Siddiqə Məmmədova Siddiqə Rza qızı Məmmədova



Yüklə 9,6 Kb.
tarix06.05.2018
ölçüsü9,6 Kb.
#42034

Siddiqə Məmmədova

Siddiqə Rza qızı Məmmədova - Görkəmli Azərbaycan alimi, əməkdar elm xadimi, biologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik

Həyatı

Siddiqə Rza qızı Məmmədova Naxçıvan MR, Şərur rayonunun Şəhriyar kəndində anadan olmuş və orda natamam orta məktəbi bitirmişdir.1940-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1943-cü ildə texnikumu bitirmişdir.1943-1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində oxumuş və təhsildə göstərdiyi nəticəyə görə Stalin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir.1948-ci ildə AKTİ-də entomologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1952-ci ildə “Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.1952-ci ildən 1963-cü ilə qədər AKTİ-də assistent, dosent vəzifələrində, o cümlədən fakültə partiya təşkilatının katibi işləmişdir.1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru təyin edilmiş və hal-hazırda da bu vəzifədə çalışır.1971-ci ildə “Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işi aparmış. müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1973-cü ildən isə ona professor, 1981-ci ildən “Əməkdar Elm Xadimi” adı verilmişdir. 1983-cü ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi seçilmiş və 2001-ci il iyun ayının 29-da Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvi seçilmişdir. Hal-hazırda AMEA-nın Biologiya bölməsi üzrə yaradılan Koordinasiya şurasının Bitkiçilik və Bitki mühafizə üzrə sədridir.Akademik S.R.Məmmədova bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan alimdir. O, 205-dən artıq elmi əsərin, 5 tədris vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlər kataloqunun müəllifidir.Yüksək ixtisaslı kadrların hazırlanması da alimin daim diqqət mərkəzindədir. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanmışdır. 2 Elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri şəxsən özü olmuşdur. Hal-hazırda 2 doktorantın elmi məsləhətçisidir.Hökumət alimin kənd təsərrüfat elmi qarşısındakı xidmətlərini layiqincə qiymətləndir-mişdir. Belə ki, 1967-ci ildə “Şərəf Nişanı”, 2 dəfə (1971,1978) “Qırmızı Əmək Bayrağı”, 2000-ci ildə müstəqil dövlətimizin “Şöhrət Orden”ləri ilə, 1967-ci ildə “Əməkdə İgidliyə Görə”, 1982-ci ildə “Əmək Veteranı” medalları ilə təltif olunmuşdur.Uzun müddət “Bilik” cəmiyyəti Gəncə şəhər şurasına sədrlik etmişdir. Ümumittifaq “Bilik” cəmiyyəti yaranmasının 30 illiyi və respublikamızda elmi biliklərin inkişafında xidmətlərinə görə 1977-ci ildə ümumittifaq “Bilik” cəmiyyətinin təşəkkürnaməsi və ordeni ilə, 1980-ci ildə isə “Fəal işə görə döş nişanı” ilə təltif edilmişdir.



Akademik S.R. Məmmədova ölkəmizdə və xaricdə tanınmış alimdir. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə, bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin böyük medalı və diplomu ilə təltif olunmuşdur. Entomoloqların Ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.1948-ci ildən demək olar ki, bütün çağrışlar üzrə şəhər soveti deputatı seçilmişdir.1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.S.R.Məmmədova Yeni Azərbaycan Partiyasının Gəncə şəhər idarə heyətinin üzvüdür, YAP-ın bütün qurultay və konfranslarına nümayəndə seçilmiş, I və II Azərbaycan qadınlar qurultayının iştirakçısı olmuşdur.2008-ci ildən Azərbaycan Aqrar Universitetində doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış müdafiə şurasının sədridir.Ailəlidir, iki oğul və bir qız anasıdır.

5 mart 2010-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alim və pedaqoq, Respublikanın Əməkdar Elm Xadimi, AMEA-nın həqiqi üzvü, Akademik SİDDİQƏ RZA qızı MƏMMƏDOVANIN yubiley gecəsi keçirilmişdir.
Yüklə 9,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə