Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56

etməli,  uzun  çəkən  görüşlər  zamanı  dilmanclarm  növbəli 
şəkildə işləməsinin lazım olduğunu dərk etməli, onların da adi 
insanlar kimi müəyyən ehtiyaclarının olmasını nəzərə almalı, 
enerjilərinin  bərpası  üçün  fasilədən  istifadələrinə  şərait 
yaratmalıdır.  Təsadüfi  təcrübələr  göstərir  ki,  bəzən  ehtiyac 
olmadan tərcüməçi masaları üzərinə su şüşələri düzülür, bəzən 
isə bütün tədbir boyu tərcüməçilərə bir stəkan su təklif etmək 
belə  yaddan  çıxır.  Bir  qayda  olaraq,  tədbirin  sonunda  işi 
keyfiyyətli yerinə yetirən tərcüməçiyə təşəkkür etmək gələcək 
əməkdaşlıq  üçün  zəmin  yaradır.  Qaranlıq  düşənədək  davam 
edən  görüşlərin  sonunda  xüsusilə  qadın  tərcüməçinin  öz 
mənzilinə  getməsi  üçün  rahat  nəqliyyat  vasitəsindən  istifadə 
imkanının olub-olmamasını soruşmaq sifarişçinin vəzifə borcu 
olmasa  da,  onun  bir  növ  alicənablığından,  qayğıkeşliyindən, 
ümumiyyətlə  götürdükdə  isə  təşkilatçılıq  qabiliyyətindən 
xəbər verir. 
Mövzuya aid tapşırıq: 
2007-ci  ilin  3  noyabr  tarixində  Kanadada  icma 
dilmanc-  ları  üçün  standartlar  müəyyən  olunmuşdur.  Bu 
standartlar  ölkə  üzrə  sosial  xidmət,  hüquq  və  səhiyyə 
sektorunda  çalışan  şifahi  tərcüməçilər  üçündür.  Həmin 
standartlarda  tərcüməni  şifariş  edən  müştərilər  üçün  də 
öhdəliklər  öz  əksini  tapmışdır  (22,  16).  Bu  öhdəlikləri 
kitabın «Əlavələr» bölümündən tapıb oxuyun, Azərbaycan 
dilinə tərcümə edin və hər bir bənddə göstərilən fikri daha 
geniş  şəkildə  əsaslandırın  (Sizə  «Nə  üçün?»  sualı  kömək 
edəcək). 
20 


2. MƏTNƏ GÖRƏ TƏRCÜMƏNİN NÖVLƏRİ 
2.1. ŞİFAHİ TƏRCÜMƏ YAZILI TƏRCÜMƏ İLƏ 
MÜQAYİSƏDƏ 
Tərcümo  prosesində  nitq  şifahi  və  ya  yazılı  ola  bilir, 
buna görə də tərcümə yazılı, yaxud şifahi olur. Məlum olduğu 
kimi,  hər  iki  tərcümə  növü  mütəxəssisdən  işçi  dillərini 
mükəmməl  bilmək,  aidiyyəti  olan  sahə  üzrə  geniş  məlumat, 
müəyyən  vərdişlər  tələb  edir.  Bu  tələblərlə  yanaşı,  yazılı 
tərcüməni  şifahi  tərcümədən  fərqləndirən  bir  sıra  mühüm 
cəhətlər  mövcuddur.  Bunlar  hər  iki  növ  tərcümə  üzrə  peşə 
hazırlığı, vərdişlər və qabiliyyətlər tələb edir. 
Əvvəla,  yazılı  tərcümə  yazılı  məxəz  mətnin  yazılı 
şəkildə digər dilə çevrilməsini, şifahi tərcümə isə şifahi mətnin 
digər dilə şifahi tərcüməsini nəzərdə tutur. 
Zaman  baxımından  şifahi  tərcümə  mətnin  dərhal 
tərcümə  edilməsini  nəzərdə  tutduğu  halda,  yazılı  tərcümədə 
belə  tələskənlik  yoxdur;  yəni,  şifahi  tərcümədə  vaxt 
tərcüməçini gözləmir. O, məxəz mətni  yalnız bir dəfə eşidir. 
Yazılı  tərcümədə  isə  material  göz  qabağında  olduğundan 
tərcüməçi  istənilən  məqamı  təkrarən  nəzərdən  keçirmək 
imkanına  malik  olur.  Odur  ki,  işin  gedişində  yazılı 
tərcüməçinin müxtəlif mənbələrə müraciət etməsi üçün kifayət 
qədər vaxt və imkanı olduğu halda, şifahi tərcümədə problem 
yerindəcə  həll  edilməlidir,  dilmanc  heç  bir  əlavə  mənbəyə 
istinad  etmək  imkanı  olmadığından  öz  bilik  və  vərdişlərinə 
güvənməlidir.  Şifahi  tərcümədə  dəqiqlik  təxminən  70% 
gözləndiyi halda, yazılı tərcümədə bu göstərici 99%-ə çatır. 
C.F.Hendri tərcümənin bu iki növünü müqayisə edərkən 
şifahi tərcümə ilə bağlı məsələni belə ümumiləşdir 
21 


mişdir: «Burada dəqiqlik sürət qədər vacib deyil. Dilmanc səhv 
edə bilər, bunun üstündən keçmək olar. Amma tərcüməçi heç 
vaxt səhv edə bilməz» (15, 15). Daha sonra o, tərcüməçilərin 
dilmanclardan  fərqini  mübaliğəli  şəkildə  belə  ifadə  edir: 
«Dilmanc  cazibəli  oğlan  və  ya  qız  olduğu  halda,  tərcüməçi 
gözə  görünməyən  bir  şəxsdir.  Konfransın  hesabatları  və 
bunların  dəqiqliyi  məhz  dilmancdan  asılıdır.  O  səhv 
etməməlidir.  Yazılı  tərcüməçi  isə  öz  işini  sərbəst  və  sakit 
şəraitdə görür» (15, 16). 
Tərcüməçi  mətni  elə  yazmalıdır  ki,  yaratdığı  hədəf 
mətndə redaktəyə ehtiyac qalmasın. Dilmancdan gözəl natiqlik 
qabiliyyəti,  asanlıqla  eşidib-anlama,  tez  qərarçıxar-  ma 
vərdişləri tələb olunur. Yazılı tərcümə biristiqamətlidir. Şifahi 
tərcümədə  isə  dillərarası  ünsiyyət  iki  tərəf  arasında 
qurulduğundan  tərcümə  də  iki  istiqamətdə  aparılır. 
Dilmanclıqda  işçi  dillərinin  hər  ikisi  işin  gedişində  növbə  ilə 
gah aktiv, gah da passiv dil kimi çıxış edir. 
Bəs tərcüməçinin işçi dilləri dedikdə nə başa düşülür? 
Mövzuya aid tapşırıq: 
Yazılı  və  şifahi  tərcümənin  üstün  və  zəif  cəhətlərini 
əks  etdirən  cədvəl  tərtib  edin  və  bu  tərcümə  növlərindən 
hansını gələcəkdə seçəcəyinizi əsaslandırın. 
2.2. TƏRCÜMƏÇİNİN İŞÇİ DİLLƏRİ 
«Tərcüməçinin işçi dilləri» dedikdə tərcümə prosesində 
istifadə  olunan  aktiv  və  passiv  dillər  nəzərdə  tutulur.  Məxəz 
mətnin  dili  passiv,  hədəf  mətnin  dili  aktiv  sayılır.  Adətən 
tərcüməçilərin aktiv dili onların öz ana dilləri olur. Bir 
22 


qayda olaraq beynəlxalq təcrübədə peşəkar tərcüməçilər xarici 
dildən öz ana dillərinə tərcümə edirlər. 
Tərcüməçinin  ana  dili  onun  A  dili  də  adlanır. 
Tərcüməçinin bəzən iki fəal dili olur. Yəni, ana dili ilə yanaşı, 
tərcüməçinin əsas təhsil aldığı və A dili səviyyəsində bildiyi 
digər bir aktiv dili də ola bilər. Bu onun ilk dəfə dil açarkən 
eşitdiyi dil olmaya da bilər. Məsələn, orta və ali təhsilini rus 
dilində almış və bu dili mükəmməl bilən azərbaycanlı üçün rus 
dili məhz belə dil sayılır. İkinci fəal dil B dili adlanır ki, buna 
da  tərcüməçi  mükəmməl  surətdə  yiyələnməli  və  onun 
incəliklərindən  dərindən  xəbərdar  olmalıdır.  Tərcüməçinin 
ikinci  aktiv  dili  ingiliscə  «retour»  də  adlanır.  Tərcüməçinin 
passiv  dili  ona  həmin  dili  tam  başa  düşmək  və  o  dildən 
digərinə  tərcümə  etmək  imkanı  verməlidir.  Adətən 
tərcüməçilərin  C  dili  passiv  dil  sayılır.  Tərcüməçi  bu  dildə 
həmin dilin daşıyıcıları kimi oxuya və başa düşə bilir. Ancaq 
onun C dilində A və B-də olduğu kimi mükəmməl yazması və 
ya danışması o qədər də vacib deyil. Tərcüməçinin A, B və C 
dilləri  onun  dillər  kombinasiyasını  təşkil  edir.  Tərcüməçinin 
bir neçə B dili ola bilər. Eyni sözləri onun C dili haqqında da 
söyləmək mümkündür, lakin iki A dili olan tərcüməçilərə az 
təsadüf olunur. Yuxarıda qeyd etdiyimiz kimi, adətən tərcümə 
B  və  C  dillərindən  A  dilinə  edilsə  də,  tərcüməçinin 
qabiliyyətindən  və  bazarın  tələbatından  asılı  olaraq  proses 
bunun əksi istiqamətində də aparıla bilər. 
Hazırda tDi cıum bazarında hansı i^çi dilhrə üstünlük 
verilir? 
Dünya  miqyasında  ən  çox  tələb  olunan  işçi  dil  kimi 
ingilis dili birinci yerdə gedir. Ən çox tələb olunan digər işçi 
dillər sırasına ərəb, rus, fransız, alman, italyan, yapon, ispan, 
çin dilləri aid edilir. Hal-hazırda Avropa Birliyi qurumlarında 
11  rəsmi  dildən  istifadə  olunur.  Avropa  Parlamentində  işə 
başlamaq  üçün  dilmancm  ən  azı  iki  passiv  dili  olmalıdır. 
Ümumiyyətlə götürdükdə, işçi dillərə 
23 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə