DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   33

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
24
Abstrakt əsərlərin adları yuxarıda haqqında danışılan üç qrupa uyğun 
gəlirmi? Öz cavabınızı əsaslandırın.
Düşünün və izah edin
“Kazaklar” əsəri detallarda
1910. Dövlət Tretyakov Qalereyası, Moskva
Vasili Kandinskinin “Kazaklar” tablosu rəssamın ən yaxşı əsərlərin-
dən sayılır. Təpələrin görüntüsü, üfüq xətti, at çapan kazakların siluet-
ləri tablonun ümumi dinamikası, ayrı-ayrı forma, xətt və rəng parçala-
rın ilə vəhdət təşkil edir. Kompozisiya abstrakt tutumlu  və “Kandinski 
realizmi”nə müvafiqdir. 
Kandinski rəngin məxsusi simvolizmini – rəmz daşıyıcılığını həmişə 
incəliklə duyurdu. Onun bütün əsərlərində rənglər xüsusi rəmzi məna 
daşıyır: ağ rəng dirçəliş, yeni başlanğıc; qara – ölüm, həyatın sönməsi; 
qırmızı – cəsurluq və özünü qurban vermək mənasını bildirir. Onun əsər-
lərində sadəcə rənglər deyil, xətlər də xüsusi rəmzlərə çevrilir.
1.
2.
4.
5.
6.
3.
1. Atəş açan silahlar və ya maneələr. Sol tərəfdəki paralel xətlər qırmızı 
tüstüyə bürünmüş atəş saçan silahlar da, maneələr də ola bilər.
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
25
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
Kandinski “Amazonka” və “Amazonka dağ-
larda” adlı şüşə üzərində dekora tiv kompozisiya-
lar da yaradıb. Bu kompozisiyalardan biri Azər-
baycan Milli İncəsənət Muzeyində saxlanılır.
Bilirsinizmi?
“Amazonka”. 1911. Şüşə üzərində təsvir, 16x13 sm.
Milli İncəsənət Muzeyi. Bakı, Azərbaycan
Kandinski və digər abstrakt sənətin rəs-
samları öz zəmanələrinin – dəyişikliklər, in-
qi lablar,  elmdə  kəşfl ər,  eksperimentlər  döv-
rünün övladları idilər. Dünyada baş verənlər 
incəsənətə təsirsiz ötüşə bilməzdi. 
Kandinski aydın xətlərin, alabəzək rəng 
par çalarının  dili  ilə  insan  şüuruna  toxun-
madan birbaşa onun qəlbinə təsir göstərmək istəyirdi. O, təsviri sənəti 
daha çox abstrakt olan musiqiyə yaxınlaşdırmaq istəyirdi. Bu incəsənət 
insanın fi kirlərini parçalamır, əksinə, onu qeyri-standart fəlsəfi  düşüncə 
obrazına alışdırırdı. 
Abstrakt  sənət  hər  kəs  tərəfi ndən  qavranıla  bilməz.  Bunun  üçün 
müəyyən  hazırlıq  olmalıdır.  Lakin  bunu  incəsənətin  inkişafının  artıq 
başa çatmış axtarışlar, təcrübələr dövrü kimi qəbul etmək və qiymətlən-
dirmək lazımdır. Bədii cərəyan olaraq abstraksionizm müasir memarlıq 
üslubunun, dizaynın, sənaye, tətbiqi və dekorativ sənətin təşəkkülünə 
və inkişafına böyük təsir göstərmişdir.
Tarix  milyonlarla  insan  yaradır,  amma  tarixin  axarını  dəyişməyə 
tək-tək insanların kifayət qədər gücü və istedadı çatır. Vasili Kandinski 
incəsənətin inkişaf tarixində aparıcı şəxsiyyətlərdən biri olmaq üçün ki-
fayət edəcək bu keyfi yyətlərə malik insan idi.
İllər sonra, artıq dahi sənətkar kimi tanınanda, rəssam çox səyahət 
edir, sənət xiridarları və tənqidçilər tərəfi ndən yüksək qiymətləndirilən 
sərgilər nümayiş etdirir. İkinci Dünya müharibəsi başlayan zaman abst-
raksionizm faşistlər tərəfi ndən ümidsizlik sənəti kimi elan edilir.
2. Döyüşən süvarilər. Ağ atların belində döyüşən kazakları qırmızı papaq-
larından, sarı əlcəklərindən və uzun, iti qılınclarından tanımaq mümkündür.
3. Göy qurşağı-körpü. Göy qurşağı əsərin sol tərəfi nin arxa planındakı mə-
kanı sarayın ucaldığı mavi təpə ilə birləşdirir. Göy qurşağı burada körpünün 
rəmzidir.
4. Quşlar. Ziqzaqlar və V-şəkilli xətlər uçan quş dəstəsini təsvir edir.
5. Kazaklar və şiş təpələr. Qırmızı papaqlı üç kazak mavi təpənin fonunda 
təsvir edilib.
6. Təpədəki saray. Alçaq qalanı xatırladan qəsrin cizgiləri bir neçə xətt ilə 
göstərilib.
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
26
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş, tuş
 
Sərbəst iş üçün tapşırıqlar
Müəyyən edin
1. 
Kandinskinin rəngin psixoloji təsiri haqqında fikrini necə başa dü-
şürsünüz?
 
“Rəng – insan ruhuna bilavasitə təsir edə biləcək vasitədir. Rəng – 
pianonun klavişidir; göz – kiçik çəkicdir; qəlb – çoxsimli royaldır. 
Rəssamın əli məqsədyönlü şəkildə bu və ya digər klaviş vasitəsilə in-
san qəlbini titrədir”.
Yaradıcı fəaliyyət
2. 
“Bizim  küçə  (park,  bulvar)”  mövzusunda  abstrakt  mənzərə  çəkin. 
Xətt, forma və rənglər vasitəsilə abstrakt üslubun əsas xüsusiyyət-
lərini göstərməyə çalışın.
Sənətkar məsləhəti
Abstrakt sənətdə fırçadan əlavə barmaqlar və süngər də rəsmə maraqlı ef-
fekt verir. Abstraksionistlər arasında əl ilə çəkmək dəbdə idi və hesab olunur-
du ki, rəssam fırça ilə yox, qəlbi ilə işləyir. Bu üslubda işləyərkən karandaşla 
ilkin qaralamalar etmək məqbul sayılmır.
Mücərrəd rəsmi necə çəkməli
İncəsənətdə abstraksionizm forma və əşyaların dəqiq deyil, təqribi təsviri ilə 
xarakterizə olunur. Abstrakt rəsm vasitəsilə siz məhz özünüzün görə bildiyi-
nizi, ya da, sadəcə, əhvali-ruhiyyənizi nümayiş etdirə bilərsiniz.
Abstrakt rəngkarlıq çoxları üçün sadə görünür, lakin o, klassik rəngkarlıq-
dan  daha  çətin  ola  bilər.  Bu,  abstrakt  sənətin  qayda  və  normalara  riayət 
etməməyindən irəli gəlir. Qaydaları pozmaq və yaxud riayət etmək, abstrakt 
sənətin nə və necə olduğuna dəyəri yalnız özünüz qərar verə bilərsiniz. 
2007-ci ildə Rusiyada rəssamın xatirəsinə ehtiram əlaməti olaraq hər 
il təqdim edilən Kandinski mükafatı təsis edilib. Yaradıcılığı bu və ya 
digər tərzdə müasir incəsənətin inkişafına təsir göstərən rəssamlar bu 
mükafata iddiaçı ola bilərlər.
3. 
V.Kandinskinin yaradıcılığı haqqında əlavə məlumat toplayın və təq-
dim edin.

V.Kandinski təsviri sənətin inkişafına hansı töhfəni verib?

Abstrakt incəsənətin meydana gəlməsinə nə təkan verdi?
Özünüzü yoxlayın
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə