Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   2   3   4   5   6   7   8   9   ...   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

13 


 

“Magistral  avtomobil  yollarının  mühafizə  zolaqlarının  yaşıllaşdırılması 

haqqında”  və  “Bakı  şəhərinin  yaşıllaşdırılması  sahəsində  əlavə  tədbirlər  haqqında” 

Sərəncamların  icrası  ilə  əlaqədar  olaraq  yolların  estetik  görünüşünün 

yaxşılaşdırılması  və  mühafizə  zolaqlarının  eroziyadan  mühafizəsi  məqsədilə  Ələt-

Hacıqabul  istiqamətində  magistral  yolu  ətrafında  əvvəlki  illərdə  əkilmiş  172  min 

ədəd  ağac-kollara  hesabat ilində  göstərilən  daimi  qulluq nəticədə 90  faiz bitişə nail 

olunmuşdur.  

  

Oxşar nəticələr Bakının Heydər Əliyev Hava Limanı ilə birləşdirən yollarda da 



əldə  edilmişdir.  Zığ-Heydər  Əliyev  Hava  Limanı  yolu  boyu  196  hektar  ərazidə 

mürəkkəb meşəbitmə şəraitində, neft məhsulları, yod, bromla çirklənmiş torpaqlarda 

salınmış  əkinlərə  lazımi  xidmətin  təmin  edilməsi  hesabına  80  faiz  bitişə  nail 

olunmuşdur.  

  

Eyni  zamanda  2009-cu  ilin  ötən  dövrü  ərzində  Əzizbəyov  dairəsi  -  Heydər 



Əliyev Hava Limanı yolu boyu 60 min ədədə qədər müxtəlif növ ağaclar əkilmiş, 50 

min m


2

 sahədə qazon döşənmiş və qazon toxumu səpini aparılmışdır.  

 

Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın 



əkilməsi  barədə  təşəbbüsü  ilə  əlaqədar  genişmiqyaslı  işlər  aparılmaqdadır.  Bununla 

bağlı  Abşeron  yarımadasının  müxtəlif  ərazilərində  yaşıllaşdırma  məqsədilə  yerlər 

müəyyənləşdirilmiş, Bayıl yamacı- 20-ci sahə arası, Zığ gölü - Heydər Əliyev Limanı 

arası  ərazilərin,  Zığ  gölü  və  ətrafının,  həmçinin  Səngəçal  ətrafının  yaşıllaşdırılması 

layihələri hazırlanmışdır. 

  

Bunlarla yanaşı, qeyd olunmalıdır ki, 2003-cü ildə Azərbaycan Respublikasının 



Prezidenti  tərəfindən  “Ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi  inkişafa  dair»  və 

«Meşələrin  bərpa  edilməsi  və  artırılmasına  dair”  2  milli  proqram,  2003-2004-cü 

illərdə  “Yay-qış  otlaqlarının,  biçənəklərin  səmərəli  istifadə  olunması  və 

səhralaşmanın  qarşısının  alınmasına  dair”  və  “Azərbaycan  Respublikasında 

Hidrometeorologiyanın  inkişafı”na  dair   Dövlət  Proqramları   həyata  keçirilir.  

Bir çox dövlət qurumlarının cəlb olunduğu yuxarıda qeyd olunmuş Dövlət və Milli 

proqramlarda,  kompleks  tədbirlər  planında  nəzərdə  tutulmuş  tədbirlər  həyata 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

14 


keçirildikcə,  yaxın  gələcəkdə  Bakı  və  Abşeron  yarımadasında  ekoloji  durumun 

yaxşılaşdırlmasına nail olunacaqdır. 

 

Abşero


n  yarımadasının  iqlimi,  əsasən,  mülayim  isti  və  quru  subtropikdir.  İl 

ərzindəki  günəş  parıltısının  miqdarı  2200-2400  saatdır.  Ən  soyuq  ayın  orta 

temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0; -5

0

C), çox yumşaq (2.5-



0

0

C) və həddən çox yumşaq (5-2.5



0

C) şəraitdə kecir. Ölkəmizin ən az yağıntılı (200-

400  mm)  və  ən  küləkli  ərazilərindəndir.  İsti  dövrlərdəki  (aprel-oktyabr)  mümkün 

buxarlanma 1000 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin 

sayı  5-25  gün  ətrafında  tərəddüd  edir.  Küləyin  orta  illik  sürəti  4-6  m/san  və  daha 

yüksək olur. 

 

Göründüyü  kimi,  ərazi  yüksək  külək  enerjisi  potensialına  malikdir.  Güclü 



küləkli  günlərin  sayına  görə  Respublika  üzrə  birincilik  bu  ərazilərdədir.  İl  ərzində 

sürəti 21 m/san-ə qədər olan küləkli günlərin sayı Şubanıda 227 gün, Butada 140 gün, 

Sumqayıtda  95  gün,  Maştağada  40  gün,  Pirallahı  adasında  37  gün,  Bakıda  35  gün 

təşkil edir. Bu baxımdan yüksək alternativ enerji külək elektrik enerjisi potensialına 

malikdir.  İqlim  kontinentallığı  mülayim  və  orta  kontinentallıq  intervalında 

səciyyələnir.  İl  ərzində  şaxtasız  dövrün  davamiyyəti  250  gün  və  daha  çox,  havanın 

temperaturunun 0ºC-dən aşağı olan günlərin sayı isə Abşeronda 10-20 gün təşkil edir. 

İl  ərzində  qar  örtüyü  olan  günlərin  sayı  10  və  daha  az  olur.  ərazinin  bioiqlim 

potensialı çox aşağı və aşağı göstəricilərə malikdir. 

 

 



Ərazi  rəngarəng  landşaft  müxtəlifliyinə  malikdir.  Belə  ki,  ərazidə  səhra, 

yarımsəhra,  bozqır  və  dağ-çəmən  landşaftları  vardır.  Yüksək  kurort-rekreasiya 

potensialına  (dənizkənarı  iqlim  kurortları,  balneoloji  kurortlar,  dənizkənarı  iqlim 

müalicə və rekreasiya yerləri) malikdir.  

 

Ərazinin iqlim şəraiti (yağıntının illik miqdarının aşağı olması, qeyri münbit və 



şoran  torpaq,  güclü  küləklər)  yarımadada  meşə  örtüyünün  yaranması  üçün  əlverişli 

deyildir. 

        Abşeronun  əsas  torpaq  öıtüyü  cavan  olub  dəniz  altından  çıxmışdır.  Çox  yerdə 

plitə  qatı  (daş)  səthə  çıxır  və  ya  torpaq  içərisində  yerləşir.  Münbit  torpaq  örtüyü 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

15 


əsasən  yuxadır,  humus  və  qida  elementləri  ilə  zəif  təmin  olunmuşdur.  Mexaniki 

tərkibcə  əsasən  yüngüldür  (qumlu,  qumsal  və  gillicəli),  torpağın  mühiti  pH-normal, 

zəif  və  orta  qələvilidir.  Təbii  bitki  örtüyü  yovşan,  dəvə  tikanı  və  efemer  ot 

bitkilərindən  ibarətdir.  Şoranlıqlarda  və  dəniz  kənarlarında  duza  davamlı  bitkilər 

yayılmışdır.  

 

Abşeron  yarımadasında  torpaqların  neft  və  onun  tullantıları  ilə  çirklənməsi 



əsasən  1870-ci  illərdən  başlayır.  İlk  vaxtlar  əl  ilə  5-10  metr  dərinliyində  alçaq 

yüksəkliklərini  bel və yamac hissələrində (Balaxam, Kirmaki, Binəqədi, Fatmayı və 

Sulutəpədə) qazılan quyulardan neft çıxarılmış və torpaqlar dərinliyə görə zəif 10-15 

sm  çirklənmişdir.  Hal-hazırda  uçub  dağılmayan  quyularda  neft  və  neft  tullantıları 

vardır.  Quyu  ətrafında  qazılıb  tökülmüş  torpaqlarda  və  çirklənmələrdə  təbii 

rekultivasiya prosesi getmişdir. 

 

Mexaniki  üsulla  neft  buruqlarının  qazma  yerlərinə  də  torpağa  neft  və  onun 



tullantıları ilə çirklənmələr qalın və geniş olmuş, lay suları ilə təkrar şorlaşmalar  baş 

vermiş, bəzi yerlərdə ağır metallarla çirklənmələr olmuşdur. Neftlə çirklənmələr neft 

buruqlarının  ətraflarında,  süni  yaradılmış  torpaq-qrunt  anbarlarında  və  qəza 

nəticələrində  axaraq  mikro  çökəkliklərdə  toplanması,  xüsusən  də  bu  prosesin  neftin 

qazılması,  nəqli  və  istismarı  ilə  əlaqədar  torpaqların  çirklənməsi  ləkə  halında  baş 

vermişdir (0,3 ha-dan 2-3 ha-ya qədər). Abşeronun neft və neft məhsulları ilə ən çox 

çirklənmiş  torpaq   sahələri  Qaradağ,  Binəqədi,  Sabunçu,  Suraxanı,  Əzizbəyov  və 

Səbail rayonlarının ərazilərindədir. 

 

Neft və neft tullantıları ilə çirklənmiş torpaqlar bərpa olunmağa başlarkən onun 



hansı  məqsədlər  üçün  istifadə  olunacağı  (əkinə,  yaşıllaşdırmaya,  örüşə,  istirahət 

zonası yaratmağa rekrasiya, balıqçılıq və heyvandarlıq təsərrüfatlan yaratmağa, şəhər 

salmağa və s.) mütəxəssislər tərəfındən relyefə uyğun yoxlanılır, öyrənilir, bəyənilir 

və təsdiq edilir. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə