DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
NAUM QABO: HEYKƏLTƏRAŞLIQDA XƏTLƏRİN HƏNDƏSƏSİ
36
Qabo müxtəlif üsul və materiallardan istifadə edirdi: polad, neylon 
ip, məftil, güzgü, bürünc, alüminium və s. O, qapalı və “bütöv” deyil, 
şəffaf və “yüngül” formalara, ətraf mühit ilə aktiv qarşılıqlı təsirdə olan 
oyuq və boşluqlara üstünlük verirdi. Onun yoğun kəndirdən və məftil-
dən  düzəldilmiş  yeni  fəza  konstruksiyalarında  büküklər  küncləri  əvəz 
edir. Qabonun bütün heykəlləri həndəsi istiqamətdədir, insan fi qurunun 
təsvirində  burun,  dodaq,  ağızı  təsvir  edən  daxili  hörmələr  və  arakəs-
mələr görünür. Onlar eyni zamanda konstruksiyanın vacib elementləri 
hesab olunur.
Qabo memarlığı sintetik su-
rət də tamamlayan, inkişaf etdi-
rən  xeyli  kompozisiya:  Beyen-
korf  (Rotterdam,  1956–1957) 
uni vermağı,  Rokfeller  mərkəzi 
(Nyu York, 1956), İncəsənət Mu-
zeyi (Baltimor, 1950–1951), Mil li 
Qalereya (Berlin, 1973) üçün rel-
yefl ər, konstruksiyalar ya radıb.
“Baş № 2”. 1916. Kons truktivizm. 
Polad. 175,3x134x122,6  sm. Teyt 
Qalereyası, London
“Konstruksiya: yaxalıqlı daş”. 1936–1937. Konstruk-
tivizm. Daş, sellüloz, latun, sü xur. 37x72x55 sm. Teyt 
Qalereyası, London. Böyuk Bri ta niya
Təsviri sənət qalereyası
Naum Qabonun heykəllərində fəza konstruksiyaları
“Məkanda xətti konstruksiya № 4”. 
1950. Konstruktivizm.
 Polad. İncəsənət Muzeyi, Los-Anceles
“Rotterdamda kinetik heykəl”. 1955–1957. 
Polad, naqillərdən tor. 2600x450x540 sm.  
Rotterdam, Hollandiya
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
37
NAUM QABO: HEYKƏLTƏRAŞLIQDA XƏTLƏRİN HƏNDƏSƏSİ
Naum Qabo incəsənətin öz dəyəri və funksiyası olduğunu iddia edirdi. 
Onun fikrincə, həndəsi prinsiplər heykəlin təməli hesab edilir. Bu prinsipə 
əsasən, fiqurun fəzadakı həcmi onun kütləsi ilə deyil, bu həcmi təsvir edən 
xətlərlə müəyyən edilir. 
Sənətkarın bilavasitə xidməti heykəlləri simli və spiralvari tökmə üsu-
lunun kəşfindən, formaların materialsızlaşmasından və şəffaflıq effektin-
dən ibarətdir. 
Naum Qabo üçün həcmin kütləsi deyil, onun tamamilə əksi olan boş-
luq  plastik  vasitə  idi. Aydın  forma,  müasir  materiallar,  ciddi  həndəsi-
liyin ardıcıllığı və təbiətdən ilham alan mühəndis fantaziyasının dəqiq 
hesablamaları tamam yeni estetikanın ifadəsindən ötrü bədii vasitə idi. 
Çox zaman memarlığa uyuğunlaşdırılmış “Qüllə”, “Monument” və yaxud 
“Quyu”  kimi  adlar  daşıyan  bu  əsərlərdə  Qabonun  konseptual  xəyalları 
əyani ifadə edilir; əgər onları monumental ölçüdə qurmaq üçün texniki 
imkanlar olsaydı, bu cür fəza konstruksiyaları XX yüzilliyin məbədləri 
ola bilərdi.
Material əsərin üslubuna təsir göstərə bilərmi?
Düşünün və izah edin
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
05.08.1890–23.08.1977
Bryansk, Oryol quberniyası, Rusiya imperiyası
Kurskda gimnaziya
London Kral İncəsənət Kollecinin fəxri doktoru, İncə-
sə nətə töhfəsinə görə Loqan qızıl medalı (ABŞ), Brita-
niya imperiyası Ordeni Kavaleri
dünya təsviri sənət avanqardının lideri, incəsənət 
nəzəriyyəçisi; memar, heykəltəraş
portret, süjetli əsərlər
“Ayağa  qalxmış  dalğa”  (1920),  “Fəzada  konstruksi-
ya”  (1937),  “Hava  limanı  üçün  monument”  (təxminən 
1932–1948), “1 №-li xətt konstruksiyası” (1942–1943), 
“Baranc sfera mövzusu” (təxminən 1960), “Qırmızı daş” 
(1964–1965) və s.
Naum Qabo 
(Naum Gabo)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
NAUM QABO: HEYKƏLTƏRAŞLIQDA XƏTLƏRİN HƏNDƏSƏSİ
Müəyyən edin
1. 
Verilmiş heykəltəraşlıq əsərlərinin mövzuları nədən ibarətdir?
Yaradıcı fəaliyyət
2. 
Rəngli kağızdan və kartondan qeyri-adi praktik əşyalar düzəltməyə 
çalışın.
Rəngli kağız, karton
 
Sərbəst iş üçün tapşırıqlar
Sənətkar məsləhəti
“Çiçək” stulu – eyni cür 
qatlanmış polad vərəqlər-
dən  quraşdırılıb.  Onlar 
bir-birinə  tərəf  əyilib  və 
bir-birinə  dayaqdır.  San-
ki  vərəq  hissələr  əvvəl 
bükülür,  sonra  da  çiçək 
kimi açılır. Bu konstruk-
siyada  vərəqlər  stulun 
ayaqları,  oturacağı,  söy-
kənəcəyi  və  dirsəkliyi 
funksiyalarını yerinə ye-
tirməklə  möhkəm  struk-
tur yaradaraq, bir-birinə 
dayaqlanır.
3. 
N.Qabonun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim 
edin.

N.Qabo və Henri Murun heykəltəraşlıq üslubları nə ilə fərqlənir?
Özünüzü yoxlayın
38
Sülh, əmin-amanlıq və harmoniya ideyalarının incəsənət vasitəsilə bi-
zim  dünyamıza  daxil  olmasında  heykəltəraş  Naum  Qabonun  xidməti  az 
deyil. O, dünya incəsənət avanqardının liderlərindən biri kimi incəsənət 
tarixində əbədi olaraq qalacaq.
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
39
SALVADOR DALİ:  DAHİNİN SÜRREALİST
 
KAİNATI
Tanış olun
Ötən yüzillik dünyaya bir neçə müəmmalı dahi bəxş edib. Salvador Dali 
bu siyahıda fəxri yer tutur. O, əsrin yaşıdı sayılır və çoxşaxəli istedadı ilə 
dünya mədəniyyəti və incəsənətinin inkişafına böyük təsir göstərib.
İki dahi rəssam – Dali və Pikasso tamamilə bənzərsiz baxışları ilə dün-
yanı heyran etdilər və həyatın mövcud olan qanunlarını dəyişdilər. Dünya 
haqqında təsəvvürlər hər birində fərqli idi və onların yaradıcılığı bizim 
alışdığımız təfəkkürdən bir qədər seçilirdi. Əgər Pikassonun yaradıcılığı-
nı azacıq da olsa başa düşmək olurdusa, Dali nəinki öz yaradıcılığı, həm də 
həyatdakı davranışı ilə ya heyranlıq, ya da yalnız ikrah hissi doğururdu.
Salvador Dali – sürrealizm cərəyanının görkəmli nümayəndəsi və XX 
əsrin  ən  nüfuzlu  incəsənət  xadimlərindən  biri  idi.  Rəssamın  qeyri- adi 
xarakteri, nadir istedadı və olduqca yaradıcı rəngkarlıq üslubu ona şöh-
rət qazandırdı.
Dali yaradıcılığında toxunmadığı mövzu qalmamışdı. Bu, atom bom-
bası, vətəndaş müharibələri, elm, incəsənət və hətta yemək hazırlanma-
sına dair əsərlər idi. O, hətta sağlam düşüncə tərzinə malik insanın dərk 
edə bilmədiyi hər bir şeyi ağlasığmaz təsvirlərə çevirirdi.
Abstraksionizm və kubizm cərəyanlarının rəssamları öz əsərlərini han-
sı bədii ifadə vasitələri ilə təsvir edirdilər?
Xatırlayın
9-10
Rəssamların yaratdığı əsər lər han sı təəssüratı doğurur? Onlar bununla 
nə demək is təyiblər? Təsvir edilmiş re bus la rı açmaq müm kündür mü?
İncəsənətə dair dialoq
Frida Kalo. “Yuxu (Çarpayı)”. 1940. Selma və 
Nesuş  Er te qum ların  kollek siyası.  Nyu  York, 
ABŞ
Rene  Maqritt.  “Şəxsi  də yərlər”.  1952. 
Müasir İncəsənət Muzeyi. San-Fransis-
ko, ABŞ
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə