Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56

öz təcrübəsini, səriştəsini, biliyini nümayiş etdirməsi deyil, işin 
keyfiyyəti və məlumatın auditoriyaya çatdırılmasıdır. 
Yazılı  tərcümədə  də  iri  həcmli  işlərin  qısa  müddətdə 
yerinə yetirilməsi üçün komandadan istifadə olunur. Bu zaman 
komandanın rəhbəri mətni üzvlər arasında bölür, bu prosesdə 
termin  ardıcıllığına  riayət  edilməsini,  qarşıya  çıxan 
problemlərin həll olunmasını izləyir. Xüsusilə də elmi- texniki 
mətnlərin  tərcüməsində  fərqli  terminlərin  işlədilməsi 
yolverilməzdir. 
Onu da xatırlatmaq yerinə düşər ki, həm Qərbdə, həm də 
Şərqdə yazılı tərcümənin komanda şəklində yerinə yetirilməsi 
yeni  deyil.  Qərbdə  İncilin  latmcaya  tərcüməsini  buna  misal 
gətirmək olar. Çində də belə bir təcrübənin olması məlumdur. 
Həmin  işdə  iştirak  edən  insanların  hər  birinə  ayrıca  tapşırıq 
verilməsi  haqqında  Katrin  Bəçelor  belə  yazır:  «Çində 
təxminən  iki  min  illik  tarixi  olan  tərcümə  fəaliyyəti  birdən 
artıq şəxsin, hətta birgə çalışan, ancaq müxtəlif rolları ifa edən 
bir  qrup  adamın  bir  tərcümə  işinə  cəlb  olunması  ilə 
səciyyələnir» (5, 68). 
Mövzuya aid tapşırıq: 
Yuxarıdakı  mətni  oxuduqdan  sonra  sinxron 
tərcümədə  mikrafon  qarşısında  oturan  və  onunla 
növbələşən,  yəni  mikrafon qarşısında  olmayan  dilmancın 
funksiyalarını  2  ayrı-  ayrı  sütun  şəklində  lövhədə 
qruplaşdırın. 
1.5.
 
TƏRCÜMƏ XİDMƏTİNDƏN İSTİFADƏ EDƏN 
RƏSMİ ŞƏXSLƏR ÜÇÜN QAYDALAR 
Tərcümə peşəsinin xidmət sahəsi olduğunu nəzərə alsaq, 
artıq  biznes  münasibətlərindən  danışmış  oluruq.  Bildiyimiz 
kimi,  biznesdə  iki  tərəf,  həmçinin  onların  tələb  və  təklifinin 
olması vacibdir. Tərcümə biznesində isə müştəri ilə 
17 


tərcüməçi  arasında  münasibətlər  qurulur.  Bu  münasibətlərdə 
Hər  iki  tərəfin  hüquq  və  öhdəlikləri  öz  əksini  tapmalıdır. 
Peşəkar  tərcüməçilərin  etik  qaydaları  tərcüməçilərin  bir  sıra 
hüquq  və  vəzifələrini  özündə  ehtiva  edir.  Bu  barədə  kitabın 
sonrakı bölmələrində ətraflı bəhs olunacaq. 
Tərcüməni sifariş edən və ya tərcüməçini (dilmancı) işə 
götürən tərəfin öhdəsinə nələr düşür? 
Tərcümə  istifadəçiləri  dilmancdan  keyfiyyətli  iş  tələb 
etdikləri  kimi,  keyfiyyətin  təminatı  üçün  onlara  şərait 
yaratmalı, özləri də müəyyən tələblərə cavab verməlidirlər. İlk 
növbədə  sifarişçi  dilmancı  görəcəyi  işin  məzmunu  ilə  tanış 
etməlidir. Bunun üçün tərcüməçi ilə əvvəlcədən görüşməlidir. 
Onun işi peşəkar səviyyədə yerinə yetirəcəyinə əminlik üçün, 
lazım gələrsə, müəyyən suallar vermək məqsədəuyğun sayılır. 
Görüş  zamanı  tərcüməçini  keçiriləcək  tədbirə  aid 
məlumatlarla,  çıxışların  mətnlərilə,  tədbirin  gündəliyi, 
iştirakçıların siyahısı və onlara paylanacaq çap materialları ilə 
təmin  etmək  tərcüməçi  ilə  sifarişçi  arasında  əməkdaşlığın 
başlanğıcını  təşkil  edir.  Əgər  tərcüməçi  sifarişçi  ilə  əvvəlki 
tədbirlərdən tanışdırsa, onunla telefon əlaqəsi yaratmaq, lazımi 
materialları faks və ya internet vasitəsilə çatdırmaq da kifayət 
edər.  Hər  bir  sahənin  özünəməxsus  anlayışlarının 
mövcudluğunu  və  bu  anlayışları  bildirən  terminlərin  ixtisas 
sahiblərinə bəlli  olduğunu nəzərə  alaraq, tədbirin mövzusuna 
aid  materialların,  o  cümlədən  sahə  üzrə  sözlüklərin  təmin 
edilməsi işin keyfiyyətinə müsbət təsir göstərir. 
İkitərəfli  tərcümə  zamanı  canlı  müsahibə  getdiyindən, 
tədbirin  gedişində  məruzəçinin  nitqinə  aid  dinləyicələrdə 
yaranan  suallar,  eləcə  də  seminar  və  məşğələlərdə  xarici 
təlimatçmm  suallarına  iştirakçıların  cavabları  əksərən 
bədahətən xarakteri daşıyır. Buna görə tərcüməçini əvvəlcədən 
məlumatlandırmaq  həm  onun  peşəkar  imicinin  qorunmasına, 
həm də işin yaxşı təşkilinə kömək edir. Belə 
18 


olduqda tədbirin gedişi zamanı hansısa yeni,  yaxud naməlum 
məfhumun və ya terminin tərcüməçiyə izahına ehtiyac qalmır. 
Bu,  vaxt  itkisinin  və  anlaşılmazlığın  da  qarşısını  almış  olur. 
Vaxtdan qənaətli  istifadə baxımından sifarişçi  onu da nəzərə 
almalıdır ki, ikidilli tədbirlərdə ardıcıl tərcümə zamanı vaxt adi 
tədbirlərdən fərqli olaraq ikiqat sərf olunur. Bu zaman tərcümə 
xidmətindən istifadə edənlər birbaşa üzlərini müraciət etdikləri 
şəxsə tutaraq danışmalı, dilmanca «Bunu onlara çatdırın ki,...» 
«Ona  deyin  ki,  ...»  kimi  ifadələrdən  uzaq  qaçmalıdırlar. 
Tərcüməçi  isə  həmin  məkanda  olduğunu  dinləyicilərə  hiss 
etdirmədən, danışan şəxsin adından çıxış etməli, diqqəti cəlb 
etməyə  və  deyilənlərə  müəyyən  şərhlər  və  ya  izahatlar 
verməyə çalışmamalıdır. 
Nitqin müəllifi fikrinin digər dilin daşıyıcılarına lazımi 
səviyyədə  çatdırılması  üçün  daim  dilmancın  sürətini  nəzərə 
almalı və danışarkən tələsməməlidir. Əks təqdirdə, həmin nitq 
digər dildə səhih deyil, ümumi şəkildə ifadə olunar və fikir öz 
həqiqi məzmununu itirər. Xüsusilə, təkbətək görüşlər zamanı 
tərəflər  tərcüməçinin  yaddaşını  yükləməmək  üçün  hərdənbir 
fasilə  edib,  ona  öz  işini  səliqə  ilə  görmək  imkanı 
yaratmalıdırlar. 
Tərcüməçini işə dəvət edən şəxs onunla yazılı müqavilə 
bağlamalı və şərtlərini əvvəlcədən bəyan etməlidir. Tərcüməçi 
əvvəlcədən  işçi  dillərindən  hansının  fəal,  hansının  passiv,  iş 
şəraitinin  necə,  tərcümənin  ardıcıl,  yoxsa  sinxron  olacağını 
bilməlidir.  Tədbirin  dəqiq  vaxtı  və  tərcüməçinin  iş  saatları 
əvvəlcədən müəyyən olunmalıdır. 
Tərcümə  xidmətindən  istifadə  edən  rəsmi  şəxslər 
tədbirin  başlanğıcında  iştirakçılara  tərcümənin  təmin 
olunacağı barədə məlumat verməli, tərcüməçini və onun hansı 
işi  yerinə  yetirəcəyini  özü  təqdim  etməli,  ya  da  tərcüməçiyə 
özünü  təqdim  elməyə  imkan  yaratmalıdırlar.  Tədbirin  gedişi 
zamanı onlar tərcüməçinin  iş  şəraitinin normal  olmasına göz 
qoymalı, texniki nasazlıqlara qarşı ehtiyatlı hərəkət 
19 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə