Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   2   3   4   5   6   7   8   9   10   ...   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

19 


cроппинэ ин тще форест фунд ланд оф Абсщерон Пенинсула 

Summary  

А.Б.Долханов 

Баку Стате Университетй 

Analysis  of  bioecological  situation  oil-contaminated  soils  of  Absheron 

peninsula,  investigation  of  facts  and  improvement  methods  of  the  environmental 

impacts of the other pollution sources. 

Landscape evaluation due to the investigation of soil  and climate condition of 

Absheron peninsula, greenery and the bioecological measurements basics in the park 

creating works. 

 

V.V. Məmmədova, K.Q. Abdullayeva, T.Q. Quliyeva 



 

Neft və neft məhsulları nəqledən boruların izolyasiya örtükləri ilə  korroziyadan mühafizə 

üsulları 

 

Metal  konstruksiyaların  təbii  mühit  şəraitində xidmət  müddəti  çox vaxt  olduqca qısa olur. Bu 

müddəti təcrübədə geniş tətbiq olunan əsas dörd üsulla uzatmaq olar. Bu üsullara aiddir: 

1)

 



Qurğunun  xarici  səthini  izolyasiya  etməklə  aqressiv  ətraf  mühitlə  təmasının  qarşısının 

alınması; 

2)

 

Korroziyaya davamlı materiallardan istifadə edilməsi; 



3)

 

Ətraf mühitin aqressivliyinin zəiflədilməsi üçün müəyyən təsirlər və tədbirlərin görülməsi



4)

 

Yeraltı metal qurğular üçün elektromühafizənin tətbiqi  



Birinci üsul passiv mühafizə adlanır və özündə aşağıda sadalananları ehtiva edir: 

a)

 



Metala və ətraf mühitə nəzərən inert olan və yüksək diellektrikliyə malik materialla metalın 

xarici səthinin örtülməsi. Mühafizə materialı kimi müxtəlif sütrgü yağları, boyalar, emallar, 

laklar, plastik kütlələr ola bilər. Bu materiallar səthə çəkillmə zamanı qatı maye halında olur, 

sonra quruyaraq davamlı və yüksək ilişgənliyə (adgeziyaya) malik  bərk örtük əmələ gətirir. 

Metal  səthlərin    izolyasiya  materialları  ilə  örtüklənməsi  olduqca  geniş  yayılmış  üsuldur. 

Bundan əlavə məmulatın, zəif korroziyaya sürətinə malik digər metalla üzlənməsi də tətbiq 

edilir (məs.: sinkləmə, xromlama).  

b)

 



Şəhər ərazisində tətbiq olunan boruların xüsusi döşənməsi  üsulu. Məs.:  kollektor döşənmə 

üsulu.  Bu  üsulda  borular  xüsusi  kanalların    daxilində  yerləşir.  Bu  üsulda  mühafizə  qatı 

funksiyasını kanalla boru arasında qalan hava boşluğu yerinə yetirir. 

c)

 



Məmulatın xüsusi məhlullarla işlənməsi. Bu zaman səthdə metalın az həll olan duzlarından 

ibarət təbəqə yaranır.  

İkinci  mühafizə  üsulu

korroziyaya  davamlı  boruların  hazırlanmasıdır.  Bu  üsul  metalın  kristal 



quruluşuna  korroziyaya  davamlı  komponentlərin  daxil  edilməsi  və  ya  korroziya  sürətini  artıran 

qarışıqların  kənarlaşdırmasından  ibarətdir.  Bu  üsul  metalın  hazırlanması  mərhələsində,  həmçinin 

metal məmulatların termiki və mexaniki emalı zamanı tətbiq edilir. Metalların aşqarlanması onların 

korroziya sürətini xeyli azaldır. Bu üsulla bir çox korroziyaya davamlı ərintilər, məsələn, xromla və 

nikellə aşqarlanan paslanmayan polad, titan və alüminium ərintili borular  alınıb.  



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

20 


Üçüncü  üsul  mühitin  aqressivliyinin  zəiflədilməsidir.  Bunun  bir  necə  yolu  var.  Ən  geniş  yayılanı 

inhibitorlardan  istiadədir.    İnhibitorun  fəaliyyəti  korroziya  prosesini  zəifləməsinə  yönəlir. 

İnhibitorlar  metalın  səthində  fiziki  örtük 

adsorbsiya  və  kimyəvi  birləşmə 



hemosorbsiya  əmələ 

gətirirlər. Fiziki örtük əmələ gəldikdəbu dönən proses, hemosorbsiya olduqda isə dönməyən proses 

adlanır. Hər bir şərait üçün mütləq  konkret inhibitor seçilməlidir. Müxtəlif korroziya mühitlərində 

eyni müsbət nəticəni verən universal inhibitor yoxdur. Üçüncü üsula korroziya mühitindən aqressiv 

komponentlərin kənarlaşdırılmasını da (sulu məhlulların deaerasiyası) aid etmək olar 

1



 

Korroziya  mühitinin  müxtəlif    zəhərli  kimyəvi  maddələrlə  işlənməsi  mikroorqanizmlərin 



fəaliyyət intensivliyini zəiflədir və bu da metalların biokorroziyaya uğrama təhlükəsini aşağı salır.  

 

Yeraltı korroziya ilə mübarizədə aqressiv qruntun hidrofobizasiya, deaerasiya, qələvi və ya 



turşularla  neytrallaşması  məqsədi  ilə  işlənməsi,  həmçinin  qismən  az  aqressiv  qurntla  əvəzlənməsi 

və ya xüsusi tökmə-dolğu təmin edilməlidir 

Dördüncü üsul aktiv mühafizə üsulu adlanır. Bura  aşağıdakılar aiddir: 

a)

 



Kifayət qədər yüksək elektrik keçiriciliyinə malik mühitdə istismar olunan  metal qurğuların 

daimi katod polyarizasiyası; 

b)

 

Katod polyarizasiyasına əsaslanan protektor mühafizəsi;    



c)

 

Azmış cərəyanla mübarizədə tətbiq olunan elektrodrenaj mühafizəsi 



 

Neft  və  neft  məhsulları  nəql  edən  borularda  korroziya  ilə  təkmilləşmiş  mübarizənin  əsas 

istiqamətlərinə aşağıdakılar aiddir: 

a)

 



Müasir mühafizə örtüklərinin yeni texnologiyalarla çəkilməsi 

b)

 



Müxtəlif texnoloji tədbirlərin görülməsi 

c)

 



Yeni inhibitorların tətbiqi 

d)

 



İstismarda olan boru xətlərinin iş rejiminin pozulmaması şərti ilə etibarlı müayinəsi   

Bu  boruların  istismar  şəraiti  olduqca  müxtəlifdir  və  belə  şəraitdə  korroziyadan  mühafizə 

problemini  uğurla  həll  etmək  üçün  yeni  və  müasir  texnologiyalarla  hazırlanmış  mühafizə 

örtüklərinə  ehtiyac  var.    Son  illər  xaricdə  boruların  üst  səthinə  termostabilləşmiş  polietilendən 

istifadə  edilir.  ABŞ-da  borunun  daxili  və  xarici  səthinin  mühafizəsi  üçün  epoksid  tozu 

materialından  istifadə  edilir.  Bu  material  elekrostatik  üsulla  qızdırılmış  səthə  çəkilərək,  0,25mm 

qalınlıqda mühafizə örtüyü  yaradır. Böyük Britaniyada daş kömür qətranı əsasında  yeni mühafizə 

örtüyü hazırlanmışdır. Bu örtük çənləri, yerüstü və sualtı magistral boru kəmərlərinin korroziyadan 

mühafizəsi  üçün  nəzərdə  tutulub.  Örtük  yüksək  mühafizə  keyfiyyətini  hətta  120

0

C-də  qoruyub 



saxlaya bilir.   

Xarici  örtüyün  çəkilməsinin  ən  geniş  yayılmış  üsulu  ekstruziya  (şnek)  üsuludur.  Polad 

borunun təmizlənmiş səthi qızdırılmadan polietilen örtük çəkilə bilər. Örtüyün metalın xarici səthə 

daha  yaxşı  yapışması  üçün polietilenin ekstruziyası  zamanı  yapışqan materialdan aralıq aralıq qat 

kimi  istifadə  olunur.  Polietilenin  bu  üsulla  çəkilmə  texnologiyası  ilk  dəfə  “SUMİTOMO”  şirkəti 

tərəfindən hazırlanmışdır. Aralıq qatın yapışdırıcı xüsusiyyəti polietilenin sıxlığını xeyli artırmışdır.  

ABŞ-ın  “Armstrong  Word    İnd.”  şirkəti  borulara  fosfat-keramik  izolyasıya  örtüyünün 

çəkilməsi patentini almışdır. Örtüyün qalınlığı 5-20mm arasında dəyişir.  

İzolyasiya materialının keyfiyyəti  magistral neft boru kəmərlərinin  xidmət müddətinə təsir 

edən  əsas  amillərdən  biridir.    Materialların  müxtəlifliyinə  baxmayaraq  mastika  örtüklər  həm 

dəyərinə,  həm  də  çəkilmə  texnologiyasına  görə  münasib  sayılır.    “Asmol”  şirkəti  tərəfindən 

magistral neft boru kəmərlərinə həm qış, həm də yay fəsilində çəkilə bilən antikorroziya mastikaları 

hazırlanıb.  

Almaniyanın  “T.İ.B.  Chemie”  şirkəti  yeraltı  boru  kəmərlərinin  mühafizəsi  üçün  iki 

komponentli poliuretan izolyasiya materialı hazırlayıb.  Bu yeni material işçi temperaturu 70

0

C olan 



borularda tətbiq edilir 

2



.  


Hazırda  dünya  təcrübəsində  qaz  sənayesində  istifadə  olunan    polad  boruların  polietilenlə 

izolyasiyasının üç əsas metodu var: aqlometrasiya, manjetli və bürümə ekstruziyası.  

Məlumdur  ki,  izolyasiya    materiallarının  özlərində  də  müəyyən  qüsurlar  yaranır.    Buna 

səbəb kimi aşağıda sadalananları göstərmək olar 

3






Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə