Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami


Xidmət müqabilində paylanan torpaq mülkləri “feod”



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

11
Xidmət müqabilində paylanan torpaq mülkləri “feod” adlanırdı. Bu söz 
Avropa mənşəli olsa da, feodal qaydaları ilk dəfə Şərqdə yaranmışdı.
III əsrdə Çində Xan sülaləsi devrildi. Bununla da quldarlıq quruluşuna zərbə 
vuruldu. III-VI əsrlərdə Çində vahid dövlət yox idi. Ölkə bir-biri ilə mübarizə 
aparan müstəqil padşahlıqlara parçalanmışdı. Aramsız müharibələr hökmdar-
ları böyük ordu birləşmələri saxlamağa məcbur edirdi. Hökmdar özü ən böyük 
torpaq sahibi idi. O, hərbi xidmət müqabilində, özünün ən yaxın adamla-
rına iri torpaq sahələri paylayırdı. Məmur və ya hərbçi vəzifəsindən azad 
edildikdə, dövlət onu torpaq üzərindəki sahiblik hüququndan məhrum edirdi. 
Beləliklə, III-IV əsrlərdə feodal münasibətləri yaranırdı. Ölkə əhalisinin əsas 
hissəsini kəndlilər təşkil edirdi. Onlar torpaqdan istifadə əvəzində xəzinəyə 
vergi verməli idilər. Əsas vergi töycü idi və məhsulla ödənilirdi. Bundan əlavə 
kəndlilər mükəlləfiyyət icra edirdilər: pulsuz olaraq sarayların, məbədlərin və 
qalaların tikintisində işləməyə məcbur edilirdilər.
Çin imperiyalar dövründə
Erkən orta əsrlər
“Bu “4 böyük ixtira” 
tərəqqiyə səbəb oldu. 
Uzaq səyahətlərə və 
yeni torpaqların aşkar 
olunmasına şərait 
yaratdı.”
Jozef Nidem 
(Çin tədqiqatçısı)
1. Yuxarıdakı xəritədə gördüklərinizi şərh edin.
2. Necə fikirləşirsiniz, Jozef Nidem hansı “4 böyük      
ixtira”nı nəzərdə tuta bilərdi?
3. Açar sözlərdən hansıları sizə tanışdır?
Düşünün
Çində feodalizmin yaranması
Böyük Çin səddi
Böyük İpək Yolu
Sülalə
Qəzet
Barıt
Açar sözlər
1. Qədim Çində hansı sülalələr hakimiyyətdə olmuşdur?
2. Qədim Çin əhalisi Avropa ölkələri ilə necə əlaqə saxlaya bilirdi?
Yada salın
1


12
Erkən orta əsrlər
• Necə fikirləşirsiniz, kəndlilər “feod” ala bilərdilərmi?
• Feodalizm cəmiyyətində hansı təbəqələr mövcud olmuşdur?
Suy imperiyasının yaranmasının əhəmiyyəti nə olmuşdur?
Suy imperiyası
VI əsrin sonlarında 
Çində  vahid  dövlət 
ya   radılması  uğrunda 
mübarizədə  sərkərdə 
Yan  Szyan  öz  rəqib-
lərinə  qalib  gəldi  və 
özü nü  imperator  elan 
etdi.  Çanan  şəhəri 
pay taxta çevrildi. Bu-
nunla da təqribən 400 
illik fasilədən sonra bütün Çin ərazisini əhatə edən vahid dövlətin
 – 
Suy im-
pe riyasının (586-618) əsası qoyuldu.
Suy sülaləsinin sonuncu hökmdarı Yan Quanın hakimiyyəti dövründə ölkədə 
təsərrüfat inkişaf etdi. Ölkə daxilində yük daşınmasını asanlaşdırmaq üçün Yantszı 
və Xuanxe çayları arasında Böyük kanal çəkildi. 
VII  əsrin  əvvəllərində  Çində  yeni 
sülalə
  – 
Tan  sülaləsinin  hakimiyyəti 
quruldu.  Bu  sülalənin  imperatorlarını 
“Səma oğlu” adlandırırdılar. Dövləti da-
xilən  möhkəmləndirmək  üçün  Tan  im-
peratorları torpaq və vergi islahatları ke-
çirdilər. Böyük İpək Yolu yenidən bərpa 
olundu, ticarət canlandı.
Tan  imperatorlarının  fəal  işğalçılıq 
siyasəti  nəticəsində  Koreya  və  Vyetnam  Çinə  tabe  edildi.  Lakin  Mərkəzi 
Asiyanın işğal etmək cəhdi baş tutmadı. 751-ci ildə Talas çayı sahilindəki 
Böyük kanal
Tan imperiyası
Cavablandırın
Cavablandırın
Çin imperatoru


13
• Suy və Tan imperiyası dövründə baş vermiş mühüm hadisələri sadalayın.
• IX əsrdə Çində başlanan üsyanların səbəbi nə ola bilərdi? 
Şərq dünyası
Cavablandırın
Xuan Çao üsyanından sonra Tan sülaləsi zəiflədi və devrildi, ölkədə ara 
müharibələri  başladı.  Bu  müharibələr  nəticəsində  Çində  Sun  sülaləsinin 
hakimiyyəti quruldu. Bu sülalənin hökmdarları ölkənin şimal sərhədlərinin 
qorunmasına daha çox vaxt ayırmağa məcbur olurdular. Vaxtı ilə Çindən 
asılı olan çjurçjen tayfaları güclü ordu yaradaraq Çinə hücum etdilər. Çinin 
şimalını ələ keçirən çjurçjenlər burada öz dövlətlərini yaratdılar. Onlar öz 
dövlətlərini Tsin (yəni Qızıl) imperiyası adlandırırdılar.
Sun imperiyası
döyüşdə ərəblər Çin ordusunu məğlubiyyətə uğratdı.
VIII əsrdən etibarən iri feodalların mövqeyi güclənməyə başlayır. On-
lar müxtəlif yollarla kəndli torpaqlarını ələ keçirir və özlərindən asılı hala 
salırdılar. Feodal zülmündən canlarını qurtarmağa çalışan kəndlilər doğma 
yurdlarından qaçaraq, dağlarda və meşələrdə dəstələr yaradıb üsyan edirdilər.
Çində ən böyük kəndli üsyanlarından biri 874-cü ildə Xuan Çao adlı bir 
kəndlinin başçılığı ilə başladı. Üsyançı ordu ölkənin paytaxtı Çanan şəhə-
rini ələ keçirib Xuan Çaonu imperator elan etdi. Xuan Çao vergiləri ləğv 
etdi və anbarlardan yoxsullara taxıl payladı. Lakin imperator və feodallar 
üsyanı yatırmaq üçün şimalda yaşayan köçəri tayfaları köməyə çağırdılar. 
Onların köməyi ilə üsyan yatırıldı.


14
Erkən orta əsrlər
Bu  dövrdə  Çin  xalqı  elm  və  mə-
dəniyyətdə  böyük  uğurlar  qazanmış-
dır. VIII əsrdə “Paytaxt xəbərləri” adlı 
gündəlik qəzet çap edilməyə başladı. 
Şəhərlərdə  sənətkarlar  “Çini  qab” 
adlanan  qablar,  lak,  fil  sümüyündən 
əşyalar  düzəldirdilər.  Barıt  və  kitab 
çapı bu dövrdə ixtira olunmuşdur. XI 
əsrdə  sənətkar  Bi  Şen  kitab  çapının 
əsasını  qoydu.  III-IV  əsrlərdə  bud-
dizmin  təsiri  ilə  çoxpilləli  qüllələr, 
mağara-məbədlər inşa edilmişdi. Budda mağara-məbədi divar rəsmləri ilə 
bəzədilirdi.
• İlk dəfə kağız pullar – xueci – Tan sülaləsi dövründə dövriyyəyə buraxılmışdır.
• VII əsrdə Çində Alimlər palatası yaranmışdır.
• Barıtdan Çində əvvəlcə atəşfəşanlıq üçün istifadə edilirdi.
Öyrənin
Axtarın
“Paytaxt xəbərləri”, Böyük kanal, “Səma oğlu”
Elm və mədəniyyət
Budda məbədi
“VIII əsrdə Çanan şəhərində “Paytaxt xəbərləri” adlı gündəlik qəzet çap olu-
nurdu.  Qəzetdə  imperator  fərmanları  və  ölkə  həyatında  baş  verən  maraqlı 
hadisələr haqqında məlumatlar verilirdi.”
“Şərq tarixi” 
Müzakirə edin
“Paytaxt xəbərləri” qəzetinin çap edilməsinin əhəmiyyəti nədir?
Nə üçün Sun imperatorları şimal sərhədlərinin qorunmasına xüsusi 
əhəmiyyət verirdi?
Cavablandırın


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə