196 Kİmya problemləRİ №2 2015



Yüklə 66,37 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü66,37 Kb.
#37392


196                                        

KİMYA PROBLEMLƏRİ № 2 2015 

 

UOT 661.183.5       



MONTMORİLLONİTİN  KOLLOİDLİYİNƏ MÜXTƏLİF AMİLLƏRİN TƏSİRİNİN 

ÖYRƏNİLMƏSİ 

X.N.İlyasova, Ə.İ.Yaqubov, N.M.Muradova, Ə.N.Nuriyev, F.Ş.Cəlilov 

AMEA-

nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 

Az. 1143,Bakı, H.Cavid pr. 113; e-mail:

chemistry-bsu@mail.ru

 

 

Məqalədə termiki işlənmiş Daş-Salahlı montmorillonit gil mineralının kolloidliyinə bir sıra qeyri-

üzvi mübadilə kationlarının, temperaturun, mühitin pH-nın və kation aktiv metilen abısı boyasının 

təsiri tədqiq edilmişdir. Bentonitin termiki nümunələrinin sedimentasiyasına 15mq/l qatılıqlı 

Co(CH

3

COO)

2  

və CdCl

2

 

məhlullarının təsiri öyrənilmişdir. Aydınlaşdırılmışdır ki, Co

2+

 

və Cd

2+

 

ionları bentonit nümunələrinin sedimentasiyasına demək olar ki, eyni dərəcədə təsir göstərirlər. 

Bu hal hər iki ionun eyni yüklü olması, cüzi fərqin olması isə onların təbiəti ilə əlaqədardır. 

Temperatur və mühitin pH-nın dəyişməsi isə gil suspenziyasının kolloidal xassəsini əsaslı 

dəyişdirmiş olur. 

            Açar 

sözlər: montmorillonit, metilen abısı, disperslik, ion mübadilə, monokation 

 

           



Təbii  montmorillonit  əsasında  effektiv 

sorbentlərin,  bentonların,  nanogillərin  sintezi, 

termiki  işlənməsi  və  səthlərində  əmələ  gələn 

turşu-əsas mərkəzlərinin paylanmasının, fiziki-

kimyəvi və kolloid xassələrinin öyrənilməsinin 

elmi  əsaslarının  işlənib  hazırlanması,  onların 

sorbsiya, katalitik, lak-

boya  və  s.  proseslərdə 

istifadəsi mühüm əhəmiyyət kəsb edir. 

           

Bentonit  əsaslı  gil  mineralları  təbiətdə 

çox  geniş  yayılmışdır,  müxtəlif  sənaye 

sahələrində,  o  cümlədən,  tullantı  sularının 

qeyri-


üzvi  və  üzvi  maddələrdən  təmizlən- 

məsində  adsorbent  kimi  tətbiq  sahəsinə 

malikdir.  Bentonit  mineralının  son  illər 

çıxarılması stabildir  və ildə 10mln. ton təşkil 

ed

ir. Çıxarılan bentonitin 60%-i adsorbentlərin 



istehsalına,  qazmada  işlədilən  məhlulların  və 

dəmir  filiz  okatışlarının  hazırlanmasına  sərf 

olunur.  Belə  tətbiq  sahəsinə  malik  olması, 

onun böyük ehtiyatlarının olması və ucuz başa 

gəlməsi  ilə  əlaqədardır  [1-4].  Bu  baxımdan 

təbii  bentonit  əsasında  effektiv  sorbentlərin 

alınması,  onların  fiziki-kimyəvi  xassələrinin 

öyrənilməsi ən mühüm məsələlərdən biridir. 

               

Tədqiqat  obyekti  kimi  Daş-Salahlı 

montmorilloniti 

və  onun  bir  sıra  termiki 

işlənmiş,  monokation  formaları  alınmış  və 

xarakterizə  olunmuşdur.  Alınmış  monokation 

formalı  bentonit  nümunələri  15mq/l  qatılıqlı 

Co(CH


3

COO)


 

və  CdCl



2

  

məhlulları  ilə 



işlənmişdir.  Sorbent  nümunələrinin  sedimen- 

tasion    xarakteristikaları  (cədvəl  1.)

 

tədqiq 


olunmuşdur.  Cədvəl  1-in  məlumatlarından 

göründüyü 

kimi  müxtəlif  temperaturlarda 

(100,  200  və  400Sº)  termiki  işlənmiş 

nümunələrdə  hər  iki-  Co

2+

 



və  Cd

2+

 



ionlarının 

müxtəlifliyinin  olmasına  baxmayaraq kolloid 

fraksiyanın  miqdarında  ciddi  fərqin  olması 

müşahidə  olunmur.  Belə  halın  olması  həmin 

ionların  yüklərinin  eyni  və  təbiətlərinin  oxşar 

ol

ması  ilə  əlaqədardır.  Kolloid  fraksiyanın 



miqdarının  400Sº-də  termiki  işlənmiş 

nümunələrdə  daha  kəskin  azalması  müşahidə 

olunur  və  nəticədə  hidratlaşmış  çöküntünün 

miqdarı artır. Termiki işlənmə zamanı bentonit 

nümunələrində  kristallik  quruluşun  yaranması 

baş  verir  və  bu  zaman  laylar  arası  məsafə 

kiçilir. 

Bu  da  struktur  laylarında  və  mübadilə 

kationları  ilə  əlaqəli  suyun  tədricən 

kənarlaşmasına  səbəb  olur,  nəticədə  sorbent 

nümunələrinin  istər  qeyri-üzvi kationlara, 

istərsə  də  üzvi  molekullara  qarşı  sorbsiya 

tutumu  azalır.  Nəzərə  almaq  lazımdır  ki, 

bentonitdə mübadilə kationlarının 80%-i laylar 

arası  boşluqlarada  yerləşir.  200Sº  -də  termiki 

işlənmiş  bentonit  nümunələri  qeyri-üzvi  və 

üzvi m

addələrə  qarşı  ən  yüksək  sorbsiya 



tutumuna malik olurlar  [3]. 

Tədqiqatın 

gedişində  metilen  abısı  kationaktiv  boyasının 

sorbsiyası  zamanı  kolloid  fraksiyaya  təsiri 

əyyənləşdirilmişdir.  



 

KİMYA PROBLEMLƏRİ № 2 2015

 



                                                         

X.N.İLYASOVA və b.                                                       197

 

 



 

 

                                                                                             



KİMYA PROBLEMLƏRİ № 2 2015

 



198                          

MONTMORİLLONİTİN  KOLLOİDLİYİNƏ MÜXTƏLİF  

 

          



Cədvəl  1-dən  göründüyü  kimi  təbii 

montmorillonitdə (105 Sº-də termiki işlənmiş) 

metilen  abısının  sorbsiyası  zamanı  kolloid 

fraksiyanın  miqdarı  55.8%  tərtibində  olur. 

Kationaktiv 

metilen 


abısı 

boyasının 

adsorbsiyasına ion və hidrofob qarşılıqlı təsirin 

müxtəlif 

olması 

bentonitdə 



kolloid 

fraksiyasının  dəyişməsinə  səbəb  olur.  Belə 

olan  halda  kationaktiv  boyanın  qatılığının 

dəyişməsinin  rolunu  nəzərə

 

almaq labüddür. 



Tədqiq olunan sorbent nümunələrində metilen 

abısı  boyasının  sorbsiyasının  dəyişməsini 

L

ənqmür  tənliyindəki  sorbtivin  paylanmasını 



xarakter

izə  edən  K  sabitinə  əsasən  də 

müəyyənləşdirmək  olar.  Belə  ki,  K-  nın 

hesablanmış  ən  kiçik  qiymətinə  metilen 

abısının  maksimum  miqdarı  uyğun  gəlir  [3]. 

Tədqiqatın gedişində həmçinin təbii, Na

+

, Cu


2+

 

və  Al



3+

 

formalı  termiki  işlənmiş  bentonit 



nümunələri Co(CH

3

COO)



 

və CdCl2  duzları 



ilə  işlənmiş  və  alınan  gil  suspenziyalarının 

temperaturdan 

asılı 

olaraq 


kolloidliyi 

öyrənilmişdir.  

          

Təcrübi  nəticələrdən  göründüyü  kimi 

bütün  hallarda  kolloid  fraksiyaların  miqdarı 

azalmış  olur.  Lakin  kolloid  fraksiyanın 

tempera

turdan asılı olaraq ən az azalması təbii 



və Na

+  


formalı bentonitin Co

2+

 



və Cd

2+

 



duzları 

ilə  işlənmiş  nümunələrində,  ən  çox  azalması 

isə  Cu

2+

 



və  Al

3+

  



nümunələrində  müşahidə 

olunmuşdur.  Belə  fərqin  müşahidə  olunması 

təbii  və  Na

 



formalı  bentonitdə  mübadilə 

prosesinin  təmamilə  axıra  qədər  getməsilə 

əlaqədardır  ki,  bu  da  göstərilən  nümunələrdə 

kolloid  fraksiyanın  kifayət  dərəcədə  çox 

olması  ilə  izah  olunur.  Nümunələrin 

kolloidliyinin  dəyişməsində  mühitin  pH-nın 

rolu  tədqiq  olunmuşdur  (cədvəl  2).  Cədvəl 

məlumatlarından  göründüyü  kimi  tədqiq 

olunan bütün hallarda pH-

ın  qiymətini  2-dən 

9-

a  qədər  artması  zamanı  kolloid  fraksiyanın 



miqdarı artmış olur.  

 

Cədvəl 2. Bentonit nümunələrinin  kolloid fraksiyasiyalarının  mühitin pH-dan asılılığı 



Gilin 

kationəvəzolunmuş 

formaları 

Kolloid fraksiya, % 

pH-2 

pH-9 

Təbii- Co

2+

 

          Cd



2+

 

          1.13 



          1.02 

         96.92 

         97.4 

Na-   Co


2+

 

         Cd



2+ 

          5.3 

          5.42 

         96.76 

         95.92 

Cu -  Co


2+

 

         Cd



2+ 

          5.32 

          7.16 

         7.38 

         14.1 

Al-    Co

2+

 

         Cd



2+ 

          3.54 

          3.3 

         17.3 

         28.16 

 

          



Ən çox artma isə təbii və  Na

 



formalı 

gil suspenziyalarının  Co

2+

 

və Cd



2+

 

əvəzlənmiş 



törəmələrində özünü əyani göstərir. Belə halın 

yaranmasını  göstərilən  nümunələrdə  qələvi- 

liyin  daha  güclü  artması  ilə  izah  etmək 

olar[1,2].  

 

Beləliklə, 



aparılan 

tədqiqatlar 

nəticəsində  aydınlaşdırılmışdır  ki,  pH=2 

qiymətində  kolloid  fraksiyanın  miqdarı  kiçik,  

pH=9  qiymətində  isə  yüksək  qiymətə  malik 

olur. Bir sözlə, pH-ın qiymətinin dəyişməsinə 

əsasən 

monokation 



formalı 

bentonit 

nümunələrinin    kationaktiv  boyalara  qarşı 

sorbsiyası  haqqında  konkret  fikir  söyləmək 

olar.  

       


Aparılan tədqiqatlara əsasən belə nəticəyə 

gəlmək  olur  ki,  termiki  işlənmə  zamanı 

bentonit  nümunələrinin  mübadilə  tutumu  və 

şişməsi  dəyişmiş  olur.  Bu  zaman  mübadilə 

kationlarının  hidroliz  olunması  istisna 

olunmur. 



KİMYA PROBLEMLƏRİ № 2 2015

 



                                                          

X.N.İLYASOVA və b.                                                    199 

ƏDƏBİYYAT 

1.

 

Тарасевич  Ю.И.  Физико-химические 



основы  и  технологии  применения 

природных 

и 

модифицированных 



сорбентов в процессах очистки воды. // 

Химия  и  технология  воды,  1998,  т.20, 

№1, с.42-48.  

(Tarasevich Ju.I. Fiziko-himicheskie 

osnovy i tehnologii primenenija prirod- 

nyh i modificirovannyh sorbentov v 

processah ochistki vody. // Himija i 

tehnolog

ija vody, 1998, t.20, №1, s.42-48.) 

2.

 



Ягубов.  А.И.,  Нуриев  А.Н.,  Мурадова 

Н.М.  и  др.  Сорбция  метилена  голубого 

на обработанном бентоните. // Аз. Хим. 

Жур. 2014, № 3, с.53-62. 



(Jagubov. A.I., Nuriev A.N., Muradova 

N.M. i dr. Sorbcija metilena golubogo na 

obrabotannom bentonite. // Az. Him. Zhur. 

2014, № 3, s.53-62). 

3.

 



Ягубов  А.И.,  Биннатова  Л.А.,  Мура- 

дова  Н.М.,  Нуриев  А.Н.  Очистка 

сточных вод от катионных краси- телей 

с  использованием  монокати-  онных 

форм бентонита. // Журнал прикладной 

химии, 2010, т. 83, вып.3, с. 421-424.  



(Jagubov A.I., Binnatova L.A., Muradova 

N.M., Nuriev A.N. Ochistka stochnyh vod 

ot kationnyh krasitelej s ispol'zovaniem 

monokationnyh form bentonita. // Zhurnal 

prikladnoj himii, 2010, t. 83, vyp.3, s. 421-

424.) 

4.

 

Nasseri S., Alemi  A., Yagubov A.I., Nuriev 

A.N.  Adsorption of copper (II) and cobalt 

(II) from model sewage onto modified 

bentonite.  //  Enviromental Science An 

Indian Journal, 2014,vol.  olu  9, Issue 4, 

p.142-148. 

 

ВЛИЯНИЕ РАЗЛИЧНЫХ ФАКТОРОВ НА КОЛЛОИДНОЕ 



СОСТОЯНИЕ МОНТМОРИЛЛОНИТА 

 

Х.Н.Ильясова, А.И.Ягубов, Н.М.Мурадова, А.Н.Нуриев, Ф.Ш. Джалилов 

Институт Катализа и Неорганической Химии им.акад. М.Ф.Нагиева 

Национальной АН Азербайджана 

                                   AZ 

1143 Баку, пр.Г.Джавида, 113; e-mail: chemistry-bsu@mail.ru 

 

Исследовано  влияние  некоторых  неорганических  обменных  катионов,  температуры,  рН-среды  и  

катионактивного красителя метилена голубого на коллоидные свойства термообработанного глинистого 

минерала  Даш-Салахлинского  месторoждения.  Изучено  влияние  растворов  Co(CH

3

COO)

2  

и    CdCl

2



концентрацией 15мг/л, на седиментационные характеристики термообработанного бентонита. Выяснено, 

что ионы  Co

2+

 

и Cd

2+

 

в одинаковой степени влияют на седиментационную характеристику бентонитовых 

образцов.  Изменение  температуры,  рН-среды  существенно  влияeт  на  коллоидные  свойства  глинистых 

суспензий. 

Ключевые слова: монтмориллонит, метилен голубой, дисперсность, ионообмен, монокатион. 

 

 IMPACT OF VARIOUS FACTORS ON COLLOIDAL 

STATE OF MONTMORILLONITE 

 

Kh.N.Ilyasova, A.I.Yaqubov, N.M.Muradova, A.N.Nuriyev, F.Sh.Calilov 

 

Institute of Catalysis and Inorganic Chemistry named after Acad.M.Nagiyev 

H.Javid ave., 113, Baku AZ 1143, Azerbaijan Republic; e-mail: chemistry-bsu@mail.ru 

 

The article examines the impact of some inorganic exchange cations, temperatures, pH-medium and cation-active 



methylene blue dye on colloidal properties of thermo-treated Dash-Salahly clay mineral. The effect of  

Co(CH

3

COO)

2

  and  CdCl

2

  solutions with concentration of 15mq/l on sedimentation of thermo-treated bentonite 

has been studied. It revealed that Co

2+

 

və Cd

2+

 ions equally influence on sedimentation of bentonite samples. The 

change of temperature and pH medium has an essential effect on colloidal properties of clay suspensions. 

Keywords: montmorillonite, methylene blue, dispersibility, ion exchange, monocation. 

  

                                                                                                            Redaksiyaya daxil olub  23.01.2015. 

 

 

                                                                                             



KİMYA PROBLEMLƏRİ № 2 2015

 

Document Outline

  • Ильясова-4

Yüklə 66,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə