Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   32

26
Erkən orta əsrlər
• Əməvilər və Abbasilər sülaləsi dövründə Ərəb xilafətini müqayisə edin. 
Oxşar və fərqli cəhətlərini Venn diaqramı əsasında dəftərinizdə tərtib edin.
• Yuxarıdakı xəritə əsasında ərəb işğallarının xronoloji cədvəlini hazırlayın. 
Cavablandırın
3. Abbasilər sülaləsinin hakimiyyəti dövrü (750-1258).
Bu dövrdə paytaxt Bağdad şəhərinə köçürüldü. Elə bu səbəbdən Abbasilər 
dövlətini  Bağdad  xilafəti  adlandırırlar.  Harun  ər-Rəşidin  (786-809) 
zamanında Xilafət yüksəliş dövrü keçirirdi. Lakin onun vergiləri məhsulun 
miqdarına  görə  deyil,  əkin  sahəsinə  görə  hesablanması  qaydasını  tətbiq 
etməsi  kəndlilərin  vəziyyətini  pisləşdirmişdi.  Vəziyyətin  ağırlığı  ölkədə 
çoxsaylı üsyanlara gətirib çıxarırdı. Mərkəzi Asiyada VIII əsrdə başlamış 
Müqənna  üsyanı  və Azərbaycanda  Xürrəmilər  hərəkatı  bu  üsyanların  ən 
böyüyü idi. “Ümumi bərabərlik” ideyasını təbliğ edən hər iki üsyan milli-
azadlıq  hərəkatı  xarakteri  daşıyırdı.  Məğlubiyyətlə  nəticələnməsinə  bax-
mayaraq üsyanlar Xilafəti zəiflətdi və digər yerlərdə də əhalinin çıxaşlarına 
səbəb  oldu.  İri  feodalların  müstəqilliyinin  artması,  mərkəzi  hakimiyyətə 
tabe olmaması və əsarət altında olan xalqların azadlıq üsyanları Xilafətin 
parçalanmasına gətirib çıxartdı. İlk olaraq Pireney yarımadası ayrıldı. Bu-
rada sonralar xilafətə çevrilmiş Kordova əmirliyi yarandı. IX əsrdə isə Mi-
sir, Mərkəzi Asiya, İran və Əfqanıstan Xilafətdən ayrıldı. Sürətlə zəifləyən 
Xilafət tezliklə Səlcuqlardan asılı vəziyyətə düşdü. 1258-ci ildə isə Bağdadı 
tutan monqollar Abbasilərin hakimiyyətinə son qoydular.


27
İtaət altına alınmış xalqlarla birlikdə ərəblər zəngin mədəniyyət yaratmış-
lar. Avropalılar  ərəblərdən  çox  şey  öyrənmişdilər.  İndi  istifadə  etdiyimiz 
rəqəmləri  ərəblər  hindlilərdən  mənimsəyərək  dünyaya  bəxş  etmişlər. 
Görkəmli alim Əl-Biruni ilk qlobusu düzəltmiş, Yerin Günəş ətrafında fırlan-
ması  fikrini  irəli  sürmüşdü.  İbn  Sinanın  tibbə  aid  əsəri  latıncaya  tərcümə 
olunmuş və XVII əsrə kimi Avropa həkimlərinin tibbi vəsaiti olmuşdur.
Ərəb  tacirlərinin  olduqları  ölkələrdə 
eşitdikləri  nağıllar,  macəra  əhvalatları 
və  s.  əsasında  məşhur  “Min  bir  gecə” 
əsəri yaranmışdır.
İslam  dininin  insan  və  digər  canlı-
ların təsvir olunmasına qadağa qoyması 
heykəltəraşlıq və rəssamlığın inkişafına 
maneçilik  törətmişdi.  Lakin  memarlıq 
yüksək  səviyyədə  inkişaf  etmişdi.  Sa-
mirədə  Ulu  məscid  minarəsi  və  İs-
paniyada  Əlhambra  (“qırmızı”)  sarayı 
bunların ən parlaq nümunəsidir.
• İslam mədəniyyətinin əhəmiyyəti nə olmuşdur?
• “İslam mədəniyyəti” mövzusunda təqdimat hazırlayın.
Cavablandırın
İslam mədəniyyətinin yüksəlişi
Axtarın
Məhəmməd peyğəmbər, Kəbə, Kordova xilafəti, Əlhambra
Əlhambra sarayı
• Məhəmməd peyğəmbərin ağ rəngli dəvəsinin adı Kəsvə olmuşdur.
• Xəlifə Osmanın zamanında Qurani-Kərim vahid kitab halına salınmışdır.
• Tarixdə ilk xəstəxana Bağdadda xəlifə Vəlid tərəfindən yaradılmışdır.
Öyrənin
Şərq dünyası


28
Erkən orta əsrlər
Böyük Hun imperiyasının dağılmasından sonra hunların bir qismi Qərbi 
Türküstanda məskunlaşdılar. Onları “Ağ hunlar” adlandırırdılar. V əsrdə 
Ağ Hun dövlətində Eftal adlı hökmdar hakimiyyətə gəldi. O vaxtdan eti-
barən Ağ  Hun  dövlətini  Eftalit  dövləti  də  adlandırırdılar. Ağ  hunlar  fəal 
xarici siyasət yürüdür və qonşu əraziləri ələ keçirirdilər. Bu zaman dövlətin 
sərhədləri  Monqolustandan  Xəzər  dənizinə  qədər  çatırdı.  Dövlətin  ilk 
paytaxtı Bəlx şəhəri idi. Ağ hunların qərbdə əsas rəqibi Sasani imperiyası 
idi. Ağ hunlarla Sasanilər arasındakı ilk toqquşmalarda Sasanilər üstünlük 
qazansalar da, Ağ hunlar qərb istiqamətində hücumları dayandırmırdılar. 
Bu  da  Sasani  şahlarının  narahatlığına  səbəb  olurdu.  459-cu  ildə  Sasani 
şahı Firuz böyük bir ordu yığıb Ağ hunlar üzərinə yürüşə çıxdı. Ağ Hun 
hökmdarı  Ağsuvar  xan  düşündüyü  gözəl  hərbi  taktika  (Turan  taktikası) 
sayəsində Firuzu ağır məğlubiyyətə uğratdı. Nəticədə Firuz Mərvdən şərq-
dəki torpaqları itirdi və böyük məbləğdə təzminat verməyə məcbur oldu.
Böyük hunların varisləri
“Ərəblər at belində 
geriyə ox atmağı 
bacarmırlar. Türklər 
isə bunu məharətlə 
edirdilər. Türklərin 
dörd gözü var 
– 
ikisi 
üzündə, ikisi isə boy-
nunda.”
XI əsr ərəb müəllifi 
1. Yuxarıdakı şəkildə gördüklərinizi şərh edin.
2. Türklərin dörd gözü olmasını yazmaqla müəllif 
nə demək istəyirdi?
3. Yuxarıdakı açar sözlər haqqında nə deyə bilərsiz? 
Düşünün
Ağ hunlar
Eftalit
Turan taktikası
Göytürk
Uyğur
Bəngudaş
Açar sözlər
5
1.Qədim Hun imperatorluğu nə zaman və kim tərəfindən yaradılmışdır?
2.Türklər haqqında ən qədim məlumat hansı mənbələrdən əldə olunub?
Yada salın


29
Xaqanlığın ən qüdrətli dövrü Mihiraqulun hakimiyyəti (515-550) dövrü-
nə təsadüf edir. Bu zaman Ağ hunlar çoxdan bəri hücum etdikləri Şimal-qər-
bi Hindistanın işğalını başa çatdırdılar. Ağ Hun dövləti böyük əraziyə malik 
idi. Onun tabeliyində çoxlu xalqlar var idi. Zaman keçdikcə bu xalqlarda 
Ağ hunlara qarşı narazılıqlar artır, feodal əyanlarının müstəqillik meyilləri 
güclənirdi. Bu da dövlətin zəifləməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə 
Sasani dövləti ilə Göytürk dövləti Ağ hunlara qarşı birgə mübarizə aparmaq 
üçün ittifaq bağladılar. Bir neçə illik mübarizədən sonra, 567-ci ildə Ağ Hun 
dövləti süqut etdi. Onun ərazisi müttəfiqlər arasında bölüşdürüldü.
VI əsrin əvvəllərində göytürklər (“göydən enmiş türklər”) Altay dağlarının 
cənub tərəflərində yaşayırdılar. Onların tayfa birliyinə Bumın başçılıq edir-
di. Göytürklər jujanların asılılığında idilər. Bu asılılıqdan qurtarmaq üçün 
yollar axtaran Bumına kömək Çindən gəldi. Tezliklə Çinlə ittifaq bağlayan 
Bumın jujanları məğlub edib 552-ci ildə Göytürk dövlətinin əsasını qoydu. 
Dövlətin paytaxtı Ötükən şəhəri idi. Göytürk hökmdarlarını “el xaqan” və 
ya “xaqan” adlandırırdılar. Muğan xaqanın hakimiyyəti dövründə dövlət 
daxilən  möhkəmləndirildi,  ərazisi  genişləndi.  Çin  asılı  vəziyyətə  salındı. 
Şərq və qərb istiqamətində uğurlu yürüşlər aparıldı. Muğanın ölümündən 
“Turan taktikası” və ya «Qurd qapanı» təbiətdən götürülmüşdür. Qurdlar qış 
aylarında ac qalanda xüsusi ov taktikasından yararlanırlar. Bunun üçün qurd 
sürüsü iki qrupa bölünür. Birinci qrup fədai qrupu, ikinci qrup isə pusqu qrupu 
hesab edilir. Fədai qrupundakı qurdlar itlərin olduğu əraziyə girib itlərə hü-
cum edirlər. Fədailər özlərini məğlub kimi göstərib qaçmağa başlayırlar. İtlər 
isə  fədai  qurdların  arxasınca  qaçıb  üstünlük  əldə  etməyə  çalışırlar.  Qəfildən 
itlərin qarşısına çıxan gizlənmiş qurdlar onları tələyə salırlar. Qurdlar aypara 
şəklində düzülərək düşməni – itləri əhatəyə alırlar. Düşmən ayparanın içinə tam 
olaraq girdikdən və mühasirəyə düşdükdən sonra ayparanın ucları bir-birinə 
yaxınlaşaraq qapanır. Tələyə düşən itlərin işi artıq bununla bitir. 
strengthofturk.wordpress.com
Müzakirə edin
“Turan taktikası”nı piyadalarla süvarilərə qarşı tətbiq etmək mümkündürmü? 
• Ağ hunların Sasani torpaqlarını deyil, Hindistanın torpaqlarını işğal edə 
bilməsinin səbəbi nə ola bilərdi?
• Ağ Hun dövlətinin süqutunun səbəbləri hansılardır?
Cavablandırın
Göytürklər
Türk dünyası


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə