DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
62
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZM PRİNSİPLƏRİ

XX əsrin əvvəllərində memarlığın inkişafının əsas ideya və prinsipləri 
  hansılardır?
Özünüzü yoxlayın
Yaradıcı fəaliyyət
2.  a) 
Dünyanın  hər  hansı  bir 
paytaxt şəhərinin kon struk-
tivizm  nümunəsi  olan  ən 
məş hur,  onun  “vizit  kartı”  
və “tanınma nişanı” sa yılan 
tikilisinin siluetini çə kin və 
ya  qara  kağızdan  kəsib  ha-
zırlayın.
 
b) 
Konstruktivizm üslubunda ictimai və ya yaşayış binasının eski-
zini çək. Tikilinin görünüşü sütunlar üzərində dayanan iri şüşəli və 
düz səthli ola bilər. Binanın eskizini elə çəkin ki, o, həm qarşıdan, 
həm də yandan görünsün. Məsələn:
3. 
M.Useynov haqqında əlavə məlumat toplayın və təqdim edin.
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
63
Rəngkarlıq əsərlərinin miqyası nəyə əsasən seçilir? Əsərlərdə rəng və 
forma bir-biri ilə necə əlaqəlidir?
MİRCAVAD MİRCAVADOV:  MİQYAS,
 
 
RƏNG VƏ FORMA
Tanış olun
Görkəmli fırça ustası Mircavad Mircavadov Azərbaycan rəssamlığın-
da müasir istiqamətin və “Abşeron məktəbi”nin banisi kimi tanınır. Azər-
baycan incəsənətinə improvizasiya və sərbəstlik gətirən rəssam tamamilə 
yeni üfüqlərin açılmasına səbəb oldu. Qiyamçı və eksperimentator, non-
konformist
1
 və novator olan M.Mircavadovun əsərləri Azərbaycan təsviri 
sənətinə böyük təsir göstərdi. M.Mircavadovun əsərlərini ya qeyd-şərtsiz 
qəbul, ya da rədd edirdilər, lakin onun yaradıcılığı zaman baxımından biz-
dən uzaqlaşdıqca rəssamın müasir Azərbaycan incəsənəti tarixində tutdu-
ğu yerin unikallığı daha aydın görünməkdədir. Rəssam bu mövqeyi Sovet 
dönəmində uzun illər davam edən sükut və biganəlikdən sonra qazanıb.
Müasir rəssamların etmək istədiyi yeniliklər nə ilə nəticələnir?
İncəsənətə dair dialoq
Xatırlayın
14
Təsviri sənət qalereyası
“Yüzilliklərin himni” silsiləsindən, 1986
“Nuhun gəmisi”. 1987

Nonkonformizm (ingiliscə non – “yox”, conformis – “oxşar”, nonconformism – “qey-
ri-oxşar”) – hamı tərəfi ndən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və qanunla-
rın inkar edilməsi. Neqativizm anlayışının sinonimi.
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
64
MİRCAVAD MİRCAVADOV: MİQYAS, RƏNG VƏ FORMA
Tələbəlik illərində sənətlə bağlı o dövrdə qəbul olunmuş tədris sistemi 
gənc, istedadlı rəssamı razı salmırdı. Sovet İttifaqındakı bədii təhsilin 
çox mühüm hissəsini təşkil edən sosializm realizminin əsas mahiyyətini 
M.Mircavadov qəbul etmirdi. 
Rəssam Sezannın əsərlərini Ermitajda görmək arzusunda idi. O illər-
də Sovet İttifaqında impressionist və postimpressionistlərin yaradıcılığı 
qadağan edilmişdi. Lakin M.Mircavadov Leninqrada (indi Sankt-Peter-
burq) gedir və Dövlət Ermitajında onu maraqlandıran hər bir kolleksi-
yaya baxmağa nail olur. Sənətə vurğunluğu onu Ermitajda adi fəhlə iş-
ləməyə vadar edir. Rəssam El Qrekonun, Rembrandtın əsərlərindən çox 
şey öyrənir, surətlərini çıxarır, orijinalını ətrafl ı tədqiq edir. Sezannın 
və Van Qoqun qadağan edilmiş əsərləri Mircavad üçün əsl məktəb olur.
Leninqrad Antropologiya və Etnoqrafi ya Muzeyindəki kolleksiyalarla 
tanışlığı rəssamda güclü təəssürat yaradır. Burada o, Afrika, Okeaniya, 
İndoneziya, Yaxın Şərq xalqlarının ənənəvi incəsənətini yaxından öyrə-
nir. Rəssamı şaman mərasimi ilə bağlı qə-
bilə incəsənəti çox maraqlandırır. 
1954-cü  ilədək  Leninqradda  (hal-ha-
zırki  adı  Sankt-Peterburq)  yaşadıqdan 
sonra o, Bakıya qayıdıb, yaradıcılıq eks-
perimentləri ilə məşğul olur və bu həyat 
tərzi 10 il çəkir.
Rəssam öz təcrübələrində təsviri sənət 
üçün ənənəvi olmayan materiallardan – me-
tal, daş, qum, bitum, qətran və sementdən 
istifadə edirdi. Bu materiallar nəticəsində 
yaranan  eksperimental  əsərlər  özlüyündə 
heyrətləndirici qüvvəyə malik idi.
M.Mircavadovun  ən  erkən  rəngkarlıq 
əsəri  “Yırtıcı”dır.  Burada  ayaqları  bağlı, 
arxası üstə yıxılmış qoyun, yaxında isə bir 
canlı, dişini ağardan və  torbasayağı gövdə-
si olan məxluq təsvir olunub. Burada rəssa-
mın təsvir etdiyi cəmiyyətə, onu əhatə edən 
mühitə alleqorik yanaşdığı aydın görünür.
“Yırtıcı”. 1967
Rəssamın  qrafi k  əsərlərinə  məxsus 
qüvvə,  enerji,  həm  də  miqyas  tamaşaçını 
heyrətləndirir.  Onların  bəziləri  tuşla,  bə-
ziləri karandaşla icra olunub. Qrafi k əsər-
lərdə digər cəhət də diqqəti cəlb edir: əksər 
rəsmlərdə  insanın  bədən  hissələrində  baş 
verən metamorfozu müşahidə etmək olur.
“Kişi rəsmi”. 1950. Kağız, qrafi t
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
65
MİRCAVAD MİRCAVADOV: MİQYAS, RƏNG VƏ FORMA
Ətraf mühiti təsvir edərkən rəssamın müxtəlif emosional və psixoloji 
nüanslarını div obrazında görmək mümkündür. Bu məfhum ənənəvi mi-
fologiyada öz əlamətinə görə birmənalı deyil (divlər xeyirxah və qəddar, 
cəsur və qorxaq olurlar). Mircavad yaradıcılığında bu, insanda ola bilə-
cək bütün rəzil cəhətləri özündə birləşdirən personajdır.
M.Mircavadovun  əsərlərindəki  digər  sabit  obraz  qadındır.  O,  xe-
yirxah  və  qəddar,  zəhmətkeş  və  çox  qəşəng,  nəhayət,  ağıllı  və  şəhvət-
pərəst ola bilir. 
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
19.01.1923–24.06.1992 
Bakı, Azərbaycan
Ə.Əzimzadə  adına  Azərbaycan  Rəssamlıq  məktəbi 
(1941–1949)
Azərbaycan Rəssamlar İttifaqının üzvü (1975), Rəs-
samlar  İttifaqı  İdarə  heyətinin  üzvü  (1987),  Azər-
baycanın Əməkdar İncəsənət Xadimi (1987)
avanqard, rəngkarlıq
portret, mifologiya, süjetli əsərlər, mənzərə 
“Xırmanda” (1968), “Fayton” (1968), “Öküzün nal-
lanması”  (1970-1971),  “Od  gəlini”  (1970),  “Sirk” 
(1981), “Yuva” (1982), “Məxfi gecə” (1982), “Letar-
giya” (1983), “Tamas. Oyaq olan kəs” (1984), “Hu-
may  quşu”  (1984),  “Hərəkət”  (1986),  “Od  tanrısı” 
(1987), “Maninin gəmisi” (1987) və s.
Mircavad Mirhaşım oğlu Mircavadov
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
“Ümid işığı”. 1982
XX əsr rəssamlığının iki böyük nü-
mayəndəsi – Pablo Pikasso və Salvador 
Dali  Mircavad  Mircavadovun  sevimli 
rəssamları  və  onun  üçün  şübhə  doğur-
mayan  avtoritetlər  idilər.  “Ümid  işı-
ğı” adlı əsərini o, Salvador Dalıyə həsr 
 etmişdir.
Bilirsinizmi?
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə