Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur


Bas sinxron tərcüməçi necə hazırlanır?



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə9/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

Bas sinxron tərcüməçi necə hazırlanır? 
Mövzuya aid tapşırıq: 
Radio  və  ya  maqnitafon  lentində  eşitdiyiniz  10 
dəqiqəlik  mətnə  qulaqcıqlar  vasitəsilə  qulaq  asa-asa 
sinxron  tərcümə  etməyə  çalışın.  Hansı  məqamlarda 
çətinlik çəkdiyinizi deyin. 
2.6.
 
SİNXRON TƏRCÜMƏÇİ HAZIRLIĞI 
TƏCRÜBƏSİNDƏN 
Sinxron  tərcümənin  tarixi  XX  əsrin  ortalarına  təsadüf 
edir. Sinxron tərcümədən ilk dəfə Nyürenberq məhkəməsində 
istifadə  olunmuşdur.  Həmin  vaxtdan  bəri  çoxlu  sayda 
konfranslar  keçirilir  və  iştirakçılar  öz  dillərində  və  ya 
beynəlxalq dillərdən birində çıxışları təxminən eyni zamanda 
dinləyirlər. Sinxron tərcümə müxtəlif dillərdə danışan çoxsaylı 
insanların iştirak etdiyi görüşlər, diplomatik danışıqlar, habelə 
digər proseslər üçün məqsədəuyğun və əlverişli sayılır. Bu da 
onunla  əlaqədardır  ki,  sinxron  tərcümədə  vaxt  ikiqat  azalır, 
yəni  məruzə  ilə  onun  tərcüməsi  eyni  vaxtda  bitir.  Sinxron 
tərcümə  daha  çox  BMT  sessiyalarında  və  beynəlxalq 
konfranslarda  işləndiyi  üçün  ona  «konfrans  tərcüməsi»  də 
deyilir. 
Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  Bakıda  bir 
çox  beynəlxalq  konfranslar  keçirilir.  Nəticədə  sinxron 
tərcüməçilərin  hazırlanması  bir  problem  kimi  meydana  çıxır. 
Lakin bu sahədə mütəxəssis hazırlığı bir sıra ciddi çətinliklərlə 
üzləşir. 
Birincisi,  Azərbaycan  Respublikasının  müstəqillik  qazandığı 
doxsanıncı  illərə  qədər  ölkəmizdə  sinxron  tərcümə  təcrübəsi 
mövcud olmamışdır. Bunun səbəbi bir tərəfdən, Azərbaycanda 
Sovet dövründə beynəlxalq səviyyəli 
30 


görüşlərin  olduqca  cüzi  sayda  keçirilməsi,  digər  tərəfdən 
Azərbaycan dilindən rəsmi dairələrdə istifadə olunmaması ilə 
izah edilir. Rusdilli sinxronçularm hazırlığı ilə isə Moskva və 
digər  SSRİ  şəhərləri  məşğul  olurdular.  «...  əvvəlki  Sovetlər 
İttifaqında sinxron tərcüməçilər Moskvada hazırlanırdı, onun 
ərazisində təşkil olunan  bütün  beynəlxalq  forum, simpozium 
və  konfranslarda  işçi  dil  rus  dili  idi.  Bu  səbəbdən 
tərcüməçi-dilmanclar hazırlanarkən rus və xarici dillərdən biri 
aktiv  və  passiv  dil  kimi  öyrədilirdi.  Əgər  Azərbaycan 
Respublikasında hər hansı beynəlxalq görüş keçirilirdisə, onda 
şübhəsiz  ki,  Moskva  rəsmilərini  öz  tərcüməçiləri  müşayiət 
edirdi» (33, 61). 
Sinxron  tərcüməçilərin  hazırlığı  ilə  bağlı  ikinci  bir  çətinlik 
tərcümənin bu növünün xüsusi diqqət tələb etməsilə bağlıdır. 
Təsadüfi deyil ki,  Roderik  Counz sinxron tərcümənin ardıcıl 
tərcümədən  daha  iki  fərqlə  səciyyələndiyini  vurğulayır. 
Bunlardan biri akustika ilə bağlıdır, çünki dinləmə və danışma 
prosesi  eyni  zamanda  baş  verir.  Digəri  intellektual 
səciyyəlidir,  yəni  tərcüməçi  məruzəçinin  fikrini  əvvəlcədən 
duymalıdır (16, 71-72). 
Belə ki, bu mürəkkəb prosesdə tərcüməçi vaxt itirmədən natiqi 
dinləyə-dinləyə  təxminən  eyni  zamanda  nitqi  tərcümə  edir. 
Burada  dinləmə,  anlama,  hədəf  dilə  çevirib  səsləndirmə 
mərhələləri  arasındakı  müddət  çox  qısadır.  Bu,  sinxron 
tərcüməçidən elə bir məharət və səriştə tələb edir ki, o, eşitdiyi 
fikri  tərcümə  dilində  ifadə  edə-edə  növbəti  cümləni  də  tuta 
bilsin. Belə bir səriştənin formalaşması üçün xüsusi məşq tələb 
olunur. Sinxronçular hər şeydən əvvəl, gözəl dinləmə, həm də 
səlis  və  gözəl  nitq  qabiliyyətinə  malik  olmalıdırlar.  Bir  türk 
xalq məsəlində deyilir ki, «Anası, cocLiğuna təkcə söyləməyi 
deyil,  dinləməyi  də  öyrət  ki,  sənin  balan  əsl  danışmağı 
öyrənmiş  olsun»  (32,  18).  Sinxron  tərcüməçinin  dinləmə 
qabiliyyətini,  eləcə  də  qısamüddətli  yaddaşını  inki.'^af 
etdirmək  üçün  başlanğıc  mərhələdə  tələbələrə  ana  dilində 
eşitdikləri informasiyanı öz sözlərdə 
31 


təkrarlamağı  tələb  edən  çalışmalar  vermək  olar.  Sinxron 
tərcümənin  tədrisi  ilə  bağlı  beynəlxalq  təcrübədə  sözlərin, 
cümlələrin və paraqraflarm ingiliscə “shadowing” termini ilə 
ifadə olunan təqlid yolu ilə izlənməsi, sinonimlərin verilməsi 
və bu zaman tələbələrin danışa-danışa başqa bir mövzuda nəisə 
yazması  da  effektli  çalışmalar  sayılır  (3,  46;  43,  3).  Bu 
çalışmaların  məqsədi  tələbənin  fikrini  iki  «kanalda»  eyni 
zamanda  çalışmağa  alışdırmaqdan  ibarətdir  (50,  12). 
Nyürenberq  məhkəməsində  dilmanclıq  etmiş  Peter  Less  isə 
ötən əsrin birinci  yarısında Cenevrə Universitetinin nəzdində 
fəaliyyət  göstərən  Sinxron  Tərcümə  Məktəbindəki  tədris 
təcrübəsini belə təsvir edir: «Bu, ikillik bir kurs idi. Bizi şüşə 
kabinələrdə  əyləşdirirdilər.  Əvvəlcə,  hər  bir  hecanı 
vurğulaya-vurğulaya  çox  yavaş-yavaş  danışırdılar:  ‘Heute  ist 
das Wetter sehr schoen.’—‘Bugün hava çox gözəldir.’ Bir neçə 
həftədən sonra sürətlə və aksentlə danışdılar. Biz tədricən eyni 
zamanda  həm  dinləməyi,  həm  də  danışmağı  öyrəndik»  (12, 
45). 
Biz  dinləmək  dedikdə  xarici  dildə  ifadə  edilən  fikri 
tutmaq bacarığım da buraya daxil edirik. Bu isə öz növbəsində 
xarici dilə mükəmməl surətdə yiyələnməyi tələb edir. Əlbəttə, 
beynəlxalq səviyyədə keçirilən görüşlər ciddi mövzulara həsr 
olunduğundan  əlaqədar  ixtisas  sahəsindən  xəbərdar  olmaq 
zərurəti ortaya çıxır. Hazırda respublikamızda konkret sahələr 
üzrə  sinxron  tərcüməçilərin  hazırlanmadığını  nəzərə  alaraq, 
məsləhət  görülür  ki,  tərcüməçilər  iştirak  etdikləri  görüşlərin 
materialları ilə xeyli əvvəl tanış olsunlar, mövzu üzrə mövcud 
ədəbiyyatı 
diqqətlə 
nəzərdən 
keçirsinlər. 
Konfrans 
təşkilatçıları  ilə  sıx  əməkdaşlıq  olmadan  bu  işin  uğurla 
nəticələnəcəyinə ümid yoxdur, məhz burada da çətinliklərdən 
biri  ilə  üzləşirik.  Təəssüf  ki,  təcrübədə  əksər  hallarda  ayrı 
şeylərin  şahidi  oluruq;  tərcüməçiyə  tərcümədən  qabaqkı 
münasibətlə onun haqqı ödənilərkən göstərilən münasibət tam 
fərqli  olur.  Əslində  isə  məsələ  bir  qədər  fərqli  şəkildə 
qoyulmalıdır: yəni tərcüməçi öz mə.sııliyyətini dərk 
32 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə