Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami


Parfiya  dövlətini  süquta  uğradan  fars  əya- lətinin  hakimi  Ərdəşir



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

15
Parfiya  dövlətini  süquta  uğradan  fars  əya-
lətinin  hakimi  Ərdəşir  226-cı  ildə  Ktesifonda 
(Mədaində) özünü 
“şahlar şahı”
 elan etdi. İran-
da  yeni  dövlətin
  – 
Sasanilər  dövlətinin  əsası 
qoyuldu.
III-V  əsrlərdə  İranda  feodal  münasibətləri 
formalaşırdı. İri feodallar və onlardan asılı olan 
kəndlilər təbəqəsi yaranırdı. Sasani hökmdarları 
hakimiyyətin  dayaqlarını  möhkəmləndirmək 
üçün torpaq sahələrini hərbçilərə paylayırdı.
Kəndlilər  və  sənətkarlar  mülk  sahibinə  vergi  verir,  mükəlləfiyyət  daşı-
yırdılar. Sasanilər dövründə əsas torpaq mülkiyyət forması 
dastakert 
idi.
Sasani dövlətində şah qeyri-məhdud, irsi hakimiyyətə malik idi. Baş kahin 
Sasanilər imperiyası və Qafqaz
“II Kirin dövründən 
Ön Asiyanın 
bütün vilayətləri 
fars satraplarının 
hakimiyyəti altında 
olmuşdur.”
Ərdəşir
(İran şahı)
1. Yuxarıdakı rəsm əsasında Şərq dövlətində ida-
rəetmə haqqında fikir bildirin.
2. İran şahı bu sözlərlə nə demək istəyirdi?
3. Yuxarıdakı açar sözlərdən hansıları sizlərə 
tanışdır?
Düşünün
Yeni dövlət və yeni quruluş
Zərdüştlük
Ktesifon
“Şahlar şahı”
Məzdəkilər
Qafqaz
Açar sözlər
2
1. Əhəməni imperiyası hansı əraziləri əhatə etmişdir?
2. Yunan-İran müharibələrinin nəticəsi nə olmuşdur?
Yada salın
Sasani sikkəsi


16
Erkən orta əsrlər
Sasanilər imperiyasının idarəçilik sisteminin sxemini hazırlayın.
Cavablandırın
Atəşpərəstlik  Sasanilər  imperiyasında  hakim  din  idi.  Zərdüştlük  dini 
kimi də tanınan bu din bizim eradan əvvəl VI əsrdən eramızın VII əsrinə-
dək üç imperiyanın dövlət dini olmuşdur. Ərdəşirin dövründə zərdüştlüyün 
müqəddəs kitabı “Avesta” bərpa edilmişdi. Atəşpərəstliyin baş məbədi Qa-
zaka şəhərində yerləşirdi.
481-ci ildə ölkədə baş verən aclıq Məzdək hərəkatının başlanması üçün 
qığılcım oldu. Məzdək ədalətli cəmiyyətin qurulmasını tələb edirdi. Sasani 
şahı I Qubad əyanların nüfuzunu zəiflətmək üçün məzdəki-ləri müdafiə etdi. 
Lakin, məzdəkilər hərəkatının genişləndiyini görən şah 529-cu ildə hərəkatı 
qan içərisində boğdu, Məzdək edam olundu.
I Xosrov məzdəkilər hərəkatından bir sıra nəticələr çıxardı. O, başa düşdü 
ki, xalqı narazı salan vergi sistemində bəzi dəyişiklik etmək lazımdır. 
Xaraq
 
məhsulla deyil, pulla alınmağa başlandı. 
Gezitin
 isə əmlakın miqdarından 
asılı olaraq ödənilməsinə icazə verildi. Güclü ordu yaradıldı. Torpaqsız İran 
kəndliləri şərq sərhədlərinə və Qafqaza köçürüldü. I Xosrovun keçirdiyi isla-
Daxili siyasət
“Mən – sahlar şahı I Şapur aşağıdakı şahlıqlara sahib oldum! Fars, Partav, 
Ərəbistan, Aturpatakan, İberiya, Albaniya, Balasakan və sonra Kap və “Alban 
qapıları”na qədər ərazi, Midiya, Gürgan, Mərv, Herat, Turan... Bu ölkələrin 
şahları və hakimləri bizə xərac gətirməyə başladlar”.
Nəqşi-Rüstəm məbədinin divarına həkk  olunmuş yazıdan
Müzakirə edin
Adları çəkilən ölkə və şəhərlər haqqında nə deyə bilərsiniz?
Hakimiyyət nərdivanı
şahdan sonra ikinci şəxs hesab olu-
nurdu.
Hakimiyyət  nərdivanının  son-
rakı pilləsində əyalətləri idarə edən 
mərzbanlar dayanırdı. Nərdivanın 
ən  aşağı  pilləsində  xırda  və  orta 
feodallar  –  azadlar  dururdular. 
Əkinçilər,  maldarlar,  sənətkar  və 
tacirlər əhalinin əsas hissəsini təş-
kil  edir  və  “vergi  verənlər”  ad-
lanırdılar.


17
• 
Dastakert
 feodal torpaq mülkiyyəti 
• 
Gezit
 – həddi-büluğa çatmış hər bir kişidən alınan can vergisi
• 
Xaraq
 –  torpağın və məhsulun miqdarına görə alınan vergi
Lüğət
• I Xosrov islahatlar  keçirməkdə hansı məqsədi güdürdü?
• Zərdüştlük dini hansı  imperiyaların hakim dini olmuşdur?
• Sasanilərin daxili siyasətinin əsas istiqamətləri hansılar idi?
Cavablandırın
Sasanilər imperiyasının süqutu və Qafqaz
Sasanilərin  apardığı  işğalçılıq  siyasəti  Qərbdə  Bizansın  işğalçılıq 
niyyətləri  ilə  toqquşurdu.  591-ci  ildən  Bizansla  bağlanmış  “əbədi  sülhə” 
görə Cənubi Qafqaz tərəflər arasında bölüşdürüldü. Fasiləsiz müharibələr 
Sasanı imperiyasını zəiflətdi. Ərəb dövlətinin qoşunları 642-ci il Nəhavənd 
döyüşündə  sasaniləri  ağır  məğlubiyyətə  uğratdı.  Ardıcıl  məğlubiyyətlər 
nəticəsində 651-ci ildə Sasanilər dövləti süqut etdi.
III-V əsrlərdə Sasanilər imperiyasının tərkibində olan Cənubi Qafqazda 
feodalizmə xas olan münasibətlər yaranırdı. Torpaq sahibləri asılı kəndlilərin 
əməyi hesabına yaşayırdılar. Burada Albaniya, Kartli və Laz çarlığı kimi 
dövlətlər var idi. IV əsrin əvvəllərində Cənubi Qafqaz ölkələrində xris-
Şərq dünyası
hatlar Sasanilər imperiyasında feodal münasibətlərini xeyli möhkəmləndirdi, 
iqtisadi yüksəlişə təkan verdi.


18
Erkən orta əsrlər
• Kəndlilərin feodaldan asılılığının səbəbi nə ola bilərdi? 
• Fikirləşin, nə üçün Qafqaz müharibələrdən yaxa qurtara bilmirdi? 
Cavablandırın
Sasanilər dövründə İranda mə-
dəniyyət inkişaf edirdi. 
X  əsrdə  yaşamış  şair  Firdov-
si  Sasani  dövründən  bəhs  edən 
“Şahnamə”  əsərini  yaratmışdır. 
Hindlilərin  “Kəlilə  və  Dimnə” 
əsəri pəhləvi dilinə, başqa dillərə, 
o  cümlədən,  sonralar Azərbaycan 
dilinə  tərcümə  edilmişdir.  Şahlar 
üçün inşa edilən möhtəşəm saray-
lar  memarlığın  yüksək  inkişafını 
göstərirdi.
İranda nərd, çovkan oyunları xalq arasında geniş yayılmışdı.
Elm və mədəniyyət
Nərd oyununda zərlərin üzərindəki işarələri hansı dildə və necə səsləndirirlər?
Cavablandırın
• Sasani imperiyasının mövcud olduğu dövrdə iki hökmdarı – Borandoxt və 
Azormdoxt qadın olmuşlar.
• Sasani ordusu rəsmi sənədlərdə “Rüstəmin ordusu” adlanırdı.
Öyrənin
Axtarın
Sasanilər, Qafqaz, Avesta, Məzdəkilər
Ktesifonda şah sarayı
tian dini yayılmağa başladı. Bu dövrdə bölgəyə türk tayfalarının aramsız 
yürüşləri başladı. Nəticədə regionda türklərin sayı artdı və siyasi nüfuzu 
gücləndi.


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə