Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə2/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56

TƏRCÜMƏ PESƏSİ VƏ ONUN MAHİYYƏTİ 
1.1.
 
«PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI» 
FƏNNİNİN MƏQSƏDİ 
«Peşəkar tərcümənin əsasları» fənni tərcüməçi ixtisasına 
yiyələnən  tələbələrə  tərcümə  sənətinin  mahiyyətini,  onun 
qeyri-peşəkarların etdiyi tərcümədən fərqini başa salmaq, onun 
qarşısında  duran  tələbləri,  iş  prosesində  ortaya  çıxan 
problemləri  açıb  göstərmək,  gələcək  peşəkarları  mürəkkəb 
münasibətlər  sistemində  öz  vəzifəsini  yerinə  yetirməsi  üçün 
lazımi  vərdişlərlə  tanış  etmək  məqsədi  daşıyır.  Tərcümənin 
mahiyyətinin və tələblərinin açıqlanması onun müxtəlif növ və 
formalarının təsvir və izahını zəruri edir. Bu baxımdan tədris 
olunan  fənn  məxəz  mətnin  növünə,  ünsiyyətin  məqsədinə, 
tərcümənin istifadə edildiyi sahənin mövzusuna uyğun olaraq 
tərcümənin  müxtəlif  təsnifatları  haqqında  ilkin  məlumatı  və 
konkret misallar əsasında spesifik problemlərin təhlilini təmin 
edir.  Peşəkar  tərcüməçiyə  lazım  olan  bacarıq,  bilik  və 
vərdişlərlə  tanışlıq  tələbələrə  gələcək  fəaliyyətləri  üçün 
mühüm  əhəmiyyətə  malik  bir  sıra  suallara  cavab  tapmaqda 
yardımçı  olar;  məsələn,  «Tərcümə  prosesində  kimlər  iştirak 
edir  və  onların  bir-birinə  münasibəti  necə  olmalıdır?»,  «Əsl 
tərcüməçi  necə  olmalıdır?»,  «Tərcüməçinin  işçi  dilləri» 
dedikdə  nə  başa  düşülür?»,  «Tərcümənin  keyfiyyətinə  hansı 
amillər təsir edir?», «Tərcüməçinin hansı hüquq və imtiyazları 
var?»,  «Tərcüməçi  məsuliyyəti  nə  deməkdir?»,  «Orijinala 
sədaqət nə deməkdir?», «Tərcümədə əməkdaşlıq necə həyata 
keçirilir?», «Tərcümə biznesinin mahiyyəti nədən ibarətdir?», 
«Tərcüməçi fəaliyyəti hansı sənədlərlə tənzimlənir?»,  «Hansı 
yerli  və  beynəlxalq  tərcümə  qurumları  var?»,  «Tərcüməçi 
hansı texniki biliklərə malik olmalıdır?», «Maşın 



tərcüməsi insan tərcüməsini əvəz edə bilərmi?», «Tərcümənin 
müasir dövrdə rolu və gələcək perspektivləri nədən ibarətdir?», 
«Tərcüməçi  irsi»  nə  deməkdir  və  ya  tarixən  tərcüməçiyə 
münasibət necə olmuşdur?» və s. Göründüyü kimi, bu sualların 
şərhi tərcümənin siyasət, hüquq, texnika, biznes-kommersiya, 
ədəbiyyat,  mədəniyyət,  incəsənət  və  bir  sıra  elm  və  bilik 
sahələrilə əlaqədə nəzərdən keçirilməsini tələb edir. Nəhayət, 
sonda «Peşəkar tərcümənin əsaslan» tələbələrə tərcüməni dillər 
və mədəniyyətlərarası ünsiyyəti təmin edən xüsusi və məsul bir 
sahə kimi təqdim edir. 
Mövzuya aid sual və tapşırıq: 
1.
 
Öyrənəcəyiniz 
«Peşəkar 
tərcümənin 
əsasları» fənni sizə nə verə bilər və ya bu kursa aid 
nə kimi arzularınız var? 
2.
 
Bu  kitabın  mündəricatına  qısa  bir  nəzər 
salıb  orada  sizi  maraqlandıran  mövzuların  bir 
neçəsinin  adını  çəkin  və  marağınızın  səbəblərini 
əsaslandırın. 
1.2.
 
TƏRCÜMƏ PEŞƏSİ. TƏRCÜMƏ 
PROSESİNİN İŞTİRAKÇILARI 
Tərcümə  peşəsi  nədir?  Bu  sualın  cavabını  indiyədək 
tərcüməyə  verilən  bir  çox  təriflər  içərisində  ən  sadəsi  ilə 
başlamaq məqsədəuyğun olardı: 
«Tərcümə dillərarası 
ünsiyyət vasitəsidir». 
Məhz  peşəkarın  tərcüməsini  həvəskar  və  qeyri- 
peşəkarın  tərcüməsindən  fərqləndirən  də  ilk  növbədə  budur. 
Əgər müəllim xarici  dildəki  bir mətni  şagirdə və ya tələbəyə 
tərcümə  etməyi  tapşırırsa,  burada  məqsəd  ünsiyyət  qurmaq 
deyil,  müəyyən  tərcümə  metodundan  istifadə  etməklə  dil 
öyrətməkdir. 



Peşəkarların tərcüməsi isə müxtəlif dillərin  daşıyıcıları 
arasında  ünsiyyətin  qurulmasına  xidmət  edir.  Bu  proses 
peşəkar  səviyyədə  yerinə  yetirilməlidir.  Peşəkarlıq  işin 
keyfiyyətli  şəkildə  görülməsini  nəzərdə  tutur.  Tərcümə 
istifadəçisinin gözləntiləri olduğu kimi, tərcüməçi də çəkdiyi 
əziyyətin,  daşıdığı  məsuliyyətin  və  sərf  etdiyi  vaxtın 
müqabilində  zəhmətinin  qiymətləndirilməsində  maraqlı  olur. 
Deməli, peşəkarların tərcüməsi dillərarası ünsiyyət vasitəsi 
olmaqla yanaşı, həm də bir xidmət növüdür və bu xidmətin 
müqabilində tərcüməçi əməyinə görə haqq almalıdır. Burada 
əmək  münasibətləri  qurulur,  xidmətə  ehtiyacı  olan  tərəflə 
xidməti  yerinə  yetirən  tərəf  arasında  əvvəlcədən  əmək 
müqaviləsi  (əksər  hallarda  yazılı  müqavilə)  imzalanır.  Bu 
münasibətlə şifahi razılaşma əsasında da iş görülə bilər. 
Tərcümə xidmətindən istifadə edən tərəf sifarişçi  kimi 
çıxış  edir,  bu,  ayrıca  bir  fərd,  təşkilat,  şirkət,  nəşriyyat, 
müəssisə, nazirlik, dövlət və s. ola bilər. 
Sifarişi  yerinə  yetirən  tərəf  isə  tərcüməçi  (ona 
ədəbiyyatda  «mütərcim»  də  deyirlər),  tərcüməçilər  qrupu, 
tərcümə şirkətidir. Məsələn, Amerikanın «ALS International» 
tərcümə şirkəti ABŞ hökumətindən, iri hüqüq firmalarından, 
maliyə qurumlarından Fortune 500-ün şirkətlərindən sifarişlər 
qəbul  edir  və  öz  xidmətlərini  150  dil  və  dialektlərdə  yerinə 
yetirir (60). 
«Barinas  Translation  Consultants,  İnc.»  şirkəti  isə 
dünyanın  70  ölkəsindən  olan  yüksək  səviyyəli  tərcüməçi  və 
dilmanclarla işləyir (59). 
Beləliklə,  tərcümə  prosesinin  iştirakçıları  sırasına 
aşağıdakı tərəflər daxil olur: 
1.
 
Tərcümə olunacaq mətnlərin müəllifi
2.
 
Tərcümə xidmətini sifari^) edən tərəf; 
3.
 
Tərcümə xidmətini yerinə yetirən tərəf
4.
 
Tərcümədən faydalanan tərəf 
Tərcümə prosesinin iştirakçılarının hər biri bu prosesdə 
fərqli rola və mövqeyə malikdir. Belə ki. sifarişçi 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə