DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   33

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
128
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Leonardo da Vinçi. “Beş baş” (qrotesk). ~1490-cı il. 
26,1x20,6 sm, kağız və mürəkkəb, Vindzor Qəsri
Karikaturanın ən əsas nəzəriyyəçisi Leonar-
do da Vinçi hesab edilir, hərçənd onun rəsmlərin-
də satirik məzmun yox idi.
Bu, maraqlıdır
Karikatura  cəmiyyətin  siyasi  həyatının 
müxtəlif tərəfl ərinə, sosial problemlərə toxu-
nur və yumoristik şəraiti əks etdirir. 
Zəngin  ənənələrə  malik  karikatura  janrı 
Azərbaycan təsviri sənətinin mühüm sahələrin-
dən biri kimi çoxcəhətli inkişaf yolu keçmişdir.
Azərbaycanda  karikatura  janrının  inki-
şafı 1906-cı il aprelin 7-də “Molla Nəsrəddin” adlı həftəlik satirik jur-
nalın nəşri ilə bağlıdır. Jurnal 1906–1918-ci illərdə Tifl isdə (indi Tbili-
si), 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Cəlil 
Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının naşiri və baş redaktoru 
olub. Bu jurnal mövcud olduğu 25 il ərzində cəmiyyətin eybəcərlikləri-
ni, qüsurlarını çəkinmədən, qorxmadan açıb göstərib, müsəlmanları, bir 
növ, cahillik yuxusundan oyatmağa çalışıb.
Azərbaycan  ədəbiyyatında  böyük  bir  məktəb  yaratmış  “Molla  Nəs-
rəddin” jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin 
yaranmasına səbəb olub.
Satiranın  əli  ilə  zərbə  vuran  karikaturaçı  rəssamlar  S.Şərifzadə, 
S.Sa lamzadə, M.Vlasov və başqalarının xidmətləri danılmazdır.
Azərbaycanda karikatura janrının inkişafında yeni ənənələrin ya-
ranmasına  1952-ci  ildə  “Kirpi”  satirik  jurnalının  nəşrə  başlaması  da 
təkan verib. Nəcəfqulu, H.Əliyev, Z.Kərimbəyli, P.Şandin, Ə.Zeynalov, 
A.Ələsgərov,  A.Quliyev  kimi  rəssamlar  bu  jurnalın  səhifələrində  cə-
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
129
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Karikatura – informasiyanın çatdırılma formasıdır, digər ifadə va-
sitələri ilə müqayisədə o, daha tez qavranılır və anlaşıqlıdır. Karikatu-
ralara əsasən cəmiyyətin vəziyyətini, onun problemləri və nöqsanlarını 
öyrənmək olar. Bu janr rəssamla tamaşaçı arasında ünsiyyət vasitəsidir. 
Satirik janr ictimai rəyin formalaşmasına təsir göstərir, müəyyən dün-
yagörüşünə malik mövqe tutmaqda oxucuya kömək edir. 
Mikayıl Abdullayev.
– Bu niyə belə sürətlə oxuyur?
– Əzbər bilir. Keçən ilin məruzəsidir.
Mikayıl Abdullayev.
– Bu niyə belə hıqqanır?
– Məruzəsini özgəsi yazıb.
Oskar Şmerlinq
Yusif Vəzir Çəmənzəminli
Əli Beyzad
miyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks 
etdiriblər.
Karikatura janrına marağın artması bu sahəyə peşəkar boyakar rəssam-
ların axını ilə müşayiət olunub. 1950–1960-cı illərdə Azərbaycanın görkəm-
li rəssamları – M.Abdullayev, T.Salahov, O.Sadıqzadə, K.Kazımzadə, A.Ha-
cıyev, G.Mustafayeva və başqaları bu sahədə layiqli əsərlər yaradıblar.
1960-1970-ci  illərdə  R.Qədimov,  A.Ələsgərov,  E.Abdullayev,  F.Əli-
yev,  M.İsmayılov,  E.Avalov,  M.Məmmədov  və  başqa  rəssamların  bu 
sahədə peşəkar işləri son nəticə etibarilə Azərbaycan karikatura sənətini 
zənginləşdirməyə xidmət edib.
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
130
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
XX əsrin karikaturası. Bizim konstitu siya.
Xahiş olunur ki, üfürməyəsiniz. 1905. S.Çe xonin
Karikaturaçı  baş  verən  bütün  dəyişiklikləri 
izləməlidir.  Karikatura  ləngimiş  şərhin  deyil, 
hadisələrin  bir  hissəsi  olmalıdır.  Karikaturada 
aydınlıq amili, sadəlik və insana çatdırılma ifa-
dəsi çox vacibdir.
Gündəlik  həyatınızda  komiks  yaradılacaq  və  ya  karikatura  çəkiləcək  kimi 
hadisələrə rast gəlmisinizmi?
Düşünün və izah edin
Karikatura  təkcə  güldürməyi  bacarmır,  həmçinin  publisist  işini  ye-
rinə yetirir, yəni tənqid, ifşa, təşviq edir; o, bədii dəyəri siyasi kəskinliklə, 
 iti ağıllı yenilikçi formanı vətəndaş məqsədyönlülüyü ilə özündə birləşdirir.
Daha kəskin karikaturaları bəzən şarj
4
 adlandırırlar.
4
 Şarj (fransızca charger – “şişirtmək”, “artırmaq”) – karikaturanın bir növü, insanın xa-
rakterik cizgilərinin dəyişdirildiyi və vurğulandığı yumoristik və satirik təsvi ridir. Şarjın 
əsasında portret durur və o, inkişaf edən süjet tələb etmir. Termindən bü tün incəsənət növ-
lərində istifadə edilsə də, təsviri sənət sahəsində maksimal istifadə olunur.
Bəzən  ilk  baxışdan  elə  gö-
rünür ki, şarj – sadəcə adi şə-
kildir, əslində, ağlasığmaz mə-
harət  və  böyük  təcrübə  tələb 
edir.  İri  plakatda  karikatura 
isə  –  heç  də  tanınmışların 
qulaqları  yekəldilmiş,  ya  da 
gözlərinin düymə boyda çəkil-
miş təsviri deyil. Şarj – rəssamın gördüklərinin vizual müşahidəsidir. Şarjı 
elə çəkmək lazımdır ki, onda təsvir edilən şəxsə qarşı təhqirə çevrilməsin. 
Şarj qəhrəmana istehza etməkdən daha çox onu xoş təbəssümlə işıqlandırır, 
məşhur insanı sadə adamlara yaxınlaşdırır.
Şarjın  yaradılmasında  mühüm  məqam  kompozisiyadır.  Şarj  çəkən 
təcrübəli  rəssam  şəkildəki  qabarıq  məqamı  eləcə  əks  etdirməyə  borclu 
deyil, həm də insanın ümumi psixoloji ovqatını ifadə etməli, onun daxili 
aləmini kağıza köçürməlidir.
Rəngli karandaşlar, fl omasterlər, pastel təbaşirlər, rəngli qələmlər
 
Sərbəst iş üçün tapşırıqlar
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
131
KARİKATURA VƏ ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Müəyyən edin
1.
  Komiks, karikatura və şarjın hansı ümumi və fərqli cəhətləri var?
Yaradıcı fəaliyyət
2.  а) 
Öz gündəlik həyatınıza dair kiçik komiks tərtib edin. 
 
Seçdiyiniz  süjeti  ardıcıllıqla  açan  mətn  qurun.  Onun  personajları 
öz aralarında söhbət edirlər, söhbətin mətni də onların ağızlarından 
çıxan buludun içində yazılır. Oxunan mətn təsvirlə yaxşı uzlaşmalı-
dır. Nəzərə alın ki, yaxşı komiks yaratmaq üçün təkcə maraqlı əhva-
lat yox, həm də maraqlı qrafika üslubu seçmək lazımdır.
 
b) 
“Müasir texnologiyalar uşaqların gözü ilə” mövzusunda karikatu-
ra çəkin. Öz qəhrəmanlarınız üçün xarakterik olan cəhətləri bilərək-
dən qabartmağa və komikləşdirməyə çalışın. 
 1. 
Karikaturanın hansı elementlər vasitəsilə təsvir edildiyini düşü-
nün: insanlar, mənzərə, əşyalar və s. 
 2. 
İlkin eskiz üzərində işlədikcə kompozisiyadakı bütün artıq, gərək-
siz elementləri atmaq və mövzunun daha ifadəli, kəskin və hər kəs 
üçün anlaşıqlı həllini tapmaq lazımdır.
 
c) 
Sevdiyiniz insanın şarjını çəkin. Onun ovqatını, daxili aləmini əks 
etdirməyə çalışın.
3. 
Təsvir edəcəyiniz sözü (yaxud öz adınızı) fikirləşin. Nümunələr üzrə 
istənilən  üslubda  və  qraffiti  texnikasında  yazın.  Şrift  seçin,  ya  da 
onu özünüzdən uydurun. Hərflərin içinin, konturlarının hansı rəng-
də olacağını müəyyən edin. İşə konturlardan, yoxsa boyamadan baş-
layacağınızı düşünün. Nəzərə alın ki, ən sadə üslubda olan işlər iki 
rəngdən ibarət olur. Bir rənglə kontur çəkilir, o birisi ilə boyanılır.

Komikslər nəyi əks etdirir?

Karikaturanın əsas funksiyaları hansılardır? 

Şarjlar nə üçün lazımdır?
Özünüzü yoxlayın
Sənətkar məsləhəti
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
132
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
Rəssamın ətrafımızda olan yaradıcılığını yadınıza salın, verilmiş 
əsərlərin hansı sənət növünə aid olduğunu müəyyən edin.
Özünüzü yoxlayın
LAYİHƏ


ƏZİZ DOST!
Dərsliyin səhifələrində təsviri sənətdəki yeni baxış və yeni anlayışlarla tanış oldunuz. 
Siz bu tükənməz aləmi dərk etməyə doğru ilk addımlar atdınız. Bu addımlar – sizin bu 
sənətləri gələcəkdə də dərk etməyinizin təməlidir. 
Bütün  təsviri  sənət  tarixində  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərinin  incəsənəti 
qavramaq üçün ən qəliz dövrlərdən biri hesab olunur. Heç bir əsr bu qədər faciəvi sosial 
sarsıntı, belə dəhşətli dünya müharibələri, bu qədər heyrətləndirici elmi-texniki tərəqqi, 
belə geniş milli-azadlıq hərəkatı görməmişdi. Bütün baş verənlər incəsənətdə dərin və 
ciddi dəyişikliklərə səbəb oldu, onun yeni və orijinal inkişaf yollarını müəyyən etdi. 
Həmin vaxtın bədii situasiyasının nadir olması ondan ibarət idi ki, özündən əvvəlki 
dövrlərdən  fərqli  olaraq,  realizm  ilə,  demək  olar  ki,  eyni  vaxtda,  bəzən  onunla  zidd 
olan  yeni  üslub,  cərəyan  və  istiqamətlər  meydana  çıxır  və  formalaşırdı.  Bir  tərəfdən, 
XX  əsrin  incəsənəti  köhnə  bədii  ənənələrdən  imtina,  keçmişin  klassik  irsini  yenidən, 
yaradıcı  şəkildə  dərk  etmək  cəhdi  kimi,  digər  tərəfdən,  heç  bir  çərçivə  və  şərtiliklə 
məhdudlaşdırılmayan cəsarətli yeniliklər, eksperimentlər kimi qavranılır.
XX əsrdə hər bir rəssam öz üslubunu, öz tərzini yaratmağa, öz dəst-xəttini təs diq-
lə məyə  can  atırdı.  O,  ilk  dəfə  öz  zövqünə  və  şövqünə  yönəlmək  üçün  real  imkan  əldə 
etmişdi. Heç vaxt rəssam öz yaradıcılığında bu qədər sərbəst və azad olmamışdı. 
İncəsənətdə sintez ideyası XX əsrdə çox doğma göründü. O, yeni növlərlə zənginləşdi: 
fotoqrafiya,  kinematoqraf,  televiziya,  video,  kompüter  qrafikası,  dizayn  bu  dövrün 
səciyyəvi əlamətlərinə çevrildi. Realist heykəltəraşlıq və rəngkarlığın əvəzinə kollaj, art-
obyekt, installyasiya gəldi. Rəssamlar əsrlərlə yalnız fırça və boyalarla işləmişdilər, XX 
əsrdə isə kompüter texnologiyalarından bəhrələnməyə başladılar. Bununla yanaşı, tarix 
göstərdi ki, təsvirin heç bir növü özündən əvvəlkini ləğv etmir, əksinə, yalnız rəssamın 
ifadə imkanlarını genişləndirir.
Gələcəkdə  hansı  sahəni  seçəcəyinizdən  asılı  olmayaraq,  incəsənətin  bədii  ifadə 
xüsusiyyətlərini  bilmək  sizin  hər  birinizə  gərəklidir.  Bu  biliklər  tamaşa  və  film 
yaradıcılarının  çatdırmaq  istədiklərini  daha  yaxşı  anlamaq  üçün  tamaşaçı  olaraq  sizə 
lazımdır. Bu biliklər öz video, foto və İnternet ismarıclarının müəllifi kimi sizlərə gərək 
olacaq.  Mədəniyyət  və  incəsənət  insan  fəaliyyətinin  bütün  sahələrində  yaradıcılığın 
təməlidir. 
Təsviri sənətin məktəbdə öyrənilməsi başa çatır, amma bu, sizin sonsuz İNCƏSƏNƏT 
yolunda irəliləyişinizin yalnız başlanğıcıdır.
İncəsənət – sizin əbədi yol yoldaşınız və dostunuzdur!
133
LAYİHƏ


134
 
LÜĞƏT
Təmiz rəng 
– rəng çevrəsindəki bütün əsas rənglər və onların çalarları deməkdir.
Spontan 
– heç bir xarici təsir olmadan öz-özünə meydana çıxan; bədahətən.
Kubizm 
– (fr. cubismecube – kub) – XX əsrin əvvəlində ilk nəhəng formalist cərə-
yan. Klassik incəsənətin böhran keçirməsi kubizmin yaranmasını şərt-
ləndirirdi. Rəssamlar naturanın əsasında sadə həndəsi formaların olması 
fikrini əsas tuturdular.
Monoxrom 
– (yunanca birrəngli) – bir rənglə işlənilmiş; bir rəng saçan.
Kollaj 
– (fransızca collage) – təsviri sənətdə üsul və texnika. Rəng və fakturaya 
görə fərqlənən hər hansı bir səth üzərinə yapışdırlmış digər materiallar.
Sürrealizm 
–  (fr.  surrealisme  –  “realizmdən  üstün”)  –  XX  əsrin  birinci  yarısın-
da  dünya  incəsənətində  bədii  istiqamət.  Sürrealist  rəssamlar  xəstə 
təxəyyülün qarabasmalarını, dəhşətli yuxuları, mistik görüntüləri in-
cəsənətdə  göstərməyi  öz  qarşılarında  məqsəd  qoyurlar.  Cəfəngiyat  və 
sərsəmlik  onlar  üçün  dünyanın  yeganə  qanunauyğunluğudur.  Onlar 
hesab edirlər ki, ağlın çaşması yaradıcı proses üçün ideal haldır. Belə 
incəsənətin  məqsədi  –  tamaşaçını  iradədən,  dərrakədən,  aktivlikdən 
məhrum etməkdir.
Abstraksionizm (abstrakt
incəsənət), mücərrəd
incəsənət 
– (lat. dilində abstractio) – XX əsr təsviri sənətində formalist (rəsmiy-
yətçi)  cərəyan.  Rəssamlar  təsviri  sənətin  növlərində  reallığın  təsviri 
əlamətlərindən  ümumiyyətlə  imtina  etmişlər.  Bədii  yaradıcılıqdan  ta-
mamilə uzaqlaşan rəssam əsərlərinin kompozisiyası müxtəlif səthlərdən, 
rəngli ləkələrdən, xətlərdən ibarət idi.
Modernizm 
–  (italyanca  modernismo  –  “müasir  cərəyan”)  –  XIX  əsrin  ikinci  yarı-
sı  –  XX  yüz illiyin  ortalarında  incəsənətdə  mövcud  olan  bədii  cərəyan-
ların  məcmusu.  İmpressionizm,  postimpressionizm,  kubizm,  abstrakt 
incəsənət  daha  mühüm  modernist  meyillər  idi.  Modernizm  –  klassik 
ənənələrə yenidən baxışın başlanğıcı kimi hesab olunur.
Avanqard 
– (avanqardízm) – XIX–XX əsrlərdə dünyada, ən əsası, Avropa incəsənə-
tində  yaranmış  cərəyanların  ümumiləşdirilmiş  adı.  Avanqard  anlayışı 
fransız mənşəlidir, tərcümədə “irəli” və “mühafizə” mənasını verən iki 
sözdən ibarətdir.
Ekspressionizm 
–  (fr.  expressionnisme  –  ifadə)  –  XX  əsrin  əvvəllərində  Avropa  in-
cəsənətində  bədii  cərəyan.  Dünya  müharibəsinin  dəhşətlərindən 
mənəvi  sarsıntı  keçirən  XX  əsrin  rəssamları  əsərlərində  bilərəkdən 
öz hislərini ifadə edirdilər. Müharibəyə etirazın ifadəsi kimi meydana 
gəlmiş,  Birinci  Dünya  müharibəsindən  sonra Almaniya  və Avstriya-
da xüsusilə geniş yayılmışdı. Əsərlərin əsas motivləri və obrazları – 
şəhər mənzərəsinin fonunda dağıntılar, ölüm, xəstəlik, faciə, dəhşət, 
dərin kədər idi.
Konstruktivizm 
– (frans. constructivismelatın dilində constructio – “tikili” sözündən) 
– XX əsrin 20-30-cu illərində inkişaf etmiş, bədii obrazının əsasını kom-
pozisiyanın deyil, konstruksiyanın təşkil etdiyi avanqard üslub (metod, 
istiqamət). Formaların ciddiliyi, həndəsiliyi, lakonikliyi və zahiri görü-
nüşün əzəmətliyi ilə səciyyələnir.
Kinetik sənət,
yaxud kinetizm 
– (yunanca kinetikos – “hərəkətə gətirən” deməkdir) – müasir incəsənət-
də formanın hərəkəti ideyasına əsaslanan, hərəkət edən obyektlərin geniş 
tətbiqi ilə əlaqəli cərəyan. Kinetizm işıq və hərəkətin köməyilə sənət əsə-
ri yaratmağın mümkünlüyü barədə təsəvvürə əsaslanır.
LAYİHƏ


135
LÜĞƏT
Nonkonformizm 
– (ingiliscə non – “yox”, conformis – “oxşar”, nonconformism – “qeyri-ox-
şar”) – hamı tərəfindən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və 
qanunların inkar edilməsi. Neqativizm anlayışının sinonimi.
Tematik 
– (rusca тема – mövzu) janr – süjetli əsərlərin müxtəlifliyidir. Buraya 
tarixi, məişət, batal, animalistik, mifoloji və digərləri daxildir.
Biennale 
– hər iki ildən bir keçirilən bədii sərgi, festival və ya yaradıcı müsabiqə.
Dəzgah qrafikası 
– təsviri sənətin qrafika növünün inkişaf sahəsi, molbert üzərində yara-
dılan və sərbəst təsvir dilinə malik qrafik əsərlərdir. Onların yaradılma-
sında tuş, qara quaş, karandaş, kömürdən istifadə edilir.
Bədii fotoqrafiya 
– (yunan dilində phos – “işıq”, grapho – “yazıram” deməkdir) – gerçək-
liyin ikiölçülü müstəvidə bədii qavrayışının işıq, rəng (tonallıq, kolorit), 
format, kompozisiya, plan, çəkilişin rakursu kimi təsviri-ifadə vasitələri 
ilə fotoşəkil texnikasının köməyi ilə həyata keçirilir.
Obskur kámerası 
– (latın dilində camera obscūra – “qaranlıq otaq” deməkdir) – obyektlərin 
optik təsvirini almağa imkan verən qurğunun (qutu) ən sadə növü. İşıq 
şüaları dəliyin içindən keçərkən ekranda çevrilmiş təsvir yaradır.
Qrafik redaktor 
– istifadəçiyə kompüterin ekranında təsvir yaratmaq və onu redaktə et-
mək, həm də, məsələn, JPEG, PNG, GIF və i. kimi əksər populyar for-
matlarda hazır təs viri saxlamaq imkanı verən kompüter proqramıdır.
Kinematóqraf 
–  (yunanca  κινημα,  yiyəlik  halda  κινηματος  –  hərəkət  və  yunanca  γραφω 
–  “yazmaq”,  “çəkmək”;  yəni  “hərəkətin  yazılışını  edən”)  –  insanın  hə-
rə kət edən təsvirlər yaratmaqdan ibarət fəaliyyət sahəsi. Bəzən həm də 
si nematóqraf  (fr.  cinématographe  –  “köhnəlmiş”)  və  kinematoqráfiya 
da adlandırılır. Ad Lümyer qardaşlarının icad etdiyi və texnologiyadan 
kom mersiya istifadəsinin başlanğıcını qoymuş eyniadlı aparatın adından 
götürülüb.
Animasiya 
– (fr. animation – canlandırma, diriltmə) – cizgi filminin Qərb adı: kino 
sənəti növü və onun əsəri (cizgi filmi), həmçinin cansız, hərəkətsiz ob-
yektlərin köməyi ilə hərəkət illüziyası yaratmaq imkanı verən müvafiq 
texnologiya.
Anime 
– (yaponca “anime”) – yapon cizgi filmi və ya animasiyası. Anime hər 
yaşda olan insanlar üçün hazırlanır.
Komiks 
– (ingiliscə comic – gülməli) – vahid hekayəni təşkil edən qısa mətnli şə-
kil silsiləsidir. Yumoristik, macəra, fantastik, tarixi və digər komikslər 
olur.
Qraffíti 
– (tək halda – qraffítoitalyan dilində – graffito, cəm halda – graffiti
– XX əsrin son rübündə avanqardizm cərəyanı, divarda və digər səthlər-
də boya və yaxud mürəkkəblə cızılmış, yazılmış və ya çəkilmiş təsvirlər, 
rəsmlər, ya da yazılar. Adicə sözlərin yazılışından ta zərif rəsmlərədək 
küçə  divarlarının  boyanmasının  istənilən  növünü  qraffitiyə  aid  etmək 
olar. İstənilən incəsənət kimi, qraffitinin də öz üslubu və cərəyanları var.
Karikatura 
– (italyan dilində caricatura – yükləmək, şişirtmək) – bilərəkdən komik 
effektin yaradıldığı, adamları ifşa etmək, yaxud onlara gülmək məqsə-
dilə vücudun, sima nın, geyimin, davranış tərzinin xarakterik cəhətləri-
nin  şişirdildiyi  və  qabardıldığı  təsvirləri  (çox  zaman  qrafikada,  satirik 
formada) birləşdirən xüsusi təsviri sənət janrıdır.
Şarj 
–  (fransızca  charger  –  “şişirtmək”,  “artırmaq”)  –  karikaturanın  bir 
növü, insanın xarakterik cizgilərinin dəyişdirildiyi və vurğulandığı yu-
moristik və satirik təsvi ridir. Şarjın əsasında portret durur və o, inkişaf 
edən  süjet  tələb  etmir.  Termindən  bü tün  incəsənət  növlərində  istifadə 
edilsə də, təsviri sənət sahəsində maksimal istifadə olunur.
LAYİHƏ


Redaktor:
Rəssam: 
Bədii redaktor: 
Səhifələyici: 
Korrektor: 
Format: 70 x 100 1/16. Ofset kağızı 1. Fiziki çap vərəqi 8.
Çapa imzalanmışdır: ________. Tirajı: _______, pulsuz
LAYİHƏ

Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə