Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

19
IV  -  V  əsrlərdə  Hindistanda  feodal  münasibətləri  meydana  gəlməyə 
başladı. Bu zaman Hindistan yarımadasının əsas hissəsi Qupta imperiyası-
nın  əlində  idi.  V  əsrin  sonu,  VI  əsrin  əvvəllərində  Şimal-qərbi  Hindis-
tana Ağ hunların hücumu başladı. Hunlarla aparılan ağır müharibə Qupta 
imperiyasını  zəiflətdi  və  imperiya  dağıldı.  İqtisadiyyat  tənəzzül  etməyə, 
şəhər həyatı sönməyə başladı. Qupta imperiyasının dağılması ilə Hindistan-
da quldarlıq quruluşu dağıldı.
Erkən  feodalizm  kənd  icmaları  daxilində  dəyişiklik  baş  verdi.  Böyük 
ailələrin birgə təsərrüfatları xırda kəndli təsərrüfatlarına bölündü. Bu pro-
Hindistanda feodalizmin yaranması
“Hindlilər tari-
xi hadisələrin 
ardıcıllığına 
əhəmiyyət 
vermirlər. Onlar 
öz hökmdarlarının 
hakimiyyəti haqqında 
danışanda xronoloji 
ardıcıllığa riayət 
etmirlər.”
Əl-Biruni
(Müsəlman alimi)
1. Yuxarıdakı şəkil əsasında Hindistanda
təbəqələşmə haqda fikir söyləyin.
2. Açar sözlərdən hansıları sizdə Hindistan
haqqında təsəvvür yaradır?
3. Əl-Biruninin yazdıqlarına əsaslanaraq, XI 
əsrədək Hindistan tarixini nə dərəcədə etibarlı 
saymaq olar?
Düşünün
Feodalizmin yaranması 
Kasta
Racə
Xarşa
Mənsurə
Acanta
Açar sözlər
3
1. Qədim Hindistan hansı dövlətlərin hücumlarına məruz qalmışdı?
2. Qədim Hindistan dünya elminə hansı töhfələri vermişdir?
Yada salın


20
Erkən orta əsrlər
ses  kənd  icmaları  daxilində  bərabərsizliyi  artırdı.  Bu  dövrdə  Hindistanda 
həm  dövlət,  həm  də  ayrı-ayrı  şəxslər  tərəfindən  xidmət  əvəzində  torpaq 
paylanılırdı.  Təbəqələşmə  güclənirdi.  Təbəqələşmənin  əsas  elementi 
kastalar  idi.  Qədim  dövrdə  olduğu  kimi  hind  cəmiyyəti  ənənəvi  kasta 
qanunları ilə idarə olunurdu.
Bu  dövrdə  Şimali 
Hin distanda çoxlu xır   -
da  knyazlıqlar  ya ran-
dı.  Bu  müstəqil  knya-
zlıqları racələr və max-
araclar ida rə edirdilər. 
Belə  kn yaz lıqlardan 
biri  Şi  mali  Hindistanı 
əha tə edən Xarşa döv-
ləti  idi.  Bu  dövlət 
təqribən hökmdar Xar -
şanın hakimiyyəti illə-
rində (606-646) möv -
cud  olmuşdur.  Xarşa-
nın  ölümündən  son-ra 
Çinin  təzyiqi  nəticə-
sində  bu  dövlət  süqut 
etdi.  Şimali  Hindis-
tanda  siyasi  dağınıqlıq 
gücləndi.
VIII əsrin əvvəllərində ərəblər feodal pərakəndəliyi yaşayan Hindista na 
yürüşə başladılar. Qısamüddətli uğurlardan sonra ərəb hücumları da yan  dı. 
Belə ki, güclənməkdə olan Pratixar dövləti qüvvələri birləşdirib ərəb lərə 
cid di müqavimət göstərməyə başladı. Nəticədə ərəblər 711-ci ildə yal nız 
Sindi ələ keçirməyə nail oldular. Ərəb xilafətinə daxil edilən bu əra zi də 
bir  müddət  feodal  ara  müharibələrinə  son  qoyuldu,  vergi  yığıl ma sında 
• Sizcə Qupta imperiyasının dağılması ilə Hindistanda feodalizm yarandımı?
• Təbəqələşmənin dərinləşməsində kastaların hansı rolu ola bilərdi?
Cavablandırın_Xarşa_dövləti__21'>Cavablandırın
Xarşa dövləti


21
“Xarşa adil hökmdar idi. Xarşa hər beş ildən bir 75 günlük şənlik keçirərdi. 
Şənlikdə din xadimlərinə, sonra isə kasıblara, səfillərə və yetimlərə hədiyyələr 
paylanardı. Belə şənliklərin birində dövlət xəzinəsi tamam boşalmış, Xarşa 
özünün şəxsi zinət əşyalarını və hətta köhnə paltar geyinərək, əynindəki bahalı 
paltarı belə hədiyyə olaraq vermişdi.”
Çin səyyahı Syuan Szanın hökmdar Xarşa haqqında yazdıqlarından
Müzakirə edin
Bu yazılanlardan Xarşanın hansı müsbət və mənfi cəhətlərini görmək olar?
Əgər ərəblər bütün Hindistanı tuta bilsəydilər Hindistanın tarixində hansı 
dəyişikliklər ola bilərdi? Fikrinizi əsaslandırın.
Cavablandırın
Hind racəsinin qəbulunda
Elm və mədəniyyət
Feodal münasibətlərinə keçid ilə bağlı Hindistanın qədim dinlərindən olan 
hinduizm dirçəlməyə başlayır. Bu din kasta quruluşunu möhkəmləndirirdi. 
Erkən orta əsrlərdə Hindistanda riyaziyyat, astronomiya, kimya, tibb və s. 
elmi  sahələrdə  böyük  uğurlar  əldə  edilmişdi.  Hind  riyaziyyatçıları  kəsr-
lərlə  mürəkkəb  əməliyyatlar  aparmağı  bacarırdılar. Astronomlar  Günəş  və 
Ay  tutulmasına  dair  nəzəriyyə  işləyib  hazırlamışdılar.  Kimyaçılar  istiliyin 
təsiri  ilə  rəngini  dəyişməyən  boyaq  maddələri  hazırlmağı  öyrənmişdilər. 
Dehlidə V əsrin əvvəllərində hazırlanmış tökmə dəmir qüllənin bu günədək 
paslanmaması metal emalının mükəmməl texnologiyasından xəbər verir. O 
dövrdə Hindistanda 200-ə yaxın cərrahiyyə alətindən və ağrıkəsici dərman-
dan istifadə olunurdu. Bütün bu elmi biliklərin inkişafında Hindistanda ali 
Şərq dünyası
və  torpaq  sahib li   yində 
qayda-qanun  y a   radıldı. 
İslam  dini  ya yıl mağa 
başladı. Ərəb xi lafətinin 
zəiflədiyi  zaman  Sinddə 
iki  müstəqil  əmirlik
 
– 
Mənsurə  və  Mul tan 
əmirlikləri ya ran dı.


22
Erkən orta əsrlər
• Hindistan mədəniyyətinin əhəmiyyəti nə idi?
• Çin, İran və Hindistan mədəniyyətlərinin oxşar cəhətləri nə idi?
Cavablandırın
Axtarın
“Rəqs edən Allahın heykəli”, Acanta mağara-məbədləri
• Acantadakı mağara-məbədləri 9 əsr ərzində tikilmişdi. Bu məbədlərin
divarları əsasən Buddanın təsvir olunduğu freskalarla bəzədilmişdi.
• “Rəqs edən Allahın heykəli” dünyada hərəkətin mənbəyi sayılırdı.
Öyrənin
Acanta mağara-məbədləri
təhsil məktəblərinə oxşar məbədlərin əvəzsiz rolu vardı. Belə məbədlərdən 
biri  Nalanda  monastır-universiteti  idi.  Hind  sənətkarlarının  qayalarda 
və dağ mağaralarında oyduqları abidələrin ən gözəl nümunələrindən biri 
Mərkəzi Hindistanda – Acantadakı mağara-məbədləridir.


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə