Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

30
Erkən orta əsrlər
sonra ölkədə buddizm dininin və mədəniyyətinin yayılması, türk əsilzadələri 
arasında  narazılıqların  yaranması  nəticəsində  dövlət  zəiflədi.  Ölkədə 
hakimiyyət uğrunda mübarizə başlandı və 588-ci ildə dövlət iki hissəyə
 – 
Şərqi və Qərbi Göytürk dövlətlərinə parçalandı. Bundan istifadə edən Çin 
əvvəlcə Şərqi, daha sonra Qərbi Göytürk dövlətini özünə tabe etdi.
Çin  əsarətində  olan  türklər 
azadlığa  çıxmaqdan  ötrü  aramsız 
mübarizə  aparıb  üsyanlar  edirdilər. 
Belə  üsyanlardan  birinə  Qutluq 
başçılıq  edirdi.  682-ci  ildə  Qutluq 
Çin  ordusu  üzərində  parlaq  qələbə 
qazanaraq  II  Göytürk  dövlətinin 
(682-744)  əsasını  qoydu.  Xalq  ona 
“Eltəriş”  yəni  elin  xilaskarı  adını 
verdi. Tezliklə  Çinə  sarsıdıcı  zərbə 
endirən  Göytürk  xaqanları  ölkənin 
ərazisini genişləndirdilər. Dövlətdə qayda-qanunların möhkəmləndirilməsi 
Bilgə xaqanın adı ilə bağlı idi. O, dövrün tanınmış alimi, vəziri Tonyukukun 
və igid sərkərdə Kültiginin məsləhətləri, köməkliyi sayəsində ölkədəki üs-
yan və müharibələrə son qoydu. Narazı əyanları idarəetmədən kənarlaşdırdı. 
Ölkədə iqtisadi və siyasi dirçəliş dövrü başlandı. Lakin bir-birinin ardınca 
Göytürk döyüşçüləri


31
Uyğurlar
Uyğurlar  Orxon  və  Selenqa 
çayları sahillərində yaşayırdılar. 
Onlar  göytürklərin  tabeliyində 
idilər.  VIII  əsrin  ortalarında 
güclənən  uyğurlar  744-cü 
ildə  Göytürk  xaqanlığına 
son  qoyub  Uyğur  dövlətinin 
əsasını 
qoydular. 
Ordu 
şəhəri dövlətin paytaxtı oldu. 
Dövlətin  ən  güclü  hökmdarı 
Moyun  Çur  olmuşdur.  O, 
xaqanlığın  daxili  işlərini  niza-
ma  saldıqdan  sonra  işğalçılıq 
yürüşlərinə başladı. Tezliklə qonşuluqdakı bir sıra tayfalar uyğurlara tabe 
edilir, böyük ərazilər ələ keçirilir. Çinin paytaxtını tutan Moyun Çur Çini 
də özünə tabe edir. Onun hakimiyyəti dövründə xaqanlığın sərhədləri Altay 
dağlarından Amur çayına, Baykal gölündən Çinə qədər uzanırdı. Uyğurlar 
əvvəlcə səma cisimlərinə sitayiş edirdilər. Sonralar 
Mani təlimi
 rəsmi dövlət 
dini kimi qəbul edildi. Sadə xalq bu təlimi qəbul etməkdə tərəddüd edirdi. 
Nəticədə hakim təbəqə ilə xalq arasında uçurum yarandı və dövlət zəiflədi. 
Tabe  edilən  xalqlar  üsyan  qaldırdı.  Üsyan  qaldıran  qırğızlar  842-ci  ildə 
Uyğur dövlətinin varlığına son qoydular.
I Göytürk dövləti ilə Uyğur dövləti arasındakı oxşarlıqları sadalayın.
Cavablandırın
•I və II Göytürk imperatorluqlarının süqut etməsinin səbəbi nə idi?
• II Göytürk dövlətinin iqtisadi və siyasi dirçəlişi nə ilə bağlı idi?
Cavablandırın
Uyğur döyüşçüləri
• 
Mani təlimi
 – III əsrdə İranda meydana gəlmiş dini təlim. Əsasını Xeyirlə 
Şərin mübarizəsi təşkil edir.
Lüğət
Tonyukuk, Kültigin  Bilgə xaqanın ölümü II Göytürk dövlətini sarsıtdı və 
imperatorluq süqut etdi.
Türk dünyası


32
Erkən orta əsrlər
Təsərrüfat və mədəni həyat
Türklərin  əsas  məşğuliyyəti  hərbi  iş  və 
köçmə  maldarlıq  idi.  Hərbi  işlə  əlaqədar  olaraq 
türklərdə  sənətkarlıq  da  inkişaf  etmişdir.  Zəngin 
mədəniyyətə malik olan türklərin 38 hərfdən ibarət 
olan  əlifbaları  da  (Göytürk  əlifbası)  olmuşdur. 
Üzərində Göytürk yazıları olan qəbir abidələrinin 
çoxu  Orxon  və  Yenisey  çayları  hövzələrindədir. 
Bəngudaşlar  adlanan  bu  abidələr  əvəzsiz  mad-
di  mədəniyyət  nümunələridir.  Uyğur  türkləri 
kağız  istehsal  etməyi  bacarır  və  hətta  mətbəə  də 
yaratmışdılar. 
Türk  xalqlarının  mədəniyyəti  haqqında  əlavə  məlumat  toplayaraq  təqdimat 
hazırlayın.
Cavablandırın
• Türk sözü güclü, qüdrətli mənasını verir.
• Ağ Hun hökmdarı Ağsuvar xan vaxtı ilə Firuzun İran taxtına çıxmasına 
köməklik etmişdi.
• Şərq və Qərb mədəniyyətinin qovuşmasında Uyğur dövləti mühüm rol 
oynamışdı.
• Dəmirçilik sənətinin yüksək inkişaf etdiyi türklərdə hər il mart ayının 
9-u Dəmir bayramı kimi qeyd olunurdu.
• Turklər şəhərə “balıq” deyirdilər.
• Orxon-Yenisey abidələrini ilk dəfə oxumağa nail olan Danimarka 
alimi Tomsenin oxuduğu ilk söz Tenqri (Tanrı) sözü olmuşdur.
Öyrənin
Axtarın
Ağ hunlar, Orxon-Yenisey abidələri, Uyğur dövləti
Orxon-Yenisey abidəsi


33
Böyük Hun imperatorluğunun dağılmasından sonra hunlar Xəzər dənizi 
ilə  Aral  gölü  arasındakı 
bölgələrdə yaşayan alanların 
torpaqlarını  ələ  keçirdilər. 
Bu  bölgənin  ələ  keçirilməsi 
hunların  Avropanın  içə ri  lə-
ri nə  irəliləməsinin  başlan-
ğı  cını qoydu. IV əsrdə Qara 
də  nizin  şimalında  və  Şərqi 
Av ropada ostqotlar, vestqot-
lar,  vandallar  və  s.  german 
tayfaları yaşayırdı. Hunların 
Türklər Avropada
“Türk qorxmaz, 
qorxudar. Bir şey 
istəsə onu həyata 
keçirmədikcə imtina 
etməz. Hansı işə əl 
atsa bacarar.”
Səmama İbn Əşrəş
(Ərəb səyyahı)
1. Yuxarıda verilmiş xəritəni şərh edin.
2. Ərəb səyyahı türklər haqqında nə demək istəyirdi?
3. Yuxarıdakı açar sözlər sizlərdə hansı fikir 
yaratdı?
Düşünün
Avropa hunları
Roma
Attila
Avar
Bulqar
Xəzər
Açar sözlər
6
1. Qədim Hun imperatorluğu nə zaman və kim tərəfindən yaradılmışdır?
2. Türklər haqqında ən qədim məlumat hansı mənbələrdən əldə olunub?
Yada salın
Hunlar döyüşdə


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə