Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

23 


      Avtomobil  yolarının  uzunluğu  və  sıxlığı  da  ətraf  mühitə  ciddi  təsir  göstərir.  Azərbaycanda 

müxtəlif nəqliyyat növləri yollarının şəbəkəsi böyüdükcə yararlı torpaq sahələrinin azalması prosesi 

gedir. Avtomobil yolları şəbəkəsinin ildən-ılə genişlənməsi, əlaqə yollarının uzunluğu və sıxlığının 

artması nəqliyyatın ətraf mühitə təsirini bir az da  artırır. 2001-ci ilə olan məlumata görə, ölkəmizin 

nəqliyyat sektorunda əlaqə yollarının uzunluğu dəmir yolu  üzrə - 2,12 min km, metropoliten - 30 

min  km,  trolleybus  yolu  -  53,7  min  km,  magistral  boru  kəməri  4,2  min  km,    avtomobil  yolları    - 

25,021 min km təşkil edib. Avtomobil yollarının  92,4 faizi bərk örtüklü asfalt və ya daş yollar, 7,6 

faizi  isə  torpaq  yollar  olub.  Respublika  daxilindəki  əlaqə  yollarının  sıxlığı  da  kifayət  qədər  çox 

olub. [2]. Sonrakı illərdə  bu rəqəmlər daha da artıb. Belə ki, 2009-2010-cu illərdə şosse yollarının 

uzunluğu 18,19 min km-ə çatıb [3].    

     Avtomobil nəqliyyatının sayca artması atmosferə atılan çirkləndirici maddələrin miqdarına  təsir 

göstərib.  

 

 

 



0

100000

200000

300000

400000

500000

600000

700000

800000

900000

2000

2002

2003

2004

2005

2006

2007

2008

440626

457442

511460

554031

612069

690012

773318

860047

 

 



 

 

                                    



Şəkil 1. Atmosfer havasına avtomobil nəqliyyatından

 

atılan çirkləndirici maddələrin dinamikası 



 

 

Göründüyü  kimi,  nəqliyyat  vasitələrinin  artması  stasionar  mənbələrdən  atılan  tullantılarla 



müqayısədə atmosfer havasının daha çox çirklənməsi ilə nəticələnib. Təsərrüfat fəaliyyətinin ətraf 

mühitə təsirini səciyyələndirən əsas göstəricilərə görə stasionar nənbələrdən 2003 - 2005-ci illərdə 

atmosferə  atılan  çirkləndirici  maddələrin  miqdarı  avtomobil  nəqliyyatından  atmosferə  daxil  olan 

tullantılardan  cox  olsa  da,  2008-2009-cu  illərdə    avtomobil  nəqliyyatı  ilə  çirklənmə  iki  dəfə  artıb 

[3].  Bakı şəhərində atmosferi nəqliyyat vasitələri tərəfindən ifrat dərəcədə çirklənmiş (438 mq/m3 ) 

Xətai,  daha  az  çirklənən  isə  (75,4  mq/m3)  Binəqədi  rayonudur  [4].  Xarici  ölkələrdən  gətirilən 

işlənmiş  maşınlarla  bərabər,  istismarda  olan  nəqliyyat  vasitələrinin  çoxunun  köhnəlməsi  də  ətraf 

mühitə pis təsir edir. Qərbi Avropa istehsalı olan avtomobillər xarakterik tullantılar əmələ gətirirlər. 

At

m

os



fe

 at



ıla

çir



kl

ən

di



ric

i m


ad

lər



 (m

in

 to



n)

 

 



M

öv

cu



av

to



m

ob

il 



ql

iy



ya

tı 


d)



 


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

24 


[5].    Avtomobil  nəqliyyatı  200-dən  çox  zərərli  maddə  ixrac  edir.  Yalnız  bir  gündə  hər  min  ədəd 

avtomobil  mühərrikindən  havaya  3,2  ton  karbon  oksidi,  200-400  kq  digər  qazabənzər  maddələr 

buraxılır  [6].  Benzinlə  işləyən  hər  bir  maşın  15  min  kilometr  qət  etdikdə,  orta  hesabla  4350  kq 

oksigen  istifadə  edir,  əvəzində  atmosferə  3250  kq  karbon  qazı,  530  kq  dəm  qazı,  93  kq 

karbohidrogen  və  27  kq  azot  oksidi  atır  [7].  Nəqliyyat  vasitələri  arasında  atmosferi  daha  çox 

çirkləndirən  avtomobillər  olsa  da,  digər  nəqliyyat  növləri  -  aviasiya,  dəmiryol,  su  (dəniz  və  çay) 

nəqliyyatı, kənd təsərrüfatı maşınlarından traktor, kombayn və s. də atmosferi tullantılarla korlayır. 

Məsələn,  hava  layneri  7  saat  uçuş  müddətində  35  ton  oksigen  işlədir.  Bu,  33-34  adamın  bir  il 

ərzində  istifadə  etdiyi  oksigenin  miqdarına  bərabərdir  [8.].  Təyarələrdə  istifadə  edilən  qazotrubin 

hərəkət mühərriklərindən hava limanlarına və ətraf mühitə atılan zərərli maddələrin miqdarı  da az 

deyil: karbon oksidi-55 faiz, azot oksidi-77 faiz, hidrogen-93 faiz, aerozol-97 faiz [9].  

     Nəqliyyatın  ətraf  mühitə  təsiri,  həm  də  hərəkətin  məkanı  ilə    bağlıdır.  Hərəkət  edən  nəqliyyat 

vasitələri, torpağı tapdalayıb bərkidir,  yolunun üstündəki bitkiləri tələf edir, heyvanları  yaşadıqları 

ərazidən  uzaqlaşdırır.  Kənd  təsərrüfatında  işlərin  qızğın  vaxtı  heyvanların  yuvalama  və  balalama 

dövrünə  təsadüf  etdiyinə  görə  bu  vaxt  kənd  təsərrüfatı  texnikaları  ilə  ölüm  halları  daha  çox  olur. 

Yollarda  avtomaşınların  iri  heyvanlarla  toqquşması  bəzən  təhlükəli  qəzalara  gətirib  çıxarır  [10]. 

Nəqliyyat  vasitələrinin  yaratdığı  səs-küylər  canlılı  orqanizmlərin  sağlamlığına  mənfi  təsir  edir; 

həddindən  artıq  səs  sinir  sistemini  qıcıqlandırır,  insanın  əhvalını  pisləşdirir,  eşitməni  ağırlaşdırır, 

orqanizmin  müdafiə  qabiliyyətini  aşağı  salır.  Hərəkət  edən  nəqliyyatdan  yaşayış  evlərinə, 

məktəbəqədər  uşaq  müəssislərinə,  xəstəxanalara,  yataqxanalara  daxil  olan  səslərin  səviyyəsi 

normadan 5-25 dba artıqdır. Bakıətrafı istirahət guşələrinin, müalicə sanatoriyalarının və paytaxtın 

sakitliyini  pozan,  normadan  artıq  səs-küy  əmələ  gətirən  amillərdən  biri  də  yaxınlıqdakı  Binə 

Aeroportunda  uçuş-enmə  zolağının  olmasıdır.  Hərəkət  edən  təyyarənin  yaratdığı  səsin  gücü  130 

dba-dır [11].   

     Beləliklə,  torpaq  ehtiyatları  hesabına  yeni  şosse  yollarının  çəkilməsi,  bitki  örtüyünün 

dağıdılması,  hərəkətdə  olan  heyvanlarla  avtomobillərin  toqquşması  nəticəsində  ölüm  halları,  ətraf 

mühitin müxtəlif nəqliyyat tullantıları ilə (şin, rezin tozu, avtonəqliyyat hissələri, işlənmiş qazlar və 

s.) çirklənməsi, normadan artıq səs-küy və s. göstərir kı, nəqliyyatın yaratdığı ekoloji problem çox 

genişdir.  

Tövsiyələr.  Zərərli  maddələrin  ətraf  mühitə  atılmasının  azaldılması  məqsədilə  Ekologiya 

Nazirliyinin  vaxtaşırı  Dövlət  Yol  Polisi  ilə  birgə  keçirdikləri  "təmiz  hava"  aylığınin 

intensivləşdirilməsini  zəruri  sayırıq.  Zərərli  maddələrin  azaldılmasında  yüklərin  daşınmasının 

düzgün təşkili, boş sürüşmələrin aradan qaldırılması, ən qısa və gərginliyi az olan (döngələr, eniş-

yoxuşlar,  çala-çökəklər)  marşrutların  seçilməsi  də  faydalı  olar.  Yollarda  sürətin  nizamlanmasına 

nəzarət,  xüsusilə,  onun  məhdudlaşdırılması  kimi  təhlükəsizlik  tədbirlərinin  ekoloji  əhəmiyyəti 

vardır.  Yanacağa  qənaət  edən  avtomobil  sürücülərini  həvəsləndirmək  məqsədilə  müsabiqələrin 

təşkili,  müvafiq  titulların  təsis  edilməsi,  mükafatlandırma  tədbirləri  və  s.  ətraf  mühitin  daha  az 

çirklənməsinə səbəb olar. 

     Təyyarələrin şəhərin üzərində uçuşu qadağan olunmalı, yaşayış evləri tikilən ərazidə səs-küyün 

gücü  10-60  dba-nı  keçməməlidir.  Titrəyiş  və  səs  yaradan  dəmir  yol  nəqliyyat  növləri,  ağır  yüklü 

maşınlar  şəhərin  mərkəzinə  buraxılmamalı,  aralıdan  keçməsi  üçün  spesifik  yol  salınmalıdır.  Səsi 

azaldan  vasitələrdən,  o  cümlədən  yaşıllıqdan  geniş  istifadə  edilməlidir.  Transnəqliyyatın  şəhərə 

girişi  qadağan  edilməli,  küçələrdə  nəqliyyatın  hərəkəti  elə  uzlaşdırılmalıdır  ki,  səs-küyün 

azaldılması  kifayət  qədər  hiss  olunsun.  Azsəsli  mühərriklərə  üstünlük  verilməli,  yolboyu  akustik 

hasarlar  tikilməli,  yaşayış  evləri  magistraldan  azı  50  metr  aralı  inşa  edilməlidir.  Ümumiyyətlə, 

titrəyiş  yaradan  amillər  yaşayış  evlərindən  kənarda  olmalı,  evlərin  qapı  və  pəncərələri  səs 

keçirməyən materialdan hazırlanmalıdır. 

 

                                                     



ƏDƏBİYYAT 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə