Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56

teatr  ənənələrinə  yaxınlaşdırmışdır,  lakin  bu  izahat  müəllifi 
razı salmamışdı (10, 47-48). 
Eləcə də tərcüməçinin imzası ilə təqdim olunan tərcümə 
mətnində  ondan  xəbərsiz  dəyişiklik  etməyə  görə  müəllif 
məhkəmə  qarşısında  məsuliyyət  daşıyır.  Mətnin  müəllifi  ilə 
əlaqə  saxlamaq  mümkün  deyilsə  yaxud  o,  dünyasını 
dəyişmişsə, tərcüməçi işin gedişində çətinliklərlə üzləşəndə öz 
peşəkarlığına,  biliyinə  arxalanmalı  olur,  ya  həmin  sahənin 
bilicilərinə,  ya  da  tənqidçilərinə  üz  tutmaq  məcburiyyətində 
qalır.  Bu  zaman  tərcümənin  ünvanlandığı  oxucularla  əlaqə 
yaratmaq  da  faydalı  olur.  Bu  əməkdaşlıqda  hədəf  dilin 
daşıyıcıları  sahə  üzrə  ixtisaslaşmış  olduqlarına  görə 
tərcüməçiyə  termin  axtarışında,  müəyyən  anlayışları  başa 
düşməkdə, müəyyən hadisələri anlamaqda yardımçı olur. 
Yuxarıda  bəhs  etdiyimiz  kimi,  tərcümə  prosesinin 
iştirakçıları  mətnin  çevrilməsində  fəaliyyət  göstərənlərdir. 
Şifahi  mətnin  tərcüməsində  iştirakçılar  əksər  hallarda  bir- 
birinə daha  yaxın məkanda və zamanda fəaliyyət göstərirlər. 
Əlbəttə,  bu  zaman  video  konfranslar  üçün  sifariş  olunan 
tərcümə  xidməti  və  buna  bənzər  hallar  müəyyən  baxımdan 
istisnadır.  Beləliklə,  şifahi  tərcümədə  iştirak  edənlər 
aşağıdakılardır: 
1.
 
Tərcümə xidmətini sifariş' edən tərəf; 
2.
 
Nitqi tərcümə olunan şəxs
3.
 
Dilmanclıq fəaliyyətini həyata keçirən tərəf
4.
 
Dinləyicilər. 
Bu  prosesdə  nitqin  texniki  vasitəsilərlə  ötürülməsini 
təmin edən te.xniki işçilərin də rolunu qeyd etmək lazımdır. 
Sinxron tərcümədə əməkdaşlıq daha çox göz qabağında 
olur. Burada da yazılı tərcümədə olduğu kimi, sifarişçi şirkət, 
dövlət  və  ya  ayrıca  bir  fərd  ola  bilər.  Həmin  tərəf  nitqin 
müəllifi də ola bilər. Sifarişi qəbul edən tərəf isə 
13 


tərcümə şirkəti, dilmanclar qrupu və ya ayrıca bir dilmanc ola 
bilər. 
Qeyd  etmək  lazımdır  ki,  Kanadada  İcma  Dilmanclığı 
Xidmədləri  üzrə  Milli  Standartlara  görə  «şifahi  tərcümədə 
iştirak  edən  tərəflər»  dedikdə  şifarişçi  (müştəri),  tərcümə 
xidmətini  təmin  edənlər  və  dilmanclar  nəzərdə  tutulur: 
“clients, interpreting service providers and interpreters...” (22, 
3). 
Tərcümə  prosesinin  icraçılarının  konfiqurasiyasından 
bəhs  edərkən  D.Jil  özünün  «Basic  Concepts  and  Models  for 
Interpreter  and  Translator  Training»  adlı  dərsliyində  (1995) 
aşağıdakı sxemi təklif edir: 
Əsərin müəllifi => Məxəz dilin oxucusu 
Tərcüməçi => Hədəf dilin oxucusu 
Sifarişçi (13, 23). 
Şifahi 
tərcümə 
icraçılarının 
konfiqurasiyasında 
dinləyicilərə həm məxəz dilin, həm də hədəf dilin daşıyıcıları 
daxil  edilir.  Başqa  sözlə,  «tədbirdə  iştirak  edən  dinləyicilər» 
dedikdə  bura  tərcümə  xidmətindən  faydalananlarla  yanaşı, 
nitqi orijinalda başa düşən şəxslər də aid ola bilər: 
Məxəz dildə danışan şəxs => Məxəz dilin daşıyıcısı 
Dilmanc => Hədəf dilin daşıyıcısı 
Sifarişçi (13, 24). 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  çoxdilli  beynəlxalq 
konfranslarda bəzən tərcüməçi bilmədiyi bir dillə rastlaşdıqda 
digər  bir  tərcüməçinin  həmin  dildən  tərcüməsindən  məxəz 
mətn  kimi  istifadə  edərək  fikri  çatdırmalı  olur.  Bu  halda 
vasitəçi  rolunu  oynayan  tərcüməçiyə  «rele»  (relay)  deyilir. 
Şifahi tərcümədə rele ilə onun tərcüməsi əsasında nitqi digər 
dillərə  çevirən  dilmanclar  arasındakı  əməkdaşlıq  da  mühüm 
əhəmiyyət kəsb edir. Bu zaman onun 
14 


tərcümə  nitqinin  səiisliyi,  aydınlığı  və  sürəti  digər  dillərə 
tərcümənin keyfiyyətinə güclü təsir edir. 
Yadda saxlamaq lazımdır ki, şifahi tərcümə ilə məşğul 
olan insanın beyninin yüklənməməsi üçün adətən gün ərzində 
bir  neçə  saatdan  artıq  fasiləsiz  davam  edən  tədbirlərdə 
dilmanclar  növbə  ilə  çalışırlar.  BMT  səviyyəsində  təsbit 
olunduğu kimi, xüsusən, sinxron tərcüməçilər təxminən hər 20 
dəq  və  ya  yarım  saatdan  bir  bir-birini  əvəzləyir.  Məhkəmə 
tərcüməsindən bəhs edən dərslikdə bu barədə oxuyuq: «BMT 
müəyyən  etmişdir  ki,  sinxron  tərcümə  üçün  səmərəliliyin 
həddi  təxminən  30  dəqiqədir.  BMT,  ABŞ  Dövlət  De- 
partamenti,  federal  məhkəmələr,  Kolumbiya  Rayonunun  Ali 
Məhkəməsi  və  səriştəli  tərcümə  xidmətlərini  təmin  etməyi 
arzulayan ştat məhkəmələri bu standarta əməl edir» (9, 14). 
Göründüyü  kimi,  burada  da  «rele»də  olduğu  kimi, 
həmkarlar arasındakı əməkdaşlıqdan söhbət gedir. Həmkarlar 
isə  komanda  şəklində  və  ya  cüt-cüt  işləyirlər.  Bu  da 
tərcüməçilərin  potensialından  düzgün  istifadə  etməyə, 
tərcümənin  keyfiyyətli  surətdə  yerinə  yetirilməsinə  imkan 
verir. 
Mövzuya aid sual: 
Mütərcimin  tərcümə  prosesində  iştirak  edənlərdən 
kimlərlə əlaqəsinə daha çox üstünlük verərdiniz? Fikrinizi 
əsaslandırın. 
1.4.
 
KOMANDA ŞƏKLİNDƏ YERİNƏ YETİRİLƏN 
TƏRCÜMƏ İŞİ 
Yuxarıda qeyd  etdik ki,  tərcüməçilərin əməkdaşlığı  ən 
çox  komanda  şəklində  çalışarkən  diqqəti  cəlb  edir.  Şifahi 
tərcümədə qrup şəklində fəaliyyət əsasən konfrans tərcüməsi 
zamanı və ağır məhkəmə proseslərində istifadə olunur. 
15 


Məlum  olduğu  kimi,  diqqəti  asanlıqla  toplamaq  və  beyni 
yormamaq  üçün  sinxron  tərcüməçilər  təxminən  hər  20 
dəqiqədən və ya yarım saatdan sonra bir-birlərini əvəz edirlər. 
Tədbir bir neçə saat davam etdiyindən tərcüməçilər ya cüt-cüt
ya da komanda şəklində fəaliyyət göstərir. Komanda şəklində 
işləyərkən dilmanclarm bir rəhbəri olur. 
O, komanda ilə tədbir təşkilatçıları və sifarişçi arasında 
əlaqəni  təmin  edir,  qarşıya  çıxan  problemlərin  həllində 
yardımçı  olur.  Adətən  tədbirdən  əvvəl  komanda  təxminən 
15-20  dəqiqəlik  bir  toplantı  keçirir.  Komandanın  başçısı 
üzvləri iş şəraiti ilə tanış edir, konkret vəzifə bölgüsü aparır. Bu 
zaman  o,  komanda  üzvlərinin  diqqətini  ayrı-ayrı  şəxslərin 
tərcüməsinin daha yaxşı alınıb alınmamasına deyil, tərcümənin 
keyfiyyətinə  və  sifarişçinin,  məruzəçinin,  həm  də 
auditoriyanın onların işindən razı qalmasına yönəldir. Odur ki, 
komanda üzvləri müəyyən xırdalıqları nəzərə almalı, bir- birini 
izləməli, razılaşdırılmış qaydaları gözləməlidirlər. 
Bu  qaydalar  nədən  ibarət  ola  bilər?  Məsələn, 
komandanın  bir üzvü az işləyib,  nitqin  böyük hissəsini digər 
tərcüməçi  üçün  saxlamamalıdır.  İş  üzvlər  arasında  bərabər 
bölünməli və həmkarlar növbələşməyə əməl etməlidirlər. Əgər 
dilmanclar  bir-birini  təxminən  hər  yarım  saatdan  bir 
əvəzləyəcəksə  və  məruzəçinin  nitqinin  təxminən  35-40 
dəqiqəlik  olacağı  gözlənilirsə,  onun  axıradək  bir  dilmanc 
tərəfindən  tərcüməsi  daha  yaxşı  olar.  Komanda  üzvləri  öz 
növbələrini gözləyərkən mikrafon qarşısında olan yoldaşlarını 
qoyub  tədbirin  keçirildiyi  yeri  çox  da  uzun  müddətə  tərk 
etməməlidirlər. Çünki bu zaman tərcüməçiyə qəflətən nəsə ola 
bilər,  hansısa  ifadənin  və  ya  terminin  qarşılığını  tapmaqda 
çətinliklə  üzləşə  bilər.  Növbəsini  gözləyən  tərcüməçi  həmin 
anda  bir  kağız  parçası  üzərində  iri  hərflərlə  lazım  olan 
tərcüməni  qeyd  edib  ehmallıca  öz  yoldaşına  ötürə  bilər. 
Təkrarən  qeyd  etmək  lazımdır  ki,  komanda  şəklində  yerinə 
yetirilən tərcümə işində əsas məsələ digər dilmancın 
16 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə