Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə7/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   56

tələb  siyasi  və  iqtisadi  hadisələrə  uyğun  şəkildə  dəyişə  bilir. 
Belə  ki.  Mərkəzi  və  Şərqi  Avropada  keçirilən  tədbirlərdə 
həmin ölkələrin milli dilləri rəsmi dövlət dili statusunu faktiki 
olaraq qazandığına görə işçi dillər kimi nəzərə alınmalı olur. 
Məsələn,  Sovetlər  ölkəsinin  süqutundan  sonra  Azərbaycanda 
keçirilən  çoxsaylı  tədbirlərdə  artıq  yerli  nümayəndələr  rus 
dilində deyil, ölkə konstitusiyasına uyğun olaraq, ana dilində 
çıxış  etmək  hüququna  malik  olduqlarından  bir  çox  konfrans
seminar  və  görüşlərin  işçi  dilləri  sırasına  Azərbaycan  dili  də 
əlavə olunmuşdur. 
Bds konfrans, seminar və hu qəbildən olan 
tədbirlərdə hansı tərcümə formasından istifadə 
olunur? 
Mövzuya aid sual və tapşırıqlar: 
digər 
1.
 
İrlandiya  Tərcüməçiləri  və  Dilmancları 
Birliyinin bülletenində təqdim olunan yeni üzvlərin 
tərcümeyi-halından götürülmüş aşağıdakı iki misal 
əsasında haqqında söhbət gedən tərcüməçilərin işçi 
dillərini əlifba sırası ilə qruplaşdırın: 
a)
 
Ola Jasinska 
POLISH and GERMAN into and from English 
Bilateral and conference interpreting 
b)
 
Shirin Eldris 
ARABIC from English and Russian (75, 3). 
2.
 
Bəs sizin işçi dilləriniz hansılardır? 
3.
 
Hazırda  Azərbaycanda  hansı  dillərdə 
tərcüməyə  tələbat  daha  çoxdur  və  bunu  hansı 
amillərlə izah etmək olar? 
4.
 
Hər  hansı  bir  ölkədə  mühacir  axınının 
tərcümə  bazarına  təsirini  göstərmək  üçün 
beynəlxalq təcrübədən misal gətirin. 
24 


2.3. ŞİFAHİ TƏRCÜMƏNİN İKİ FORMASI 
Şifahi  tərcümənin  sinxron  və  ardıcıl  formaları  var. 
Sinxron  tərcümə  məxəz  nitqlə  demək  olar  ki,  eyni  zamanda 
həyata  keçirilir.  Sinxron  tərcüməçi  xüsusi  texnika  ilə  təchiz 
edilmiş kabinədə oturaraq, qulaqcıqlar vasitəsilə eşitdiyi nitqi 
həmin anda tərcümə edib mikrafona deyir. Sinxron tərcüməyə 
verilən təriflərə görə, dilmanc məxəz nitqi tərcümə edib eyni 
vaxtda dinləyiciyə çatdırır. Hesablamalara əsasən, altı saatlıq 
iş  günü  ərzində  sinxron  tərcüməçi  65  səhifəlik  bir  materialı 
tərcümə  edir.  Burada  sinxron  termini,  artıq  qeyd  etdiyimiz 
kimi,  heç  də  hərfi  mənada  başa  düşülməməlidir,  çünki 
cümlənin  ümumi  məzmununu  başa  düşmədən  dilmanc  onu 
tərcümə  edə  bilməz.  Cümlədə  söz  sırasından  asılı  olaraq, 
xəbərin sonda gəlməsi ingilis dilinə sinxron tərcümədə çətinlik 
törədir,  çünki  cümlə  qurtar-  maymca  fikrin  təsdiq  və  ya 
inkarda olduğu bilinmir. Buna görə həmin cümlənin tərcüməsi 
istər-istəməz sinxron alına bilməz. Məhz Azərbaycan dilində 
də  belədir.  Odur  ki,  sinxron  tərcümə  mütəxəssisdən  güclü 
duyma qabiliyyəti və geniş dünyagörüşü tələb edir. Bu prosesə 
iki  anormal  hal  xasdır.  Əvvəla,  adi  halda  biz  dinləyib  sonra 
danışırıq. Sinxron tərcümədə isə bu iki proses demək olar ki, 
eyni zamanda baş verir. Bu, fizioloji baxımdan anormal haldır. 
İkinci  hal  isə  onunla  bağlıdır  ki,  tərcüməçi  əvvəlcədən 
məruzəçinin  fikrini  duyur.  Yuxarıda  qeyd  etdiyimiz  kimi, 
ləngiməmək üçün bəzi hallarda tərcüməçi natiqin cümləsi başa 
çatmamış onu öz fəhmi hesabına tərcümə etməyə məcbur olur. 
Sinxron tərcüməçi üçün ən vacib vərdişlərdən biri cəsarətdir. 
Seçim  qarşısında  qalarkən  o,  tərəddüd  etmədən  və  vaxt 
itirmədən  dərhal  qərar  qəbul  etməli,  hətta  seçiminə  şübhə 
etdiyi halda belə, alternativlərdən birini işlətməlidir. 
25 


Dilmancdan  ən  azı  yarım  saat  fikrini  toplamaq  tələb 
olunur.  Məhz  dilmancın  bu  fiziki  imkanını  nəzərə  alaraq 
sinxron tərcümə kabinəsində onların, yuxarıda qeyd etdiyimiz 
kimi,  hər  20  dəqiqə  və  ya  yarım  saatdan  bir  bir-  birini  əvəz 
etməsi lazımdır. 
Ardıcıl  tərcümədə  dilmanc  məruzəçinin  söylədiyi 
müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzəçi susduqda isə 
həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə 
zamanı adətən natiq hər 1-5 dəqiqədən bir (hər paraqrafın və ya 
fikrin sonunda) fasilə edir və həmin hissənin tərcüməsi üçün 
şərait yaradır (64). 
Digər bir mənbədə isə göstərilir ki, nitq 15 dəqiqə çəkə 
bilər. Bu zaman mütərcim özü üçün qeydlər götürür (61). 
Tərcümə  xidmətlərini  təmin  edən  digər  bir  şirkət  -  IPI 
Professional İnterpretation Services Anywhere in the World - 
isə ardıcıl tərcüməni səciyyələndirərkən bunun hər bir və ya iki 
cümlədən  sonra  yerinə  yetirildiyini  göstərir  (62).  Yəni  natiq 
bir, yaxud iki cümlə deyəndən sonra dayanır, dilmanca onları 
tərcümə etmək imkanı verir. 
Tərcümə  tarixində  belə  hallar  da  var  ki,  məruzəçi 
fasiləsiz olaraq 1 saat danışır, sonra tərcümə üçün dilmanca üz 
tutur (21,23). 
Bəzi  tərcüməçilərin  məsləhətinə  görə,  yaddaş  kifayət 
qədər  yükləndikdə dilmanc məruzəçiyə dayanmağı xahiş edə 
bilər. 
Ardıcıl  tərcüməçi  üçün  ən  vacib  şərtlərdən  biri  onun 
qeydgötürmə  qabiliyyətidir.  Çünki  təfsilata  zərər  yetirmədən 
bütöv bir paraqrafı olduğu kimi yadda saxlamaq çox çətindir. 
Digər səciyyəvi cəhətlər qısamüddətli yaddaş, yaxşı təqdimat 
qabiliyyəti və inandırma bacarığıdır. 
Qeydhr hansı dildə və necə götiimlüı% burada əsas olan 
nədir? 
26 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə