Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami


4. Aşağıdakı sxem əsasında mətn qurun



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

53
4. Aşağıdakı sxem əsasında mətn qurun.
5. Hadisələrin hansı əsrlərdə baş verdiyini müəyyən edin.
6. Düşmən və müttəfiq dövlətləri müəyyən edin.
• Uyğur dövləti süquta uğradı.
• Macarlar Avropaya yürüşlərə başladı.
• Paytaxtı Ötükən şəhəri olan Göytürk dövləti yarandı.
• Talas çayı sahilində ərəblər Çin ordusunu məğlub etdi.
• İmperator Yustinian Vandal və Ostqot krallıqlarını işğal etdi.
7. Tapşırıqlara yaradıcı yanaşaraq cavablarınızı A4 vərəqi həcmində 
hazırlayıb müəlliminizə təhvil verin.
• Erkən orta əsrlərdə öyrəndiyiniz termin və anlayışlardan daha çox  
vacib saydıqlarınızı seçin. Seçimlərinizi izah edin.
• Erkən orta əsrlərdə Avropa və Asiyada yaranmış imperiyaları qeyd 
edin. Onların bu dövrdə ümumi cəhətləri nə olub?
• Erkən orta əsrlərdə Avropa və Şərqdə elm, mədəniyyət sahəsindəki 
nailiyyətləri yada salın. Bu nailiyyətlərin hansılarından müasir dünya 
bəhrələnir?
V
VI
VII VIII IX
X
XI
XII XIII XIV
Frank
krallığı
?
Əməvilər
xilafəti
Qəznəlilər
dövləti
Qaraxanlılar
dövləti
?
Xəzər
xaqanlığı
Bizans
imperiyası
?
Ağ Hun 
dövləti
Sasanilər
imperiyasi
?
Göytürklər
dövləti
Tan 
imperiyası
?
Zaman
Məkan
Dövlət
Şəxsiyyət
Mədəniyyət


54
Klassik orta əsrlər
1. Müasir dövrdə islamın daha çox 
yayıldığı əraziləri müəyyən edin.
2. Feodalizm dövrünə aid edilən 
rəsmləri müəyyən edin.
3. Avropa ərazisində yaranmış 
dövlətləri müəyyən edin:
4. Suallara cavab verin.
5 İmperiyaların yaranmasını xro-
noloji cəhətdən sıralayın.
Hazırlaşın
Araşdırın
XI-XV əsrlərdə:
• Qərblə Şərq arasında ticarət əlaqələri necə saxlanılırdı?
• Şərqdə hansı qüdrətli imperatorluqlar yaranmışdır?
• Türk dünyasında hansı faciəvi hadisələr baş vermişdir?
• Dünyada hansı möhtəşəm memarlıq abidələri inşa edilmişdir?
• Avropada hansı müharibələr olmuşdur?
a) Abbasilər xilafəti necə süqut 
etmişdir?
b) Feodal dağınıqlığı ilə 
mərkəzləşdirilmiş  dövlət  arasında 
əsas fərqlər nədir?
c) Şərq slavyanlarının yaratdıqları 
dövlət hansıdır?
• Macar krallığı
Kordova xilafəti
• Xarəzmşahlar dövləti
• Dunay Bulqar dövləti
Göytürk imperatorluğu
Klassik orta əsrlərə doğru


55
Uzun əsrlər Hindistanda vahid dövlət olmamışdı, ölkə feodal dağınıqlığı 
dövrü  yaşayırdı.  Vahid  dövlətin  olmaması  ölkənin  müdafiə  qabiliyyətini 
zəiflədirdi. Belə bir şəraitdə Gurlular sülaləsindən olan Məhəmməd Gurlu XII 
əsrin sonlarında Hindistana hücuma başladı. Tezliklə o, Pəncabı, daha sonra 
Camna və Qanq çayları arasındakı torpaqları ələ keçirdi və bu torpaqların 
idarəsini 
qulamlarından
 olan sərkərdə Qütbəddin Aybəkə tapşırdı.
İşğalçılıq  yürüşlərini  davam  etdirən  Qütbəddin  Aybək  tezliklə  Dehlini 
tutdu  və  oranı  mərkəzə  çevirdi.  Məhəmməd  Gurlu  öləndən  sonra  Gurlu-
lar dövlətində hakimiyyət uğrunda mübarizə qızışdı. Bundan istifadə edən 
Qütbəddin Aybək 1206-cı ildə sultan titulunu qəbul edib Dehli sultanlığı-
nın  əsasıını  qoydu.  Onun  dövründə  dövlət  idarəçiliyində  və  orduda  türk-
müsəlmanlarının mövqeyi gücləndi.
Dehli sultanlığı
“Bu ölkədə bir çox 
coğrafi məkanlar türk 
mənşəlidir. Misal 
üçün Hindistan...Bu 
söz hardandır? “Stan” 
şəkilçisi türklərə aid-
dir. Tatarstan, Qazax-
stan və s. “Stan” türk 
sözüdür və mənası 
“ölkə”dir.”
Murad Acı
(müasir tarixçi)
1. Şəkildəki döyüş səhnəsi haqda fikrinizi bildirin.
2. Tarixçi Murad Acının araşdırması sizə hansı 
məlumatı verdi?
3. Yuxarıdakı açar sözlər sizlərdə hansı fikir 
yaratdı?
Düşünün
Türk-müsəlman sultanlığı
Qulam
Kasta
Aybək
Dehli
İslam
Açar sözlər
10
1. Ərəb xilafətinin tərkibinə hansı ərazilər daxil 
olmuşdur?
2. Sultan Mahmud Qəznəvinin ən çox yürüş etdiyi 
ölkə hansıdır?
Yada salın
Klassik orta əsrlər


56
Klassik orta əsrlər
Qulam 
–  Ərəbcə “oğlan” deməkdir. Qul, şəxsi xidmətçi, hərbi xidmət üçün 
pulla alınmış şəxs. Orta əsrlərdə bir sıra Şərq ölkələrində qulamlardan ibarət 
ayrıca hərbi dəstələr yaradılırdı.
Eltutmuş  xa nın  döv  -
rü n   də  döv  lətin  ərazisi
ge niş   lən dirildi.  Lakin
onun  ölü mün dən  son-
ra  sul tan lıq da  taxt-tac 
uğrunda  mü ba r izə  baş-
ladı.  Uzun  sürən  mü-
barizəsindən  sonra  ha-
ki miyyətə  Qiya səd din 
Bala ban  (1265-1287) 
gəldi.  Onun  döv rün-
də  əyanların  möv qey i 
zəifl ə mə yə  başladı.  O, 
sultanın  aliliyini  önə 
çəkdi,  əyanlarla  ka sıb-
ları  qanun  qar şısında 
eyniləşdirdi.
“Qütbəddin Aybək qul kimi Mərkəzi Asiya bazarlarında satılmışdı. Onun birin-
ci sahibi Nişapurlu qazı olmuşdur. O Qütbəddinə ədəbi biliklər vermiş, ona at 
çapmağı və ox atmağı öyrətmişdir. Qazının ölümündən sonra onun oğlanları 
Qütbəddini bir tacirə satmış, o, da onu Qəznəyə gətirmiş və Məhəmməd Gur-
luya satmışdır. Tezliklə Qütbəddin bacarıqları sayəsində Məhəmməd Gurlunun 
diqqətini özünə cəlb etmiş və o yüksəlməyə başlamışdı. Sonda isə Məhəmməd 
Gurlu tərəfindən Hindistana hakim təyin edilmişdir. Dehli sultanlığının əsasını 
qoyan Qütbəddin,  çovqan oyunu zamanı atdan yıxılıb ölmüşdür.”
“Hindistan tarixi” 
Müzakirə edin
Necə oldu adi bir qul Dehli sultanlığını yaratdı? Fikrinizi bildirin.
• Müsəlmanların Hindistanı asanlıqla ələ keçirməsinin səbəbi nə ola bilərdi? 
• VIII və XIII əsrlərdə müsəlmanların Hindistana yürüşlərini müqayisə edin. 
Cavablandırın
Lüğət


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə