Xəritə tərtibi üçün məlumatların alınması



Yüklə 70,27 Kb.
tarix25.04.2023
ölçüsü70,27 Kb.
#106824
Xəritə tərtibi üçün məlumatların alınması


Xəritə tərtibi üçün məlumatların alınması
(1) Vərəqin adı və nömrəsi: Vərəqin adı və nömrəsi vərəqin üst kənarının ortasında göstərilmişdir. Vərəq nömrəsi ayrıca sağ üst və alt kənarda göstərilir.
1/250.000 miqyaslı vərəq 6 ədəd 1/ 100000 miqyaslı vərəqi əhatə edir və öz adını ən böyük yaşayış məntəqəsinin adından alır.
Vərəq nömrələri üçün Türkiyəyə aid olmaq üzrə qərbdən, hər hansı bir başlanğıc nöqtədən etibarən, qonşu ölkələrin sərhədlərini də daxilinə almaq şərtilə şərqə doğru hər yarım dərəcəyə bir nömrə, başlanğıcdan cənuba doğru hər yarım dərəcəyə bir hərf verilmişdir. (Ç, Ğ, İ, Ş hərfləri istisna olmaqla).

Miqyas

Adı və
nömrələri

Əhatə etdiyi sahə

enlik

uzunluq

1/250.000

Ankara

10

1030

1/100.000

Ankara- İ-29

30

30

1/50.000

Ankara-İ-29. a

15

15

1/25.000

Ankara- İ-29. a1

730

730

Bölünmə prinsipinə görə 1/100000 miqyaslı xəritələr 4 dənə 1/50000 miqyaslı xəritə, 1/50000 miqyaslı xəritələr isə 4 dənə 1/25000 miqyaslı xəritə vərəqindən ibarətdir (şəkil 1).



Şəkil 1. 1/250000, 1/100000, 1/50000 və 1/25000 miqyaslı
xəritə vərəqlərinin bölünməsi və nomenklaturası
(2) Vərəqin seriya nömrəsi: Bütün vərəqlər seriya nömrəsi ilə qeyd edilir. Seriya nömrəsi eyni miqyasda, eyni vərəq bölgüsünə görə tərtib edilmiş müxtəlif xəritələri bir-birindən fərqləndirən hərfi –say qruplarıdır.
(3) Ədədi miqyas: Vərəqin alt hissəsinin ortasında və üst sol tərəfində Türkiyə sözü ilə birgə yazılır.
(4) Çap nömrəsi: Vərəqin üst sağ və alt sağ tərəfində qeyd edilir. Xəritənin tez bir vaxt ərzində tapılması və anbarlarda yerləşdirmək üçün bu nömrələrdən istifadə edilir. Çap nömrəsi xəritənin son çapını göstərən bir rəqəmdir.
Nümunə: BASKI 1-THGK 1985 (Baskı – 1Türkiyə Xəritə Baş Komandanlığı- 1985)
(5) Xətti miqyas: Vərəqin alt kənarının ortasında yerləşir. Xətti miqyas m,km, dz.mili, quru mili, yard ölçü vahidlərinə görə ayrı-ayrılıqda göstərilir.
(6) Sifariş yazısı: Vərəqin sağ altında hansı müəssisə tərəfindən, nə zaman və hansı üsulla tərtib olunduğunu göstərən yazıdır. Bu məlumatlar xəritənin etibarlığını qiymətləndirmək baxımından xəritədən istifadə edənlər üçün vacib və əhəmiyyətlidir.
Nümunə: Tarixçə: Xəritə aerofotoşəkilçəkmə üsulu ilə 1994-cü ildə yeniləşdirilmişdir.
(7) Qonşu vərəqin indeksi: Vərəqin sağ alta yaxın küncündə qonşu vərəqləri göstərən bir sxemdir. Vərəqlər nömrələri ilə göstərilir. Vərəqin dörd kənarında qonşu vərəqlərin adları yazılmışdır.
(8) Proeksiya: Xətti miqyasın altında xəritənin hansı proeksiya əsasında tərtib olunduğunu bildirən yazıdır.
(9) Qrid yazısı: Xətti miqyas qrupunun altında vərəqəyə aid qrid sisteminin sferoidi ilə, qridlərin hansı zonaya (dilimə) aid olduğunu göstərən yazılı mə lumat verilib.
(10) Qriddən istifadə haqqında qısa məlumatlar: Xəritənin sol alt küncündə koordinat təyini üçün lazım olan qrid bölgə işarəsini, vərəqin yerləşdiyi 100 000 m-lik kvadrat və kvadratlarla onların tanıtma işarələrini göstərən bir sxem və mə lumatların necə həyata keçirilməsinə aid bir nümunə vardır.
(11) Başlanğıc yüksəklik: Bu yazı alt kənarın ortasında sözlə yazılır ki, bu da yüksəklik və horizontalların istinad etdiyi yeri göstərir. Türk xəritələrində yüksəklik başlanğıcı orta dəniz səviyyəsidir.
(12) Koordinat başlanğıcı: Türkiyədə trianqulyasiya şəbəkəsinin başlanğıc koordinat nöqtəsi kimi Ankara yaxınlığındakı Meşədağı nöqtəsinin koordinatları qəbul edilmişdir. Daha sonra Avropa tranqulyasiya şəbəkəsinə bağlanmışdır. Beləliklə, Avropa trianqulyasiya şəbəkəsinə istinad edilərək koordinatlar alınmışdır. Bu koordinatlara Avropa sisteminə çevrilmiş koordinatlar deyilir. Bu yazılar alt kənar nöqtədə qeyd edilir. Xəritənin koordinat sisteminin başlanğıcı ilə bağlı məlumatlar verilir.
(13) Horizontalların kəsmə yüksəkliyi: Xəritənin alt kənarının ortasında yazılır. Kəsmə yüksəkliyi xəritələrin miqyasına görə dəyişir. Nümunə: “Horizontallar 10 m-dən bir keçirilmişdir” yazısı 1/25000 miqyaslı xəritələrdə qeyd edilir.
(14) Şərti işarələr: Vərəqdə göstərilən şərti işarələr uyğun rəng və aydınlaşdırıcı yazılar ilə göstərilmişdir. Xəritənin sağ xarici çərçivəsindən başlayaraq yuxarıdan aşağıya doğru bu şərti işarələr göstərilmişdir.
(15) Sapma diaqramı və göstəricisi:
(a) Sapma diaqramı: Topoqrafik xəritələrdə vərəqin sağ alt küncündə göstərilir. Həqiqi meridian (coğrafi meridian), qrid meridianı ( ox meridianı, şəbəkə xətti ) və maqnit meridianı (kompas meridianı) arasındakı bucaq əlaqələri: 1/25000 miqyaslı xəritə üçün vərəqin mərkəzində bir qrafiklə, 1/50000 və 1/100000 miqyaslı xəritələrdə vərəqin şərq və qərb kənarlarının ortası üçün iki müxtəlif qrafiklə göstərilmişdir. Qrafikin altında illik dəyişmə miqdarı, diaqramdan necə istifadə etməyə dair qısa bir izahat yazılmışdır.
1/250000 miqyaslı JOG seriyalı xəritələrdə sapma qiymətinin əyriləri (izoqonlar) xəritədə cızılır.
(b) Kompas sapma döstəricisi: Xəritəni kompasla səmtləndirmək üçün maqnit meridianı istiqamətində vərəqin üst sağ tərəfə yaxın bir yerində 00 – 80 arasında dərəcəli bölğü və alt kənarda P nöqtəsi qeyd edilmişdir.
(16) Məxfilik dərəcəsi: Vərəqin sağ alt və sol üst hissələrində qırmızı hərflərlə xəritənin məxfilik dərəcəsi yazılmışdır.
(17) Yüksəklik fonunun rəngləri: Xəritədə yüksəkliklər yüksəklik rənglərinə ayrılaraq göstərilmişsə, yüksəklik rənglərinin hər biri yülsəklik fonunun rəngləri tablosunda göstərilmişdir. Bu tablo alt və ya sağ kənarda uyğun bir yerdə qeyd edilir.
(18) Adlar və sərhədlər haqqında göstərişlər: Xəritə üzərində hər hansı bir dövlət sərhədinin bir parçası belə göstərilərsə alt çərçivənin kənarında boş bir yerdə, xəritə üzərindəki sərhədlərin qəti və rəsmi olmadığı haqda açıqlama yazılır.
(19) Qısaldılmış yazılar: Vərəqin sağ kənarında şərti işarələrin altında qısaldılmış yazı və adların mənaları və onların ingiliscə qarşılığı verilmişdir.
(20) Koordinat ölçən: Vərəqin sağ alt küncündə bölgülərlə göstərilmişdir. Hər hansı bir nöqtənin metrik koordinatlarının alınması üçün koordinat ölçən, şəkli pozulmadan yerindən kəsilərək istifadə edilə bilər.
(21) Seçmə diaqramlar: İstifadə olunan material və ərazini əhatə edən müxtəlif elementlərin vəziyyətini ( ad, miqyas, tarix və s. ) göstərmək üçün alt çərçivənin xaricində cızılan bir diaqramdır. Hər diaqramın təsviri, vərəqin təsviri ilə eynidir.
(Nümunə: 1/50000 və 1/100000 miqyaslı vərəqlərdə mövcuddur)
(22) Müəlliflik hüququ haqqında yazı: Xəritələrin müəlliflik hüququnu qorumaq məqsədilə bütün vərəqlərin alt tərəfində müəlliflik hüququ haqqında yazı qeyd olunur. (Topoqrafik xəritələrdə olmur).
(23) Sərhədlərin diaqramı: Bu diaqramın forması, vərəq forması ilə eynidir, vərəqdəki beynəlxalq və inzibati sərhədlər təsvir edilir və inzibati bölgülərin adları ilə yer adları göstərilir. Əgər vacibsə siyahı alt və ya sağ kənarda boş bir yerdə göstərilir.
(24) Çevirmə diaqramı (m/fut və ya fut/m): Metr/fut və ya fut/metr çevirmə diaqramı 1/250000 miqyaslı vərəqdə alt kənarda boş bir yerdə qeyd edilir və sadəcə vərəq daxili yüksəklikləri əhatə edir.
(25) Dəqiqlik diaqramı: Bu diaqram xəritənin təfsilatının dəqiqliyini ifadə edir.(1/250000 miqyaslı xəritələrdə mövcuddur. )
(26) Xəritədən istifadə edən şəxsə: Xəritədən istifadə edənlər tərəfindən çatışmayan bir şey və ya xəta aşkar edilərsə, bu barədə xəritəni istehsal edən müəssisəyə xəbər verilməlidir. Məsələn, “Xəritədə görülən xətalar xəritə Baş Komandanlığına 06100 ANKARA adresinə bildirilməsi rica olunur.”
(27) Məlumat guşəsi: Xəritəni tərtib edən müəssisənin aydın olaraq adı və çap edilmə ili sağ küncdə göstərilir.
(28) Diqqət: İstifadəçi üçün vərəqə aid xüsusi məlumatları açıqlayan yazıdır. Vərəqin sol alt kənarında yazılır. Məsələn, Diqqət: Bu vərəqdəki dövlət sərhədləri qəti və rəsmi mahiyyətə malik deyil.
Yüklə 70,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə