Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami


“Orta əsrlər”haqqında bilgilər necə əldə olunur?



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

7
“Orta əsrlər”haqqında bilgilər necə əldə olunur?
Qədim dövrdən fərqli olaraq orta əsrlər zəmanəmizə daha yaxındır. Ona görə də 
bu dövrü öyrənmək üçün tarixi mənbələr daha çoxdur. Tarixi hadisələrlə bağlı əldə 
olunan hər bir məlumat mənbə adlanır. Lakin hər hansı bir hadisənin öyrənilməsi 
daha etibarlı mənbələrə əsaslanmalıdır. Mənbələr fərqli olduğundan alimlər onları 
iki qrupa ayırır:
1. İlkin mənbələr – Tarixi hadisələrin baş verdiyi dövrün şahidi olan mənbələr;
2. İkinci dərəcəli mənbələr – Hadisələrin baş verdiyi dövrə yaxın və ya o 
dövrdən yararlanaraq meydana çıxan mənbələr.
Ayrıca bilgi verən tarixi mənbələr aşağıdakı kimi sıralanır:
• Yazılı mənbə: Fərman, möhür, pul, qəzet, xəritə və s.;
• Şifahi mənbə: Dastan, əfsanə, hekayə, nağıl, şeir və s.;
• Alimlər tarixi hansı dövrlərə bölmüşlər?
• Nə üçün “orta əsrlər” dünyanın hər yerində eyni zamanı əhatə etmir?
Orta əsrlərin 
dövrləri
Xarakterik 
əlaməti
Avropadakı za-
man  çərçivəsi
Şərqdəki zaman 
çərçivəsi
Erkən orta əsrlər
Feodal 
münasibətlərinin  
yaranması
V-XI əsrlər
III- XI əsrlər
Klassik (yetkin) 
orta əsrlər
Feodalizmin 
inkişafı
XI-XV əsrlər
XI- XVII əsrlər
Son orta əsrlər
Feodal 
münasibətlərinin 
dağılması 
və kapitalist 
münasibətlərinin 
yaranmağa 
başlaması
XV-XVII əsrin 
birinci yarısı
XVII - XIX əsrlər
yenilənir. Bu inkişafı daha yaxşı izləmək üçün XVIII əsrdə yaşayan alimlər tarixi, 
dövrlərə bölmüşlər: “qədim dövr”, “orta əsrlər dövrü” və “yeni dövr”. Sonralar 
bu dövrlərə “ən yeni dövr”də əlavə edilmişdir. 
Orta əsrlər dünya ölkələrində müxtəlif dövrü əhatə edir. Avropada bu dövr 
V  əsrdən  başlamış  və  min  ildən  artıq  davam  etmişdir.  Şərq  ölkələrində  isə  orta 
əsrlər III əsrdə başlamışdır. Lakin Şərqdə yeni dövrə keçid daha uzun müddət da-
vam etmişdir. Beləliklə, orta əsrlər dövrünə xalqların bir qismi tez, digərləri isə 
gec keçmişdir. Bu səbəbdən orta əsrlər dövrünün dövrləşdirilməsi şərtidir. Təxmini 
hesablamalara görə orta əsrlər tarixi aşağıdakı şəkildə dövrləşdirilir:


8
Erkən orta əsrlər
Orta əsrlərin əhəmiyyəti
İnsanlar müasir dövrü anlamaq, ictimai həyatda səhvlər etməmək və gələcəyi 
müəyyənləşdirmək  üçün  tarixi  öyrənməyə  çalışırlar.  O  zaman  orta  əsrlər 
dövrünün öyrənilməsinin nə kimi rolu var? Məhz orta əsrlərdə bir çox müasir 
xalqlar  və  dövlətlər  yaranmış,  onların  dili,  dini,  adət-ənənələri  formalaşmış-
dır. Türklərin köçləri, onların hərb tarixinə gətirdikləri yeniliklər bir çox dünya 
dövlətlərinin ordu quruculuğunda önəmli rol oynamışdı. Orta əsrlərin ən mühüm 
hadisələrindən biri İslam dininin yaranması və yayılması olmuşdur. Dünya mə-
dəniyyətinə əvəzsiz töhfələr vermiş İslam mədəniyyətinin təsiri ilə Avropada elm 
inkişaf etdi. Orta əsrlər bir çox ixtira və kəşflərə yol açdı. Bəşəriyyətın böyük 
ixtiraları – kitab  çapı,  mexaniki  saatlar,  gözlük,  barıt  və  s.  bu  zaman  yarandı. 
Amerika və Avstraliya kimi yeni qitələr kəşf olundu, Yerin kürə şəklində olması 
sübut  olundu.  Bizansda  Müqəddəs  Sofya  məbədi,  İtaliyada  Müqəddəs  Pyotr 
kilsəsi, Türkiyədəki  Süleymaniyyə  məscidi,  Hindistanda  Tac-Mahal  məqbərəsi
Azərbaycanda Qız qalası və s. bu dövrün yadigarlarıdır.
• Yaşadığınız məkanda “orta əsrlər” dövründən qalan hansı abidələri tanıyırsınız?
• Müasir dünyanı anlamaq üçün “orta əsrlər”dövrü hansı əhəmiyyətə malikdir?
• Yuxarıdakı şəkildə verilmiş mənbələri aid olduğu qaynaqlara görə müəyyən edin.
• Qərbdə və Şərqdə “orta əsrlər” dövrünün zaman xətti bir-birindən necə fərqlənir?
• Maddi mənbə: Mədəniyyət abidələri, məzarlar, əmək alətləri, silahlar və s.;
• Səsli və görüntülü mənbə: CD, filmlər, internet materialları, foto, rəsm və s.
Mənbələrdən istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki əldə edilən hər 
mənbə doğru olmaya bilər və bu zaman mənbələri tutuşduraraq nəzərdən keçirmək 
lazımdır. Alimlərin fikrincə tarixi hadisələr haqqında nə qədər çox müxtəlif mənbə 
olarsa, insanların keçmişini daha dəqiq öyrənmək mümkün olar.


9
Dərsliyinizlə tanış olun
Sitatlar
Yarımbaşlıq
Mətn
Sual və tapşırıqlar
Xəritə
Zaman oxu
Yaradıcılıq üçün təklif
Tarixi termin və 
anlayışların izahı
Rollu oyun 
üçün təkliflər
Mövzuya aid şəkil və 
onun izahı
Tarixi sənəd
Tarixi sənədə 
aid suallar
Maraqlı məlumatlar
Axtarış üçün təkliflər
Açar sözlər
Simvolik şəkil
Bölmənin adı
Paraqrafın adı
Fəslin adı
Bölmənin adı
Düşündürücü şəkil 
Yönləndirici suallar
Təkrar üçün suallar


10
Erkən orta əsrlər
1. Aşağıdakı şəkillərin tarixin hansı 
dövrlərinə aid olduğunu müəyyən 
edin.
2.Suallara cavab verin.
5. Zaman xəttində göstərilən bizim 
era və eradan əvvəl nə deməkdir?
3.Uyğunluğu müəyyən edin.
4. Xəritə üzərində verilən rəqəmlərə 
uyğun olaraq aşağıdakı cümlələri 
seçin.
Hazırlaşın
Araşdırın
V-XI əsrlərdə dünyada:
• hansı türk dövlətləri yaranmışdır?
• hansı dahi sərkərdələr yaşamışdır?
• hansı imperiyalar mövcud olmuşdur?
• hansı yeni dinlər meydana gəlmişdir?
• hansı yeni elmi və mədəni nailiyyətlər olmuşdur?
• İnsanların kastalara bölündüyü ölkə;
• Zərdüşt dininin meydana gəldiyi 
ölkə;
• Qədim türklərin məskən saldıqları 
ölkə;
• Latın dili və latın əlifbasının yarandığı 
ölkə;
• Kağız, çay və kompasın ixtira 
olunduğu ölkə;
• Fironların şərəfinə piramidalar 
inşa olunan ölkə.
Qədim dünya tarixinin:
a) elm və mədəniyyətinin hansı 
nailiyyətlərindən müasir dövrdə is-
tifadə edilməkdədir?
b) hansı memarlıq abidələri 
dövrümüzə kimi qalmışdır?
1. Afrika
2. Avropa
3. Asiya
a) Karfagen dövləti
b) Xan imperiyası
c) Antik mədəniyyət
300
200
400
600
800
200
300
500
700
900 1000
0
Erkən orta əsrlərə doğru
1
4
2
5
3
6


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə