Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə3/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56

öz məhsulunun, digər bir müəllifin əsərinin, yaxud da hansısa 
sənədin  tərcüməsi  üçün  müraciət  edir.  Məsələn,  hansısa  bir 
nəşriyyat  Şekspirin  əsərlərinin  tərcüməsinin  yeni  nəşri  üçün 
bədii tərcüməçiyə müraciət edir. Eləcə də müasirimiz olan bir 
müəllif öz əsərlərini digər bir dildə də oxuculara təqdim etmək 
üçün  tərcüməçi  əməyindən  istifadə  etməli  olur.  Sifarişçi  ilə 
məxəz  mətnin  müəllifi  müxtəlif  şəxslər  olduqları  kimi,  bu 
prosesin  nəticəsindən  faydalananlar  da  təkcə  sifarişçi  deyil, 
həm də digər şəxslər olur. Yuxarıdakı misaldan da göründüyü 
kimi,  Şekspirin  əsərlərinin  tərcüməsini  sifariş  edən  nəşriyyat 
özü də son nəticədə oxucuların tələbatını və zövqünü, eləcə də 
öz  ticari  maraqlarını  nəzərə  alaraq  hərəkət  edir.  Tərcümə 
olunacaq mətnin müəllifi adətən onu öz ana dilinin daşıyıcıları 
üçün  nəzərdə  tutur  və  çatdırmaq  istədiyi  fikri  məhz  onların 
tələblərini, ehtiyaclarını, maraq və həvəslərini nəzərə almaqla 
formalaşdırır. Əksər hallarda müəllif əsərini və ya hazırladığı 
sənədi  tərcümə  üçün  hazırlamır.  Lakin  başqa  dildə  çap 
olunmaq üçün yazılan əsərlər də meydana çıxa bilər. Bundan 
əlavə, hazırda xarici ekspertlərin iştirakı ilə hazırlanan bir çox 
hesabatların  tərcümə  olunacağı  əvvəlcədən  planlaşdırılır. 
Məsələn,  hökumət  hər  hansı  bir  sahənin  inkişafı  ilə  bağlı 
müəyyən  beynəlxalq  layihələr  həyata  keçirir  və  bu  məqsədlə 
xarici  mütəxəssislərin  monitorinq,  qiymətləndirmə  və  s. 
proseslərdə  iştirakı  yekun  hesabatların  xarici  dildə 
hazırlanması  ilə  nəticələnir.  Aydındır  ki,  hesabat  hökumətə 
təqdim olunmaq üçün dövlət dilinə tərcümə edilməlidir. Bəzən 
də elə olur ki, ixrac mallarının etiketləri və istifadə qaydaları 
xarici  dildə  tərtib  olunur  və  həmin  mətnlərin  müəllifləri  bu 
xarici  dili mükəmməl bilmədikləri üçün müəyyən orfoqrafik, 
leksik,  qrammatik  xətalara  yol  verirlər.  Ümumiyyətlə 
götürdükdə isə demək lazımdır ki, məxəz mətn özü məxəz dilin 
normalarına  cavab  verməlidir.  Tərcümə  zamanı  bu  amil 
diqqətdən yayınmamalı: hədəf mətn artıq məxəz dilin 
10 


daşıyıcılarını  və  normalarını  deyil,  ilk  növbədə  hədəf  məln 
oxucularını  qane  etməli  və  hədəf  dilin  normalarına  cavab 
verməlidir. 
Əvvəldə  qeyd  olunduğu  kimi,  müəllif  özü  əsərinin 
tərcüməsini  sifariş  etdiyi  kimi,  tərcümə  istifadəçiləri  də 
sifarişçi ola bilər. Yəni xarici dili bilməyən şəxs müəyyən bir 
mətnin  tərcüməsini  istifadə  üçün  sifariş  edə  bilər.  Məsələn, 
müəyyən bir yerli şirkət hər hansı bir qurğunu xaricdən alarkən 
onun iş prinsiplərini əks etdirən sənədi tərcümə etdirə bilər. 
Tərcümə  prosesində  iştirak  edən  tərəflərin  məqsədləri, 
mövqeyi  və  digər  xüsusiyyətləri  münasibətlərin  düzgün 
tənzimlənməsinə,  işin  səmərəli  qurulmasına  və  nəticədə 
tərcümənin keyfiyyətinə müəyyən dərəcədə təsir göstərdiyinə 
görə  onların  nəzərə  alınması  vacibdir.  Məhz  bu  məqamda 
tərcümədə əməkdaşlıq anlayışı ortaya çıxır. 
Mövzuya aid tapşırıq: 
Tərcümə 
haqqında 
bildiklərinizi 
qrup 
yoldaşlarınızla  bölüşün;  fərqli  fikirləri  yazı  lövhəsində 
qeyd edib müzakirəyə yekun vurun. Axırda isə «Tərcümə 
peşəsi nədir?» mətnini oxuduqdan sonra öz qənaətlərinizlə 
indi öyrəndiklərinizi müqayisə edin. 
1.3.
 
TƏRCÜMƏDƏ ƏMƏKDAŞLIQ 
Tərcümədə  əməkdaşlıq  kimlər  arasında  və  hansı 
şəkildə haş verir? 
Tərcümədə əməkdaşlıqda sifarişçi, müəllif, tərcüməçi və 
oxucu (istifadəçi) iştirak edir. 
Adətən,  tərcüməçi  ilk  növbədə  sifarişçi  ilə  əlaqə 
saxlayır. Tərcüməçi ilə sifarişçi arasında münasibətlər tərcümə 
üçün təklif alındığı andan başlayır. Sonra bu təklif 
11 


rəsmiləşdirilir.  Tərcüməçi  görüləcək  işin  mövzusu,  həcmi, 
yerinə  yetirilmə  müddəti,  təhvil  verilmə  vaxtı  və  ödənişi 
haqqında  məlumatlandırılır.  Nəticədə  tərəflər  razılıq  əldə 
etdikdə  müqavilə  imzalanır.  Müqaviləyə  əsasən  sifarişçi 
tərcüməçini  lazımi  iş  şəraitilə  təmin  edir,  xidmətin 
müqabilində  tərcüməçinin  haqqının  ödənilməsini  təşkil  edir, 
onu lazımi materiallar, o cümlədən sənədlərlə tanış  edir, işin 
gedişində  qarşıya  çıxan  çətinlikləri  həll  edir  və  şikayətlərə 
baxır. 
Tərcüməçi isə öz növbəsində işin vaxtında və keyfiyyətli 
icrasına  təminat  verir.  O,  baş  verə  biləcək  çətinliklərə  qarşı 
sifarişçini qabaqcadan xəbərdar edir, lazım gəldikdə sifarişçiyə 
digər həmkarını öz əvəzinə məsləhət görür. 
Göründüyü  kimi,  tərcümə  prosesində  ən  məhsuldar 
əməkdaşlıq müəlliflə tərcüməçi arasında baş verir. 
Məxəz  mətnin  müəllifi  ilə  əlaqə  yaratmaq  mümkün 
olduqda  tərcüməçi  ondan  qarşıya  çıxan  problemlərlə  bağlı 
məsləhətlər ala bilir. Bəzən fikir mübadiləsi gedişində müəllif 
öz mətnində dəyişikliklər edir. Lakin təcrübədə bunun əksinə 
də rast gəlinir. Belə ki, müəlliflə tərcüməçi arasında orijinala 
sədaqət məsələsində ixtilaflar da baş verir. Məsələn, tərcüməçi 
Qəvin  Riçardzın  aqibətini  buna misal  çəkmək olar. O, Dario 
Fonun «Anarxistin qəfil ölümü» adlı dram əsərini ingilis dilinə 
çevirərkən  dəyişdirərək  səhnələşdirmiş  və  bu  tamaşaya 
müəllifi dəvət etmişdi. Tərcüməçi müəllifin obrazlarını yalnız 
ixtisar  etməklə  kifayətlənməmiş,  hətta  Dario  Fonun  qadın 
obrazlarına  baş  rol  verməməsini  məsxərə  obyektinə  çevirib 
onun adım öz tamaşasının süjetində səsləndirməyə də cəsarət 
etmişdi.  Doğrudur,  hadisədən  narahat  olmuş  dostlar  fasilə 
zamanı tərcüməçiyə hücum çəkmiş hiddətli Dario Fonu geyim 
otağında sakitləşdirməyə çalışmışlar və Q.Riçardzın adaptəsini 
belə izah etmişlər ki, o, dramı ingilis 
12 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə