DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA TƏBİƏT FƏLSƏFƏSİ
30
“Bölünmüş böyük oval: Kəpənək”. 1985. Texnika: bürünc. 
Üslub: abstraksionizm. Qüds. İsrail muzeyi
“Nüvə enerjisi”. 1967. Texnika: bü-
rünc. Üslub: abstraksionizm. Çi kaqo 
Universitetinin kampusu. ABŞ
Murun  İkinci  Dünya  mühari-
bəsi  illərində  London  metrosunda 
yaratdığı  şəkillər  silsiləsi  onun 
karyerasında dönüş məqamı oldu. 
Alman  bombardmanından  yerin 
altında gizlənən şəhər sakinlərinin 
minlərlə eskizləri Milli qalereyada 
sərgilənərək ölkəni sarsıtdı və hey-
kəltəraşa dünya şöhrəti gətirdi.
Bilirsinizmi?
“Boruda sığınacaq”. 1941
“Tilberi limanı. Ör-
tülü səngər”. 1941
Heykəltəraş hələ sağ ikən onun şöhrəti Böyük Britaniyanın hüdudla-
rını xeyli aşmışdı. Onun əsərləri dünyanın 60 muzeyində nümayiş etdi-
rilir, bir çox Avropa və Amerika şəhərinin meydanlarını bəzəyir.  1958-ci 
ildə  Parisdə  YUNESKO  iqamətgahının  qarşısında  qoyulmuş  məşhur 
“Uzanmış fiqur” ötən yüzilliyin mədəniyyətinin rəmzinə çevrilmişdi.
Müəyyən edin
1. 
Mövzuda təqdim edilmiş əsərləri forma, məkan və məzmun əsasında 
fərqləndirin.
Yaradıcı fəaliyyət
2. 
Abstrakt formada istənilən mövzuda heykəl yapın. Başlanğıc üçün 
yapacağınız heykəlin eskizini çəkin.
3. 
H.Murun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim edin.
Plastilin və ya gil
 
Sərbəst iş üçün tapşırıqlar

H.Mur öz yaradıcılığında hansı mövzulara müraciət etmişdir?
Özünüzü yoxlayın
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
31
PAUL KLEE:  RƏNGKARLIQDA
 
XƏTLƏRİN HƏRƏKƏTİ
Tanış olun
Son  zamanlar  “avanqard”
1
  sözü  çox  tez-tez  istifadə  edilir.  Lakin 
onun nə demək olduğunu heç də hamı bilmir. 
İncəsənətdə  avanqard  klassik  qanunları  pozaraq  ənənəvi  sosial- 
mədəni dəyərlərə olan münasibəti dəyişir. Bununla belə, bu hərəkat qə-
bul etdiyi ideya əsasına görə bir-birindən köklü surətdə fərqlənən çoxlu 
sayda müxtəlif məktəblərdən ibarətdir. Təsviri sənətdə bu cərəyan mo-
dernizmlə çox sıx bağlıdır, belə ki, onun çiçəklənməsi XX yüzilliyin əv-
vəlinə təsadüf edir. Kubizm, ekspressionizm,
2
 konstruktivizm, primiti-
vizm və bir çox bu kimi başqa cərəyanlar ona aid edilir. 
Avanqardizm  Fransada  yaranıb,  sonra  Almaniya,  İtaliya  və  digər 
ölkələrə yayılıb. Bu hərəkatın nümayəndələri bütün qəbul edilmiş nor-
maları,  qaydaları,  idealları  pozmağa  çalışırdılar.  Avropa  mədəniyyəti 
əvvəllər heç zaman bu qədər cərəyan, istiqamət, bədii sistem, fərdi üs-
lub  rəngarəngliyi  görməmişdi.  Avanqardçılar  incəsənətin  dilini  xeyli 
zənginləşdirdilər, yeni ideyaların geniş spektrini təklif etdilər. Onların 
arasında  P.Pikasso, A.Matiss,  V.V.Kandinski,  S.Dali  və  digərləri  kimi 
böyük sənətkarlar var idi. Bütün fərdi üslub müxtəlifliyinə baxmayaraq, 
onlar birgə səylə təbiəti təqlid etməyən, rəssamın yaradıcı özünüifadəsi-
nin əsasında yaranan yeni bədii sistemi araşdırdılar. Avanqardçılar müa-
sir dövr incəsənətinin əsl cığıraçanları oldular.
Avropa avanqardının görkəmli simalarından olan Paul Klee abstrakt 
sənətin inkişafına böyük təsir göstərmişdir. Paul Kleenin yaradıcılığının 
çiçəklənməsi modernizmin müxtəlif istiqamətlərinin yaranması və inti-
Rəngkarlıq əsərlərində hərəkəti, hissləri hansı vasitələrlə göstərmək olar?
Abstrakt təsvirlərdə xətlər hansı məna daşıyırdı?
İncəsənətə dair dialoq
Xatırlayın
7
1
 Avanqard (avanqardízm) – XIX–XX əsrlərdə dünyada, ən əsası, Avropa incəsənətində 
yaranmış cərəyanların ümumiləşdirilmiş adı. Avanqard anlayışı fransız mənşəlidir, tər-
cümədə “irəli” və “mühafizə” mənasını verən iki sözdən ibarətdir.
2
 Ekspressionizm (fr. expressionnisme – ifadə) – XX əsrin əvvəllərində Avropa incəsənə-
tində  bədii  cərəyan.  Dünya  müharibəsinin  dəhşətlərindən  mənəvi  sarsıntı  keçirən  XX 
əsrin rəssamları əsərlərində bilərəkdən öz hisslərini ifadə edirdilər. Müharibəyə etirazın 
ifadəsi kimi meydana gəlmiş, Birinci Dünya müharibəsindən sonra Almaniya və Avstri-
yada xüsusilə geniş yayılmışdı. Əsərlərin əsas motivləri və obrazları – şəhər mənzərəsi-
nin fonunda dağıntılar, ölüm, xəstəlik, faciə, dəhşət, dərin kədər idi.
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
PAUL KLEE: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
32
Təsviri sənət qalereyası
Paul Kleenin əsərlərində mücərrədlik və rəng
şarı dövrünə təsadüf edir. Klee müxtəlif istiqamətlərdə (ekspressionizm, 
sürrealizm, abstraksionizm, kubizm) fəaliyyət göstərsə də, öz əsərlərini, 
istisna olaraq, öz tərzində, bu və ya digər cərəyanın prinsiplərinə ciddi 
əməl etmədən çəkirdi.
Uşaqlıq  dövrü  Klee  üçün  ağlasığmaz  dərəcədə  mühüm  yaradıcılıq 
mərhələsi idi, təkcə ona görə yox ki, o özünü mütləq dahi hesab edirdi, 
həm də, bu, onun öz bədii dilinin ifadısi nümunəsi idi. Bu bədii dil ona 
universitetdə tədris edilən akademizmə zərrəcə oxşamırdı.
Klee çəkdiyi rəsmlərdə naturanı klassik rəssam kimi xırdalıqlarına-
dək oxşadırdı. O, məxsusi olaraq universitetdə anatomiya məşğələlərinə 
gedir və bədənin quruluşunu öyrənirdi. Onun üçün rəsm çəkməyi öyrən-
mək, sonra isə öz bədii dilini axtarmaq çox vacib idi. 
Rəssamın  pərəstişkarı  yox  idi  –  o  öz  yolu  ilə  addımlamağı  sevirdi. 
Klee həm realist, həm də abstrakt əsərlər çəkirdi. Buna görə də o, heç 
vaxt hər hansı bir bədii cərəyana tam aid edilmirdi.
Tunisə səyahət Kleeyə güclü təəssürat bağışlayır. O, bu ölkədə rəng-
dən başqa cür istifadə etməyi öyrənir. Ardıcıl düzülmüş kiçik rəngarəng 
evlərin işığı və kompozisiyası onu heyrətə salır. 1914-cü ildən etibarən 
rəssam əsərlərində daha çox kvadratlar çəkməyə başlayır. Onun rəngkar-
lıq manerasında həmin məqamdan dəyişiklik hiss olunur. Mücərrədlik və 
rəng rəssamı hər şeydən daha çox maraqlandırırdı.
“Cənub (Tunis) bağları”. 1919. Şəxsi kol-
leksiya
“Şəhərin  qırmızı  və  yaşıl  çalarlarda  təsviri”. 
1921. Şəxsi kolleksiya
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə