Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   2   3   4   5   6   7   8   9   ...   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 



 



A.B. DOLXANOV 

 

Bakı Dövlət Universiteti 

 

ABġERON YARIMADASININ TORPAQ VƏ IQLIM ġƏRAITINƏ UYĞUN 

NEFTLƏ ÇIRKLƏNMIġ ƏRAZILƏRDƏ FITOKULTIVASIYA 

TƏDBIRLƏRININ BIOEKOLOJI ƏSASLARI 

 

Azərbaycanın görkəmli xalq şairi

 təbiət vurğunu Məmməd Arazın 

80 illik yubileyinə ithaf edirəm 

 

 

 

 

Məmməd Araz BDU-nun ekoloq tələbələri ilə  



 

 

Ölkə  əhalisinin  təqribən  40%-i  və  sənaye  potensialının  70%-i  Abşeron 



yarımadasında  cəmləşdiyindən  Respublikada  həlli  vacib  olan  ekoloji  problemlərin 

əksər hissəsi bu ərazidə mövcuddur.  

 

Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə 



bağlıdır. Ümumi  sahəsi  222  min  hektar  olan  Abşeron  yarımadasının  yararsız 


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

torpaqlarının ümumi sahəsi – 33,3 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların 



sahəsi - 10 min ha qədər təşkil edir. 

 

Ekoloji problemləri yaradan əsas səbəblər uzun illər ərzində neft-qaz hasilatı və 



qazma  işləri  zamanı  torpaqların  neft  və  lay  suları  ilə  çirkləndirilməsi,  lay  sularının 

idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ 

gəlməsi,  neft  emalı  zamanı  əmələ  gələn  tullantların  ərazilərdə  toplanmasından 

ibarətdir. 

 

Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı 



şəhəri  ərazisində   2008-ci  il  ərzində  təqribən  536  mln  m

3

   həcmində  tullantı  suları 



formalaşmışdır ki, bundan da 144,5 mln m

3

  tullantı suları təmizlənmədən dənizə və 



daxili  su  hövzələrinə  axıdılıb.  Tullantı  suları  ilə  birlikdə  su  hövzələrinə  neft 

məhsulları,  asılı  maddələr,  sulfat  birləşmələri,  xlorid  duzları,  səthi  aktiv  maddələr, 

fenol və müxtəlif ağır metallar  atılır.  

 

 



          Bibiheybət neft mədənlərində neftlə çirklənmiş ərazidə fitokultivasiyadan  görünüş. 

 

 



Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də 

bərk  tullantıların  idarə  olunması  ilə  bağlıdır.  Yarımadada  olan  5  məişət  tullantıları 

poliqonunun  ümumi  sahəsi  232,5  ha-dırQeyri-qanuni  zibilliklərin  sahəsi  isə  448,6 

ha-dır ki, bunların da sayı 128-dir. 

 

Rəsmi  fəaliyyət  göstərən  poliqonlar ekoloji  norma  və  standartlara  cavab 



vermir.  Belə  ki,  poliqonların  əraziləri  hasara  alınmamış  və  nəzarət  təşkil 

olunmamışdır,  tullantılar  boşaldılandan  sonra  torpaq  qatı  ilə  örtülərək  basdırılmır. 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

Çeşidlənmə  aparılmadığından  təhlükəli  və  bir  sıra  sənaye  tullantıları  məişət 



tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.  

 

Civə  üsulu  ilə  kaustik  soda  və  xlor  istehsalı  zamanı  əmələ  gələn  təhlükəli 



tullantılar Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji 

problemlər  yaradan  amillərdən  biri  idi.  Lakin  son  zamanlar  görülmüş  tədbirlər 

nəticəsində bu problemin həllinə nail olunmuşdur.     

 

Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərdən biridir. 



Son  illər  əsasən  köhnə  avtomobillərin  hesabına  nəqliyyat  vasitələrinin  sayının 

artması,  poliqonlarda  tullantıların  yandırılması  səbəbindən  atmosfer  havasına  atılan 

zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf mühit 

və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.  

 

Abşeron  yarımadasında  ümumi  sahəsi  3325  ha  qədər  olan  200-dən  artıq  göl 



mövcuddur. Bu  göllərə il ərzində 41,5 mln. m

3

 çirkab sular axıdılır. Bu göllərin ətraf 



mühitə  təsiri  torpaqların  deqradasiyaya  uğraması  və  şoranlaşmasından,  səviyyənin 

qalxması  nəticəsində  əlavə  torpaq  sahələrinin  su  altında  qalmasından,  buxarlanma 

nəticəsində 

karbohidrogenlər 

və 

digər 


zərərli 

maddələrin 

atmosferə 

atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya 

xətlərinə xələl yetirilməsindən ibarətdir. Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən 

və Çuxurdərə gölləri daha çox çirklənməyə məruz qalmışdır.  

 

Abşeron  yarımadasının  digər  gərgin  ekoloji  sahəsi Bakı  buxtasıdır.  Ümumi 



sahəsi  50  km

2

,  sahil  xəttininin  uzunluğu  20  km  olan  buxtanın  çirklənməsi  öz 



növbəsində dənizin çirklənməsi, biomüxtəlifliyinin azalması və antisanitar vəziyyətin 

yaranması ilə nəticələnir. 

 

Suraxanı  rayonundakı  Bakı  Yod  Zavodunun  ərazisində  yığılaraq  qalaqlanmış 



tullantılar  daş  hasar  vasitəsilə  ətraf  mühitdən  təcrid  olunmuş  və   onların 

zərərsizləşdirilməsi  istiqamətində  müvafiq  qurumlar  tərəfindən  tədbirlər  həyata 

keçirilir. Abşeronun digər əraziləri isə ekoloji cəhətdən qənaətbəxş hesab edilir. 

 

Bakı  və  Abşeron  yarımadasında  ekoloji  vəziyyətin  yaxşılaşdırılması 

sahəsində  görülmüş  işlər:  Regiondakı  mövcud  ekoloji  problemlərin  planlı  surətdə 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə