Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

23
Ərəblərin  “Cəzirət-əl-ərəb”,  türklərin  və  farsların  “Ərəbistan”  adlan-
dırdıqları  Ərəbistan  yarımadası  dünyanın  ən  böyük  yarımadasıdır.  Üç 
tərəfdən dəniz suları ilə əhatə olunan yarımada Asiya, Afrika və Avropanın 
qovşağında  yerləşir.  Yarımadanın  çox  hissəsini  səhralar,  yarımsəhralar 
və  çöllüklər  təşkil  edir.  Yarımadanın  şimalında  maldarlıqla  məşğul  olan 
bədəvilər
, cənubunda isə əkinçiliklə məşğul olan əhali yaşayırdı.
Avropadan Hindistana gedən böyük karvan yolu Ərəbistan ərazisindən 
keçirdi. Ticarət yolları üzərində tədricən şəhərlərə çevrilən iri ticarət məs-
kənləri yaranırdı. Bunlardan ən böyüyü Məkkə və Mədinə şəhərləri idi.
VI  əsrin  sonunda  ərəblər  dağılmaqda  olan  qəbilə  və  tayfalar  halında 
yaşayırdılar.  Ölkədə  tayfalararası  ziddiyyətlərin  artması  və  xarici  təhlükə 
(Bizans və Sasani imperiyası) ərəb tayfalarını birləşməyə vadar edirdi.
İslamın yaranması və ilk İslam dövləti
“Biz Məhəmməd 
peyğəmbərin 
qoyduğu yol ilə 
gedəcək və onun 
bütün silahdaşlarının 
qəhrəmanlığını heç 
vaxt unutmayacağıq”
Heydər Əliyev
(Ümummilli lider)
1. Xəritədə VII əsrin əvvəllərində dünyada hansı 
dövlətlərin mövcud olduğunu müəyyən edin.
2. Heydər Əliyev Məhəmməd peyğəmbər haqqında
nə demək istəmişdir?
3. Açar sözlər sizlərdə hansı fikir yaratdı?
Düşünün
Ərəblər sinifli cəmiyyət ərəfəsində
İslam
Əməvilər
Abbasilər
Kordova
Xürrəmilər
Açar sözlər
4
1. Qədimdə hansı ərazilər “Mesopotamiya” adlanırdı?
2. Makedoniyalı İsgəndərin Şərq yürüşü zamanı ələ keçirilmiş ölkələr 
hansılardır?
Yada salın


24
Erkən orta əsrlər
Hansı əlamətlər ərəblərin VI əsrdə ibtidai icma quruluşu halında yaşadığını
göstərirdi? 
Cavablandırın
İslama qədər Ərəbistanda va-
hid  din  yox  idi.  Bütpərəstliyə 
sitayiş  edən  ərəblərdə  hər  tay-
fanın  səcdə  etdiyi  öz  bütləri  və 
məbədləri  vardı.  Onların  ara-
sında  ən  məşhuru “Allahın evi” 
adlandırılan Kəbə idi.
610-cu  ildə  Məkkə  sakini 
Məhəmməd  (570-632)  əhalini 
vahid  Allaha  itaət  etməyə  və 
onun elçisini qəbul etməyə çağırdı. O, islam (itaətetmə) dinini yayır və onu 
qəbul edənləri “müsəlman” (“Allaha itaət edənlər”) adlandırırdı. Məkkədə 
islamın  yayılması  çətin  olduğu  üçün  peyğəmbər  (“Allahın  elçisi”)  622-
ci  ildə  Mədinəyə 
hicrət
  edir.  Burada  müsəlman  icmasını  yaradaraq  onun 
ehkamlarını uğurla yayırdı. 630-cu ildə müsəlmanlar İslamı vahid din elan 
edirlər. Beləliklə, Ərəb dövlətinin əsası qoyuldu.
“Məhəmməd peyğəmbərin 35 yaşı vardı. Bu zaman Kəbənin təmiri davam edir-
di. Kəbəni ziyarət etməyə gələn peyğəmbər qəflətən bir səs eşitdi:
- Baxın, Məhəmməd! O, çox ağıllı və doğru insandır!
İnsanların kütləvi halda özünə yaxınlaşdığını görən peyğəmbər təəccübləndi. 
Ona söylədilər:
-  Məhəmməd,  uzun  zamandır  Kəbə  təmir  olunur.  Məqam  çatıb  “qara  daşı” 
yerinə qoymağa, lakin hər qəbilə bu hüququn ona verilməsini tələb edir. Biz 
də bu məsələni həll etmək üçün belə bir şərt qoyduk ki, kim ilk olaraq Kəbənin 
qapısından  içəri  daxil  olsa  onun  verdiyi  məsləhətə  əməl  edəcəyik.  İndi  sən 
gəldin və sən də məsləhət ver.
“Qara daş”ın önəmini bilən peyğəmbər onu bütün qəbilələrin nümayəndələ-
rinin birgə köməyi ilə qaldıraraq yerinə qoydu. Bu işdən hər kəs razı qaldı və 
peyğəmbərin zəkasına heyran oldular.”
İbn Hişam, “Məhəmməd peyğəmbərin həyatı”
Müzakirə edin
İslam ərəbləri birləşdirir
Kəbənin keçmiş halı
Nə üçün Məhəmməd peyğəmbər bütün qəbilələrin üzvlərinin birgə köməyi 
ilə məsələni həll etdi?


25
Əlavə materiallar əldə edərək ərəb işğallarının uğurlarının səbəblərini 
müəyyən edin.
Cavablandırın
• 
Bədəvi
 – köçəri həyat tərzi keçirən ərəblər
• 
Hicrət
 (ərəb) – başqa yerə getmək, köçmək. 
• 
Xəlifə
 – Ərəbcədən tərcümədə “müavin“ deməkdir. Peyğəmbərdən sonra 
dövləti idarə edən hökmdarlar və İslam dünyasının dini rəhbəri.
Hər bir müsəlmanın başlıca vəzifələri hansılardır? Araşdırın.
Cavablandırın
1. Məhəmməd peyğəmbər və ondan       
sonrakı  dörd  xəlifə  (Əbubəkr, 
Ömər, Osman və Əli) dövrü 
(630-661).
Bu dövrdə ərəb dövləti yeni yara-
nır  və  inkişaf  edirdi.  Dövlətin  pay-
taxtı  Mədinə  şəhəri  idi.  İslamı  geniş 
ərazilərə yaymaq üçün 
xəlifələr
 geniş 
fəaliyyətə  başladılar.  Qonşu  Bizans 
və  Sasani  dövlətləri  ilə  müharibələr 
aparılırdı. Bu müharibələr nəticəsində 
Bizans qoşunları Yarmuk döyüşündə ağır məğlubiyyətə uğradıldı. Bizansa 
məxsus  Suriya  və  Misir  əraziləri  müsəlmanların  əlinə  keçdi.  Sasanilər 
dövləti isə süqut etdi və onun geniş torpaqları Xilafətin tərkibinə qatıldı.
2. Əməvilər sülaləsinin hakimiyyəti dövrü (661-750). 
Dövlətin  paytaxtı  Dəməşq  şəhərinə  köçürüldü.  Bu  dövrdə  işğalçı 
müharibələr daha da genişləndi. Şimali Afrikanı işğal edən ərəblər Afrika və 
Avropanı ayıran indiki Cəbəlüttariq boğazını keçərək İspaniyaya daxil oldu-
lar. Pireney yarımadasını işğal etdikdən sonra ərəblər Avropanın içərilərinə 
doğru irəlilədilər. Lakin 732-ci ildə indiki Fransa ərazisindəki Puatye şəhəri 
yaxınlığındakı döyüşdə franklar tərəfindən məğlub edilərək geri çəkildilər. 
Əməvilər  dövründə  ərəblər  Atlantik  okeanından  Hindistan  və  Çinə  qədər 
əraziləri Xilafətin tərkibinə qata bilmişdilər.
Ərəb dövlətinin dövrləri
Lüğət
Yarmuk döyüşü
Lüğət
Şərq dünyası


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə