Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə1/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   56


 
 
 
 
 


Redaktor: 
prof. Qılıncxan Bayramov 
Rəyçilər: 
dos. Sabir Mustafa, 
b.m. Qəzənfər Məmmədov, 
prof. Rafiq Novruzov, dos. 
Məhəbbət Əsədova 
Fialə Abdullayeva. Peşəkar tərcümənin əsasları. 
Bakı 2010, UniPrint, 218 səh. 
Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin 
əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur. 
ISBN 978-9952-440-48-5 
© F.B.Abdullayeva, 2010 


MÜƏLLİFDƏN 
Bu  dərsliyin  yazılmasında  məqsəd  tələbələri  «Peşəkar 
tərcümənin  əsasları»  adlı  kursun  məzmunu  ilə  tanış  etmək, 
material 
çatışmazlığı 
ilə 
bağlı 
onların 
suallarını 
cavablandırmaq  və  gələcək  peşə  fəaliyyətlərində  rastlaşa 
billəcək- 
ləri 
problemlərə, 
etik, 
davranış, 
biznes 
münasibətlərinə  dair  müəyyən  tövsiyələr  vermək,  bir  sözlə, 
onları 
tərcümə 
peşəsi 
haqqında 
ümumi 
şəkildə 
məlumatlandırmaqdır.  Mündəri-  catdan  da  göründüyü  kimi, 
kitaba  fənnin  məqsədi,  tərcümə  peşəsinin  mahiyyəti,  onun 
iştirakçıları, bu iştirakçılar arasında münasibətlər, tərcümənin 
müxtəlif  meyarlar  baxımından  təsnifatı,  tərcümədə  istifadə 
olunan resurslar və onlardan istifadə qaydaları, tərcüməçiliyə 
tarixən, həmçinin müasir baxımdan münasibət, tərcüməçilərin 
hüquq  və  vəzifələri,  onların  bu  etik  normalarını  müəyyən 
etməkdə,  sabitləşdirməkdə  əhəmiyyətli  rola  malik  birlikləri 
haqqında müxtəlif mənbələrə, 0 cümlədən həm  yeni, həm də 
klassik  dərsliklərə.  İnternet  materiallarına  və  müəllifin  şəxsi 
tərcümə  fəaliyyətinə  əsaslanan  bilgilər  daxil  edilmişdir. 
Mövzular  üzrə  təqdim  olunan  materialların  bəzilərində 
müəllifin  ayrı-ayrı  illərdə  Respublika  elmi  mətbuatında  dərc 
etdirdiyi  məqalələrə  də  istinad  edilir.  Bu  məqalələrin 
yazılmasına  səbəb  məhz  müəllifin  yazılı  və  şifahi  tərcümə 
fəaliyyəti  zamanı,  habelə  «Peşəkar  tərcümənin  əsasları» 
fənnindən  mühazirə  deyərkən  qarşılaşdığı  və  maraqlandığı 
suallar olmuşdur. 
Kitabda  tələbələri 
mövzulara 
yaradıcı 
şəkildə 
yanaşmağa  sövq  etmək  məqsədilə  müəyyən  tapşırıqlar  da 
verilmişdir. Bu tapşırıqların bəziləri şifahi xarakter daşısa da, 
bir  neçəsi  məxsusi  olaraq  tələbələrin  yazılı  tərcümə 
vərdişlərinin  yoxlanmasına və möhkəmləndirilməsinə xidmət 
edir. 
Dərslik  Azərbaycan  Dillər  Universitetinin  Tərcümə 
fakültəsinin  karrikulumuna  daxil  edilmiş  60  saatlıq  «Peşəkar 
tərcümənin əsasları» kursunun tədrisi üçün nəzərdə tutulsa da, 
ondan universitetin digər fakültslərində seçmə fənn kimi 


keçilən  «Tərcümə»  dərslərində,  eyni  zamanda  Respublikanın 
digər  ali  məktəblərində  tədris  edilən  eyni  adlı  kurs  üzrə 
məşğələlərdə istifadə oluna bilər. Kitabdakı bəzi mövzulardan 
ADU-nun tərcümə fakültəsinin son kursunda oxuyan tələbələr 
dövləti  imtahana  hazırlıq  vaxtı  da  faydalana  bilərlər.  Burada 
müvafiq sahə üzrə tədqiqat aparan magistrant və dissertantları 
maraqlandıran məqamlar da tapmaq mümkündür. Dərslik, eyni 
zamanda  özünə  tərcümə-  çiliyi  və  ya  dilmanclığı  ikinci  peşə 
seçmiş mütəxəssislərin də istifadəsinə yararlıdır. Ümidvarıq ki, 
«Peşəkar təıcümənin əsasları» adlı bu kitabda qaldırılan bir sıra 
məsələlər,  onlara  verilən  izahat  və  şərhlər  uzun,  həm  də 
mürəkkəb  peşə  yolu  keçmiş  təcrübəli  dilmanc  və 
tərcüməçilərimizdə maraq doğuracaq, çünki burada onların öz 
peşə fəaliyyətləri baxımından müqayisə aparması və düşünüb 
müəyyən fikirlər söyləməsi üçün də maraqlı məqamlar vardır. 
Kitabı oxuyub öz qiymətli qeyd və tövsiyələrini 
bildirəcək bütün oxuculara dərin minnətdarlığımızı bildiririk. 


MÜNDƏRİCAT 
 
Müollifdən 

1. 
Tərcümə peşəsi və onun mahiyyəti 
7 
1.1. 
«Peşəkar tərcümənin əsasları» fənninin 
məqsədi 

1.2. 
Tərcümə peşəsi. Tərcümə prosesinin 
iştirakçıları 

1.3. Tərcümədə əməkdaşlıq 
11 
1.4. 
Komanda şəklində yerinə yetirilən 
tərcümə işi 
15 
1.5. 
Tərcümə xidmətindən istifadə edən 
rəsmi şəxslər üçün qaydalar 
17 
2. 
Mətnə görə tərcümənin növləri 
21 
2.1. 
Şifahi tərcümə yazılı tərcümə ilə 
müqayisədə 
21 
2.2. Tərcüməçinin işçi dilləri 
22 
2.3. Şifahi tərcümənin iki forması 
25 
2.4. 
Ardıcıl tərcümədə qeydgötürmə 
vərdişləri 
27 
2.5. Sinxron tərcümənin özəllikləri 
29 
2.6. 
Sinxron tərcüməçi hazırlığı 
təcrübəsindən 
30 
2.7. 
Sinxronçuların beynəlxalq 
təcrübəsindən 
35 
2.8. 
Sinxron tərcümənin digər iki forması 
haqqında 
38 
3. 
Peşəkar tərcüməçi 
41 
3.1. Tərcüməçiyə lazım olan keyfiyyətlər 
41 
3.2. Tərcüməçinin mədəni səriştəsi 
46 
3.3. Tərcüməçi və ona münasibət 
49 
3.4. 
Tərcüməçi və dilmanclarm maraqlarını 
ifadə edən birliklər 
53 
3.5. Tərcüməçilərin iş yerlərinə görə 
55 


 
qruplaşdırılması 
 
4. 
Tərcüməçilərin peşə etikası 
57 
4.1. 
Tərcüməçi və dilmancların etik 
qaydaları haqqında 
59 
4.2. Tərcümə peşəsində məxfilik məsələsi 
66 
4.3. Məxfilik müqavilə şərti kimi 
70 
4.4. Qeyri-dil ünsiyyət vasitələrinin 
tərcümədə rolu 
71 
5. 
Keyfiyyətli tərcümə üçün hazırlıq və 
ya tərcümə sifarişinin qəbul 
olunmasının digər texniki aspektləri 
80 
5.1. Tərcüməçinin istinad etdiyi mənbələr 
85 
5.2. Maşın tərcüməsi 
86 
5.3. 
Tərcüməçinin kompüterdən istifadə 
imkanları 
89 
6. 
Tərcümə peşəsinin əhatə dairəsi 
92 
7. 
Bədii və praqmatik tərcümə 
95 
7.1. Bədii tərcümə 
95 
12. Xüsusi sahələr üzrə tərcümə 
99 
7.3. 
İkitərəfli tərcümə və ya başqa sözlə, 
icma dilmanclığı (Community 
Interpreting) 
101 
7.4. Məhkəmə tərcüməsi 
102 
7.5. Dini tərcümə 
105 
7.6. Ekran tərcüməsi 
107 
7.7. Təbabətlə bağlı tərcümə 
109 
7.8. 
Biznes tərcüməsi. Reklam tərcüməsi və 
«lokalizasiya» anlayışı 
113 
8. 
Tərcümədə qarşıya çıxan çətinliklər 
115 
 
Əlavələr 
120 
 
İstifadə olunmuş ədəbiyyat 
209 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə