DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
33
PAUL KLEE: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
Klee taxta və iplərdən kompozisiyalar yaradır, onların üzərində fırça 
ilə işləyirdi.  Onun  son  işləri  bir qədər  uşaqsayağı görünür,  amma  rəs-
sam, nə çəkmək istədiyinə çox əmin idi. Paul Klee hətta oyuncaqlar da 
düzəldir. Həmin oyuncaqların arasında onun avtoportreti də var idi.
Paul Kleenin ev teatrından 
kukla. Avtoportret
“Kukla (portret)”. 1923.
A.S.Puşkin ad. Dövlət Təsviri 
Sə nət Muzeyin kolleksiyasın-
dan. Moskva
“Adsız”. Təxminən 1940. Paul 
Klee Mərkəzi, Bern. İsveçrə
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
18.12.1879–29.06.1940
Münhenbuhzee, Bern yaxınlığı. İsveçrə
Münhendə Zərif Sənətlər Akademiyası
ekspressionizm, abstraksionizm, kubizm, sürrea-
lizm; qrafi k, incəsənət nəzəriyyəçisi, rəngkar 
portret, mənzərə, animalistika, natürmort
“Üfüqdən qalxan günəş” (1907), “Fiqurun rəngi” (1914), 
“İdeya uğrunda ölüm” (1915), “Kilsələr şəhəri” (1918), 
“Asiyalı  artistlər”  (1919),  “Göyərçin  ilə  natürmort” 
(1931),  “Qardaşlar  və  bacılar”  (1930),  “Nil  əfsanəsi” 
(1937) və s.
Paul Klee 
(Paul Klee)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
“Xətsiz bir gün olmasın” – onun devizi belə idi. O, heç vaxt bir istiqamət üzrə 
getmirdi. Əsərlərində baş verən hadisələr haqqında danışsa da, onun əsərləri ta-
mamilə abstrakt və həndəsi idi. 
Bilirsinizmi?
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
PAUL KLEE: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
Dahi rəssam Paul Klee bir çox müasir cərəyanlar, o cümlədən rəng-
karlıqdakı məzmun üzərində qələbə çaldı. Onun əsərləri müşahidə, fəl-
səfi  fi kir və texniki icra əsasında yaranmışdır. Bədii ilham mənbəyindən 
qaynaqlanan həmin əsərlər müasir incəsənətin başlanğıcı hesab edildi.
“Lüsern yaxınlığında 
park”. 1938
“Düşüncə”. 1938 
“Cəsur qızılgüllər”. 1938
Klee  mürəkkəb  texnikalarda  işləyir  və  geniş  material  çeşidindən  istifadə 
edirdi:  pastel  təbaşirlər,  akvarel,  yağlı  boya,  tempera,  mürəkkəb  ilə  rəsm  çə-
kir, həmçinin ofortlar (metal üzərində oyma üsulu ilə yerinə yetirilən qravür-
lər) işləyirdi. Çox zaman bir əsərdə xeyli müxtəlif materialdan istifadə edirdi. 
O, qravürlərə maraq göstərirdi və şüşə üzərində iynə ilə təsviretmənin orijinal 
texnikasını icad etmişdi.
Bu, maraqlıdır
Müəyyən edin
1. 
P.Kleenin verilmiş xətli və həndəsi əsərlərində nə təsvir edilmişdir?
Yaradıcı fəaliyyət
2. 
Abstrakt xətt və həndəsi fi qurlardan ibarət süjetli rəsm çəkin.
3. 
P.Kleenin yaradıcılığı barədə əlavə məlumat toplayın və təqdim edin.
Rəngli  karandaşlar,  fl omasterlər,  pastel  təbaşirlər,  rəngli  qələmlər, 
quaş, akvarel
 
Sərbəst iş üçün tapşırıqlar

Ekspressionist əsərlərdə nə təsvir edilir?

P.Kleenin yaradıcılığı digər müasirlərindən nə ilə fərqlənir?
Özünüzü yoxlayın
34
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
35
NAUM QABO: HEYKƏLTƏRAŞLIQDA
 
XƏTLƏRİN HƏNDƏSİLƏŞMƏSİ
Tanış olun
Naum Qabo – XX əsrdə təsviri sənətin inkişaf tarixinə öz sənəti ilə 
dərin  təsir  göstərmiş  və  heykəltəraşlığın  fəlsəfi  fikrini  bu  gün  də  çox 
cəhətdən müəyyən edən görkəmli rəssamlardandır. 
 O, konstruktivizmin
1
 və kinetik
2
 sənətin əsasını qoyanlardan biri-
dir. Çox zaman onun əsərlərinin elm ilə əlaqəli olduğunu deyirlər, belə 
ki, Qabonun heykəlləri həmişə elmi və riyazi görünüşə malikdir. Qabonu 
təbiətin  yaratdığı  təbii  formaların  gözəlliyi  və  harmoniyası  maraqlan-
dırırdı. Naum Qabo rəssamlıq deyil, mühəndislik təhsili almışdı, Mün-
hen  Universitetində  təbabəti,  təbiət  elmlərini  və  mühəndislik  sənətini 
 öyrənmişdi.
Naum Pevzner (əsl soyadı) kubizmin təsiri altında rəssam olacağına 
qərar verir və yaratdığı konstruktivist heykəllərinə “Qabo” təxəllüsü ilə 
imza atır. O, hələ uşaq ikən özünü rəssam qardaşı Antuan Pevznerdən 
fərqləndirmək üçün soyadını dəyişmişdi.
Rəssamlar həndəsi fiqurların köməyi ilə tam təsviri necə çatdırırdılar?
Xatırlayın
8
Verilmiş əsərlərin oxşar və fərqli 
cəhətləri nədədir?
İncəsənətə dair dialoq
Pablo Pikasso: “Mandalina çalan 
qız”. 1910. Kətan, yağlı boya. Müasir 
İncəsənət Muzeyi. Nyu York, ABŞ
Naum Qabo: “Baş № 2” (fraqment). 
1916. Polad. 175,3x134x122,6 sm.
Teyt Qalereyası, London
1
 Konstruktivizm (frans. constructivismelatın dilində constructio – “tikili” sözündən) – 
XX əsrin 20-30-cu illərində inkişaf etmiş, bədii obrazın əsasını kompozisiyanın deyil, kons-
truksiyanın təşkil etdiyi avanqard üslub (metod, istiqamət). Formaların ciddiliyi, həndəsili-
yi, lakonikliyi və zahiri görünüşün əzəmətliyi ilə səciyyələnir.
2
 Kinetik sənət, yaxud kinetizm (yunanca kinetikos – “hərəkətə gətirən” deməkdir) – 
müasir incəsənətdə formanın hərəkəti ideyasına əsaslanan, hərəkət edən obyektlərin ge-
niş tətbiqi ilə əlaqəli cərəyan. Kinetizm işıq və hərəkətin köməyilə sənət əsəri yaratmağın 
mümkünlüyü barədə təsəvvürə əsaslanır.
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə