Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

34
Erkən orta əsrlər
• Qərbi Roma imperatorluğu süqut etdi və onun torpaqlarında bir sıra german 
dövlətləri yarandı.
• Türklər Avropada Hun dövlətini yaratdılar.
• Avropada feodalizm quruluşu meydana gəldi.
Avropa Hun dövlətinin əsası 375-ci ildə Balamir tərəfindən qoyulmuşdur. 
Dövlətin ən parlaq dönəmi Attilanın (434-453) dövründə olmuşdur. Şərqi 
Avropaya yürüşlərə başlayan Attila 434-cü ildə Bizans imperatoru ilə Kon-
stans sülhü imzaladı.
Şərqi Romanı tabe etdikdən sonra Attila Qərbi Roma imperatorluğu ilə 
müharibəyə hazırlaşdı. Öz nişanlısı Roma şahzadəsi Honoriya üçün cehiz 
olaraq imperiyanın bir hissəsini tələb etdi. İmperatorun rədd cavabı mühari-
bə üçün bəhanə oldu. 451-ci ildə Qalliya (müasir Fransa) ərazisində Kata-
laun çölündə romalılarla böyük döyüş oldu. Hər iki tərəf ağır itki verərək ge-
ri çəkildi. Buna baxmayaraq bir il sonra Attila Alp dağlarını aşaraq İtaliyaya 
daxil oldu. Hunların qarşısını ala bilməyəcəklərini anlayan romalılar Roma 
Papasından  dəstək  istədilər.  Romalıların  gücünün  zəiflədiyinə  əmin  olan 
Attila Papanın Romanın dağıtmamaq xahişini qəbul etdi.
bu istiqamətdə irəliləməsi bu tayfaların Avropanın içərilərinə köç etməsinə 
səbəb olmuşdur. Tayfaların köçü qarşısında dayana bilməyən digər tayfalar 
da öz yerlərindən ayrılmağa məcbur olmuşlar. Tayfaların illərlə davam edən 
yerdəyişmələri tarixdə “Xalqların böyük köçü” adını almışdır. “Xalqların 
böyük köçü”nün nəticələri bunlardır:


35
“Marqos qalası önündə imzalanmış bu sülh müqaviləsi Konstans sülhü kimi də 
tanınır. Attilanın at belində diktə etdiyi müqavilənin şərtləri belə idi:
• Bizanslılar hunlara tabe olan xalqlarla əlaqə saxlamayacaq
• Hunlardan qaçıb gizlənənlər geri qaytarılmalı və ya hər biri üçün 8 librə 
verilməlidir.(bir librə 500 qram qızıla bərabərdir)
• İki dövlət arasında bərabərhüquqlu ticarət aparılacaq.
• Bizanslılar 700 librə qızıl həcmində xərac ödəyəcək.”
“Türklər Ensiklopediyası”
Müzakirə edin
Sizin fikrinizcə nə üçün Bizans imperatoru Attilanın bu ağır şərtlərini qəbul etdi? 
Türk dünyası
Roma səfərindən qayıdan Attila qəflətən vəfat etdi (453). Bəzi mənbələr 
onun zəhərlənərək öldürüldüyünü qeyd edir. Attiladan sonra onun oğulları 
dövlətin vahidliyini qoruyub saxlaya bilmədilər. 470-ci ildə dövlət süqut etdi. 
Hunların bir qismi Qara dəniz sahillərinə çəkildi, digərləri isə gəldikləri tor-
paqlara – Mərkəzi Asiyaya döndülər.
• İtaliyalı rəssam 
Francesco Solimenanın çəkdiyi “Attilanın Roma Papası ilə 
görüşü” rəsmi həqiqəti nə qədər nümayiş etdirir?
• Avropa Hun imperiyasının süqut etməsinin səbəbi nə idi?
Cavablandırın__Attilanın_Roma_Papası_ilə_görüşü__36__Erkən_orta_əsrlər'>Cavablandırın
Attilanın Roma Papası ilə görüşü


36
Erkən orta əsrlər
Xəzərlər
630-965-ci illərdə mövcud olan Xəzər xaqanlığının paytaxtı müxtəlif vaxt-
larda Səməndər və İdil şəhərləri olub. Şərqi Avropanın ilk feodal döv lət lə rin-
dən olan Xəzər xaqanlığında dövləti irsi hakimiyyətə malik olan “xaqan” 
ida rə edirdi. Qara dənizin şimalını və Qafqazdakı torpaqları əhatə edən xa-
qan lıq Bizans, Sasani və Ərəb dövləti ilə hərbi, siyasi və ticarət əlaqələri sax-
la mışdır. Bizans-Sasani müharibələrində Bizansın tərəfini saxlayan xəzərlər 
Sasani  dövlətinin  tənəzzülündə  mühüm  rol  oynadılar.  Sasaniləri  süquta 
• Necə fikirləşirsiniz – müasir Bolqarıstanı türk dövləti hesab etmək olarmı?
• Avar dövlətinin yaranmasını Avropa Hun dövlətinin yaranması ilə müqayisə 
edin. Müqayisəni Venn diaqramında aparın.
Cavablandırın
“Xalqların  böyuk  köçü”  zamanı  Avropada  məskunlaşan  tayfalardan 
biri  də  avarlar  idi.  565-ci  ildə  onlar  Mərkəzi Avropada Avar  xaqanlığını 
yaratmışlar.  Dövlətin  əsasını  Bayan  xan  qoymuşdur.  Bizans  imperiyası 
ilə  mübarizə  aparan  avarlar  iki  dəfə  Konstantinopolu  mühasirəyə  alsalar 
da,  heç  bir  nəticə  əldə  edə  bilmədilər. Aramsız  müharibələr  nəticəsində 
zəifləyən Avar xaqanlığının varlığına franklar son qoymuşdur.
Göytürk dövlətinin süqutundan sonra 630-cu ildə Qubrad xanın başçılığı 
ilə Böyük Bulqar dövlətinin əsası qoyuldu. Onun ölümündən sonra xəzərlər 
Böyük Bulqar dövlətini dağıtdılar.
Dövlətin süqutundan sonra bulqarların bir qismi Asparux xanın başçılığı 
ilə Dunaya doğru köç etdilər. Burada 679-cu ildə öz dövlətlərini yaradan 
bulqarlar Bizans imperiyası ilə mübarizə apardılar. Slavyanları öz hakimiy-
yəti altına alan bulqarlar sonralar xristianlığı qəbul etdilər. Bununla da Du-
nay bulqarları kimi tanınan bu türklər slavyanların içində əriyib yox oldu-
lar. Hazırda Balkan yarımadasında mövcud olan Bolqarıstan dövləti Dunay 
Bulqar dövlətinin varisidir. 
Bulqarların digər qolu olan İdil bulqarları Volqaboyunda öz dövlətlərini 
yaratdılar.  Dövlətin  paytaxtı  Bulqar  şəhəri  IX-XII  əsrlərdə Avropanın  ən 
böyük ticarət mərkəzlərindən biri hesab olunurdu. İdil Bulqar dövləti İslamı 
dövlət dini edən ilk türk dövləti olub. Almış xan isə İslamı qəbul edən ilk 
türk hökmdarlarından biri kimi tarixə düşmüşdür. İdil Bulqar dövləti mon-
qollar tərəfindən məhv edilmişdir.
Avarlar və Bulqarlar


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə