DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   33

ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
27
1
 Modernizm (italyanca modernismo – “müasir cərəyan”) – XIX əsrin ikinci yarısı – XX 
yüz illiyin ortalarında incəsənətdə mövcud olan bədii cərəyanların məcmusu. İmpressio-
nizm, postimpressionizm, kubizm, abstrakt incəsənət daha mühüm modernist meyillər 
idi. Modernizm – klassik ənənələrə yenidən baxışın başlanğıcı kimi hesab olunur.
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA
 
TƏBİƏT FƏLSƏFƏSİ 
Tanış olun
Britaniya heykəltəraşı Henri Mur XX əsrin elə nəhəng sənət ustala-
rındandır ki, onun orijinal və təkrarolunmaz yaradıcılığı müasir insan-
ları həyəcanlandırmaqda davam edir.
  Onun  həm  muzeylərdə  sərgilənən,  həm  də  şəhər  mühitində  ucalan 
heykəlləri bütün dünyada məşhurdur. Henri Mur fəaliyyətə Avropa in-
cəsənətində modernizmin
1
 formalaşdığı bir zamanda başlamışdır. 
Murun əsərlərindəki heyrətamiz bədii bütövlüyün heykəltəraşlıq ta-
rixində  bənzəri  yoxdur.  Formalar  bəzən  dərinlik  və  boşluq  yaradaraq, 
rəvan və ayrılmaz şəkildə bir-biri ilə uzlaşır. Mur heç vaxt aydın forma 
problemləri ilə məşğul olmayıb. Onu təbii formaları xatırladan obrazlar 
maraqlandırırdı: qədim daşlar, dağ mağaraları, insan vücudu və s.
Çox  gənc  yaşlarında  olarkən  dahi  Mikelancelonun  yaradıcılığı  onu 
məftun etmiş və o, heykəltəraş olmağa qərar vermişdir. 20-ci illərin əv-
vəllərində Muru erkən sivilizasiyaların incəsənəti daha çox cəlb edirdi. 
Murun öz üslubu isə zaman keçdikcə formalaşmışdır. O çalışırdı ki, hey-
kəlləri təbiətin özünün yaratdığı kimi təbii və əbədi olsun, sanki onlar 
ucaldığı  yerdə  yüzillərdir  dayanıb,  təbiətin  zərbələri  altında  dəyişilib 
və  cilalanıb. Açıq  məkanlar  üçün  nəzərdə  tutulmuş  əsərlərdə  landşaft 
ilə əlaqə qorunur. Yarıuzanmış fiqurlar torpağın üstündə elə yerləşib ki, 
sanki onlar yerdən çıxıb, abstrakt formalar bir-birinə  qovuşur. 
Heykəltəraş öz əsərlərini açıq məkanlarda yerləşdirərək onları ətraf-
dakı mənzərə ilə qovuşdurmağa səy göstərirdi. 
Monumental  heykəltəraşlıq  dəzgah  heykəltəraşlığı  nümunələrindən 
nə ilə fərqlənir?
Qədim zamanlardan müsair dövrə kimi heykəltəraşların yaratdıqları 
heykəllərin mövzusu nəyə həsr edilirdi?
İncəsənətə dair dialoq
Xatırlayın
6
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA TƏBİƏT FƏLSƏFƏSİ
28
“Yarıuzanmış ana körpəsi ilə”. 1983. Texnika: bürünc. Üs lub: 
ab straksionizm
“Kral  və  kraliça”.  1953–1955.  Texnika:  bürünc. 
Üslub: abstrak sio nizm. Midlhem açıq səma altında 
heykəltəraşlıq mu zeyi. Şotlandiya
“Dinc qoyunlar”. 1971–1972. Sürix
“Ailə”.  1948–1949.  Müasir 
İn cəsənət Mu ze yi. Nyu York
Henri Murun heykəlləri orta əsr heykəllərindən nə ilə fərqlənir?
Düşünün və izah edin
Murun  əsərləri  əvvəllər  real  obyektlərə  kifayət  qədər  bənzəsə  də, 
sonralar abstrakt xarakter daşımağa başladı. Heykəltəraş öz kompozi-
siyalarını ağacdan, daşdan, bürüncdən, dəmir-betondan və terrakotadan 
(bişmiş  sarı  və  ya  qırmızı  gil)  yaradırdı.  O,  bir  sıra  əsərlərini  ağac  və 
qurğuşundan düzəltmiş, hissələrini tarım çəkilmiş sim və ya mis məftil-
lə bərkitmişdir.
Təsviri sənət qalereyası
Qadına həsr olunmuş heykəllər, ailə və analıq mövzusunda kompo-
zisiyalar
LAYİHƏ


ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
29
HENRİ SPENSER MUR: HEYKƏLTƏRAŞLIQDA TƏBİƏT FƏLSƏFƏSİ
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
30.07.1898–31.08.1986
Kastlford, Qərbi Yorkşir. Böyük Britaniya
Lids Rəssamlıq Kolleci, London Kral Rəssamlıq Kolleci
Xidmətə görə orden, Şöhrət Kavaleri Ordeni
abstraksionizm; heykltəraşlıq
portret, süjetli əsərlər
“Quş  yuvası”  (1939),  “Cəhrə”,  “Oxatan”,  “Nöqtəli 
oval”, “Yırğalanan kürsü”, “Tağ”
Zaman keçdikcə başa düşdüm ki, forma və məkan eyni 
şeydir.  Formanı  başa  düşmədən  məkanı  dərk  etmək 
qeyri-mümkündür.
Henri Spenser Mur 
(Henry Spencer Moore)
Həyat xronologiyası
GÖRKƏMLİ HEYKƏLTƏRAŞLAR
Mur tamaşaçıları heykəllərinə insanın anatomik bənzəri kimi deyil, 
onlara  təbii  landşaftın  bir  hissəsi  kimi  nəzər  salmağa  məcbur  edirdi. 
Əgər heykəltəraşın yarıuzanmış fiqurlarına diqqətlə nəzər salsaq, onlar-
da İngiltərənin enişli təpələrini, küləyin və suyun qırış saldığı daşları və 
sahil qayalarını görmək, yağışın səsini eşitmək, dənizin ətrini hiss et-
mək olar. Murun bədii dili XX əsr heykəltəraşlığı üçün prinsipial cəhət-
dən yeni təzahür idi.
1984-cü  ildə  Berlinin  750  illiyi  şərəfinə  Henri  Murun  yaratdığı 
“Kəpənək” abidəsi 1987-ci ildə o zaman hələ konqres mərkəzi olan Berlin 
Dünya xalqları mədəniyyət evinin qarşısında ucaldıldı. Onun ən məşhur 
əsərlərindən biri olan “Nüvə enerjisi” Çikaqo Universitetinin qarşısında 
qoyulub.
Henri Mur təbiətdə addımbaşı rast gəlinən daşları, süxurları, sümük və digər 
formaları ehtirasla toplayardı və bu ehtiras onun bütün yaradıcılığında öz əksini 
tapmışdır.
Bu, maraqlıdır
Mur işarələr – rəmzlər heykəltəraşı idi, heç vaxt obrazların portret 
oxşarlığına və ya psixoloji səciyyəsinə can atmazdı. O, yaradıcılıq yolu 
boyunca fiqurativ incəsənət (insan və ya heyvan fiqurları daxildir) və 
abstraksiya arasında sərbəst hərəkət edirdi. 
Sənətkar monumental fiqurativ plastika ənə nəsini davam etdirərək, 
onu yeni yaratdığı forma və bədii metodlarla zənginləşdirmişdir.
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə