Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   2   3   4   5   6   7   8   9   ...   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

10 


həll  edilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  28 

sentyabr  tarixində  “Azərbaycan  Respublikasında  ekoloji  vəziyyətin  yaxşılaş-

dırılmasına  dair  2006-2010-cu  illər  üçün  Kompleks  Tədbirlər  Planı”  təsdiq 

olunmuşdur. 

Bakı 

və 


Abşeron 

yarımadasının 

ekoloji 

durumunun 

sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyyəti vardır.  

 

Neftlə çirklənmiş ərazi təmizləndikdən sonra həmişəyaşıl sərv ağaclarının əkin sahəsi. 



 

 

Kompleks  Tədbirlər  Planında  ətraf  mühitin  mövcud  vəziyyətinin  bərpasına 



yönəldilmiş  bütün  əsas  fəaliyyət  istiqamətləri  öz  əksini  tapmışdır.  Belə  ki,  Bakı 

Buxtasının,  Bibi-Heybət  zonasının,  H.Əliyev  adına  Beynəlxalq  Hava  Limanının 

ətrafının,  Abşeron  yarımadasının  göllərinin,  neftlə  çirklənmiş  torpaqların,  lay  suları 

altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji 

vəziyyətinin  yaxşılaşdırılması,  bərk  məişət  tullantılarının  idarə  olunması  sxeminə 

uyğun  Bakı  və  Sumqayıt  şəhərlərində  formalaşan  tullantıların  idarə  olunmasının 

təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur.  

 

Bakı  şəhərinin  və  Abşeron  yarımadasındakı  yaşayış  massivlərinin 



kanalizasiyalaşdırılması,  mövcüd  təmizləyici  qurğuların  yenidən  qurulması  və  yeni 

təmizləyici qurğuların  tikilməsi istiqamətində müvafiq təşkilatlar tərəfindən tədbirlər 

görülür. 2009-cu ilin sonunda Hövsan aerasiya stansiyasının  rekonstrusiyasının başa 

çatdırılması  və  buxtaya  axıdılan  kanalizasiya  sularının  qarşısı  alınaraq  aerasiya 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

11 


stansiyasına  yönəldilməsi  Bakı  buxtasının  tədricən  təmizlənməsinə  müsbət   təsir 

edəcəkdir. 

 

Xəzərin    ekoloji    vəziyyətinin    yaxşılaşdırılması    məqsədilə     Azərbaycan 



Respublikası  Prezidentinin  “Xəzər  dənizinin  çirklənmədən  qorunması  üzrə  bəzi 

tədbirlər  haqqında”  Sərəncamlarından irəli gələn  məsələlərin həlli  istiqamətində 

beynəlxalq  standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular  

quraşdırılmışdır.  Həmin  qurğular  İtaliya,  ABŞ,  Almaniya,  Tayvan,  Türkiyə,  Fransa 

istehsalı 

olan 


avadanlıqlardan 

ibarətdir 

və 

Türkiyədə 



modulda 

komplektləşdirilmişdir. 

  

Bu istiqamətdə 2009-cu ildə gündə 2325 m



3

 çirkab su təmizləmə gücünə malik 

7  stansiya,  ümumilikdə  isə  2008-2009-cu  illər ərzində  gündə  6140  m

3

 çirkab 

sutəmizləmə gücünə malik 16 stansiya istismara verilmişdir. Bunun sayəsində çirkab 

sular  ətraf  mühit  və  insan  sağlamlığına  mənfi  təsir  göstərən  inqrediyentlərdən  (o 

cümlədən  bəzi  hallarda  hər  litrdə  2,3  milyon  ədəd  olan  bağırsaq  çöpü 

bakteriyalarından  və  normanı  100  dəfə  üstələyən  üzvi  çirkləndiricilərdən) 

təmizlənərək  250-300  metrədək  dənizin  dərinliyinə  axıdılır.  Nəticədə  aparılan 

monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı 

düşdüyünü göstərir.  

    


Modul tipli çirkab su təmizləyici qurğulardan ibarət olaraq yaradılmış “Xəzər 

dənizinin  ekoloji  mühitinin  mühafizəsi  sistemi”nin  fəaliyyəti  nəticəsində  Abşeron 

yarımadasının  şimal  hissəsini  əhatə  edən  Bilgəh,  Buzovna,  Mərdəkan,  Pirşağı, 

Nardaran,  Novxanı  və  Sumqayıt  sahilboyu  86  km-lik  ərazilərində  bataqlaşmış 

sahələrin  və  çirkab  gölməçələrin  80%-i  qurudularaq  ekoloji  tarazlıq  bərpa 

olunmuşdur. 

  

Azərbaycan   Respublikası   Xəzəryanı   dövlətlər   arasında   yeganə   ölkədir  ki, 



dənizin   və   onun   akvatoriyasının    çirklənmədən    təmizlənməsi    üzrə   

kompleks tədbirləri   həyata  keçirir.  Bu  tədbirlərin  növbəti  illərdə  də  davam 

etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

12 


yarımadasının  Xəzər  dənizini  çirkləndirən  mənbələr  sırasından  çıxarılmasına  nail 

olunacaqdır. 

  

Sumqayıt  şəhərinin  ətraf  mühitinin  ciddi  çirklənməsinə  səbəb  olan  56422  



kubmetr  civə  tərkibli  toksiki  tullantılar  2007-2009-cu  illərdə,  o  cümlədən  2009-cu 

ildə   23,5  min  m

3

-i  görülmüş  tədbirlər  nəticəsində  Təhlükəli  Tullantılar  Poliqonuna 



daşınaraq  zərərsizləşdirilmiş  və  bu  proses  hesabat  ilinin  ortalarında  tamamilə  başa 

çatdırılmışdır.  

  

Abşeron  yarımadasının  ekoloji  durumunun  sağlamlaşdırılması  məqsədilə  



çirklənmiş  və  sıradan  çıxmış  torpaqların  bərpası  ilə  əlaqədar  ETSN  tərəfindən 

“Abşeron  yarımadasının  ekoloji  vəziyyəti  və  onun  yaxşılaşdırılması  üçün  zəruri 

Tədbirlər  Proqramı”  və  “Bibiheybət  zonasının  ekoloji  vəziyyəti  və  onun 

yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı” hazırlanmışdır və nəzərdə tutulmuş 

tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür.  

  

Azərbaycan  Dövlət  Neft  Şirkəti  tərəfindən  neftlə  çirklənmiş  torpaqların 



təmizlənməsi istiqamətində pilot layihələr həyata keçirilir. Köhnə neft mədəni olan və 

neft  tullantıları  ilə  çirklənmiş  Bibiheybət  ərazisində  aparılmış  rekultivasiya  işləri 

nəticəsində  torpaqlar  təmizlənmiş  və  ərazinin  yaşıllaşdırılması  tədbirləri  həyata 

keçirilmişdir. 

  

Heydər  Əliyev  adına  Beynəlxalq  Hava  Limanı  ətrafının  ekoloji  vəziyyətinin 



yaxşılaşdırılması məqsədi ilə Texniki İqtisadi Əsaslandırma hazırlanmış, Sədərək və 

Binə ticarət mərkəzləri köçürüldükdən sonra həmin ərazilərin yaşıllaşdırılması, təbii 

landşaftın bərpası və istirahət parkının salınması istiqamətində işlərə başlanmışdır.  

  

Belə  ki,  keçmiş  Binə  Ticarət  Mərkəzinin  ərazisində  2009-cu  ilin  24  dekabr 



tarixində  ETSN-in 600-ə yaxın əməkdaşının iştirakı ilə keçirilmiş iməcilik zamanı 5 

hektar sahədə  5000 ədəd ağac əkilmişdir. Fərəhli haldır ki, bu tədbirdə Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İ.Əliyev  xanımı  ilə  birgə  iştirak  etmişlər.  Bu 

iməciliyn  əks–sədası  olaraq  Respublikamızın  digər  şəhər  və  qəsəbələrində  də  hər 

şənbə-bazar günləri ağac əkini tədbirlərləri keçirilir.   



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə