Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə14/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

anasını  və  əmisini  atasına  sədaqətsizlikdə  günahlandırması 
tayfada  mənfi  təəssürat  oyadıb.  Nə  üçün?  Çünki  həmin 
tayfanın adətlərinə görə bir nəfər öldükdə onun qardaşı varsa, o 
bundan  sonra  dul  qalmış  arvada  və  yiyəsiz  qalmış  mülk  və 
torpaqlara sahib çıxmalıdır ki, qardaşının varidatı başlı-başına 
olmasın. Bu hal mədəniyyətlər arasındakı fərqə bir nümunədir. 
Bir  xalq  bu  hadisəni  müsbət  qarşıladığı  halda,  digəri  buna 
mənfi münasibət bəsləyir (26, 46-53). 
“The  Translator”  (Tərcüman)  jurnalının  2008-ci  ildə 
dərc  olunmuş  II  sayında  mədəniyyətlərarası  əlaqə  ilə  bağlı 
oxuyuruq:  «Qomez  Kora  mədəni  əlaqənin  yoxluğunu 
İspaniyada 
xarici 
myuzikalların 
ixracında 
başlıca 
problemlərdən  biri  kimi  qeyd  edir:  “Məsələn,  2006-cı  ildə 
ABŞ-da  ən  çox  uğur  qazanmış  myuzikal  olan  “Cersi  Boiz” 
İspaniyada  uğur  qazana  bilməzdi,  çünki  o  yalnız  ABŞ-da 
tanınmış  mahnılara  əsaslanır”.  Beləliklə  də,  mədəni  yaxınlıq 
və  ya  məxəz  dil  daşıyıcılarının  mədəniyyətinə  mənsub 
olmamaq seçim prosesində digər bir amildir” (20, 334). 
Bəzən də  elə ola bilər ki,  bir dildə  yazılmış komediya 
başqa  dilin  daşıyıcılarından  ibarət  tamaşaçılarda  kədərli  göz 
yaşları doğursun. Belə hallarda adətən tərcüməçilər adaptasiya 
yoluna üz tuturlar. Yenə də “The Translator” Jurnalının həmin 
sayında  oxuyuruq:  “Məsələn,  ‘Los  productores’  librettosu 
ispan  tamaşaçılarında  yumor  hissi  doğursun  deyə  müxtəlif 
dəyişikliklərə məruz qalmışdır” (20, 335). 
Yuxanda  gətirdiyimiz  misallardan  göründüyü  kimi, 
adaptasiya  tərcümədə  mədəniyyətlərarası  fərqlə  bağlı 
yaranmış çətinlikləri aradan qaldırmaq yollarından biridir. Bu 
və  ya  başqa  bir  həll  yolunun  seçilməsi  əksər  hallarda 
tərcüməçinin mədəni səriştəsindən asılı olur. 
Dilmanclıq təcrübəsində belə mədəniyyətlərarası fərqlər 
sözsüz  ünsiyyətin  ifadəsində  də  öz  əksini  tapır.  Misal  üçün 
pıçıltı ilə tərcümədə dilmancla müştəri arasındakı 
47 


yaxınlıq  müəyyən  qədər  mədəni  amildən  asılı  ola  bilər. 
Məsələn,  bəzi  xalqlarda tanışlıq  zamanı təqdim  olunarkən  və 
yaxud tərcüməyə görə təşəkkür əlaməti olaraq qadınla əl tutub 
görüşmək vacib deyil. Bəzən isə bu, arzuolunmaz bir jestdir. 
Müxtəlif  mədəniyyətlər  mövcud  olduqca,  həmin 
mədəniyyətlərə  xas  elementlərin  hədəf  dildə  ifadə  olunması 
xüsusi səy və səriştə tələb edəcək. 
«Kanadada  İcma  Dilmanclarının  Fəaliyyəti  üzrə  Milli 
Standartlar»da dilmancın rol və vəzifələrindən bəhs olunarkən 
onun mədəni səriştəsi də vurğulanır: «Dilmanc təbliğatçı və ya 
mədəniyyət  üzrə  dəllal  rolunda  çıxış  etmədən  mədəniyyətlə 
bağlı incəlikləri başa düşməli və onları hədəf dildə ifadə etməyi 
bacarmalıdır» (22, 18). 
Mövzuya aid sual: 
Piraha tayfasının dilinə və ya həmin dildən tərcümə 
edərkən hansı çətinliyiniz ola bilər və onu necə həll etmək 
mümkündür? 
.. .According to a study carried out by Dr Peter Gordon, a 
bio-behavioural scientist who studied an Amazon tribe of fewer 
than  200  people,  people  from  another  culture  are  not  able  to 
understand  certain  concepts  of  other  cultures  because  they 
don’t have words for it. 
In  the  language  of  the  Piraha,  there  are  no  numbers 
beyond  “one”,  “two”  or  “many”.  Even  “one”  does  not 
necessarily mean a single piece, but can refer to  a very small 
number of objects.... It is impossible to ask Piraha members to 
perform  a  task  that  involves  a  comparison  of  two  or  more 
objects (82). 
48 


3.3.
 
TƏRCÜMƏÇİ VƏ ONA MÜNASİBƏT 
Tərcüməçi  irsi  nə  deməkdir  və  tarixən  tərcüməçiyə 
münasibət necə olmuşdur? 
Artıq  bəhs  olunduğu  kimi,  peşəkar  tərcüməçi  olmağın 
şərtləri  mürəkkəb,  onun  qarşısında  qoyulan  tələblər  olduqca 
ciddidir.  Buna  görə  tərcüməçi  və  dilmanclarm  cəmiyyətdə 
mövqeyi  və  onlara  qarşı  rəftar  həmişə  müxtəlif  olmuş,  ayrı- 
ayrı  dövrlərdə  və  ölkələrdə  onların  əməyinə  və  şəxsiyyətinə 
münasibət  fərqli  səciyyə  daşımışdır.  Bunu  müxtəlif  tərcümə 
ədəbiyyatından,  dərslik  və  digər  mənbələrdən  götürülmüş 
faktlar,  hazırda  ölkəmizdə  və  onun  hüdudlarından  kənarda 
tərcüməçilərin vəziyyəti də aydın göstərir. Bəzi cəmiyyələrdə 
tərcüməçinin  böyük  hörməti  olmuşdur.  Məsələn,  qədim 
dövrlərdə  Afrika  tayfalarında  dilmanclara  «müdrik  adamlar» 
üçün  doğulmuş  «müdrik  adamlar»  kimi  baxılmış  və  bu  peşə 
irsən  ötürülmüşdür.  Orta  əsrlər  Türkiyəsində  tərcüməçilər 
böyük  hörmət  sahibi  olmuşlar.  Əcnəbi  mənşələrinə 
baxmayaraq, onlara saqqal saxlamaq, at belində gəzmək kimi 
yerlilərə məxsus imtiyazlar verilmişdir. XVI əsrdə Türkiyədə 
tərcüməçilərin  ayrıca  məscidi  də  olmuşdur.  Amma 
müstəmləkəçilik dövründə Yeni Dünyada vəziyyət tam fərqli 
xarakter  daşımışdır.  Bu  da  onların  ictimai  vəziyyəti  ilə 
əlaqələndirilir,  çünki  onların  çoxu  ağ  sahiblərinin  yanında 
qulluq edə-edə quldan dilmanca çevrilmişlər. Onların ən bariz 
nümayəndəsi  ingilis  və ispan dillərində  «malinçista» (satqın) 
sözünün  yaranmasının  səbəbkarı  sayılan  Dona  Marina 
olmuşdur. Hindu tayfasından olan və öz dövrünün ən cəsarətli 
bir qadını sayılan Dona Marina ispan müstəmləkəçisi Hernan 
Kortesə sədaqətlə xidmət edib, yerli tayfaların gəlmələrə qarşı 
qurduqları  pusqudan  onu  xəbərdar  etdiyinə  görə  xəyanətkar 
sayılmışdır.  Onun  haqqında  «İki  dünya  arasında»  kitabında 
yazılanlarda  deyilir  ki,  o,  ekspedisiyanın  gedişində  ələ 
keçirilmiş bütün 
49 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə