdir» (1, 259). 

K.Vəliyev yazır ki, fikir azadlığından danışarkən M.F.Axundzadənin «kritikanı 

yad  etməsi  təsadüfi  deyil…  Haqqın  yerini  axtaran  böyük  maarifçi  filosof  (yəni 




 

 

46



M.F.Axundzadə - S.M.)  söz  sənətinin  ictimai  funksiyasını  yüksək  qiymətləndirir, 

mübarizə üçün həlledici vasitələrdən biri hesab edir» (12, 21). Məqalədə K.Vəliyev 

M.F.Axundzadəni  «ədəbiyyat  və  sənət  məsələlərinə  biganə,  soyuq  yanaşmağı  ba-

carmayan»  mütəfəkkir  yazıçı  kimi  qiymətləndirir,  ədibin  yaradıcılıq  metodu,  şeir 

sənəti,  ədəbi  növləri,  forma  və  məzmun  məsələsi,  teatr  və  dramaturgiya  haqqında 

fikirlərinin konkret təhlilini verir. Öz mülahizələrini əsaslandırmaq üçün tədqiqatçının 

tez-tez  M.F.Axundzadənin  «Fehristi-kitab», «Mollayi-Ruminin  və  onun  təsnifinin 

babında», «Nəzm  və  nəsr  haqqında», «Kritika», «Tənqid  risaləsi»  kimi  əsərlərinə 

istinad etməsi məqalənin elmi tutumunu artırır.  

M.F.Axundzadənin ədəbi-tənqidi görüşlərinin təhlilinə həsr olunmuş əsərlərdən 

K.Vəliyevin  məqaləsini  fərqləndirən  ən  mühüm  cəhət  orada  yazıçının  dil  və  üslub 

haqqında fikirlərinin təhlil edilməsidir. Doğrudur, bu məsələnin qoyuluşu yeni deyil. 

Hələ 1940-cı, hətta 1930-cu illərdən başlayaraq, M.F.Axundzadənin ədəbi dil, yazıçı 

üslubu,  əlifba  haqqında  fikirləri  elmi  tədqiqat  predmeti  olmuş,  Ə.Dəmirçizadə, 

M.Cahangirov, E.M.Əlibəyzadə kimi alimlər bu haqda ətraflı elmi söhbət açmışlar (3; 

4; 2; 5). 

K.Vəliyev isə həmin fikirləri tənqidi təhlildən keçirməklə daha da konkretləş-

dirmişdir. O yazır: «M.F.Axundovun ədəbi tənqid sistemində ən mühüm komponent-

lərdən  biri  dil  və  üslub  məsələləridir» (12, 30). Tədqiqatçı  bunu  təsadüfi  saymır  və 

doğru qeyd edir ki: «Müasir Azərbaycan milli ədəbi dilinin banisi M.F.Axundov dil 

məsələlərinə  qətiyyən  biganə  qala  bilməzdi.  Çünki  «milli  özünüdərk  prosesində 

anadilli ədəbiyyatın varlığı mühüm şərtdir. Və belə bir ədəbiyyat qabaqcıl qayələrin 

ifadəsinə çevrildikdə, xalqın duyğularını real şəkildə əks etdirən də öz yüksək vəzifə-

sini həyata keçirmiş olur» (12, 30). 

Məqalədə  Mirzə  Fətəlinin  ədəbi  dil,  orfoqrafiya  qaydaları,  bədii  tərcümə 

zamanı fikrin dəqiq verilməsi üsulları, danışıq dili, şifahi nitq haqqında mülahizələri 

özünün  konkret  şərhini  tapır.  Həmin  mülahizələri  müasirlik  baxımından  qiymətlən-

dirən  K.Vəliyev  belə  qənaətə  gəlir  ki,  M.F.Axundzadənin  «müdrik  məsləhətləri,  elmi 

göstərişləri  Azərbaycan  ədəbi  dilinin  sonrakı  bütün  tarixi  dövrlərdəki  fəaliyyəti  üçün, 

eləcə də bu gün üçün əsl elmi proqramdır» (12, 31). 

M.F.Axundzadənin ədəbi-tənqidi məqalələrinin mövzu-maraq dairəsini, yazıçı-

nın tənqidinin predmetini düzgün müəyyənləşdirən K.Vəliyev onun tənqid üslubunu 

da  elmi  obyektivliklə  səciyyələndirir: «Mirzə  Fətəlinin  tənqid  üslubu  ardıcıllığı, 

dəmir  məntiqi,  cəsarəti  və  yeri  gəldikdə  sərtliyi  ilə  seçilir.  O,  Şərq  filosoflarının 

«qorxaqlıq  və  cəsarətsizlik»  etdikləri  üçün  xalqdan  uzaq  düşdüklərini  göstərir… 

Süruşun şeirlərini tənqid edərkən Mirzə Fətəli qələmi sərt və amansızdır, yeni əlifba 

düşmənlərinə  qarşı  Mirzə  Fətəli  sözü  bıçaq  kimi  iti  və  kəskindir.  Sənətin  və  elmin 

ictimai-əxlaqi,  siyasi-məfkurəvi  rolunu  ön  planda  görüb  götürən  dahi  yazıçının  sərt 

ifadə tərzi apardığı əməliyyatın düzlüyünə, doğruluğuna qəti inanan cərrahı xatırladır: 

çürümüş hər şeyi kəsib atmalı, orqanizmi qoruyub saxlamalı!» (12, 32). 

Məqalənin  sonunda  M.F.Axundzadənin ədəbi  görüşləri  haqqında  K.Vəliyevin 

söylədiyi ümumiləşdirici fikirlər də obyektiv səslənməklə bərabər ədibin milli ictimai 

fikir  tarixində  mövqeyini  düzgün  müəyyənləşdirir.  Tədqiqatçı  yazır: «Dahi  sənət-

karın,  böyük  mütəfəkkirin,  yorulmaz  maarifçi-demokratın  ədəbi-tənqidi,  estetik 

baxışları  yeni  Azərbaycan  ədəbiyyatının  bünövrəsini  qoymaq  işində  misilsiz  rol 



 

 

47



oynadı, eyni zamanda bu məqalələr, əsərlər milli elmi tənqidin ilk təməl daşı oldu» 

(12, 33). 



 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan ədəbiyyat tarixi. 6 cilddə, IV c., Bakı: Elm, 2004, 759 s. 

2.

 



Axundzadə M.F. Seçilmiş əsərləri. 3 cilddə, I c., Bakı: Şərq-Qərb, 2005, 295 s. 

3.

 



Axundzadə M.F. Seçilmiş əsərləri. 3 cilddə, II c., Bakı: Şərq-Qərb, 2005, 374 s. 

4.

 



Axundzadə M.F. Seçilmiş əsərləri. 3 cilddə, III c., Bakı: Şərq-Qərb, 2005, 295 s. 

5.

 



Cahangirov    M.  M.F.Axundov  dram  əsərlərinin  dili  üzərində  necə  işləmişdir.  Bakı: 

Azərnəşr, 1962, 254 s. 

6.

 

Dəmirçizadə  Ə.  M.F.Axundov  dil  haqqında  və  M.F.Axundovun  dili.  Bakı: Azərnəşr, 



1941, 44 s. 

7.

 



Dəmirçizadə Ə. M.F.Axundovun Azərbaycan ədəbi dilinin inkişafında rolu. «Ədəbiyyat» 

qəz., Bakı, 1938, 12 avqust 

8.

 

Əlibəyzadə  E.M.  M.F.Axundovun  dram  əsərlərinin  dili  haqqında // Azərbaycan  dili  və 



ədəbiyyatı tədrisi jurnalı. Bakı, 1962, №4, s. 68-71. 

9.

 



Salmanov Ş. Akademik Kamal Talıbzadə. Bakı: Azərnəşr, 1998, 214 s. 

10.


 

Османлы С., Аскерли З.  Прослеживая истоки. «Литературный Азербайджан», 1985, 

№ 11, с. 45-62. 

11.


 

Talıbzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Azərnəşr, 1984, 340 s. 

12.

 

Talıbzadə K. Realist tənqidin bayraqdarı // Ulduz jurnalı, Bakı, 1982, №10   



13.

 

Talıbzadə K. Seçilmiş əsərləri:  2 cilddə. II c., Bakı: Azərnəşr, 1994, 428 s. 



14.

 

Talıbzadə K. XX əsr Azərbaycan ədəbi tənqidi. Bakı: Azərnəşr, 1966, 360 s. 



15.

 

Vəliyev K. Böyük mütəfəkkir. «Fikir karvanı». Bakı: Azərnəşr, 1984,  210 s. 



 

ИЗУЧЕНИЕ КРИТИЧЕСКО-ЭСТЕТИЧЕСКИХ ВЗГЛЯДОВ М.Ф.АХУНДЗАДЕ 

(НА ОСНОВЕ ИССЛЕДОВАНИЙ  

КЯМАЛА ТАЛЫБЗАДЕ И КЯМИЛЯ ВЕЛИЕВА) 

 

С.Н.МЕХТИЕВА 

 

РЕЗЮМЕ 

 

В 1970-80-ые  годы  азербайджанские  литературоведы  наряду  с  художественным 

творчеством  писателя  привлекли  к  научному  исследованию  и  его  литературно-кри-

тические статьи и отнеслись с особым вниманием к литературным воззрениям писателя. 

С  этой  точки  зрения  исследования  Кямала  Талыбзаде  и  Кямиля  Велиева  имеют  очень 

важное значение. 

К.Талыбзаде  в  своей  монографии  «История  литературной  критики  в  Азер-

байджане»  в  ещё  более  широком  контексте  раскрывает  литературно-критические 

воззрения М.Ф.Ахунзаде. 

Продолжавший и развивавший мысли и высказывания современников, К.Велиев 

по праву считает критическое творчество, эстетические взгляды «составной частью» его 

общественных и политико-философских взглядов. 



 

 


 

 

48



 THE STUDY OF CRITICAL-AESTHETIC VIEWS OF M.F.AKHUNDZADEH (ON 

THE BASE OF INVESTIGATIONS  

BY KAMAL TALIBZADEH AND KAMIL VALIYEV) 

 

S.N. MEHDIYEVA  

 

SUMMARY  

 

In 1970-80-s the Azerbaijan writers along with art creativity of the writer, also involved 

his articles of literary criticism in scientific researches. Art representations of the  writer were 

concerned by special attention. From this point of view, Kamal Talybzade’s and Kamil 

Valiyev’s researches are very important. 

K.Talybzade in the monography of “History of literary criticism of Azerbaijan”, opens 

a wide conversation on literary  criticism of M.F.Akhundzade. 

Continuing and developing the contemporary’s views and thoughts, K.V.Aliyev apprai-

ses the writer’s creativity, aesthetic views as “constituent elements” of his social and political 

– philosophic views.  



 

 

Yüklə 60,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə