Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
  1   2   3   4   5   6   7   8   9   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət



Ön söz. 
Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam. 
Kitabda real həyatda müşahidə etdiyim talelərdən, gördüyüm hadisələrdən bəhs 
etmişəm. İlk qələmə aldığım əsər “Görünməyən həqiqət” dedektiv povestidir. 
Bu əsər eyni zamanda dedektiv janrında yazdığım ilk əsərdir. Əsəri 2007-2010-
cu illərdə yazmışam. Həmin illərdə eyni zamanda “Açılmayan düyünlər” , 
“Sevgi zərbəsi”, “Zamanın öz məlhəmi” əsərlərini yazdım. Ən son yazdığm isə 
“Xoşbəxtlik həsrəti” romanıdır. Bütün əsərlərimdə hadisələrin axarında sevgi 


macəraları ilə yanaşı, qətl hadisələrinə, uğursuz sevgi acılarına da yer 
ayırmışam. Sizə təqdim etdiyim bu kitaba bu əsərlərin hamsı daxildir. Kitabda 
tanış olacağınız bütün obrazlar (“Xoşbəxtlik həsrəti”ndəki Tərlandan başqa) real 
həyatda yaşayırlar, yəni xəyalımın məhsulu deyil. Obrazların adı şərti olaraq 
dəyişdirilib. Buradakı hadisələr Azərbaycanın ucqar kənd və rayonlarında 
cərəyan edir. “Zamanın öz məlhəmi” povestində isə hadisələr Türkiyənin ücqar 
kəndlərindən birində baş verir.
Hər bir əsərin məzmunu və ümumilikdə aşıladığı fikirlərin cövhərində mənim 
könül çrpıntılarım, həyat-ölüm, sevgi-nifrət, insanlıq-rəzalət, xoşbəxtlik-
bədbəxtlik haqqında düşüncələrim əks olunub. Hansılar ki, biz həmişə bu 
əksliklərin arasındayıq, onların mübarizəsində üstün çıxanın gətirdiyi, bəxş 
etdiyi həyatı yaşayırıq.
Bu sayta gəldiyim ilk andan yazılarımı Gülşən xanımla müzakirə etdim, fikir 
mübadiləsi apardıq, məsləhətlər aldım və onun məsləhəti ilə yazmaqda davam 
etdim, bu yazılarım ərsəyə gəldi. İndiyə kimi bu yazdıqlarımı ancaq ailəmizdə, 
qohumlarımızda oxuyurdularsa, artıq Qadın.net saytı öz səhifələrində paylaşıb, 
hissə-hissə dərc olunub. İndi isə onlar sayt layihəsinə əsasən vahid kitab halında 
sizlərə təqdim olunur. Bilirəm ki, mənim əsərlərimi sevərək izləyən yüzlərlə 
oxucum var. Bunu mənə gələn məktublar sübut edir. Oxucu sevgisi arzu etdiyim 
ən böyük hədiyyədir. Bu hədiyyə üçün Selcan (Ceylan Mumoğlu) xanıma öz 
dərin minnətdarlığımı bildirirəm. Əziz oxucular, ümid edirəm ki, əsərin əsas 
maziyyətlərini siz qiymətləndirəcəksiniz. Hər bir irad və təkliflərinizi ehtiramla 
qəbul edəcəyəm. Bu təklif və iradlar mənim gələcək yaradıcılıq yoluma işıq 
tutacaqdır.
Hörmətlə: Xəyalə Murad 


“Sevgi zərbəsi” roman 
Birinci fəsil 
Sevginin nə olduğunu bilmirdi. Amma bilirdi ki, valideynlərə hiss etdiyi 
sevgidən çox fərqli bir hiss olmalıdır. Sevginin nə olduğunu bilən rəfiqələri 
vardı. Tez-tez onları bezdirərdi sualları ilə. Yenə də doymurdu aldığı 
cavablardan. Kitablarda oxuyurdu, əbədi səadətdən, xoşbəxtlikdən. Sevmək 
istəyirdi. Çox istəyirdi. Son zəngində paralel sinifdə oxuduğu oğlanlardan biri 
onu rəqsə dəvət etdi. Həzin musiqi sədaları altında Səmra ilk dəfə biri ilə rəqs 
edirdi. Amma təcrübəsiz olduğunu tərəf müqabilinə bildirmək istəmirdi. Rəqs 
etdikcə onun ürəyinin döyüntülərini eşitməyə başladı. sankı "Səmra" eşidilirdi, 
hər döyüntüdə. Gözləri gözlərinə sataşdı özünü itirdi o baxışlarda. Sanki 
buludlar üstündə rəqs edirdilər. Musiqini isə ürək döyüntüsü əvəz edirdi. Hər 
ikisi ilk baxışdan aşiq oldular. 
Zaman keçdi... Universitet imtahanlarından hər ikisi kəsildi. Valideynləri səbəbi 
sevgilərində gördü. Sevgisi üçün günahlandırılmış kimi baxırdılar Səmraya.
Yenə də çox sevdilər bir-birlərini. O Səmra üçün hər şeyə hazır idi. Bircə 
evlənməyə yaşları çatmırdı. Həm də imkan yox idi. Gizlin görüşürdülər 
Səmragilin bağlarında, hasar başında. Elə görüşlərin birində zərbə aldı Səmra. 
Öyrəndi ki, sevdiyi uzaq səfərə çıxır. İşləyib, pul toplayıb qayıdacaq. Qayıdacaq 
ki, evlənsinlər, qovuşsunlar bir-birlərinə. Əvvəlcə tərəddüd etsə də, yola gəldi 
sonunda, Anladı ki, başqa çarə yoxdur. Yolunu son nəfəsinədək gözləyəcəyinə 
and içdi orda Səmra... O isə "Yolumu gözlə mütləq gələcəm, alıb aparacam səni, 
evimizin xanımı edəcəm. İnan mənə, sevgimizə ləkə gətirmə". 
Bir neçə ay keçdi. Lakin Səmra usanmırdı, gözləyirdi sevdiyini. Bu neçə ayda 
elçi düşən də olmuşdu ona, amma anasına yalvardı, o da vermədi bircə balasını. 
Anası qızının sevgisindən xəbər tutmuşdu, təsadüfən gecə ikən. Səmranın 
yuxuda dediklərindən anlamışdı hər şeyi. Bilirdi, qızının tərs üzünü dedisə, 
ondan başqasına getmərəm, demək getməzdi. Böyük əziyyətlə böyüdürdü qızını. 
Hər istədiyini almaq üçün gecə-gündüz calışırdı. Bütün qəlbi ilə onu xoşbəxt 
görmək istəyirdi.


Bir gün telefonun zəngi calındı. Səmra şimşək tək cumdu götürdü: "Alo, alo". 
Dəstəkdən bir kəlmə eşitdi: "Anamın gəlini olarsan?" Sevdiyinin səsini eşidib az 
qaldı havalansın. Demək, artıq vaxtı gəldi, sevdiyi kifayət qədər pul toplayıb 
vətənə qayıdıb, elçi gələcək. Bəli, Səmra sevincindən uçurdu. Odur ki, cavabı 
tərəddüd etmədən: "Sevə-sevə" oldu. "Onda hazırlaş, 5-ci gün vətənə dönürəm. 
6-cı gün sizə anamı göndərəcəm".
Az qalırdı sevincindən havalansın. Yerə-göyə sığmırdı. Ona qovuşacağı günü 
gözləyirdi. Beşinci gün gecə elə hey bağda gəzdi. "Birdən gələr keçər, ya da 
axtarar, görmərəm" deyə. Səhərə kimi ağacın altında oturduğu yerdəcə yatıb 
qaldı. Ayılanda artıq səhər açılmışdı. Başının üstündə əlində jaket tutmuş anasını 
gördü. İzzah etməyə çalışdı hər şeyi, amma anasının sakit, qayğıkeş 
baxışlarından hər şeyi bildiyini anladı. Üzündən öpüb: "Ana, bu gün bizə elçi 
gələcəklər. Razı olarsan?". Anası Səmranın saçlarına sığal çəkib: "Hə, qızım..." - 
dedi.
Həmin gün yeni aldığı donunda oturmuşdu Səmra. Gələcək qaynanasına özünü 
bəyəndirmək üçün gözəl görsənməyə çalışırdı. Birdən qonşuluğunda sevinc dolu 
səs-küy eşitdi. Divar qonşusunun hasarına yaxınlaşıb nə baş verdiyini bilmək 
istəyirdi. Bu an elə bir aydın səmadan gəldi bir ildırım çaxdı ürəyinin başından. 
Ayağı üzüldü yerdən, ət kimi oldu bütün bədəni. Anası olmasa, yerə dəyərdi.
Hasardan gördüyü mənzərə dəhşət idi onunçün. Dili söz tutmasa da kəkələyərək 
azacıq " Sən xəyanət etdin mənə..." dedi. 
Hər şey aydın idi. Səmranın bütün qəlbi ilə sevdiyi insan indi hasar qonşusunun 
qızıyla nişanlanırdı. Sındı qəlbindəki güvən hissi köz oldu, ürəyi dağ basdı 
köksünə. Evdən çıxmadı aylarca. Təmizlik xəstəsi oldu, durmadan hər tərəfi 
silib-süpürürdü. Kimsənin gözünə baxmırdı. Suala cavab vermirdi. İçinə 
qapandı, tamamilə. Yox oldu həyat sevgisi..... 
İkinci fəsil 


Aylar keçdi o gündən. Səmra təmizlikdən başqa heç nə düşünmür, kimsənin 
sualına cavab vermirdi. Anası arxası olmadığından o gecə qonşunun evinə 
getmədi. Qəlbində özünü günahkar hesab edirdi. Əgər həmin gecə nişana mane 
olsaydı, bəlkə də bircə balasını bu cür görməzdi. Səmra ağlasaydı, qışqırsaydı 
yenə rahat olardı, amma o tamamilə içinə qapanmışdı. Bəzən gecə ikən yatağına 
yaxınlaşıb "Qızım yatır, yoxsa oyaqdır"- deyə narahat olurdu. Amma o oyaq 
olurdu. Səhərə qədər... 
Yatarkən kədər dolu gözlərinə yuxu necə gələrdi axı? Uşaqlığa qayıtdı, qonşu 
qızla dostluğunun başladığı günə getdi bir anlıq. 6 yaşı olardı elə hər ikisinin. 
Səmra fındıq ağacının altında oturub ağlayırdı. Atasını itirmişdi elə həmin gün. 
Bu evə yeni köçdüklərindən heç kimlə tanış olmamışdı. Birdən yanında ona 
baxan mavi gözlü qız gördü -"Burda niyə ağlayırsan? Gəl gedək fındıq dərək. 
Kimdə fındıq çox olsa, o da qalib gələr". O gündən dostluq edirdi qonşu qızı 
Zərifə ilə. Məktəbi də bir oxudular. Hər cür sirr bölüşərdilər həmin fındıq 
ağacının altında. Bir gün Zərifə:"Sənə sözüm var. Amma kimsə bilməsin. 
Mənim sevdiyim var. Bir aydır tanış olmuşuq. Məktəbə gəlmişdi, sən 
tanımırsan. Çox xoşuma gəldi. Onun da məndən. Bilirsən, Səmra mən ona aşiq 
olmuşam, deyəsən elə ilk baxışdan. Amma onun sevgisinə əmin deyiləm. Naz 
edirəm ki, bəlkə mənə ürəyini aça." Beləcə uşaqlıq sirrlərini sevgi sirri əvəz etdi. 
Səmra Zərifənin dostluğuna qiymət verirdi. İndi yatağında o günü xatırlamışdı. 
Demək sevdiyi oğlan elə Zərifənin sevgilisi də imiş. Eyni zamanda həm məni, 
həm də Zərifəni aldadırmış. Amma sonda onunla evlənməyə qərar verdi. Bəs 
niyə kişi kimi qarşıma keçib demədi ki, ay Səmra səni daha sevmirəm.... 
Hər gecəsi elə belə keçərdi. Öz-özünə suallar verərdi, cavab isə çox vaxt 
tapmazdı. Dan yeri söküləndə əlində süpürgə həyət darvazasının yanından düz 
bağa kimi süpürərdi. Bir dənə daş belə qalmamışdı o yolda. Anası tək çarəni 
bacısında gördü. Zəng etdi məsləhətləşdi. Səmranın bu vəziyyətindən çıxış yol 
axtardılar. Onun tərs xasiyyətindən xəbərdar idilər Odur ki, tərs insanın 
öhdəsindən ondan da tərs biri gələ bilərdi. Beləcə xalası öz qızını göndərəcəyini 
dedi. Bəlkə o, Səmraya kömək olar deyə.


Səmra əlində toz əskisi televizorun tozunu silirdi. Elə bu vaxt darvazaları 
açıldı. Səmra kim olduğuna baxmaq istəyəndə gələn arxadan onu tutdu-"Salam 
Səmam necəsən? Çox darıxmışdım."Səmra arxaya çönüb xalası qızı Xədicəni 
gördü. O gecədən bəri ilk dəfə idi ki, üzü güldü. Onu qucaqlayıb bağrına basdı. 
Dayanmadan ağladı. Bu 3 ayda bir dəfə də olsun Səmra ağlamamışdı. Xədicə 
onu sakitləşdirməyə çalışmadı. Çünki anası hər şeyi anlatmışdı. Yaşca Səmradan 
kiçik olsa da yaşıdlarmış kimi davranırdılar. Səmra onun gözündə ideal insan 
idi. Güzgü önündə dayananda - "Səmraya oxşayıram görəsən?" deyə özünə sual 
verərdi. İdeal saydığı doğma xalası qızı tamamilə dəyişmişdi. Dolu olsa da 
boyunun hündürlüyü gözəllik verirdi Səmraya. Gülərkən yanaqlarında güllər 
açırdı sanki, saçları təbii qara rəngdə idi. Hər külək əsəndə sanki darayardı 
Səmranın saçlarını. Hər telinə sığal çkərdi astaca. Gözləri iki qara mirvari tək 
parlayardı ehmalca. Amma indi qarşısında o Səmradan əsər-əlamət yox idi. 
Güya heç nədən xəbəri yoxmuş kimi :" Səma (Xədicə Səmraya qısaca Səma 
deyərdi) , nə olub yoxsa məni görməyinə sevinmirsən? Xalam çağırmasaydı 
gəlməyəcəkdim, küsmüşdüm səndən. Üç aydır mesajlarıma zəngimə cavab 
vermirdin. Yaman incimişəm səndən, xain çıxdın." Birdən anladı ki, son sözünü 
nahaq yerə dedi. Çünki Səmra daha da bərk ağladı.
-Nələr yaşamısan sən, niyə ağlayırsan? danış rahat olacaqsan. At əlindən bunları 
bəsdir. Onsuz da təmizdir hər yer. Bəs, ürəyini necə təmizləmək istəmirsən?"
Xədicə Səmranı bir təhər razı saldı. Səmra əvvəldən başladı. Mahirlə ilk 
rəqsindən, görüşlərindən, Rusiyadan etdiyi son zəngindən və hasar başında 
gördüyü o səhnədən. Səmra o qədər ağlayırdı ki, Xədicə onun ancaq bu yolla 
rahat ola biləcəyini düşündüyündən dayandırmaq istəmirdi. Ətraflı öyrəndi 
yaşanmışları. Zərifəni tanıyırdı Xədicə. Onun ən yaxın rəfiqəsinə bunu etdiyi 
ağlına belə gəlməzdi. Həmin gecə Xədicə başladı düşünməyə: " Axı niyə zəng 
edib gözlədirdi Səmranı. Məqsədi Zərifə idisə, niyə Səmraya xəbər edirdi ki elçi 
gələcəyik."
Heç cürə uda bilmirdi Zərifənin hərəkətini. Həmin gecə Xədicə söz verdi özünə 
ki, Səmraya edilən haqsızlığı cavabsız qoymayacaq. Əgər kişi olsaydı bir-başa 
Mahirin qarşına dikilərdi. Tələb edərdi ondan Səmraya vurduğu zərbənin 


səbəbini. Xalası tapşırmışdı ki, Xədicəni tək qoymasın. Çünki bu günlərdə 
Zərifənin toyu olacaqdı. İstəmirdi yenidən özünə qapansın. Bircə balasını belə 
görməyə dözə bilmirdi. Xədicənin gəlişinə ümidi vardı. Çünki bu 3 ayda Səmra 
hisslərini yaşadıqlarını kiminlə paylaşa bilərdi ki, anası ilə də arada pərdə 
saxlayırdı. Ona görə xalası işdən gəlib Xədicəni görəndə uşaq tək ağlamışdı.-" 
Nə yaxşı ki, gəldin Xədicə, Səmranı tənha qoyma. Tez-tez unsiyyət qur, içinə 
qapanmasın." 
Səhər açıldı. Səmra yenə həyəti süpürməyə başladı. Anası işə gedəndə sığal 
çəkdi başına. Xədicə çayını içərkən belə gözünü Səmradan çəkmədi. Onun bu 
qədər arıqlamağı, çəkdiyi əzab yetməzdimi? Beynindəki suallara tək cavab 
verən vardısa, o da Mahirdi. Amma onu tapa bilməzdi. Əvəzində isə Zərifəni 
tapa bilərdi. Elə stəkanı nəlbəkiyə qoyub iri addımlarla çıxdı darvazadan. Səmra 
heç nə anlamadı, baxdı arxasınca.
Qonşunun darvazasını iri daşla döydü. Qapının ağzına Zərifə çıxdı. Xədicəni 
görüb rəngi saraldı. Başını aşağı dikib; 
-"Salam Xədicə. Utandığımdan gəlib Səmranın halını soruşa bilmirəm. o 
necədir?"
Xədicə qəzəbindən nə dediyini bilmədi: 
-"Yəni utanmağı da bacarırsan? Sənin kimi dost olmaz olsun. Nədi yer üzündə 
başqasını tapmadın? Belə tez ərə getmək istəyirdin? Evdə qalmışdın? Səmranın 
sənə nə pisliyi dəymişdi? Lənət olsun səni tanıdığımız günə."
Xədicə sözünü dedi, amma rahatlaşmadı. Qarşısında başı aşağı yazıq vəziyyətdə 
dayanmış Zərifə dinmirdi. Sanki başı ilə təsdiq edirdi, onun təhqirlərini qəbul 
edirdi. Xədicə birdən anladı ki, səbəbi hər nədirsə Səmranında bilməyə haqqı 
var. Odur ki, çəkinmədən tutdu Zərifənin qolundan


-" Mənimlə gəl, kişi qızı kimi dur Səmranın qarşısında. Niyə bu insafsızlığı 
etdiyinizi anlat. Onun bilməyə haqqı var."
Zərifə heç nə demədən Xədicənin yanınca Səmranın evinə gəldi.
"Səmra, gəl bura səni görmək istəyən var"-dedi. Pilləkənin başında dayanan 
Səmra Zərifəni gördü. Aşağı enib üstünə şığıdı. Səni görüm qəlbin kül olsun
mənim kimi, burnundan gəlsin dostluğumuz. Bədbəxt olacaqsız, necə ki mən 
bədbəxtəm. " qırşqıra -qışqıra oturdu yerə gözündən axan göz yaşları nə 
dərəcədə əzab çəkdiyini göstərirdi. "Axı nə istədiz məndən? Niyə belə elədiz? 
Zərifə iki qat qalıb üzünü yerdən qaldırmağa utanırdı sankı. İki əlini qoynuna 
sıxıb için-için ağlayırdı. Amma yenə də Səmranın bilməyə haqqı olduğunu 
düşünüb sualına cavab verdi.
- "Səmra nə desən haqlısan bilirəm. Amma məni bir dinlə, gör niyə belə oldu. 
Anamla Mahirin anası bizdə şəkərbura bişirirdilər. Mən də çimmək istəyirdim. 
Çəndə su olmadı deyə, Mahirin anası dedi ki, al açarı get bizdə çim. Onsuz da 
kimsə yoxdu. Mahir Rusyadadı. Getdim çimdim. Hamamdan çıxanda Mahiri 
gördüm. Özün bilirsən ki, ona həmişə qardaş gözü ilə baxmışam. O isə sanki 
qəfəsdən azadlığa çıxmış şir kimi cumdu üstümə. Kimsəni köməyə çağıra 
bilmədim. Özümü itirdim. Ayılanda hər şey artıq olmuşdu. Başımın üstündə 
anamı gördüm. Sonra yanımda yatan Mahiri. Mahirin anası da bizə baxırdı. Mən 
nə olduğunu anlayana kimi, artıq Mahir də ayıldı. Namusuma ləkə gətirdi 
mənim. Sevdiyim insana qismət olmadan Mahir sahibləndi mənə. Anla məni tək 
günahım orda həmin gecə olmağım idi. Allah mənə elə cəza verib ki, bütün 
qəlbimlə başqasını sevə-sevə məcburam Mahirə ərə getməyə. Əvvəl qardaş 
görürdüm onu, ancaq o gecədən sonra nifrət edirəm ona."
Səmra dözə bilmirdi eşitdiklərinə. Sanki ardı ardına zərbə alırdı. Amma bilmək 
də istəyirdi olan-bitəni. Zərifə ağlaya-ağlaya davam edirdi; 
-" O gecə anam Mahirin anası ilə bərk mübahisə etdi. Mahir heç nəyi 
xatırlamırdı. Bir anın içində qərar verdilər ki, səhər tez-bazar nişan etsinlər. 
Ardınca da toy. Mahir nə baş verdiyini anlayanda o da razı oldu. Bilirəm səni 
sevir. Amma məni də o, bədbəxt etdi. Evlərində xırda remont işləri gedirdi deyə 
3 aydı təxirə salırdılar toyu. Amma gələn həftə toydu. Bu 3 ayda o qədər cəhd 
etdim ki, ölməyə. (Zərifə qollarını uzadıb kəsikləri Səmraya göstərdi). Amma 


hər dəfə məni xilas etdilər. İndi məcburam ərə getməyə bir yandan namusumu 
təmizləmək üçün, digər tərəfdən atasız övlad böyütməməkçün." Səmra başını 
qaldırıb Zərifənin əli ilə qarnını göstərdiyini gördü;
"Bəli, mən o gündən hamilə qalmışam. Sevmədiyim, hətta nifrət etdiyim mənə 
zorla sahib olan birindən. İndi sən de mənə kimdir bədbəxt olan? Sən-sevdiyin 
insanın xəyanətini yaşayan, yoxsa mən-başqasını dəli kimi sevərkən, onunla 
quracağımız ailəni düşünərkən, qardaş yerinə qoyduğum tərəfindən zorlanmaq 
və istəmədən hamilə qalmaq, indi də onunla bir yastığa ömrü boyu baş qoymaq. 
Bundan artıq cəza ola bilərmi? Sən nə qədər arzulasan da bədbəxt olaq deyə 
inan ki, iki qat artıq bədbəxtik." Zərifə sözünü deyib ağlaya-ağlaya ordan 
uzaqlaşdı.... 
Üçüncü fəsil 
Səmra hələ kiçik yaşlarından atasını itirmişdi. Bu ağır itki günündə Zərifə ilə 
dostluğuna ilk addım atmışdı. Bu dostluq çox möhkəm idi. Çünki dostluğun 
təməlində ailəvi dostluq da dururdu. Səmranın anası Mirvari xanım hasar 
qonşusu Sudabə (Zərifənin anası) ilə həm qonşuluq həm də rəfiqəlik edirdi. Hər 
gün hasar başında saatlarla oturub söhbət edər dərdləşərdilər. Biri xəstələnəndə 
digəri onun qayğısına qalardı. Axı Sudabə də demək olardı ki, tənha qadın idi. 
Çünki yoldaşı Rusyada işləyirdi. İki aydan bir ya gələrdi, ya da gəlməzdi. Lakin 
vaxtı vaxtında ailəsinə çörək pulu göndərərdi. Buna görə də Sudabənin 
işləməyinə ehtiyac yox idi. Həm də Zəfər kişi buna icazə verməzdi. Onun 
nəslində qadınlar heç vaxt işləməyiblər. Olsa olsa tarlada ya da baxçasında nəsə 
əkər ya becərərmişlər. Hər hansı bir yerdə aylıq maaşa qəti işləməyiblər. Heç 
Sudabə də işləmək arzunda olmayıb. Zəfərə öz istəyi ilə ərə gəlməmişdi. Lakin 
buna baxmayaraq ona olan hörməti sevgiyə çevrilmişdi. Övladları doğulduqdan 
sonra bir-birlərinə daha da alışdılar. Buna baxmayaraq Sudabə qızı Zərifənin 
sevərək ailə qurmasını arzu edirdi. Qızının könlündən xəbərdar da deyildi. Bir 
dəfə belə olsun Saleh haqqında soruşmamışdı. Zəfər kişi Qarabağ əldən 
getdikdən sonra ailənin yarı ac yarı tox vəziyyətinə dözməyib üzünü Rusiyaya 
tutdu. Bir neçə il çətin olsa da nəhayət özünə uyğun iş tapdı. Bir neçə yerdə 
icarəyə yer götürdü. Mal aldı, mal satdı. Bəzi fırıldaq işlər də gördü. Lakin 
qazanmağın yolunu tapdı. Hər ay evinə pul yolladı. Zərifə də beləliklə böyüdü. 
Səmra ilə birlikdə məktəbə getdi. 


Mahirin də ailəsi kasıb idi. Atasını bir yaşında ikən itirmişdi. Anası Gülnaz 
isə evində dərzi işləyirdi. Gözəl əl qabiliyyəti ilə çox sevilərdi. Sudabə də onu 
məhz dərzi kimi tanısa da, sonradan rəfiqəlik də etdi. Sirrləri də, dərdləri də bir 
oldu. Mirvari ilə də az söhbət etməmişdilər. Lakin Mirvari işlədiyi üçün çox 
zaman evdə olmazdı. Sudabəyə də nə zaman bir şey lazım olsaydı Gülnaza 
gedərdi. Beləcə gediş-gəlişləri vardı. Zərifə ilə Mahir demək olar ki, birlikdə 
böyümüşdülər. Eyni məktəbdə təhsil alırdılar. Arada Sudabə nəsə lazım olanda 
Zərifəni göndərədi. Bir neçə dəfə də elə olmuşdu ki, Sudabə Zərifə üçün nəsə 
tikdirirdi deyə hər ikisi Gülnazın qonağı olurdu. Mahir də Zərifəni bacı kimi 
sayar hörmətini saxlayardı. Hər şeydən önəmlisi sevib könül verdiyi Səmranın 
rəfiqəsi olduğu üçün xətirini çox istəyirdi. Səmra ilə evlənməyə yaşları 
çatmadığından məcburən işləməli idi. Həm toy üçün pul yığmalı, həm də özünə 
daimi iş yeri tapmalı idi. Universitetə qəbul ola bilməməsi də bir yandan ağır 
gəlmişdi. Çünki Gülnaz da Mirvari də uşaqların sevgisindən xəbərdar idilər. Və 
bu sevgini ali təhsil qazana bilməməklərində təqsirkar bilirdilər. Lakin olacağa 
çarə yox idi. Artıq olan olmuşdu və tez bir zamanda Mahirə iş tapmaq lazım idi. 
Buna görə Gülnaz Sudabədən xahiş etdi ki, Zəfər kişi ilə danışsın. Əyər 
Rusiyada Mahirə uyğun görüləsi iş varsa onu da aparsın. Mahir üçün Rusiyaya 
getmək olduqca çətin gəldi. Lakin Səmra ilə evlənə bilməsi üçün yetərincə pul 
və imkan oradan əldə etmək olardı. Rayonda illərlə işləsə də evin təmirini və 
alınacaq qızıllara pul çatmazdı. Odur ki, anasının qərarını dəstəklədi. Beləliklə 
Zəfər kişi də Mahiri özü ilə apardı.
Mahirin işgüzarlığı Zəfərin çox xoşuna gəlirdi. Hər dəfə bir iş tapşırar onun 
məsuliyyətini və düzgünlüyünü yoxlayardı. Heç bir saniyyə də onu bura 
gətirdiyinə peşman olmamışdı. Bir müddət keçəndən sonra isə Mahir vətənə 
gedib anasını görmək istədiyini dedi. Zəfər kişi ona bir qədər pul verib yola 
saldı. Həmin gün işdə çox yorulduğundan elə qatardaca yatmaq istəyirdi. 
“Təyyarəyə o qədər pulu verməkdənsə qatarla 3 gün yol gedərəm daha yaxşı”
demişdi. Bu fikirlə də qatarla yola çıxdı. Yol boyunca eyni otaqda 3 cavan 
oğlanla qalmalı oldu. Onlarla deyib güldü, əyləndi. Birlikdə yemək yedilər, 
dərdləşdilər, içdilər. Mahir mehriban insanların aurasında idi sanki. Lakin butun 
bunlar yalan imiş.
Vağzala çatmazdan 3 saat əvvəl dördü də yeyib içirdilər. Həm tanışlıqlarının, 
həm də bir daha görüşmək ümidi ilə badə qaldırırdılar. Mahir artıq yetərincə 
içmişdi. Digərləri də həmçinin. Lakin qatardan enməsinə çox az qalmışdı. 
Oğlanlardan biri cibindən bir neçə həb çıxartdı. Hərəsinə birini uzatdı. Mahir nə 


olduğunu anlamasa da həblərə toxunmadı. Amma xəbəri olmadı ki, artıq bir həb 
onun içkisində idi. İçkini başına çəkib vidalaşaraq qatardan endi. Qatar 
stansiyası evlərindən çox da uzaq deyildi. Bir az getmişdi ki, beyni 
dumanlanmağa başladı. İçkinin təsirindən olduğunu zənn edib, bir neçə addım 
daha atdı. Məhəllə dostlarından ikisi Mahiri görüb qollarından tutdular. Yarı 
zarafatca “Heç gələcəyini də demirsən. Bilsəydik ki, içkili gələcəksən qatarın 
qarşısında gözləyərdik” dedilər. Mahir bunları yarı gerçək yarı yuxulu kimi 
eşidirdi. Bir onu hiss edirdi ki, bədəni alışıb yanır. Darvazanın qarşısında dostlar 
Mahirlə vidalaşdılar. O da əl qaldırıb evə keçdi. Evin qapısı açıq idi. İçəri keçib 
əlindəki yükünü elə qapı ağzına ataraq divana uzandı.
Gülnaz Zərifəgildə bayramlıq şirniyyatı bişirirdilər. Zərifə isə çənin boş 
olmasından məyus olmuşdu. Saçına sarmısaqlı maska etdiyindən daha dayana 
bilmirdi. Bir yandan da çəndə suyun olmaması onu lap əsəbləşdirirdi. Gülnaz 
oğlu Mahirin həmin gün gələcəyini bilmədiyindən arxayınlıqla açarı Zərifəyə 
uzatdı.
-Get bizdə yuyun. Onsuz da evdə kimsə yoxdu. Çəndə də nə qədər istəsən su 
var. Zərifə sevincək qaşınan başına dəsmal bağlayıb Mahirgilin evinə yollandı. 
Qapını içəridən bağlamağı unutsa da həyətdəki hamama doğru getdi. Yuyunub 
rahatlanıb dəsmalla da hamamdan çıxdı. Havadakı şaxta az da olsa hiss 
edildiyindən qaçaraq evə girdi. Əynini orda geyinməyə başlamışdı ki, qapı 
ağzındakı çantaları gördü. Təccüb etməyə macal tapmamış Mahir arxadan 
çiyninə toxundu. Yarı çılpaq sinəsini örtərək təəccblə: “Mahir? Sən nə vaxt 
gəlmisən?” dedi. Mahir içindəki istilikdən xilas ola bilmirdi. Üstəlik də 
qarşısında yarı çılpaq dayanmış qız görəndə özünü saxlaya bilmədi. Zəncirdən 
açılmış şir kimi onun üstünə cumdu.
Beyni dumanlı idi. Sanki qarışıq yuxu görürdü. Bu nədir anlamağa çalışsa da 
beyni açılmırdı. Gözləri yumulu idi. Hər yer qaranlıq idi. Arada bəzi səslər 
eşidirdi: “İlahi, bəs mən nə edəcəm?” Bu yuxuda idi, yoxsa realda? Ayılmaq 
istiyirdi. Ayıla bilmirdi. Qaranlıq iki əllə tutub beynini sıxırdı sanki. Nəfəsi 
ağırlaşırdı. Bütün cəhdləri boşa çıxırdı. Birdən hansısa bir qaranlıq tuneldən işıq 
gördü. Bu işıq get-gedə yaxınlaşırdı. İncə əllər çıxdı o işıqdan. Ona doğru 
uzanırdı. Bu əllər tanış idi. Səmranın əlləri idi. Yoxsa işıq Səmradır? Yox Səmra
işıq tək parlaq idi. Yenə qırıq- qırıq səslər eşidirdi. “Ana, heç nə edə bilmədim”. 
Kimsə ağlayırdı. Mahir isə dərk edə bilmirdi səslər kimə məxsus idi. Yuxu 
görürdü. Bir tək buna əmin idi. “Səmra hardasan?” deyib səyaqlayırdı. Yenidən 
işığı gördü. Tunelin sonuna doğru uzaqlaşırdı. Lakin ucadan qışqıraraq: “Sən 


xəyananət etdin sevgimizə”…Mahir buz kimi oldu. Bədəni soyuq tər ilə 
büründü. Titrəməyə başladı. “Yox! Səmra…. Getmə Səmra” deyərək ucadan 
bağırdı. Gözləri açıldı. Başı üstündə anası Gülnazı və Sudabəni gördü. 
Yatağında isə ağlayan Zərifəni. Hansı ki, cızıq dolu lüt bədənini yorğana 
bükməyə çalışırdı…
Dördüncü fəsil 
-
Mən nə edəcəm ana?-Ağlayaraq anasına sığındı. 
-
Sənin edə biləcəyin bir tək yol var. Mahirə ərə getmək.
-
Siz nə danışırsız? Mən heç nə xatırlamıram.- Mahir təəccüb dolu 
baxışlarla Zərifəyə baxdı. 
-
Oğul bu etdiyin insanlığa sığmaz. Qızın namusunu ləkələmisən. Onunla 
evlənmək də boynunun borcudu.- Gülnaz əllərini əsəbi halda havada 
yellətdi. 
-
Gülnaz qızımı gör nə hala gətirib. Kürəyinə bax.. Sinəsinə bax… İlahi, Bu 
nə vəhşilikdi? Meşədən çıxıb sanki. Gül kimi qızım bədbəxt etdi. –Südabə 
Zərifədən beş betər ağlayırdı. 
-
Mahiri dünyaya gətirdiyimə peşmanam artıq. Onun kimi oğul olmaz olsun. 
Sən ki, belə deyildin bala. Bu nə insafsızlıqdır, bu nə vəhşilikdir etdin? –
Gülnaz alayaraq Mahirə bir sillə vurdu. 
-
Zəfər bilsə Mahiri də, Zərifəni də, məni də öldürəcək. Tezliklə toy 
etməliyik. 
-
Hə başqa çarə yoxdu. Bəs Zəfər bəyə nə deyəcik? –Gülnaz narahat 
olmağa başladı. 
-
Bilmirəm, səhər qızımın barmağına üzük tax. Yoldaşımı razı salaram. 
Nişan etdiyimi demərəm sadəcə üzük taxdıq deyərəm. Ailələr arasında 
qeyd etdik deyərəm.
-
Sabah Səmraya elçi göndərəcəkdim ana…
-
Sus mundar! Səmra sənə elə əziz idisə Zərifəninbaşına bu müsibəti 
gətirməzdin. Sudabə Mahirə acıqlandı. 
-
Qəti sözüm budur ki, sabah ikisini də nişanlayaq tez bir zamanda toylarını 
edək. Zəfər qardaşla özün danış. Gerçəyi desən Mahiri öldürər. 
-
Yox gerçəyi yoldaşıma desəm hamımızı öldürər. Odur ki, bu gecəki 
sohbəti kimsə bilməməlidi.


Zərifə isə dili tutulmuş insan kimi kənarda yorğana bükülüb oturmuşdu. 
Arada içdən ağlayırdı. Salehi düşünürdü. Onun üzünə daha baxa 
bilməyəcəyini, bu illər boyu qurduqları xəyalların heç zaman real 
olmayacağını dərk edərək ağlayırdı. Daha o xəyallara da xəyanət etmişdi. 
Səmranın da dostluğunu, inamını, etibarını sevginisini itirmişdi. 
Beşinci fəsil 
Səmra yatmısan?"- Xədicə astaca Səmranın yatağına yaxınlaşdı. "Yox, hələ də 
fikirləşirəm." Səmra Xədicə otura bilsin deyə ayaqlarını bir kənara çəkdi. "Nəyi 
düşünürsən?"-soruşsa da əslində Səmranın nə fikirləşdiyindən qorxurdu. Ən çox 
da yenidən içinə qapanmasından, həyatdan küsməsindən qorxurdu. Zərifənin 
dedikləri Xədicənin yadindan çıxmamışdı. Həm onun halına acıyır, həm də öz 
sözlərinə görə az da olsa xəcalət çəkirdi. Amma Səmranın nələr düşündüyünü 
bilmək borcu idi. Axı, o, Səmra üçün gəlmişdi bura. Onu tək qoymamalı idi. 
Xədicəni fikirlərindən Səmranın dedikləri ayırdı.
"Bilirsən, Xədicə, mən bilmirəm, Zərifənin yerində olmadığıma görə sevinim, 
yoxsa Mahir kimi alçağı sevdiyimə görə özümə nifrət edim." "Sən heç birini 
etmə", əslində Xədicə ona təsəlli vermək istəyirdi, amma bacara bilmədiyini hiss 
etdi.
"Səmra, sən Allaha şükr et ki, Zərifənin taleyini yaşamırsan. Şükr et ki, o alçağı 
ona ərə getməzdən əvvəl tanıdın. Onun əsl üzünü gördün. Buna görə ancaq şükr 
et. Özünə nifrət etməli biri varsa, o da Mahirdir, sən yox" ... 
O gecə Xədicə Səmranın başqa düşündüklərindən xəbərsiz idi. Çünki daha 
onunla bu mövzu barədə danışmaq istəmirdi. Əksinə, istəyirdi ki, onun başını 
bacardıqca qatsın. Bacardıqca Mahirə, sevgiyə, Zərifəyə aid olmayan 


mövzulardan danışmasın. Bunun üçün sabahkı gündən başlayaraq Səmranı özü 
ilə gəzməyə "məcbur " etdi. Bəhanə etdi ki, uşaq vaxtı Səmra ona bir zaman 
butun rayonu gəzdirəcəyinə söz verib, amma sözünü tutmayıb. Beləcə 3 gün 
Səmra ilə rayonun mərkəzi küçələrini, bazarlarını, mağazalarını, parklarını 
gəzdilər. Hər beş dəqiqədən bir Xədicə ağlına gələn ilk mövzu barədə sual 
verirdi Səmraya. O da susa bilmirdi. Çünki Xədicə o qədər deyib-gülən insan idi 
ki, Səmra bir an belə nə Mahiri, nə yaşadıqlarını xatırlamadı. Suallar 
çoxluğundan Xədicə də yorulurdu, amma məcburdu ki, rəngdən, geyimdən, 
qarşısına çıxan şirniyyat mağazasından, yaylıqlardan, ağaclardan, güllərdən 
soruşub Səmranın fikrini dağıtsın. O qədər sual verirdi ki, birinə cavab almadan 
o birinə belə keçirdi. Amma nə fayda yenə axşam eyni vəziyyət. Səmra yerinə 
uzanır, amma yatmır. Elə düşünür, düşünür, bir sualına belə cavab tapa bilmirdi.
Zərifə ilə Mahirin toyundan bir gün əvvəl Xədicə ilə Səmra bağlarında oturub 
çay içirdilər. Bunu Xədicə təklif etmişdi. Çünki başqa nə edəcəyini bilmirdi. 
Səmranın gözü hasar kənarındakı fındıq ağacına sataşdı və gözlərini qırpmadan 
ona baxmağa başladı. Elə xəyalı gözəl günlərin birinə getdi...
Səmranın ad günü idi. Fındıq ağacının altında günorta vaxtı Zərifə ilə 17 yaşını 
qeyd edirdilər. Səmranın Zərifədən başqa dostu, sirrdaşı yox idi. Bu cür "şənlik" 
keçirməyi Zərifə təklif etmişdi. Sanki o fındıq ağacı onların böyüməyinə, 
sirrlərinə, arzularına şahid idi. "Zərifə, sevgi necə hissdir?
Səmra, sevgini yaşamayan insan onu anlaya bilməz . Çünki mən sevənə kimi 
sevginin nə olduğunu bilmirdim. Elə səndə də, elə olacaq. Sevdiyini sonradan 
biləcəksən. Onunla qarşı-qarşıya dayananda, baxışlarında özünü itirəndə, 
əllərinə toxunanda şam tək əriyəndə biləcəksən.
Zərifə, bəs sənin sevdiyin oğlan necə oldu?
Eh, Səmra sənə dedim axı, ona naz edirəm. O da mənim könlümü almaqdan, 
şıltaqlığımdan zövq alır. Deyir, xoşum gəlir sənin naz etməyindən. Bilirsən, bir 
dəfə məni sevdiyini də deyib. Amma o qədər tez dedi ki, eşidib eşitmədiyimə 
inana bilmədim. Sadəcə görüşə bilməmək bizim aramıza soyuqluq salır. Ayda 
bir dəfə hasar başında iki kəlmə sözü güclə deyirik bir-birimizə. Ancaq 
məktubla, telefonla yazışırıq, danışırıq. Bir günümü onun səsini eşitmədən 
yaşaya bilmərəm. Onunla bir ailə qurmaq, övlad sahibi olmaq istəyirəm. 


Həyatımda keç nəyi, heç kəsi bu qədər arzulamamışdım. Onun varlığı ilə o 
qədər arzularım yaranır ki içimdə. Hər gecə "yuxun bal tək şirin olsun azizim"
deyən sözünü eşitməsəm necə yuxuya gedə bilərəm ki... Allahımdan tək onu 
istəmişəm onu arzulamışam."
"Səmra, sən hara baxırsan? Deyirəm, gərək ərik ağacı da əkərdiz bura. 
Eşidirsən?" Səmra qəfldən xəyalından ayıldı. "Nə dedin? "- soruşaraq fikrini 
cilovlamağa başladı. "Deyirəm gərək bura ərik ağacı da əkərdiz. Sən nə 
düşünürsən Səmra? O fındıq ağacı sənə nəyi xatırlatdı? " Əslində Xədicə özü də 
anlamırdı ki, niyə Səmraya bu sualı verdi. Qorxdu ki, yenidən Mahirdən 
danışacaq, amma içinə qapanmaqdansa, danışmağını istədi.
"Bilirsən, Xədicə, o fındıq ağacının kölgəsində başlayıb Zərifə ilə dostluğum. O 
da bizimlə birgə böyüyüb bu illər boyu. O şahiddir həyatımızdakı bütün sirrlərə. 
Zərifənin ilk sevgisindən, mənim Mahirə aşiq olmağımdan...." Xədicə hiss etdi 
ki, Səmra yaşla dolmuş gözlərini ondan yayındırmağa çalışır. Bunun üçün 
söhbəti dəyişdirməyə başladı.
"Zərifənin sevdiyi oğlanın adı nə idi?"
"Saleh. Niyə soruşdun?" -Səmra fikrini artıq Xədicənin deyəcəklərinə yönəltdi.
"Heç deyirəm bəzən düşünəndə xatırla ki, sənin keçirdiklərini Saleh də keçirdir. 
Əgər Zərifəni sənin Mahiri sevdiyin kimi sevibsə, o da əziyyət çəkir. Yer 
üzündə xəyanətdən əziyyət çəkən tək sən deyilsən, Səmam. Məni düzgün anla, 
Mahir sənin sevginin bir damlasına dəyməz. Dəli şeytan deyir, get Zərifənin 
atasına danış hər şeyi. Vursun öldürsün Mahiri." 
Xədicə anladı ki, yaman coşdu və Səmra onun son sözlərindən inciyə bilər. 
"İncimədin sözümdən?".
"Yox, niyə inciyim ki, dəli şeytan sənə o yolu göstərir, mənə də deyir ki 
Mahirlə Zərifə toy günü evdən çıxanda qabaqlarını kəsib tüpürüm Mahirin 
üzünə, deyim, kişi deyilsən. Sən adam olmayacaqsan. Sənə olan sevgim haramın 
olsun. "


Birdən Səmra anladı ki, Xədicə ona təəcüblə baxır. Bu səfər Səmra özü 
mövzunu dəyişdi. "Bilirsən, niyə ərik ağacı əkmirik? Çünki əkənimiz yoxdur " 
Bu cümlədən sonra Xədicə gülməyə başladı ki, Səmranın da üzü gülsün....
Xədicə uşaq vaxtı yıxıldığı gilas ağacından danışırdı ki, birdən hasardan səs 
eşitdilər.
"Səmra o nə səsdir?"
Xədicə diksinərək Səmradan bərk yapışdı. "Qorxma deyəsən biri yolunu səhv 
salıb".
Bəli, hasarın başına dırmaşan Mahir idi. Qəribəsi o idi ki, Səmra onu görüb heç 
anasını çağırmadı da. Əslində Mahiri görəndə qulaqlarında Zərifənin sözləri 
cingildəməyə başlamışdı: "Səmra, bir dinlə məni, gör hadisə necə olumuşdu..." 
Bəlkə də ona görə Səmra Mahirin deyəcəklərini dinləmək istəyirdi. "Sən 
kimsən burda nə işin var? Rədd ol xalamı çağıracam bu saat." deyən Xədicə 
onun üstünə yeridi. "Dayan Xədicə, bu Mahirdi. Sevgimizə ləkə gətirmə deyərək 
son dəfə bu hasardan aşan Mahir, Zərifəni bədbəxt edən, sevgimizə ləkə 
gətirən, alçaq Mahir... " Səmra bu sözləri dedikcə gözlərindən damla damla yaş 
axmağa başladı. Sevdiyi insanı uzun müddətdən sonra ilk dəfə idi ki qarşısında 
görürdü. Üç ay əvvəl bu rastlaşma olsaydı, Səmra uçardı sevincindən. Amma 
indi hər şey çox qəliz idi. "Sənə qurban olum Səmra, qovma sözümü dinlə. Sənə 
dediklərim hamısı doğrudur. Səni bir an belə sevmədiyim an olmayıb. Sən 
mənim tən yarımsan. Bilirəm, gözlərində daha sevgi qatiliyəm. Amma qulaq as 
mənə, Zərifə hər şeyi sənə danışdığını dedi. Mən də istəyirəm ki, tamamilə hər 
şeyi biləsən. "
Mahir Səmranın əllərindən bərk yapışdı bütün qəlbi ilə əllərini öpüb sinəsinə 
sıxdı.
"Çək əlini toxunma birdə. Sənin buna bir damcı haqqın yoxdur. Mənim 
xəyanətimdən qorxan sən idin. Amma sən özün mənə, sevgimizə, arzularımıza 
elə böyük xəyanət etmisən ki, əlimdən tutmağa nə cəsarət edirsən? Məni 
düşünmədin, bəs Zərifənin günahı nə idi? Bu qədər ucuz imiş məhəbbətin, bu 
qədər adi..."


 Bu vəziyyəti dəyişmək Xədicənin əlində deyildi. Axı niyə də mane olardı ki. 
Hər iki tərəf deyiləcəkləri eşitməli, dərk etməli idilər. Sevgilərinin başladığı 
kimi, bitməsi də elə burda olmalı idi. Ona görə Xədicə nə xalasını çağırdı, nə də 
onlara mübahisə etməyə mane oldu. Sakitcə iki ağac uzaq durdu ki, həm lazım 
olsa Səmraya dəstək olsun, həm də Mahirə etibar etmirdi. Səmranı ondan 
qorumaq daha asan olsun deyə, ağaca söykənərək onların mübahisələrini 
dinləməyə başladı. 
"Səmram mənim, gözümün nuru sənə qurban olum dinlə məni. Axı bir fikirləş, 
mən sənin sevdiyin Mahir durduğu yerə bu vəhşiliyi necə edə bildim? Bunu 
düşün. Demirəm ki, Zərifə yalan deyir. Yox, o gün həqiqətən son xatırladığım 
qatarda dostlarımla yeyib içməyim və bir də ayılanda yanımda Zərifənin 
ağlamağı, anamla onun anasının da bizə baxmağı idi. Başa düş. Bu mən 
olmamışam. Qatarda dostlarla deyib gülürdük. Sənə xəbər etmişdim ki gələn 
kimi anamı elçi göndərəcəm. Amma anama gələcəyimdən xəbər verməmişdim. 
Ən böyük arzularımı reallaşdıraraq gəlirdim xaricdən. Səni gəlinlik içində evimə 
gətirmək isə böyük arzum idi. Qatarda oğlanlardan biri təklif etdi ki, birdə bir-
birimizi görməyəcik ona görə tanışlığımızı qeyd edək. Mən axmaq da narazı 
olmadım, axı mən hardan bilərdim ki, onlar içkimə uyuşdurucu həb atıblar. 
İçkini içəndən sonra nəyin necə olduğunu, heç necə qatardan düşdüyümü 
xatırlamıram. Yadımdadır ki, beynim duman idi. Heç nəyi dərk edə bilmirdim. 
Ayılanda isə o səhnə. Elə bilirsən, mən özümə əhsən deyirəm tutduğum işə 
görə? Yox, əlbəttə. O andan özümə elə nifrət edirəm ki, ən çox da ona görə ki 
sənin kimi insana etdim bunu. Bacı yerinə hörmətini saxladığım insanı 
ləkələdim. Səni canımdan varlığımdan da çox sevirəm, Səmra... Amma gəldim 
ki, daha əzablarına son verəsən. Mən həyatım boyu bu səhvimi daşımağa 
məcburam, amma sən daşımalı deyilsən. Unut məni, yalvarıram sənə. Bir qara 
səhifə kimi cır həyat kitabından. Yox say məni, elə tanışlığımızı da. Yenidən 
qayıt həyatına, davam et onu. Sənin gələcəyin hələ qabaqdadır. Sevgimizə ləkə 
gətirdiyim üçün ömrü boyu əzab çəkəcəm. Həyatım boyu səndən başqasını 
sevməyəcəm, bilirəm. Amma sən sevə bilərsən. Sənin üçün gec deyil.... Səni 
canımdan cox sevirəm bunu heç zaman unutma... Əgər bir gün bacarsan, bağışla 
məni... "
Altıncı fəsil 


 Səmra qarşısında uşaq tək göz yaşı tökən Mahirə bir kəlmə də demirdi. Sanki 
heç vecnə deyildi onun dedikləri. Halbuki gözündən yanağına süzülən yaşlar 
onu ələ verirdi. Yenə də başını dik tuturdu, Mahirdən fərqli olaraq. Bu vaxt 
bağın qapısı açıldı Səmranın anası Mahiri Səmranın yanında görüb şığıdı üstünə 
şahin balasını qoruyan tək qorumağa çalışdı bircə balasını. 
"Sənin burda nə işin var? Hansı üzlə gəlmisən? Rədd ol, elə eləmə ki qaynatanı 
çağırım. Bir də bizim hasara azı 10 metr yaxınlaşma eşitdin?! Özünə iynə ucu 
qədər qiymət verirsənsə birdə qarşımıza çıxma. Əl çək, qızımı yox bil. Sən onun 
üçün ölmüsən artıq." ....
Xədicə xalasının qollarından yapışıb onu sakitləşdirməyə başladı. Bu vaxt 
Səmra:
"Dayan, ana, onun üçün əsəbləşməyinə dəyməz. Allah ona sən düşündüyündən 
də artıq cəza verib. O, ömrü boyu mənim həsrətimlə yaşayacaq. Ömrü boyu....." 
Səmranın son sözlərindən sonra Mahir hasarın başına hoppanıb: "Əgər birgün 
bağışlasanız, məni bilin ki, mən son nəfəsimə kimi özümü bağışlamayacam. 
Səmram mənim..... Xoşbəxt ol....Əlvida..." 
Həmin gecə Səmra nə Xədicəyə, nə də anasına bir kəlmə demədi. Bütün günü 
susdu. Gecə də qapını bağlayıb Xədicənin onun fikirlərini dağıtmamasına mane 
olmağa çalışdı. Səhər də gec qalxdı yerindən. Qısa-qısa suallara cavab verir, 
mövzünü tez-tez dəyişirdi. Xədicə də daha onun nə düşündüyünü, nə hiss 
etdiyini anlaya bilmirdi. Ona bütün qəlbi ilə kömək etmək istəyirdi, amma heç 
cürə bilmirdi ki, Səmra nə düşünür, nə hisslər keçirir. Amma çox istəyirdi ki, 
Səmra Zərifənin gəlinlik içində Mahirin qolunda ata evindən çıxmasını 
görməsin. Bunun üçün Səmranı rayonun harasınasa, nəyəsə görə aparmasını 
istəyirdi. O isə ya susurdu, ya da "başqa vaxt" deyib otağına gedirdi.
Bu vəziyyət vağzalı səsinin eşidilməsinə kimi davam etdi.... Bəli, artıq bəy evi 
gəlmişdi və Zərifə ağappaq gəlinlik içində atasının evindən çıxırdı. Qolunda isə 
Salehin qolu yox, Mahirin qolu idi. Hansı ki, hər ikisinin də üzündən bədbəxtlik 
yağır. Mahir qolu qandallı həbsə aparılan caninin üzü tək bədbin, Zərifə isə 
həyasından az qalır yerin dibinə girsin. Gözündən Saleh üçün axan göz yaşları 


isə hər kəsdə ata evindən ayrılmaq həsrəti fikrini yaradırdı. Xədicə disk qoyub 
gur səslə qulaq asmağa başladı. Düşünürdü ki, bəlkə Səmra vağzalının səsini 
eşitməz. Amma qəfildən arxasından qapının çırpıldığını eşitdi.
"Səmra, hara gedirsən?" Bir an içində ağlına hər şey gəldi. Ona necə mane 
olacağını da bilmirdi. Amma bunu etməli idi. Səmranın təmiz adı xatirinə etməli 
idi. Arxasınca darvazaya kimi qaçdı və qabağını kəsib qollarından yapışdı:
"Səmra, belə eləmə, onlar onsuz da bədbəxtdirlər. Qoy getsinlər. Onların 
səviyyəsinə enmə. Yalvarıram bacım, özünə gəl..." Bir anlıq düşündü ki, bəlkə 
Səmra Mahiri bağışlayacaq, ona bunu deməyə gedir, sonra Səmranın sözləri 
Xədicənin əllərini boşaltdı. "Xədicə, burax məni. Nə qədər ki, gec deyil mən 
onlara deməliyəm. Onlar bilməlidirlər. Xahiş edirəm, yolumu kəsmə..." 
Beləcə, Xədicə Səmranın qollarını buraxdı. Arxasınca sadəcə dayanıb tamaşa 
etməyə başladı. Səmra gözündən incə-incə süzülən yaşları bir əli ilə silərək 
bəylə gəlinin önündə dayandı. Ətrafdakı insanlar Səmranın bir rəfiqə kimi 
Zərifəni təbrik edəcəyini düşünsə də, Mahirin anası oğlu üçün qorxurdu. Axı, 
Səmranın bir sözü yetərdi ki, Zərifənin atası Mahirin üstünə cumsun...
Mahir başını qaldırıb Səmraya baxa bilmir, Zərifə isə gözündəki yaşları 
silməkdən başqa heç nə edə bilmirdi. Səmra isə hər ikisinə baxıb çətinliklə də 
olsa ağzını açdı: "Mən nə qədər ki, gec deyil sizə demək istəyirəm. Bütün 
yaşanmışları unudaraq sizi bağışlayıram. Qoy, Allah sizi bağışlasın... Gedin, siz 
də yenidən başlayın həyatınızı.... Mən sizə sadəcə "Xoşbəxt olun" demək 
istədim....
Xoşbəxt olun, əgər bacara bilsəniz... "
Səmra sözlərini bitirib daha nə Mahirə, nə Zərifəyə baxmadan bir başa evlərinə 
qayıtdı. Amma Xədicə Səmranın bu addımından qürur hissi duyurdu. "Səmama 
elə bu hərəkət yaraşırdı..."deyib darvazanı bağladı... 


Yeddinci fəsil 
3 il sonra... 
-- Səmra, qızım, tələs axı işə gecikirik! 
-- Gəldim, gəldim...
Səmra yay donunda tələsərək pilləkənlərdən düşdü. Bir əli ilə saçını düzəldir, 
digər əli ilə çantasını çiyninə taxırdı. Bəli, Səmra işləyirdi. Son üç ildə o qədər 
dəyişikliklər olmuşdur ki, Səmranın həyatında. 
Mahirlə Zərifəni elə onların toyundan görmürdü. Heç uşağı olduğunu eşidəndə 
də soruşmamışdı ki, qızdır, ya oğlan. Hər gecə yerinə uzananda Allaha şükr 
edirdi ki, nə yaxşı ki, Xədicə gəldi və onu bütün olanları bilməkdə kömək oldu. 
Xədicəni şəhərə yola salan günü Səmra demişdi ki, yenidən universitetə 
sənədlərini vermək istəyir. Bu xəbərdən sevinən Xədicə ona yola çıxmazdan 
əvvəl son söz dedi. Hansı ki, Səmra o sözü o gündən qulağında sırğa etmiş və 
bir gün belə olsun unutmamışdır. "Səmra, atacağın addıma güvən, inan, çünki 
həyatda hər şey inamdan başlayır".
Səmra 5 ayın içində gecə gündüz bilmədən hazırlaşmışdı. İmtahanın nəticələri 
açıqlananda sevincindən uçurdu. Universitetə qəbul olmağa kifayət qədər balı 
çatmasa da, tibb texnikomuna daxil ola bilmişdi. İki il yarım başı aşağı dərsə 
gedib gəldi. Nə bir qonşuya salam verdi, nə bir tələbə ilə dostluq etdi. Sadəcə 
özünə güvəndi. Özünə inandı. Təhsilini bitirər-bitirməz iş axtarmağa başladı. 
Bilirdi ki, rayonda tibb bacısına ehtiyac var. Odur ki, rayondakı bütün 
xəstəxanaları, poliklinikaları gəzdi. Qapılar onun üzünə bağlansa da, ümidini 
itirmirdi. Bir gün avtobusla şəhərə iş axtarmağa gedərkən yolda sanki havası 
çatmadı. Əl atıb sürücüyə dayanmağı işarə etdi. Avtobus dayanan kimi özünü 
yerə atdı. Dərindən nəfəs aldıqdan sonra qarşısında xəstəxana gördü. Tərəddüd 
etmədən xəstəxananın həyətinə girdi. Bu ruhi xəstələrin mualicə olunduğu 
xəstəxana idi. Bu günə kimi bir dəfə də olsun bu xəstəxanaya gəlməmişdi. 
Amma baş həkimin qəbulundan çıxdıqdan sonra gəlişinə çox sevindi. Səmra 3 


aylıq sınaq müddəti ilə işə götürülmüşdü. Artıq onun da öz işi vardı. Anasına 
mənəvi və maddi dəstək ola biləcəyinə o qədər sevinirdi ki...
"Səmra, sənin marşurutun boşdur get otur, mən isə getdim." Bu sözlərdən 
sonra Səmra fikirlərindən ayıldı. Anasının işi daha yaxın olduğundan Səmra 
marşrutla tək gedirdi. Pəncərə önündə özünə yer seçib əyləşdi. Səmra özünü 
xöşbəxt hiss edirdi. Hər işə gedəndə sanki güllər paltarında yox, yanaqlarında 
açırdı. Həyatı 3 ildir ki, öz sakit axarı ilə gedirdi ki, birdən arxadan kimsə onun 
çiyninə toxundu: 
-- Səmra, sənsən? - titrək səslə soruşdu. 
-- Bəli! -deyib arxaya baxdı. Gözlərinə inana bilmirdi. Bu ki, Zərifə idi. 
Qucağında da oğlan uşağı. İçindəki bütün hisslər bir anda qarışdı bir birinə. Nə 
düşünəcəyini, nə deyəcəyini bilmədi. Sevinsinmi, yoxsa danışdırmasınmı?, 
bilmirdi. 
-- Səmra, mən şəhərə gedirəm evə. İki gündür anamgildə idim. Hər dəfə 
hasardan boylanırdım ki, bəlkə səni görərəm, amma nə səni, nə ananı 
görmürdüm. Necəsən? Həyatını necə qurmusan? 
Yəni, uşaq onundur? Necə də Mahirə oxşayırdı. Fikirlərindən güclə ayılıb kəsə 
də olsa Zərifəyə cavab verdi.
-- Heç oxuyuram... Əslində yalan deyirdi, amma başqa çarəsi yox idi. Desəydi 
ki, xəstəxanada işləyirəm bilmək olmazdı, durub gələrdi sabahsı gün nəsə lazım 
olanda. Odur ki, işlədiyini gizlətdi.
-- Yaxşı edirsən. Oxu sənət qadına da lazımdır.
Zərifənin arxayınlığı Səmranı qıcıqlandırsa da, yenə də soruşdu. Sanki 
olmayan, yaşamadığı bir hadisədən sual verirmiş kimi birbaşa Zərifənin üzünə 
verdi sualı: 
-- Sən necəsən? Mahirlə aran necədir?


 Bir balaca rəngi qızarsa da Zərifə cavab verdi: 
-- Lap yaxşıdır. Zakir doğulandan daha bir-birimizi anlamağa başladıq. 
Zamanla həyatımızı birləşdirməyə alışdıq. İndi xoşbəxtik. Zakir mənim 
həyatıma yaşamaq eşqi bəxş edib. Mahirə isə sənin onu bağışlamağın. İndi əl-ələ 
verib övladımızı böyüdürük. Hətta ikinci uşaq da gözləyirik. İnşallah, o da sağ 
salamat doğular.
Səmra üç il əvvəl düşünsəydi ki, nə vaxtsa Zərifə qarşısına çıxıb Mahirlə 
xoşbəxt olduğunu desə, o andaca ürəyi tab gətirməz. Amma indi hər şey fərqli 
idi. Sanki yaralar sağalmışdı. Daha kimsə o yaranı təzələyə bilməzdi.
--- Çox sevindim. Allah xoşbəxtliyinizi min qat artırsın. İkinci balanı da sağlam 
şəkildə dünyaya gətirəsən. İnşallah... Mən düşürəm. Özünə yaxşı bax.
Bəli, Səmra işinə çatmasa da marşrutu saxlatdırıb düşdü. Nə Zərifənin 
sohbətlərinə qulaq asmaq, nə də Mahir haqda nəsə eşitmək istəmirdi. Beləliklə, 
xəstəxanaya kimi piyada getməli oldu. 
İşə gec gəlsə də tibb bacılarından biri onun yoxluğunu kimsəyə hiss 
etdirməmişdi. Ona görə Səmra təşəkkür edib əyninə ağ xalatını geyindi. Sınaq 
müddətinin bitməsinə hələ ay yarım qalırdı. İlk iş xəstələrin dərmanlarını ordakı 
tibb bacısına aparmaq idi. Səmra bu günə kimi bir dəfə də olsun xəstələrin 
arasına girməmişdi. Qapıdan dərmanları verib gedərdi. Tibb bacısı Səmradan 
dərmanları ardınca gətirməsini xahiş etdi. O, dərmanları götürüb bir-bir 
xəstələrə uzadırdı. Pəncərə önündən keçəndə tibb bacısı qışqırmağa başladı: 
-- Axı nə vaxta kimi dərmandan imtina edəcəksən? İç bunu dedim.
Tibb bacısı əlindəki dərmanı hec cürə pəncərə önündə oturmuş cavan oğlana 
içirdə bilmirdi.


"Necə də cavandır, görəsən bura niyə düşüb? Yəni o dəli olub? " Bu suallar 
Səmranın beynində fırlanırdı ki, tibb bacısı onu çağırdı. Əlindəki dərmanı cavan 
xəstəyə onun verməyini istədi. Səmra, ilk dəfə idi ki, xəstələr arasında idi. Həm 
buna görə həyəcanlanırdı, həm də qarşısındakı yaraşıqlı oğlanın ağlını itirdiyinə 
inana bilmirdi. Əlindəki dərmanı ona yaxınlaşdırıb: 
-- Bilirəm, içmək istəmirsiz. Amma bir konfet kimi baxın buna. Necə də dadlı 
görünür, elə deyil? - Səmranın ağlına bunlar gəlmişdi. Bir də baxdı ki, oğlan 
əlindəki dərmanı özü götürdü və içib stəkanı geri qaytardı. Üstəlik də "Sağolun" 
dedi. Yəni bu dəlidir ki? Səmra onun yanında özünü dəli hesab etməyə başladı. 
Axı hansı dəli sağol deyir ki?
Qapıdan çıxanda tibb bacısı onun dərman vermək bacarığını bəyəndiyini dedi. 
İki gün sonra baş həkimdən aldığı göstərişdə xəstələrə şəxsən dərman vermək də 
var idi. Beləcə günlər keçdikcə hər bir xəstəyə necə yaxınlaşmağı da öyrəndi. 
Pəncərə önündə oturan oğlana baxdıqca fikirləşirdi: "Axı o nə düşünür? 
Həyatınımı, yoxsa onu bura atanlarımı?"
Yanında işləyən tibb bacısından onun haqqında bəzi məlumatlar almışdı. 
Öyrənmişdi ki, 45 saylı xəstə kimsəylə danışmır. Kimsəylə ünsiyyət qurmur. 
Tək istəyi pəncərə önündə oturmaqdır. Səmra gələnə kimi kimsənin əlindən
dərman içmir, kimsəni yaxına buraxmır. Yanına təkcə atası gəlib gedir. Amma 
atası ilə nəinki danışmır, hətta çönüb üzünə də baxmır. Bəli, bu cavan oğlan 
qəribə idi. Amma içindən bir səs onun eynən bir zamanlar Səmranın yaşadığı 
kimi mənəvi sarsıntı keçirdiyini deyirdi. Axı bir zamanlar Səmra özü də 
kimsəylə danışmırdı, ancaq təmizliklə məşğul olurdu. Onu nə sağaltdı? 
Xədicənin reallığı araşdırması... Bəli, həqiqətləri öyrəndikdən sonra həyata 
yenidən bağılanmışdı. "Bəlkə, o da həyatındakı həqiqətləri bilsə, sağalar?" bu 
suala hər gün işə gəlib ona tamaşa edərək cavab axtarmağa başladı. Bir gün 
onun atasını dəhlizdə gördü. Səmra yaşlı kişiyə yaxınlaşıb suallarını verdi. 
Oğlunun niyə bu halda olduğunu ətraflı bilmək istəyirdi. İnanırdı ki, ona kömək 
ola biləcək. Atası oğlunun bir zamanlar bir qızı sevdiyini dedi. İki il ərzində elə 
oldu ki, universiteti bitirib əsgər gedəsi oldu. Qayıdıb gələndə eşidib ki, sevdiyi 


qız başqasına ərə gedib... O gündən içinə qapanıb kimsəylə dərdini bölüşmür. 
Artiq 3 ildir ki, burdadır. Psixiatrdan başqa, kimsəni yaxına buraxmırmış. 
"Həyatdan əlini üzüb daha ..." 
Bu son cümlə Səmraya pis təsir etdi. Bir atanın övladı haqqında bunu deməsi 
necə də təsirli idi. Amma Səmra artıq onun burda olma səbəbini öyrənmişdi. 
Odur ki, bir an belə itirmədən psixiatrin yanına getdi. Bir necə dəqiqəlik 
söhbətdən sonra Səmra həkimdən onunla ünsiyyət qurmaq üçün icazə aldı. 
Birinci gündən ona yaxınlaşdı. Dərmanı eyni cür verib sonra yanından 
çəkilmədi.
-- Atanı incitmək, deyəsən, lap xoşuna gəlir? Məgər, yazıq deyil, o boyda kişi 
boynunu bükə-bükə həkimlərin ağzını güdür ki, bəlkə ümid olar. Sən 
iradəsizsən! Bilirsən, mən də sənin kimi bir xəyanət yaşamışam. Amma bax, 
görürsən, həyatımı davam edirəm. Çünki həyat davam edir. Çünki yaşamağa 
dəyər... Kimlərəsə görə onu niyə yarım qoyum ki? Sən yenə də düşün. Düşün 
gör axırı nə olacaq bu susmağının.
Səmra uzun monoloqdan sonra onun yanından uzaqlaşdı. Amma hiss etdi ki, 
dediklərini anlayırdı, hətta bəzi anlarda ona elə gəldi ki, gözləri pəncərəyə deyil, 
sanki ona doğru baxırdı. Əlbəttə ki, onun sağalması üçün zaman lazım idi. Necə 
ki, Səmraya lazım olmuşdu. Birdən anladı ki, həmişə 45 saylı xəstə deyərək 
müraciət etsə sağalmağına ümid olmaz. Odur ki adını onun şəxsi qovluğu 
arasından oxudu. "Necə? Adı: Saleh??? " Səmra gözlərinə inana bilmirdi. Dərk 
etməyə çalışırdı. "Yəni Zərifənin sevdiyi Salehdir?" Bəlkə də bir təsadüfdür, 
amma yenə də dəqiqləşdirmək istəyirdi. Bir daha həkiminə gedib şəxsən Salehin 
ağzından Zərifə adı eşidib eşitmədiyini soruşdu. Bəli, Saleh elə Zərifənin sevdiyi 
Saleh imiş. "Təsadüfə bir bax. ... " Səmra heç cürə inana bilmirdi. Evdə anasına 
hər şeyi danışdı. Anası ona məsləhət verib dedi ki, "əlindən gələn varsa, et 
qızım. Əgər sən olanlarla barışmısansa, demək o da barışacaq." Zəng vurub 
Xədicəyə dedi. O da buna bənzər söz dedi. "Xatırlayırsan, demişdim ki, 
düşünmə ki yer üzündə bu acını çəkən tək sənsən, axı Saleh də eyni acını 
yaşayırdı. İnanıram ki sən ona öz vaxtı ilə yaşadığın hissləri danışsan, o da tək 
olmadığını anlayar. " 


Hər zamankı kimi Xədicə sirrli məsləhətini verdi. Səmra qərar verdi ki, nə 
olur olsun Salehə kömək edəcək. Ona həyatı yenidən sevdirəcək... Bir neçə həftə 
Səmra Salehin dərmanını verdikdən sonra dayanıb saatlarla danışırdı. Salehdən 
cavab gəlmirdi, amma Səmra hiss edirdi ki, hər gün daha çox fikrini Səmranın 
deyəcəklərinə yönəldir. Artıq bir ay keçmişdi. Səmra Salehi həyətə təmiz hava 
almağa aparmışdı. Saleh əslində invalid olmasa da, əlillər üçün arabada oturardı. 
Gəzintilərin birində Səmra ona əkilmiş qızılgüldən danışdı. Sevgini ona 
bənzətdiyini, tikanları isə sınan qəlb olduğunu dedi. Əslində demək istəyirdi ki, 
sınan tək sənin qəlbin deyil. Get-gedə Səmra danışmırdı əksinə, bir başa Salehə 
unvanlanmış suallar verirdi. Bu nə rəngdir? Bu hansı güldür? Bu yolla istəyirdi 
ki, Saleh sağa-sola baxsın. Onun işarə etdiyi hər şeyə nəzər yetirsin. Bir gün belə 
gəzintilərin birində Səmra yenə sual verdi. Bu uçan heyvanın adını de görüm? 
"Kəpənək"
Bəli, Səmra yanılmamışdı. Saleh son 4 ay ərzində ilk dəfədir ki Səmranın 
hansısa sualına cavab vermişdi. Günlər keçdikcə onun sualları artar, cavablar da 
həmçinin. Əksər cavablar tam doğru olurdu. Bu da Səmranı daha da 
ruhlandırırdı. 
Səkkizinci fəsil 
6 ay sonra... 
Səmra hər gün bağçada Salehlə havadan sudan danışardı. Daha Saleh 
istədiklərini dilə gətirirdi. Hər tərəfə baxır. Təbiəti yenidən sevməyə başlayırdı. 
Həkimlərlə zarafatlaşırdı. Bəzən Səmranı gülüş mərkəzinə çevirib bütün tibb 
bacıları arasında gülüşə səbəb yaradardı. Amma Səmra Zərifədən bir kəlmə də 
demirdi. Zaman keçdikcə işə daha çox həvəslə gedirdi. Bir gün Salehlə unsiyyət 
qurmasa, qəti özünə yer tapa bilmirdi. Hər gün Salehə yeni bir şey öyrətmək 
fikri ilə getsə də, geri dönüşdə özü ondan çox şey öyrənmiş olurdu. Nəhayət bir 
səhər işə gələndə Salehi ayaqüstə gördü. Yavaş-yavaş addım ataraq yeriyirdi. Bu 
yenilik Səmraya çox xoş gəldi. Axı necə aydır onun həyata bağlanması üçün 
əlindən gələni edirdi.


Günlərin bir günündə Salehin atası həkimin kabinetindən sevincək çıxdı. Gəlib 
Salehi bərk-bərk qucaqlayıb bağrına basandan sonra: "Artıq evə gedə bilərik" 
dedi. Səmra bu xəbərdən nə qədər sevinsə də, bir o qədər kədərləndi. Kədərinin 
səbəbini anlamırdı, amma onun həyata yenidən bağlanmağına və bunda öz 
zəhməti olduğunu bildiyi üçün sevinirdi. Salehi axrıncı dəfə elə onunla tanış 
olduğu pəncərədən gördü. Digər işçilər kimi onunla vidalaşa bilmədi. Amma 
Saleh gözləri ilə Səmranı gəzirdi. Maşına minənə kimi dəfələrlə arxaya çönüb 
onu axtarırdı. Amma Səmra bu vidanı istəmirdi. Bilmirdi niyə, amma bilirdi ki, 
ona "Əlvida" deyə bilməyəcəkdi... 
6 ay sonra... 
Səmra hər gün işinə gedir, hər bir xəstəyə xüsusi qayğı göstərirdi. Onun bu 
mərhəməti bütün xəstəxanadakı həkimləri tibb bacılarını valeh edirdi. Səmra isə 
6 ay keçməsinə baxmayaraq hər boş olanda Salehin baxdığı pəncərədən yola 
tamaşa edirdi. Beynində onu düşünürdü. "Görəsən indi necədi? Hardadır? Nə 
işlə məşğuldur?" Bu suallara cavab tapa bilməzdi, amma yenə də yaxşı olduğunu 
öz-özünə təkrar edərdi. Nə hisslər keçirdiyini anlamırdı. Dəfələrlə başqa xəstəyə
"Saleh"deyirdi. Nə baş verdiyini dərk edə bilmirdi. Tibb bacıları onun Salehə 
vurulduğunu aralarında şaiə etmişdilər. Onun qəlbində baş verənlər hər kəsə 
məlum idi, bircə özündən başqa. Bir necə dəfə zarafat naminə Səmraya 
"muştuluğumu ver Saleh gəldi ", deyib onun edəcəklərini gülüşlər içində 
izləyirdilər. Səmranın əlləri ayağına dolaşır, gah saçını, gah üstünü təmizləyirdi. 
Halbuki zarafat olduğunu anlayanda necə də kədərlənirdi. "Yəni Saleh daha 
xatırlamır məni?..." 
Amma qəlbində inam var idi. Hiss edirdi ki, Salehi yenidən görəcək və kişi qızı 
kimi Zərifənin onun sevdiyi oğlanla evləndiyini deyəcək. Amma əfsuslar olsun 
ki, hər gün buna inamı get gedə azalırdı.
Bir gün Səmra dayanacaqlardan birində dayanıb hər gün evə qayıtdığı marşrutu 
gözləməyə başladı. Qəfldən yanında bir maşın dayandı. Səmra ürəyində: 
"Tərbiyəsizə bax, yer tapmır maşını saxlamağa." deyib üzünü sola çevirdi. 
Maşının qapısı çırpılanda Səmra dönüb baxdı.


Gözlərinə inana bilmirdi. Saleh burdur, aylar sonra qarşısında dayanıb. Sağlam, 
gümrah yanağında təbəssümlə, əlində də bir dəstə güllə.
--- Salam Səmra xanım. necəsiz?
Həyəcandan dili tutulsa da, başı ilə yaxşı olduğunu bildirdi. Amma qəlbi bir an 
yerində dayanmırdı. Bu nə hisslər idi axı? Anlaya bilmirdi özünü. Əlləri 
titrəyirdi, dili söz tutmurdu. Axı bu nə deməkdir? Saleh niyə geri qayıdıb mənə " 
Çox Sağol" demək üçün? bu an fikirlərindən qəfl ayıldı, axı Saleh ona müraciət 
edirdi: 
---Səmra xanım yaxşısız? İndi bilirəm, nə düşünürsüz. Deyirsiz, buna bax 6 ay 
boyunca çox sağol deməyi unudub, indi yadına düşüb? Amma bilin ki, mən sizə 
başqa söz deməyə gəlmişəm. Bilirsiz, Səmra xanım, sizin hər kəlməniz mənim 
qulağımda cingildəyir. Gecələri, səhərləri sizin həyat sevginizlə keçirdirəm. 
Mənə yaşamağa güc vermisiz. Səbəb vermisiz. İnam vermisiz. Sizə təşəkkür 
etsəm də, azdır. Amma istərdim ki, sizi tez-tez görüm. Ünsiyyətinizə həsrət 
qoymayın məni, çox xahiş edirəm. Səmranın dili yenə söz tutmurdu, amma yenə 
də başı ilə razılıq bildirdi.
Bir necə müddət görüşdülər. Səmra Salehə həyata olan sevgidən danışdıqca 
Saleh ona daha çox bağlanırdı. Səmra da hər görüşdən sonra sanki qanad açıb 
uçurdu. Anası hiss edirdi ki, qızı Salehə aşiq olub. Həm də bilirdi ki, Saleh də 
ona aşiqdir. Bəs bu necə eşq idi? İllər əvvəl başqası üçün döyünən ürəklər necə 
oldu birdən-birə fikrindən döndü.
Görüşlərin birində Saleh Səmraya çox sevdiyini və onunla evlənmək istədiyini 
dedi. Səmra bir an içində göyün yeddinci mətrəbəsinə qalxsa da, bir an içində də 
yerə düşdü. Axı Salehin həqiqəti bilməyə haqqı vardı. Odur ki, Salehin əlindən 
tutub: "Mən bir zaman sənin könül verdiyin Zərifənin rəfiqəsi olmuşam. 6 
yaşımdan onunla dostluq etmişəm. Üstəlik sənin haqqında onun dilindən 
eşitmişəm. Mənim sevdiyim oğlanın adı Mahir idi. Hansı ki, indi Zərifə ilə 
evlidir." Sözünə davam edirdi ki, birdən Saleh: "Səmra, mən hər şeyi bilirəm" 
Təəccübdən özünə gələ bilməyən Səmra parkın stolunda əyləşdi. "Necə yəni 
bilirdin?"


Saleh Səmranın yanında oturub əlindən tutaraq davam etdi: "Xəstəxanadan 
çıxandan bir həftə sonra Zərifəni axtardım. Nəhayət, anasının təsadüfən qonşu 
ilə söhbətini eşidəndə anladım ki, Mahir adlı biri ilə şəhərdə yaşayır. 
Xəstəxanadan çıxdığımı eşidən dostlarımdan biri mənə dedi ki, bir zamanlar 
Mahir Zərifəni zorladığı üçün evlənib. Amma kimsə bunun real olduğunu 
bilmirdi. Odur ki, getdim Mahirin iş yerinə tapdım, ondan olub bitəni 
anlatmasını istədim. O da hər şeyi danışdı. Sənə olan sevgisindən. Qatarda 
yaşadığı axmaq yığıncaqdan və nəhayət toy günü sənin onları bağışlamağından. 
Bəli, Səmra mən bilirəm, ona görə bu 6 ayı səndən uzaqda dayanıb işə gəlişinə, 
gedişinə tamaşa edərdim. Çünki özümdən asılı olmayaraq səni bir gün belə 
görməsəm havalanırdım. Sanki həyatım yenidən qaralır kimi gəlirdi mənə. Bir 
müddət sonra anladım ki, sənə aşiq olmuşam bütün qəlbimlə. Səmra mənə 
güvən yalvarıram." Səmra Salehə inandı. Güvəndi. Və onun təklifinə razı oldu. 
Hal-hazırda:
Mahirlə Zərifə hər şeydən xəbərsiz öz aləmlərində xoşbəxt yaşayırlar. İlk 
övladları doğulandan Zərifə onu bağışlamış və yoldaş kimi yaşamağa 
başlamışdı. Mahir daha nə siqaret çəkir, nə də içki içir. İkinci uşağın doğulub-
doğulmadığından xəbər yoxdur. Mahirlə Zərifə Salehlə Səmranın ümumiyyətlə 
tanışlıqlarından və evlənməklərindən xəbərsizdirlər. 
Səmra Salehlə evlidir. İki övladı var. Qızının 5, oğlunun 3 yaşı var. Çox 
xoşbəxtdirlər. Hər gün Allaha bir-birlərini tanıdıqları üçün şükr edirlər. 
Toylarından iki ay sonra Səmra anasını da özü ilə yaşadığı evə apardı, o evi isə 
satdılar. Beləliklə, həm gözünün ağı-qarası bircə qızı ilə birlikdə, həm də sevimli 
nəvələri və qayğıkeş kürəkəni ilə bir evdə yaşayır deyə, həyatından məmnundur. 
Həyatın tanımadığımız, görmədiyimiz min üzü vardır. Gəlin həyatımızın hər 
anından zövq alaq. Yaşanmış hər bir tale bir alın yazısıdır. Həyat 
düşündüyümüzdən də gözəldir. Yetərki, bir qədər inamın olsun. İnam hər 
şeydən irəli gəlir. Axı hər şey inamdan başlayır.... 


2010-cü il. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə