Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

Mövzuya aid tapşırıq: 
Yuxarıdakı 
mətni 
oxuduqdan 
sonra 
şifahi 
tərcümənin  hansı  növünə  üstünlük  verdiyinizi  bildirin. 
Fikrinizi  mətndəki  bəzi  məqamlardan  istifadə  edərək 
əsaslandırın. 
2.4.
 
ARDICIL TƏRCÜMƏDƏ QEYDGÖTÜRMƏ 
VƏRDİŞLƏRİ 
Məşhur rus sinxronisti və «Sinxron tərcümənin əsasları» 
kitabının müəllifi Çernov öz dərsliyində 7±2 formulunu yada 
salarkən belə bir fikri xatırladırdı ki, insan bir dəfəyə 5 (7-2=5) 
söz və  ya  ən çox  9 (7+2=9) söz  yadda saxlaya bilər. Bunun 
əksinə  çıxanlar  da  var  (41).  Amma  məsələ  bir  neçə  sözü 
ardıcıllıqla  yadda  saxlayıb-saxlamamaqda  deyil.  Əslində  bu 
məsələ  onunçun  xatırladılır  ki,  müəyyən  nitq  parçasını 
fasiləsiz  olaraq  dinləyəndə  insanın  yaddaşı  yüklənir.  Əgər 
deyilən  nitq  parçasındakı  əsas  məqamlar  qeydlər  şəklində 
yazıya köçürülüb sonra onlara baxmaqla tərcümə edilsə, onda 
mütərcim  o  qədər  də  tez  yorulmur  və  işi  keyfiyyətlə  yerinə 
yetirir. 
Bds bu asas məqamlar hansılardır? 
Bunlar xüsusi isimlər, o cümlədən, şəxs adları, coğrafi 
məkan  adları,  müəyyən  təşkilat,  müəssisə  adları,  rəqəmlər, 
tarixlər,  illər,  ay  və  günlər,  hansısa  elementlərdən  ibarət 
siyahılar,  ixtisarlar  və  s.  ola  bilər.  Tərcüməçi  məruzəçinin 
nitqini izləyə-izləyə qeydlər apararkən yuxarıda deyilənlərdən 
birini,  xüsusən  rəqəmləri  eşitcək,  dərhal  onları  qeydə  alır, 
digər  məqamların  qeyd  edilməsini  isə  təxirə  salır. 
Qeydgötürmədə  əsas  fikir,  bu  fikrə  münasibət,  hərəkətin 
zamanı da yazıya alınması vacib olan məsələlərdəndir. 
Adətən  qeydlər  ayrı-ayrı  vərəqlərdə  deyil,  orta  ölçülü 
qeyd dəftərində aparılır. Qeyd dəftəri və qələm dilmancm 
27 


əlində olduğundan o əvvəlcədən iş şəraitini elə müəyyən edir 
ki,  tədbirdə  mikrafonu  əlinə  almasın.  Mikrafon  taxılı 
vəziyyətdə olmalıdır. Əks təqdirdə, qeyd götürmək çətin olur. 
Belə  bir  vəziyyət  bir  çox  tərcüməçilərin  başına  gəlib  və 
tədbirdən  sonra  onlar  şəkillərə  baxarkən  əllərində  bərk-bərk 
tutduqları mikrafon, qeyd dəftəri və qələmə görə özlərini güclü 
əl-qol hərəkəti tələb edən hansısa idman oyununun iştirakçısı 
kimi hiss ediblər. 
Yazısı  soldan  sağa  istiqamətlənən  dillərdə,  o  cümlədən 
ingilis  və  Azərbaycan  dillərində  qeydgötürmə  yuxarıdan  sol 
tərəfdən başlayıb aşağıda sağ tərəfdə bitən diaqonal boyu gedir. 
Belə  etdikdə  gözün  təbii  hərəkət  istiqaməti  nəzərə  alınmış 
olduğundan göz tez yorulmur. Qeydgötürmədə sözlərin ilk hərf 
və  ya  hecasından,  rəqəmlərdən,  müxtəlif  əlifbaların 
hərflərindən, həndəsi fiqur və xətlərdən, kimyəvi elementlərin 
Mendeleyev cədvəlindən, riyazi işarələrdən istifadə olunur. Bu 
elementlər  elə  seçilir  ki,  onlardan  bir  az  fərqli  şəkildə  başqa 
məqsədlər üçün də istifadə edilsin. Məsələn, oxun istiqamətini 
dəyişməklə, əks vəziyyətin ifadəsinə nail olmaq mümkündür. 
Göründüyü  kimi,  qeydlərdə  işarələr  çox  işləndiyindən  bəzən 
qeydlərin  hansı  dildə  aparılmasından  danışmaq  çətin  olur. 
Ancaq  elə  mütəxəssislər  var  ki,  onlar  konkret  bir  dildə  qeyd 
götürməyə vərdiş etmişlər. Ümumiyyətlə, qeydlərin məxəz və 
ya  hədəf dildə aparılmasının öz rahatlığı və əziyyəti də olur. 
Belə  ki,  əgər  qeydlər  məxəz  dildədirsə,  tərcüməçi  fikri  hədəf 
dilə  çevirməyə  başlayanda  daha  çox  işləməli,  ifadə  vasitələri 
tapmalı  olur.  Qeydlər  hədəf  dildə  olanda  çevirmə  mərhələsi 
daha rəvan və sürətlə gedir. Əslində, qeydlər tərcüməçinin işini 
asanlaşdırmağa  xidmət  edir,  bunlar  tərcüməçidən  başqa,  heç 
kəs üçün deyil. Odur ki, qeydgötürmədə dilmanc özü üçün ən 
asan  vasitələrdən  istifadə  etməlidir.  Doğrudur,  bir  sıra 
ölkələrdə  tədbirdən  sonra  tərcüməçidən  götürdüyü  qeydləri 
təhvil vermək tələb olunur. Bir qayda olaraq. 
28 


qeydlər  fərdi  xarakter  daşıyır  və  dilmanca  aid  bir  məsələ 
sayılmalıdır. 
Göründüyü  kimi,  sinxron  tərcüməçidən  yüksək  erudi- 
siya  tələb  olunduğu  halda,  ardıcıl  tərcümə  ilə  məşğul  olan 
şəxsdən yaxşı qcydgötürmə bacarığı gözlənilir. 
Mövzuya aid tapşırıq: 
Televiziya  və  ya  radioda  eşitdiyiniz  10-15  dəqiqəlik 
nitqi dinləyib qeydlər götürün. Qeydlərinizi izah edin. 
2.5.
 
SİNXRON TƏRCÜMƏNİN ÖZƏLLİKLƏRİ 
C.F.Hendri sinxron ilə ardıcıl tərcüməni fərqləndirərkən 
yazır:  «Sinxron  tərcümə  ardıcıl  tərcümə  ilə  müqayisə 
edildikdə  məlum  olur  ki,  hər  ikisi  xüsusi  istedad  tələb  edir. 
Birisinə  cəldlik  və  rəvanlıq,  digərinə  isə  möhkəm  yaddaş 
gərəkdir». (15, 15). 
Sinxron  tərcümə  bir  sıra  dillərin  istifadə  olunduğu 
çoxsaylı  insanların  və  media  nümayəndərinin  iştirak  etdiyi 
görüşlər,  diplomatik  danışıqlar  və  bəzən  də  məhkəmə 
prosesləri  kimi  hüquqi  şəraitlərdə  işləndiyi  halda,  ardıcıl 
tərcümə nisbətən kiçik texniki və ya məxfi görüşlər, iki yaxud 
ən  çoxu  üç  dilin  işlədildiyi  rəsmi  tədbirlər,  ziyafətlər,  rəsmi 
səfərlər və s. üçün məsləhət görülür. Sinxron tərcüməyə bəzən 
BMT tərcüməsi və ya konfrans tərcüməsi də deyilir. Sinxron 
tərcüməni ardıcıl tərcüməyə nisbətən əlverişli edən cəhət onun 
ikiqat az vaxt aparmasıdır. Çünki ardıcıl tərcümədə həm çıxış 
ayrılıqda  dinlənilir,  həm  də  çıxış  hissə-hissə  tərcümə  olunur. 
Əgər sinxron tərcümədə bir nitq və onun tərcüməsi 15 dəqiqə 
aparırsa, ardıcıl tərcümədə bu vaxt 30 dəqiqəyə çatmış olur. 
29 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə