Mühafizə Müəssəsinin Mühafizə Xidmətinin Təşkilində Mühafizəçilərin y a d d a ş k I t a b ç a s I



Yüklə 92,99 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü92,99 Kb.
#21567


Q A R T A L   SS

Mühafizə  Müəssəsinin Mühafizə  

Xidmətinin  Təşkilində     

Mühafizəçilərin

Y A D D A Ş     K İ T A B Ç A S I

1.

 Qartal SS  mühafizə müəssisəsinin  əsas vəzifəsi nədən ibarətdir?

Cavab:   Müəyyən   edilmiş   qaydada   bağlanmış   müqavilələr   əsasında

vətəndaşların   dövlət   və   şəxsi   mülkiyyətinin   etibarlı   mühafizəsinin   təmin

edilməsidir. 

Özəl mühafizə xidmətinin işçiləri obyektlərin mühafizə məsələsini yerinə

yetirərək,   onlara  həvalə   edilmiş  postlarda,   ictimai  asayişin  qorunması  və

cinayətlərin qarşısının alınması üçün zəruri tədbirlər görürlər.



2.  Qeyri-dövlət (özəl)  mühafizə  müəssiəsi  hüquqi  statusu? 

Cavab:


  fiziki   və  ya   hüquqi  şəxslə  bağlanmış  müqavilə  əsasında   nəzərdə

tutulan   mühafizə  xidmətlərini   göstərən,   müvafiq   qaydada   dövlət

qeydiyyatından keçmiş və Daxili işlər Nazirliyindən   xüsusi razılıq (lisenziya)

almış hüquqi şəxs;

3.

Mühafizə  xidmətinin əsas vəzifəsi nədən ibarətdir?

Cavab: İctimai asayişin təmin edilməsi, cinayətlərin və digər hüquqpozma

hallarının   xəbərdar   edilməsi   və   və   qarşısının   alınması,   mülkiyyətin

mühafizəsi, vətəndaşların  hüquqlarının və qanuni maraqlarının cinayətkar

əməllərdən   və   digər   antiictimai   hərəkətlərdən   qorunması,   cinayətkarların

yaxalanmasında   və   cinayətlərin   açılmasında   fəal   iştirak   etmək.   Qorunan

obyektin mühafizəsini tam təmin etmək. 

4.   Mühafizəçi    nə    deməkdir?

Cavab:   M

ühafizəçi   -   xüsusi   hazırlıq   keçmiş,     Qanunla   müəyyən   edilmiş

qaydada özəl mühafizə müəssisəsində  əmək müqaviləsi (kontraktı) ilə işləyən

Azərbaycan Respublikasının vətandaşı



5.    Mühafizə  müəssisəsində -mühafizəçi vəzifəsinə, işə qəbul  qaydası.

Cavab:  


Mühafizəçi   vəzifəsinə  20   yaşına  çatmış,  mühafizəçilər  üçün  xüsusi

hazırlıq   kursunu   bitirmiş  Azərbaycan   Respublikasının   vətəndaşları  qəbul

olunur. Şəxs özəl 

                                           




-2-

mühafizə müəssisəsinə və  mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən

tərəfindən   namizəd   barədə  3   gün   müddətində  Daxili      İşlər   Nazirliyinə

müəyyən olunmuş qaydada məlumat verilməlidir.

Mühafizəçilərin,   habelə  özəl   mühafizə  müəssisələrinin     rəhbərliyi   xüsusi

hazırlıq, təkmilləşdirmə  və  ixtisas artırma kursları  siyahısı   DİN-nin orqanı

tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri və Təhsil nazirliyi tərəfindən

verilmiş  xüsusi   razılıq   (lisenziya)  əsasında   qeyri-dövlət   ixtisaslaşmış  təhsil

müəssisələri   tərəfindən   həyata   keçirilir.   Kursların   proqramının   və  ixtisas

tələblərinin   müəyyən  olunması  və  onlara  riayət  olunmasına  nəzarət  DİN-yi

tərəfindən həyata keçirilir.

       


 6. Hansı   şəxslər  mühafizəçi vəzifəsinə  qəbul oluna  bilməz?

Cavab:


- ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq 

tibbi rəy təqdim etməyən şəxslər;                                                                      

- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin  

  qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;

-qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər  

(qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan 

möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad 

edilənlər istisna olmaqla);

- sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər

;

- qəsdən cinayət törətməkdə ittiham olunan və ya qəsdən cinayət törətməyə 



görə əvvəllər məhkum olunmuş şəxslər.                                               

                       

                        7. Sual: Buraxılış rejimi nə deməkdir?

 

Cavab:    



şəxslərin   və  ya   nəqliyyat   vasitələrinin   mühafizə  olunan   obyektə

nəzarətsiz girişi (çıxışı), habelə     bu obyektə əmlakın nəzarətsiz gətirilməsi və

ya   bu   obyektdən  əmlakın   nəzarətsiz  çıxarılması  imkanlarını  istisna   edən

qayda və tədbirlərin məcmusu;



                   8. Sual: Cinayətkarlıqla mübarizənin, ictimai asayişin və özəl və kоммеrsiya         

                      obyektlərinin qorunmasında mühafizə xidmətinin bütün fəaliyyəti nəyə  əsaslanır?

Cavab:   Azərbaycan   Respublikasının   Qeyri-dövlət   (özəl)   mühafizə

fəaliyyəti   haqqında   qanuna,   mühafizə   xidməti   haqqında   digər

qanunların,   Nazirlər   Kabinetinin   fərmanları,   Daxili   İşlət   Nazirliyinin

tələbləri   əsasında   mühafizə   xidmətinin   hüquq-normativ   bazası

qurulub.


9. Sual: Avto, moto və digər marşrutların uzunluğu neçədir?

  

Cavab: Piyadalar üçün – 1-1,5 km, avto üçün – 6-8 km, moto üçün – 3-5 km.



10. Sual: Post nə deməkdir?

Cavab


:

  Mühafizə xidməti əməkdaşının, ona həvalə edilmiş vəzifələrin yetirildiyi

yer   və   ya   ərazi   sahəsi   post   adlanır.  Postda   xidmət   aparmaq   üçün  təyin   olunan

mühafizəçi postacı adlanır.

                                            



-3-

11.  Sual: Növbə çəkməyə gedənin üstündə nə olmalıdır?

 

Cavab:   Xidməti vəsiqə, xidməti kitabça,   fit, karandaş, bloknot, şəxsi paket, cib

fənəri, avto. Xidmət edənin  isə – sürücülük vəsiqəsi və yol vərəqi.

 

                   12. Sual: Növbətçinin (postda, patrulda duranın) yoxlayan şəxsə  



                             müraciət forması necədir?

  

  Cavab:


  “Mühafizəçi  Həsənov A.  mühafizə postunda  apardığım   xidmət     

  

zamanı heç  bir  hadisə  baş  verməyib.”



       

                                   



13. Sual: Özəl mühafizə xidmətinin əməkdaşı, həm dövlət , həm özəl                  

               obyektlərin   qorunması,  həm  də   ictimai asayişin pozulması və         

               cinayətkarlıqla  mübarizə sahəsində  növbəyə daxil olarkən,  nəyi       

               bilməlidir?

Cavab:   Mühafizə   olunan   obyektlərin   əarizisini,   onlardan   ən   vaciblərinin,

siqnalizasiya   vasitələrinin   olub-olmamasını,   əməliyyat   şəraitini   və

marşrutun (postun) xüsusiyyətlərini.

Yaxıçlıqda   yerləşən   polis   bölməsi,   radio   mübadiləsinin   aparılmasını   və

növbə   ilə   əlaqə   saxlanmasının   qaydalarını,   marşruta   (posta)   yaxın   olan

küçələri,   dalanları,   meydanları   və   məhəllələri,   yanğın   dəstəsinin,   tibbi

yardımın,   yaxınlıqda   olan   xəstəxanaların,   apteklərin   telefon   nömrələrini,

cinayətkarların,  avaraların,  dilənçilərin  və  digər anti-ictimai  tüfeyli  həyat

tərzi   yaşayan   şəxslərin   güman   olunan   yerlərini,   cinayətkarları   izləmək

ehtiyacı olsa qısa hərəkət yollarını.

                      



14. Sual: Xidmət edən zaman  mühafizəçiyə nə qadağan olunur?

Cavab: Onun tabe olduğu şəxslər istisna olaraq, xüsusi vasitələrini kimsəyə

vermək   və   ya   ötürmək,   xidmətdən   yayınmaq   və   sayıqlığı   zəiflətmək

(yatmaq), xidmətə aid olmayan söhbətlər etmək, telefon vasitəsi ilə şəxsi

söhbətlər   aparmaq.   Xidmətdən   yayınmaq   və   mühafizə   edilən   obyektlərə

kənar şəxsləri buraxmaq; obyektlərin mühafizəsini, hətta qısa müddətə belə,

digər şəxslərə həvalə etmək.

15. Sual: Mühafizəçini  postdan kim kənarlaşdıra bilər?

Cavab:    Xidmət    komandiri  tərəfindən, mühafizə şirkətinin   rəhbərliyinin  

icazəsi ilə. 

16.Sual: Mühafizəçinin   hüquq  və vəziyyəti.

 

 -Mühafizəçi  mühafizə etdiyi obyektin təmin edilməsi    məqsədilə aşağıdakı  

   hüquqlara malikdir:

 - mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejimin

 - mühafizəçi mühafizə etdiyi obyektin təhlükəsizliyinin təmin edilməsinə və  

   obyektdaxili rejimə riayət olunmasını tələb etmək;

 - mühafizə olunan obyektlərə giriş və çıxış zamanı Azərbaycan  

  

                                                  



-4-


  Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fiziki şəxsləri   

   (xidməti vəzifələrini icra edən hüquq-mühafizə və digər dövlət orqanlarının  

   əməkdaşları istisna olmaqla), onların əşyalarını və nəqliyyat vasitələrini  

   texniki vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək;

- mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər 

  mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə 

  işlətdikləri hallarda həmin şəxsləri fiziki qüvvə tətbiq etməklə hadisə yerində 

  saxlamaq və dərhal müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;

                      - özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən

                        xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektlərin

                        hüdudlarında saxlamaq, gəzdirmək və qanunla müəyyən edilmiş qaydada

və 


                        hallarda təyinatı üzrə istifadə etmək.

  17. Sual:  Mühafizəçinin  vəzifələri  aşağadıkılardır:

Cavab:


  - Mühafizə  olunan obyektlərə  münasibətdə  hüquq pozuntusu baş  verdikdə

onun   baş  vermə  vaxtı,   yeri,   halları,   hüquq   pozuntusu   törədən  şəxsin

saxlanılması,   fiziki   qüvvənin   və  ya   xüsusi   vasitələrin   tətbiq   edilməsi

zərurətinin  əsaslandırılması,   hüquq   pozuntusunun   qarşısının   alınması  və

mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş

tədbirlər barədə  özəl mühafizə  müəssisəsinin və  ya hüquqi  şəxsin mühafizə

bölməsinin rəhbərini yazılı surətdə məlumatlandırmaq; 

                     -  fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə  

                     dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına 

                     məlumat vermək; 

                     -  cinayət və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda bu 

                     barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;

-   cinayət  əməlinin  əlamətləri aşkar edildikdə  müvafiq təhqiqat və  ya istintaq

orqanının  əməkdaşları  hadisə  yerinə  gələnədək  cinayətin  izlərinin   və  sübut

mənbəyi   ola   biləcək   digər   maddi   obyektlərin   qorunub   saxlanması,   həmin

orqanlara ibtidai araşdırma ilə  əlaqədar bütün zəruri yardımın göstərilməsi,

şahidlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi; 

-     xüsusi vasitəni və  ya mühafizəçi vəsiqəsini itirdikdə  dərhal müvafiq icra

hakimiyyəti orqanına məlumat vermək;

  -       tutduğu   vəzifədən   azad   edildikdə  istifadəsində  olan   xüsusi   vasitələri,

mühafizəçi vəsiqəsini və geyim formasını özəl mühafizə müəssisəsinin və ya

hüquqi şəxsin mühafizə bölməsinin rəhbərinə təhvil vermək. 

 -   mühafizəçi tərəfindən şəxslərin hüquq və azadlıqlarının pozulması qanunla

müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.



18.  Sual:  Mühafizəçinin  ğeyim  forması və  mühafizəçi  vəsiqəsi ?

 

Cavab:



-  Özəl mühafizə  müəssisəsi mühafizəçiləri vahid nümunəli geyim forması  və

müvafiq mühafizəçi vəsiqəsi ilə təmin etməlidir.

  -Mühafizəçilərin   geyim   formaları  Azərbaycan   Respublikasının   Silahlı

Qüvvələri   və  başqa   silahlı  birləşmələrin,   prokurorluq,   daxili   işlər,   milli

təhlükəsizlik,   fövqəladə  hallar,  ədliyyə,   vergi,   gömrük   və  digər   dövlət

orqanlarının xüsusi və  ya hərbi geyim formalarından aşkar və  aydın  şəkildə

seçilməlidir. Mühafizəçinin vahid nümunəli geyim formasının və  vəsiqəsinin

nümunəsi DİN-yi   tərəfindən müəyyən edilir.

 - Özəl mühafizə müəssisəsi mühafizəçisinin geyim formasının üzərində həmin

müəssisənin tam adı, fərdi qeydiyyat nömrəsi, habelə  mühafizəçinin adı  və

soyadı göstərilməlidir. 



                                                      -5-

19. Sual: Mühafizə fəaliyyətinin həyata  kecirilməsində fiziki qüvvənin və

                xüsusi vasitələrin tətbiqi şərtləri və  hüquqları?

 

 



Cavab

:

-  Özəl mühafizə  fəaliyyətini həyata keçirərkən mühafizəçilərə  yalnız mühafizə



olunan obyektlərin hüdudlarında  Qanunla və Azərbaycan Respublikasının 

digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada fiziki

qüvvənin,   habelə  özəl   mühafizə  müəssisəsi   və  ya   hüquqi  şəxsin   mühafizə

bölməsi   tərəfindən   xidməti  istifadə  üçün   verilmiş  xüsusi   vasitələrin   tətbiqinə

icazə verilir. 

  - qanunun tələblərinə  uyğun olaraq fiziki qüvvənin və  ya xüsusi vasitələrin

tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.

  - mühafizəçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı şərtlərə

riayət etməlidir:

-   insana qarşı  fiziki qüvvə  və  ya xüsusi vasitələr yalnız son zərurət və  ya

zəruri   müdafiə  vəziyyətində,   bütün  digər  təsir  imkanlarından  istifadə  lazımi

nəticə  vermədikdə, hüquq pozuntusunun xarakterindən və  ictimai təhlükəlilik

dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;

   -öz xidməti vəzifələrini icra etməsi və fiziki qüvvə və ya xüsusi vasitə tətbiq

etmək   niyyəti   barədə  buraxılış  və  obyektdaxili   rejim   qaydalarını  pozan

şəxslərə xəbərdarlıq etməlidir; 

  -   hüquq   pozuntusunun   xarakterindən   və  ictimai   təhlükəlilik   dərəcəsindən,

eləcə də ona göstərilən müqavimətin dərəcəsindən asılı olaraq vurulan zərərin

minimal olmasına cəhd etməlidir;

   -bədən   xəsarəti   alan  şəxslərə  ilkin   tibbi   yardımın   göstərilməsini   təmin

etməlidir;

   -fiziki qüvvə  və  ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə

dərhal   müvafiq   icra   hakimiyyəti   orqanına   və  prokurorluq   orqanlarına

məlumat   verməli   və  özəl   mühafizə  müəssisəsinin   və  ya   hüquqi  şəxsin

mühafizə bölməsinin rəhbərinə ətraflı yazılı məlumat hazırlamalıdır.

   -   mühafizə  olunan   obyektə  qrup   halında   və  ya   silah   işlətməklə  basqın

edildiyi,   o   cümlədən   silahlı  müqavimət   göstərildiyi   hallar   istisna   olmaqla

qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, yaxud digər fiziki

və ya psixi qüsurları aşkar bilinən şəxslərə, habelə insanların toplaşdığı və ya

kənar  şəxslərin   zərər  çəkə  biləcəyi   yerlərdə  fiziki   qüvvənin   və  ya   xüsusi

vasitələrin tətbiqi qadağandır.

  - fiziki qüvvənin və  ya  xüsusi vasitələrin tətbiq edildiyi  hər bir hal barədə

mühafizəçi   tərəfindən   təqdim   olunmuş  məlumat  əsasında  özəl   mühafizə

müəssisəsinin   və  ya   hüquqi  şəxsin   mühafizə  bölməsinin   rəhbəri   xidməti

yoxlama   aparmalı  və  fiziki   qüvvə  və  ya   xüsusi   vasitənin   tətbiqinin

qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə

və  ya   xüsusi   vasitənin   tətbiqinin   qanunauyğun   olub-olmaması  barədə

müvafiq   rəy  özəl   mühafizə  müəssisəsinin   və  ya   hüquqi  şəxsin   mühafizə

bölməsinin   rəhbəri   tərəfindən   3   gün   müddətində  müvafiq   icra   hakimiyyəti

orqanına və prokurorluq orqanlarına təqdim olunur.

 -mühafizəçinin öz səlahiyyətlərini, zəruri müdafiə və ya son zərurət hədlərini,

habelə  cinayət   (inzibati   xəta)   törətmiş  şəxsin   tutulması  üçün   zəruri   olan

tədbirlərin   həddini   aşaraq   fiziki   qüvvə  və  ya   xüsusi   vasitə  tətbiq   etməsi

qanunvericiliyə  müvafiq   olaraq   cinayət,   inzibati,   mülki-hüquqi   və  intizam

məsuliyyətinə səbəb olur.

  -özəl mühafizə  müəssisəsi və  ya hüquqi  şəxsin mühafizə  bölməsi tərəfindən

xüsusi   vasitələr   onların   mühafizəsini,   təhlükəsizliyini   təmin   edən   və  kənar

şəxslər   tərəfindən  ələ  keçirilməsini   istisna   edən  şəraitdə  qanunvericiliklə

müəyyən edilmiş qaydada saxlanılmalıdır. 



-6-

20.   Sual: Mühafizə  fəaliyyətində   fiziki  qüvvənin  tətbiqi?

  

Cavab:



-

Mühafizə  olunan   obyektlərə  qəsd   edən   cinayət  əməlləri   və  ya   inzibati

xətaların qarşısını almaq, bu  əməlləri törədən şəxsləri saxlamaq, eləcə də öz

qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün mühafizəçi ona həvalə

olunmuş vəzifələrin icrasını başqa üsullarla təmin edə bilmədikdə fiziki qüvvə

tətbiq edə bilər.



21. Sual: Mühafizə fəaliyyətində  xüsusi vasitələrin   tətbiqi?

Cavab:


-   Xüsusi   vasitələr  özəl   mühafizə  müəssisəsi     tərəfindən   yalnız   DİN-yi

tərəfindən   verilmiş  xüsusi   vasitənin  əldə  olunması,   saxlanılması  və  ondan

təyinatı  üzrə  istifadə  edilməsi hüququnu təsdiq edən  şəhadətnaməyə  əsasən

əldə  oluna,   saxlanıla   və  təyinatı  üzrə  istifadə  edilməsi  üçün   mühafizəçilərə

verilə bilər. 

- Özəl mühafizə müəssisələri  tərəfindən əldə oluna, saxlanıla və təyinatı üzrə

istifadə  edilə  bilən  xüsusi  vasitələrin   siyahısı,   habelə  xüsusi   vasitənin  özəl

mühafizə  müəssisəsi və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsi tərəfindən  əldə

olunması,   saxlanılması  və  ondan   təyinatı  üzrə  istifadə  edilməsi  üçün

mühafizəçilərə verilməsi qaydaları DİN-yi  tərəfindən müəyyən olunur.

- mühafizəçi tərəfindən xüsusi vasitə  yalnız aşağıdakı  hallarda tətbiq oluna

bilər;


  -mühafizəçilərin   həyat   və  sağlamlığına   real   təhlükə  törədən   basqınları  dəf

etdikdə;


 - mühafizə olunan obyektə və ya mühafizəçilərə bir qrup şəxs tərəfindən və ya

silah, yaxud silah qismində  istifadə  edilən  əşyalar tətbiq edilməklə  törədilən

hücumun   qarşısını  alarkən,   belə  hücumun   qarşısını  digər  üsullarla   almaq

mümkün olmadıqda; 

- fiziki  şəxsin həyat  və  sağlamlığı  və  ya  mülkiyyət  əleyhinə  cinayət törədən

zaman yaxalanan şəxslər qaçmağa cəhd göstərdikdə və ya silahlı müqavimət

göstərəcəyini ehtimal etmək  üçün kifayət qədər  əsas olduqda həmin  şəxslər

saxlanılarkən, digər vasitələrlə onların saxlanılması mümkün olmadıqda;

  -   saxlanılan  şəxslər  mühafizəçinin   xidməti   otağına   və  ya   hüquq-mühafizə

orqanına gətirilərkən müqavimət göstərdikdə;

-   mühafizəçinin   qanuni   tələblərini   yerinə  yetirməyən   nəqliyyat   vasitəsinin

sürücüsünün mühafizə olunan obyektdə saxlanılması zəruri olduqda;

- mühafizəçinin xüsusi vasitələrini ələ keçirmək cəhdinin qarşısını aldıqda.

                        



22. Sual: Marşrutda (postda) olan mühafizəçi şübhəli insa yaxınlaşarkən hansı

               ehtiyat tədbirlərini görməlidir?

Cavab:   Gecə   vaxtı   evlərdən   və   digər   tikililərdən   müəyyən   məsafədə   piyada

qaydada hərəkət etmək, vətəndaşlara qarşı imkan daxilində lazım olan məsafəni

saxlamaq və özündən arxada heç kimi qoymamaq;

- qaranlıq vaxtı, bir qayda olaraq, adama işıq  mənbəyi  tərəfindən yaxınlaşmaq;

-adamın   arxadan yaxınlaşdığı   halda   – kənara   çəkilmək,   dayanmaq,  onu  qabağa

buraxmaq və ya hərəkət istiqamətini dəyişmək və yaxınlaşan insana doğru getmək.

23. Sual: Vətəndaşlarla münasibətdə nəyə yol verilmir?

 



Cavab:   Təkəbbürlü   tərz,   kobudluq,   lovğalıq,   iradların,   ifadələrin,   istehza   və   ya

nəzakətsiz   bildirilməsi,   insanlıq   ləyaqətinin   təhqir   edilməsi,   hədə-qorxu   gəlmə,

öyüd-nəsihət  vermə  və    ədalətsiz  müqavimət,  haqsız  günahlandırma,   hədələyici

hərəkətlər və işarələr.

                                    

-7-


24. Sual: Cinayət baş verməsi haqqında məlumat verəndən mühafizəçi  nəyi  

aydınlaşdırmalıdır?

Cavab: 


-

Hansı cinayət baş verib, onun baş verdiyi yer və onu aşkar etdiyi vaxt (saat, dəqiqə); 

-

cinayəti kim edib yaxud kimdən şübhələnilir və onun nişanələri, əlamətləri; 



-

şahidlər olubmu və onlar haqqında nə məlumdur,zərərçəkmiş nə vəziyyətdədir; 

-

cinayət haqqında məlumat verənin soyadı, adı, atasının adı.     



                                                

25. Sual: Yanğın baş verdiyi zaman patrulun vəzifəsi?

Cavab:


-

yanğın haqqında yaxında yerləşən yanğın dəstəsinə, növbətçiyə xəbər vermək, 

lazım gələrsə əhalini xəbərdar etmək.

- xüsusi   və   yaxud   əl   altında   olan   vasitələrdən   istifadə   edərək   yanan   sahəni,

insanları və əşyaları xilas etmək, yanğının baş verməsi səbəbini təyin etmək, hadisə

yerini  qorumaq və cinayətin törədilməsində şübhəli olan şəxslərin tutulması üçün

tədbir  görmək.                                         

-

 zərər çəkənlər olarsa, tibbi yardım çağırmaq və yaxud onları müalicə 



  müəssisələrinə göndərmək.

-

yanğının ləğv edilməsinə cəlb edilmiş şəxslərdən başqa heç kimi yanan binaya



 buraxmamaq.

26. Sual: Mühafizəçinin   posta   daxil olduğu   vaxt vəzifəsini  bir-bir sayın.

Cavab:


1)   Öz   postunda   əməli   şəraiti,   mühafizə   edilən   obyektlərin   yerləşdiyi   yeri   və

xüsusiyyətlərini,   onların   texniki   cəhətdən   möhkəmliyini,   yanğın-mühafizə

siqnalları   ilə   təchizat   vasitələrini,   ən   zəif   yerləri   (qəzalı   yerləri,   zirzəmilər,  lift

quyularıvə   s.),   onların   etibarlı   mühafizəsini   və   həmçinin   lazımi   ictimai   qayda-

qanunu,   qanunpozmanın   (cinayətin)   qarşısını   vaxtında   almağı   və   qüvvədə   olan

nizamnamənin tələbinə uyğun olaraq cinayətkarların tutulması  qaydalarını yaxşı

bilmək.                          

2)   Növbəyə   gedərkən   xidməti   yerinə   yetirməyə   hazır   olmaq,   təlimat   verilmə

(instruktaj) yerinə onun başlanmasına 15 dəqiqə qalmış formada və təmiz geyinmiş

halda xidməti vəsiqə, marşrut vərəqi, xidməti kitabça, fit, elektrik fənəri, bloknot,

karandaş   yaxud   qələm,   radio-telefon   əlaqə   vasitələri,   texniki   nəzarət   vasitələri,

avtonəqliyyatda xidməti yerinə yetirərkən isə nəqliyyatı idarə etmək vəsiqəsi və

yol vərəqi üsütündə olmalıdır.

3)   Təlimat   (göstəriş)   aldıqdan   sonra   xidməti   yerinə   qəlmək,   obyekti   nəzərdən

keçirmək,   mühafizə-yanğın   siqnalizasiya   vasitələrinin   sazlığına,   qapıların,

pəncərələrin, lyukların, yanğın əleyhinə olan avadanlıqların üzərində qıfıl, kilid və

s.   olmasına,   bayır   işıqlarına   xüsusi   diqqət   vermək   lazımdır.   Əyər   obyektin

vəziyyəti qəbul edilmə şərtlərinə uyğun gəlirsə, yalnız bağlandıqdan sonra obyektin

mühafizəsi  haqqında   bağlanılmış   müqavilənin şərtlərinə   əsasən  onu mühafizəyə

götürmək.

4) Təyin olunmuş növbətçilik cədvəlinə əsasən mühafizə edilən obyektləri diqqətlə

yoxlamaq telefon (radio) vasitəsilə Qartal SS mühafizə müəssisəsinin növbətçisinə




vəziyyət barəsində məlumat vermək və mühafizə-yanğın, işıq və səs  siqnallarına

nəzarət etmək.

5) Mühafizə edilən obyektlərə kənar şəxsləri buraxmamaq.

6)   Qırılmış   qapı   pəncər,   cəftə,   qıfıl,   plomb,   möhür   və   obyektin   bütövlüyünün

pozulmasına dəlalət edən digər halları aşkar edərkən və həmçini mühafizə-yanğın

siqnalizasiyası   işə   düşən   zaman   obyekti   diqqətlə   yoxlamaq   və   obyektdə   kənar

şəxsin olmasını görəndə lazımi ehtiyat tədbirlərinə riayət edərək onun saxlanılması 

-8-


üçün tədbirlər görmək və bu barədə o dəqiqə Qartal SS mühafizə müəssisəsinə ,

rayon polis bölməsinə məlumat vermək.

                                  

  7)   Mühafizə   obyektində   və   ya   ona   yaxın   yerlərdə   yanğın   baş   verməsi   aşkar

edilərsə.   О   dəqiqə   yanğın   dəstəsini   çağırmaq   və   şəhərdaxili   işlər   şöbəsinin

əməliyyat növbətçisinə Qartal SS mühafizə müəssisəsinə məlumat vermək, yanğın

ocağının söndürülməsi, insanların və qiymətli əşyaların xilası üçün xüsusi və əl

altında olan vasitələrdən istifadə etmək.

8) Qəfil xəstələnmə hallarında Qartal SS mühafizə müəssisəsinə xəbər vermək və

əvəz gələnə qədər xidməti davam etdirmək.

9)Təyin   edilmiş   iş   vaxtının   sonunda   mühafizə   edilən   bütün   obyektləri   diqqətlə

yoxlamaq, onların bütövlüyünə əmin olmaq və sonra onlar vəzifəli şəxslərə siyahı

əsasında   təhvil   vermək   (əyər   bu   müqavilədə   nəzərdə   tutulubsa),   Qarlal   SS

Mühafizə  müəssisəsinin növbətçisinə işin qurtarması haqqında məlumat vermək.



27. Sual: Şübhələnən şəxsin sənədlərini yoxlayarkən və onu sorğu-sual 

edərkən mühafizəçi hansı ehtiyat tədbirlərini həyata keçirməidir?

Cavab: Yoxlanılan şəxsdən yarıdönmüş halda durmaq və onun hərəkətinə 

diqqətlə nəzarət etmək, növbə ilə diqqətini ya sənədə, ya da şəxsə yönəltməlidir. 

28. Sual: Obyektin mühafizəyə təhvil-təslim verilməsi qaydası.

Cavab:   Mühafizə  olunan  obyektlərin  müdiriyyətinin  nümayəndəsinin  iştirakı  ilə

obyekti yoxlamaq və buobyektlərin bütövlüyünə  əmin olmaq,bu zaman qapı və

pəncərə və lyuklarda qıfıl və cəftələrin, yanğın mühafizə siqnalizasiyasının, yanğın

avadanlıqlarının   mövcudluğuna,   daxili   və   xarici   işıqlanmanın   sazlığına   xüsusi

diqqət verilməlidir. Əyər obyektin vəziyyəti qəbul etmənin şərtlərinə uyğundursa,

onun bağlanması və qapılarının plomblanmasından sonra təhvil-təslim kitabında

qeyd edilməklə obyekti təhvil götürmək.

Obyekti   mühafizəyə   götürməyə   imkan   verməyən   nöqsanlar   (qapıların,

pəncərələrin,   lyukların,   nəfəsliklərin   açıq   olması,   xəbərdaredici   siqnalizasiyanın

birləşdirilməsi,plombun olmaması, sınma, dəlik, deşik hallarının olması və s.)  və

ya  təsərrüfat orqanının məsul şəxsi olmazsa qəbul edən dəstə komandirinə, özəl

müəssisələrin mühafizə şöbəsinə və onların göstəricisinə əsasən hərəkət etməlidir.

İş   qurtarmazdan   əvvəl   mühafizə   olunan   bütün   obyektləri   yoxlamaq,   onların

bütövlüyünə əmin olmaq və sonra yazılı surətdə əlaqədar vəzifəli şəxslərə təhvil

vermək,   Qartal SS mühafizə müəssisəsinin növbətçisinə işin qurtarması barədə

məlumat vermək.

29. Sual: «Mühafizə  olunan  obyektdə kənar adamları, obyektin 

bütövlüyünün pozulması faktlarını  mühafizəçi

  

aşkar edərsə nə etməlidir?

Cavab:   Obyekdə   kənar   adamlar   aşkar   edilərkən   ilk   növbədə   şəhərdaxili   işlər

şöbəsinin

,  


Qartal   SS   mühafizə     müəssisəsinin   növbətçisinə   xəbər   verməli   və

onların   онларын   tutulması   üçün   tədbirlər   görməlidir.   Bu   zaman   cinayətkarın

tutulması vaxtı mümkün çətinliklər, silahlı müqavimət ehtimalı, silahdan istifadə

şəraiti, əyər bunun   üçün zərurət yaranarsə nəzərə alınmalıdır. Hadisə baş verən




yerin   mühafizəçini   təmin   etmək   və   cinayətin   şahidlərinin   təyin   edilməsi   və

cinayətkarın axtarışı və tutulması üçün tədbirlər görmək.



Yüklə 92,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə