Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə32/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

118
Son orta əsrlər
Avropada İntibah mədəniyyəti
Avropada ilk manufakturalar hələ XIV əsrdə İtaliyada meydana gəlmiş-
di. Yeni  yaranan  müəssisələrin sahibləri, yəni  burjuaziya elm  və  texnika-
nın inkişafına maraq göstərirdi. Şəhərlər böyüyür və gözəlləşirdi. Savadlı 
adamlara  ehtiyac  var  idi.  Şəhərlərdə  zehni  əməklə  məşğul  olan  adamlar 
qrupu – zıyalılar meydana gəlirdi.Yeni mədəniyyətin nümayəndələrini din 
deyil, ilk növbədə insan maraqlandırırdı. Buna görə də onları humanistlər 
adlandırırdılar. Humanistlər isə qədim Yunanıstan və Roma mədəniyyətinə 
maraq göstərirdilər. Bu maraq unudulmuş mədəniyyəti yenidən dirçəldirdi. 
Ona görə də yeni mədəniyyətin yarandığı dövr İntibah (Renessans) dövrü 
adlanır.
Rişelye hansı tədbirlər vasitəsilə mərkəzi hakimiyyəti möhkəmləndirdi?
Cavablandırın
möhkəmləndirilməsində  kral  XIII  Lüdovikin  baş  naziri  və  katolik  kilsəsi-
nin başçısı – kardinal Rişelyenin müstəsna xidməti olmuşdur. O, mərkəzi 
hakimiyyətə  tabe  olmayan  əyanların  ən  tanınmışlarını  belə  məhv  edirdi. 
Zadəganlar arasında təkbətək vuruşmanı, yəni dueli qadağan edən Rişelye 
deyirdi ki, bundan sonra zadəganlar ancaq kral uğrunda qan tökə bilərlər.


119
Avropa ölkələrində Renessans:
• Avropada İntibah mədəniyyəti ilə Ərəb xilafətinin mədəniyyətini müqayisə 
edin. Oxşar və fərqli cəhətləri müəyyən edin.
• Nə üçün son orta əsrlərdə Avropada elm və mədəniyyət yüksək inkişaf etdi?
Cavablandırın
• İngilis dəniz qulduru Frensis Dreyk Magellandan sonra ikinci Dünya 
səyahəti etmiş, kraliça Yelizaveta tərəfindən cəngavər rütbəsi almışdı.
• Leonardo da Vinçi paraşüt və vertolyotun, sualtı qayıq və dalğıc 
geyiminin quruluşunu onların meydana gəlməsindən 300 il öncə işləyib 
hazırlamışdı.
• 1566-cı ildə Niderlandda baş vermiş xalq üsyanı dünya tarixində ilk burjua 
inqilabı olmuşdu. Bu ərazidə yerləşən Narıncı knyazlığının qrafı Oranlı 
Vilhelm bir müddət inqilaba başçılıq etmişdir. İnqilab dövründə tarixdə ilk 
burjua respublikası
 
– Hollandiya yaranmışdı.
Öyrənin
Axtarın
“Varfolomey gecəsi”, Kardinal Rişelye, Humanistlər
Avropa dünyası
İtaliya
Bir çox abidələr, rəsmlər və sənət əsərləri yaradıldı. Xüsusilə 
Leonardo da Vinçinin“Mona Liza” portreti, Romada Müqəddəs 
Pyotr kilsəsi və s. bu dövrün yadigarlarıdır. 
Almaniya
Reformasiya hərəkatı Renessansın inkişafına təkan verdi. Albrext 
Dürerin qravürləri İntibah dövrünün parlaq nümunələridir.
İngiltərə
Ədalətli quruluş arzulayan Tomas Mor və “Hamlet”,”Otello”, 
“Romeo və Cülyetta” faciələrini yazan Uilyam Şekspir məşhur 
nümayəndələridir.
Fransa
Ən məşhur nümayəndəsi “Qarqantua və Pantaqruel” romanını 
yazmış satirik yazıçı Fransua Rabledir.
Polşa
Alimi Nikolay Kopernik səma cisimlərini müşahidə edərək Yerin 
Günəş və öz oxu ətrafında fırlanmasını demişdir.


120
Son orta əsrlər
XVI əsrin əvvəllərində, III Vasilinin hakimiyyəti 
illərində  rus  knyazlıqlarının  Moskva  ətrafında  bir-
ləşdirilməsi  başa  çatdı.  Böyük  Moskva  knyazı  IV 
İvan Qroznı 1547-ci ildə rus hökmdarları içərisində 
ilk  dəfə  olaraq  çar  titulunu  qəbul  etdi  və  dövləti 
gücləndirmək üçün bir sıra tədbirlər gördü. O, 1549-
cu ildə dövlət məsələlərini həll etmək üçün Zemst-
vo yığıncağı çağırdı, yığıncaqda dövlətin xarici və 
daxi li siyasəti ilə bağlı məsələlər müzakirə olundu. 
IV  İvanın  hakimiyyətə  gəldiyi  dövrdə  ölkə  tor-
paq larının böyük əksəriyyəti boyarların 
votçinaları
 
sa yılırdı. Bu torpaqların vergi toxununlmazlığı hü-
qu qu  var  idi.  İri  votçina  sahibi  olan  boyarlar,  əs-
lin də, mərkəzi hakimiyyətlə hesablaşmırdılar. 1565-ci 
Moskva çarlığı yoxsa, Reç Pospolita?
“Bizim başımıza nə 
bəlalar gəlibsə, hər 
biri cəngavərlərə görə 
olub.”
IV İvan
(Rusiya çarı)
1. Şəkildə gördüyünüz əsgərləri şərh edin.
2. Necə fikirləşirsizniz,
 
nə üçün rus çarı bütün 
bəlaların səbəbini cəngavərlərdə görə bilərdi?
3. Açar sözlərdən hansıları sizə tanışdır?
Düşünün
Rusiya çar IV İvanın dövründə
Çar
Opriçnina
Uniya
Romanovlar
Votçina
Açar sözlər
24
1. Qızıl Ordu dövlətinin tərkibinə hansı ərazilər daxil idi?
2. İspaniya krallığı nə zaman və necə yaranmışdır?
Yada salaq
Çar IV İvan


121
Moskva çarlığı yoxsa, Reç Pospolita?
“Biz ümid edirdik ki, Siz öz dövlətinizin hakimisiniz, biz düşünürdük ki, hər iki 
dövlət bu yaxınlaşmadan gəlir götürəcək, bütün bunlar  üçün  biz danışıqlara 
başladıq.  Lakin  görürük  ki,  Sizin  dövlətdə  hər  kəs  hakimiyyətə  malikdir. 
Tacirlər belə hüquq hakimidir, onlar özləri üçün gəlir mənbəyi axtarır. Siz isə öz 
krallığınızda sadəcə adi bir qadınsınız.”
IV İvanın İngiltərə kraliçası I Yelizavetaya göndərdiyi məktub
Müzakirə edin
Rusiyada çar hakimiyyətinin mütləq gücə malik olduğunu necə görmək olar?
ildə  IV  İvan  dövlət  torpaq  fondunu  artırmaq  üçün  ölkədə 
opriçninanın
 
yaradılması  haqqında  göstəriş  verdi.  Opriçninaya  daxil  olan  torpaqlar 
müsadirə edilirdi. Opriçnina nəticəsində mərkə-zi hakimiyyətə tabe olma-
yan  iri  votçina  sahibkarlığı  ləğv  edildi.  Qətl  və  qarətlərlə  müşahidə  olu-
nan opriçnina xüsusi amansızlıqla həyata keçirilir, kəndlilər və sənətkarlar 
müflisləşir, ölkə təsərrüfatına böyük ziyan dəyirdi. Bu da feodalların yuxarı 
təbəqəsində  və  xalqda  narazılıq  yaradırdı.  Çıxılmaz  vəziyyətdə  qalan              
IV İvan 1572-ci ildə opriçninanı ləğv etməyə məcbur oldu.

 Votçina 
– irsən keçən mülk, malikanə.
• 
Opriçnina 
– opriç sözündəndir. Qədim rus dilində başqa, savayı, özgə 
sözlərinin sinonimidir. Yardım olaraq ölən döyüşçünün arvadına və uşağına 
verilən torpaq.
XVI  əsrin  50-ci  illərində  keçirilmiş  islahatlar  Rusiyanı  xeyli  möh-
kəmləndirdi, yeni işğalçılıq planlarını həyata keçirməyə imkan yaratdı. IV 
İvan ilk diqqətini Volqaboyuna yönəltdi. O  Volqaboyunda yerləşən Qazan 
və Həştərxan xanlıqlarını ələ keçirdi. Bununla, Volqa-Xəzər ticarət yolu 
Rusiyanın əlinə keçdi. Rusiya üçün Şərq ölkələri, o cümlədən, Azərbay-
canla sıx ticarət əlaqələrinin yaradılmasına şərait yarandı. Şərqdəki işğal-
ları genişləndirən Rusiya tezliklə Sibir xanlığının da varlığına son qoydu. 
• Dövləti gücləndirmək üçün IV İvan hansı tədbirləri gördü? 
• Sizcə Zemstvo yığıncağının dövlətə hansı xeyri dəyə bilərdi? 
• Opriçninanı həyata keçirməklə IV İvan məqsədinə nail oldumu?
Cavablandırın
Rusiyanın Şərqdəki işğalları
Avropa dünyası
Lüğət


122
Son orta əsrlər
• Nə üçün Rusiya Volqa-Xəzər ticarət yolunun ələ keçirilməsinə əhəmiyyət 
verirdi?
• Kazan, Həştərxan və Sibir xanlıqlarının süquta uğramalarının qarşısını necə 
almaq olardı?
Cavablandırın
Livoniya müharibəsi (1558-1583)
Şərqdə  aparılan 
iş ğalçılıq  yürüşləri 
ilə  yanaşı,  Rusiya, 
Bal tikyanı  ərazilərdə 
möv cud  olan  Livo-
ni ya  ordeninin  tor-
paq larını  da  ələ  ke-
çir  məyi  düşünürdü. 
Bu  bölgələrin ələ ke-
çirilməsi  nəticə sin də 
Avropa  ölkələri  ilə 
əlaqə saxlamaq üçün 
əlverişli  limanlara 
sa  hib  olmaq  olardı. 
1558-ci ildə IV İvan Livoniya ordeni ilə müharibəyə başladı. Müharibənin 
gedişində  Rusiyanın  təzyiqlərinə  tab  gətirməyən  Livoniya  ordeni  dağıldı. 
Litva, Polşa və İsveç Livoniya ordeninin ərazilərini ələ keçirmək üçün Rusi-
ya ilə müharibəyə başladılar. Müharibənin ilk illərində üstünlük Rusiyanın 
tərəfində idi. Lakin müharibənin gedişində Litva ilə Polşanın vahid dövlətdə 
birləşməsi, Krım xanlığının cənubdan aramsız hücumları, eləcə də opriçnina 
nəticəsində ölkə zəiflədi. Rusiya məğlub oldu, Reç Pospolita və İsveçlə sülh 
müqaviləsi bağladı. Baltik dənizinin Rusiyaya məxsus sahilboyu əraziləri 
İsveçə  keçdi.  IV  İvanın  ölümündən  sonra  ölkədə  hakimiyyət  uğrunda 
mübarizə qızışdı. Bundan istifadə edən Reç Pospolita, İsveç və Krım xanlığı 
ölkəyə hücumlara başladılar. Belə şəraitdə 1613-cü ildə Zemstvo yığıncağı 
Mixail  Romanovu  çar  seçdi.  Bununla  da  Rusiyada  Romanovlar  sülaləsi 
(1613-1917) hakimiyyətə gəldi.
IV İvan Livoniya müharibəsində
Qərbi  Sibir  Rusiyanın  tərkibinə  qatıldı.  Çarın  fərmanı  ilə  ələ  keçirilmiş 
ərazilərə rus kəndliləri köçürülməyə, Volqaboyu və Sibir ruslaşdırılmağa 
başlandı.


123
Reç Pospolita dövləti
Livoniya  müharibəsi  Litvanın  vəziyyətini  ağırlaşdırdı.  Ölkənin  yuxarı 
dairələri Polşa ilə birləşmək qərarına gəldilər. 1569-cu ildə Lüblin şəhərin-
də  Polşa  ilə  Litva  arasında  uniya  bağlandı  (əvvəlki  uniya  dağılmışdır  –
müəllifdən). Bu uniyaya görə Litva və Polşa vahid Reç Pospolita dövlətində 
birləşdilər. Reç Pospolitanı seymdə seçilmiş kral idarə edirdi. Bu dövlətin 
ərazisinə Polşa, Litva torpaqları ilə yanaşı, Ukrayna və Belorusiya ərazilərinin 
bir hissəsi də daxil idi. Rusiyada hakimiyyət uğrunda gedən mübarizədən 
istifadə edən Reç Pospolita Yalançı Dimitri adlı şahzadələrin əli ilə Rusi-
yada hakimiyyəti ələ almaq istədi. Bu plan baş tutmadıqda Rusiyaya açıq 
müdaxilə təşkil edildi, Moskva ələ keçirildi. Lakin xalqın inadlı müqavimə-
ti onları rus torpaqlarından geri çəkilməyə məcbur etdi.
• Livoniya müharibəsində Rusiyanın məğlubiyyətinin səbəbləri hansılardır? 
• Livoniya müharibəsində Rusiyanın məğlubiyyətə uğramasında opriçninanın 
nə kimi rolu oldu ?
Cavablandırın
Avropa dünyası


124
Son orta əsrlər
• IV İvanın Qazan xanlığının alınmasına böyük əhəmiyyət verdiyini sübut 
edən fakt hansıdır?
• Nə üçün XVI əsrdə Rusiyada elm və mədəniyyət tərəqqi etmişdir?
Cavablandırın
• Rusiyaya ilk səyahət etmiş ingilis səyyahı Riçard Çensler olmuşdur. O, 
IV İvanla görüşərək çardan ticarət imtiyazları almış və Londonda Moskva 
şirkətinin yaranmasına dəstək olmuşdur.
• Çar IV İvan ingilis səfiri vasitəsilə kraliça I Yelizavetaya evlənmək 
təklifi etmiş, lakin müsbət cavab almamışdır. Livoniya müharibəsi zamanı 
kraliçanın çara dəstək verməkdən imtina etməsinə cavab olaraq ingilis 
tacirlərinə verilən bütün imtiyazları ləğv etmişdir.
Öyrənin
Axtarın
Reç Pospolita, Opriçnina, IV İvan, Livoniya müharibəsi
Elm və mədəniyyət
Yetkin  orta  əsrlərdə  olduğu  kimi  son  orta  əsrlərdə  də  Rusiyada  əsas 
memarlıq  abidələri  kilsə  binaları  idi.  XVI  əsr  rus  memarlığının  zirvəsi 
Moskvadakı  Qızıl  Meydanda  Vasili  Blajennı  məbədi  adı  ilə  məşhur  olan 
Pokrov  kilsəsidir.  Məbəd,  Qazan  xanlığının  alınması  şərəfinə  IV  İvanın 
əmri ilə tikilmişdi. IV İvanın əmri ilə Moskvada xüsusi ikonaçılıq məktəbi 
(ikona
 
– 
taxta lövhə üzərində boyaq rəsmi) açılmışdı. XVI əsrin ortalarında 
Moskvada dövlət mətbəəsinin açılması ölkədə kitab yayımına şərait yaratdı.
• Reç Pospolita dövlətinin yaranmasını tarixdə hansı dövlətlə müqayisə edə 
bilərsiniz?
• Reç Pospolitanın Rusiyaya etdiyi müdaxilənin nəticəsi nə oldu?
Cavablandırın
Ölkədə  tez-tez  baş  verən  hakimiyyət  böhranı,  feodalların  mübarizəsi, 
qonşu  dövlətlərlə  müharibələr,  Reç  Pospolitanın  zəifləyib  tamamilə  tarix 
səhnəsindən yox olmasına şərait yaratdı.


125
1. Son orta əsrlər dövründə baş vermiş hadisələri müəyyən edin.
2. Zaman xəttinə istinad edərək aşağıdakıları müəyyən edin.
• Sultan Süleyman Qanuninin dövründə Osmanlı dövləti ilə eyni zamanda 
mövcud olmuş dövlətləri
• Son orta əsrlərdə Şərqdə mövcud olmuş dövlətləri 
• Bizans imperiyası süquta uğrayan zaman mövcud olan dövlətləri 
• Teymurilər dövləti ilə eyni zamanda mövcud olmuş dövlətləri
1200
1250
1300
1350
1400
1450
1500
1550
1600
Şərqi Roma imperiyası (Bizans)
Bolqarıstan dövləti
Hülakülər dövləti
Qızıl Ordu dövləti
Ağqoyunlu
Teymurilər dövləti
Abbasilər xilafəti
Səfəvilər dövləti
Osmanlı dövləti
Qaraqoyunlu 
dövləti
3. Açar sözlərdən istifadə etməklə A4 vərəqi həcmində hekayə hazırlayın.
Səlahəddin  Əyyubi,  Səlibçilər,  Qüds,  Aralıq  dənizi,  Roma  Papası,  Mü-
qəddəs torpaq
Özünü yoxla
Avropa dünyası
Özünüzü yoxlayın
Bəli Xeyr
Hadisələr
Fransada Jaklar üsyanının baş verməsi
Rusiyanın Livoniya müharibəsində məğlub olması
Böyük Moğol imperatorluğunun yaranması
İtaliyada ilk şəhər-respublikaların yaranması
Osmanlı tarixində “Fitret dövrü”nün baş verməsi
Niderland burjua inqilabının baş verməsi
Avropada reformasiya hərəkatının başlaması


126
Son orta əsrlər
5. Cədvəli tamamlayın.
4. Aşağıdakı hökmdarlardan hansıları yeni dövlətlərin əsasını 
qoymuşdular?
6. Uyğunluğu müəyyən edin.
7. Məlumatların aid olduğu dövlətləri müəyyən edin.
1. Votçina
2. Kapitalist
3. Uniya
4. Tiran
a) Hakimiyyəti zor gücünə ələ 
keçirmiş şəxs
b) Dövlətin bir monarxın 
hakimiyyəti altında birləşməsi
c) İrsən keçən mülk
d) Müəssisə sahibi
Bu dövlət 1535-ci ildə 
Osmanlı dövlətindən 
“Kapitulyasiya” 
hüququ almışdı
Reformasiya gedişində 
bu ölkədə güclü kəndli 
üsyanı baş verdi
XVI əsrin ikinci 
yarısında bu dövlət 
İspaniyanın dənizlərdə 
əsas rəqibi idi
?
?
?
• Romanovlar
?
• Həştərxanın
işğalı
?
• Amerikanın 
kəşfi
• Rekonkista
?
• “Varfolomey
gecəsi”
• “Duelin ləğv 
edilməsi”
I Yelizaveta
Uluqbəy
Leonardo da
Vinci
Sultan
Suleyman
Babur şah
Martin Lüter


127
Ə D Ə B İ Y Y A T    S İ Y A H I S I
Azərbaycan dilində kitablar
1. “Orta əsrlər tarixi” 7-ci sinif, B., 2008
2. “Orta əsrlər tarixi” 8-ci sinif, B., 2010 
3. T.Əliyev, A.Allahverdiyev. Orta sərlər tarixi .7-ci sinif. B., 2003
4. İzzəddin ibn əl-Əsir “Əl-Kamil Fi-T-Tarix” B., 1996
5. Mövlud Uluğtəkin Yılmaz. “Türk xalqlarının ortaq ata-babaları” B.,1997
6. Mahmudov Y .M.  “Səyyahlar, kəşflər, Azərbaycan”. B., 1985
7. M.C.Əliyev, F.A.Həsənli. Coğrafi kəşflərin tarixi və səyyahlar”  B., 2009
8. Qurbanov R. Qafqaz tarixi. B., 2001
9. Dərgah Qüdrətov. Türk xalqlarının tarixi. B., 2004
10. Nehru J.Ümumdünya tarixinə nəzər. B., 2006
11. Rəfiq Özdək. Türkün Qızıl kitabı. B., 1993
12. Rauf Məlikov, Nizami İbrahimov “Məktəblinin tarix lüğəti” B., 2004
13. Tofiq Mustafazadə.Ümumi tarix. I kitab. Bakı 2009.
Xarici ədəbiyyat
14. Y.Okur, İ.Genc, T.Özcan. Tarih – 9. S., 2013
15. О. Уезерфорд. Чингиз хан и рождение нового мира. М.,2005 
16. Р. Храпачевский. Военная держава Чингиз хана. М., 2005
17. Всемирная история в 4-х томах. “Средние века”. Под ред. О.Егера, 
М.2000
18. Путешествие в восточнве страны Плано Карпини и Рубрука. М., 
1957
19. “Америка и Старый свет в доколумбову эпоху” Изд.Наука 1968
20. ”Tarih” Ankara, 2006
21. О. Крижановский, Е. Хирная. История Средних веков – 7. К., 2007
22. История Средних веков. Т., 2012
23. История Средних веков. М.. 1973
24. Васильев Л.С., История Востока, М., 1994.
25. Всемирная история: Учебник для вузов. М.,2000.
26. История стран Азии и Африки в средние века, К.,1998.
27. Р. Рахманалиев, Империя тюрков. Великая цивилизация, М., 2009.
28. Синха Н.К., Банерджи А.Ч., История Индии, М.,1954.
Veb saytlar
29. www. tarix.info 
30. www. wikipedia.org
31. www. kayzen.az
32. www.istorik.ru


128
Erkən orta əsrlər
Əliyev Hamlet Qasım oğlu 
Heydərov Nizami Heydər oğlu 
Hüseynov Elnur İsmayıl oğlu
Quliyeva Şəhla Muğan qızı 
Zeynalov Səxavət Ağabala oğlu
ÜMUMİ TARİX
Ümumtəhsil məktəblərinin
7-ci sinfi üçün dərs vəsaiti
 
 
Nəşriyyatın direktoru   
İ.Ə.Nuriyeva
 
 
Mətbəənin direktoru 
 
Z.H.Vəlibəyli
 
 
Redaktor 
 
 
F.M.Ələsgərli
 
 
Kompüter dizaynı 
 
Z.F.Zərbaliyeva
 
 
 
 
 
 
F.Ə.Cəbrailov
 
 
Korrektor 
 
 
F.M.Ələsgərli
Çapa imzalanıb:        Formatı 70x100
1
/
16
. F.ç.v. 8. 
Ş.ç.v. 10.32      Məktəb qarnituru.
Ofset kağızı. Sayı        nüsxə.
“Çaşıoğlu” nəşriyyatı.
“Çaşıoğlu” mətbəəsi.
Bakı şəhəri, M.Müşfiq küçəsi 2E.
Tel.: 447-49-71.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə