Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad



Yüklə 270,05 Kb.
səhifə1/8
tarix17.09.2017
ölçüsü270,05 Kb.
#570
növüQaydalar
  1   2   3   4   5   6   7   8



Hİcab

Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində

Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
Həmişə demişəm ki, çadra iranlı hicabıdır, iranlı qadın bunu seçib. Bu, yaxşı hicabdır, bununla hicabın qaydalarına riayət etmək mümkündür. İndi bəzilərinin iranlı və özümüzünkü olan hər şeydən acıqları gəlir, özümüzünkü olmayanları istəyirlər. Hər halda, çadrasız da hicaba riayət etsələr, şəriətə zidd bir iş görmüş sayılmırlar.

Birinci fəsil: Hicab Qərbin baxışında


Qərbdə qadının təhqir olunması

Qadın məsələsində siz müdafiə mövqeyində durmamalı, hücuma keçməlisiniz. Onlar bizə etiraz edirlər ki, nə üçün qadınlarınız hicablıdır? Nə üçün hicab məcburidir? Əvvəla, onların özləri də hicabsızlığı məcburi etmişlər. Bu bir məsələ. Lakin onların qadın problemi olduqca böyükdür. Qərb mədəniyyətində, Qərb dünyasında qadın pozğunluğa çəkilmiş, təhqir olunmuşdur. Diplomatik müzakirələr zamanı qadın və kişinin bir-birinin yanında, çiyin-çiyinə oturması qərblilərin qadına vurduqları zərbələri düzəldə bilməz. Onlar qadından ləzzət və ehtiras aləti kimi istifadə edirlər. Onlar düşünürlər ki, bəzənməyən qadının dəyəri yoxdur; qadın bəzənib-düzənməlidir ki, kişilər onu bəyənsinlər. Bu, qadına qarşı ən böyük təhqirdir. Sizin sözünüz var və bu məsələlərdə iddialısınız.



İslam İnqilabının Böyük Rəhbərinin Xarici İşlər Nazirliyinin əməkdaşları və İran İslam Respublikasının ölkə xaricindəki nümayəndəliklərinin başçıları ilə görüşdə çıxışından: 2004.


Hicab qadağası və Qərb demokratiyasının ifşası


İnqilab şüarlarının göründüyü 1978-ci ilin birinci yarısında Amerikanın ozamankı prezidenti Karter İrana gəldi və bir iclasda onun üçün hazırlanan çıxışı oxumayıb bədahətən başdan-ayağa Məhəmmədrzanı tərifləyən bir nitq söyləməyə başladı. Həmin işi bu gün də dünyanın çoxlu yerlərində görürlər, əvvəllər də görmüşlər, bundan sonra da görəcəklər. Məsələ burasındadır ki, onlar eyni zamanda demokratiya iddiası edirlər və dünya bu iddialara inanır. Biz öz cəmiyyətimizə baxdıqda bəzi təsirli və savadlı insanların, ziyalılıq iddiasında olanların demokratiyadan və xalqın səsinə hörmətdən söz düşdükdə tez Amerikanı xatırladıqlarını görürük. Onlar yalan deyirlər, demokratiyaya, azadlığa və xalqın səsinə əsla hörmət etmirlər. Bunun nümunəsi bəzi Avropa ölkələrinin məktəblərində hicabın qadağan olunmasıdır. Onlar qız şagirdlərin başörtüyü ilə sinfə gedib dərs oxumasına icazə vermirlər. Deməli, bu gün hegemonizmin əsas taktikası dünyanı və bəşəriyyəti aldatmaqdan ibarətdir.

İslam İnqilabının Böyük Rəhbərinin Həmədan vilayətinin dini alim və ruhaniləri ilə görüşdə çıxışından: 2004.


Qadın hüquqları məsələsində Qərbə qarşı tələbkarlıq


Dəfələrlə dediyim kimi, qadın məsələsində bizim iddialarımız, dünyadan tələblərimiz var. Birləşmiş Millətlər Təşkilatına bağlı olan və olmayan müəssisələrin, yaxud hansısa jurnalist təşkilatının gəlib insan hüquqları adı altında hicab məsələsini və bu qəbildən olan digər məsələləri sual altına salması, tələbkarlıq etməsi məsələnin həqiqətini dəyişdirmir. Biz bu məsələdə dünyaya qarşı tələbkarıq. Dünya dedikdə Qərb dünyasını nəzərdə tuturam. Biz Qərb dünyasına müraciət edib deyirik: Siz ümumi şəkildə bütün bəşəriyyətə və xüsusi olaraq qadına xəyanət etmisiniz. Siz qadın və kişini cinsi məsələlərə çəkməklə, cəmiyyətdə qanunsuz və nizam-intizamsız cinsi ifratçılıqları genişləndirməklə və qadını cazibədar şəkildə səhnəyə çıxarmaqla ona xəyanət etmisiniz. Məlumdur ki, qadın bəşər xilqətinin gözəl hissəsidir. Bu gözəl hissə təbii formada bir qədər pərdəli olmalıdır. Bu, insan varlığının gözəl və zərif hissəsinin xislətidir. Bu pərdəni götürmək, nizam-intizam, qanun tələb edən bir şeyi, həm qadında, həm də kişidə olan cinsi instinkti nizamsız buraxmaq birinci növbədə qadına, ikinci növbədə isə qadın və kişilərdən ibarət olan bütün bəşəriyyətə ən böyük xəyanətdir. Qərb bu işi görmüşdür və təbii ki, ilk və ən böyük zərər də özlərinə toxunmuşdur.

İndi həmcinsbazlıq məsələsi Qərb dünyasında bir problemə çevrilmişdir. Düzdür, üz vurmurlar, amma həqiqət budur ki, bu gün onların mütəfəkkirləri üçün böyük və çarəsiz dərdlərdən biri budur və çıxış yolu tapa bilmirlər. Cinsi məsələlərə, qadın və kişi münasibətlərinə dair belə işlərin, bayağı və çılpaq ədəbiyyatdan istifadənin, qadın cinsini - bəşərin gözəl, zərif və örtülü hissəsini iş, peşə və reklamdan ötrü nümayiş etdirməyin, onun təbəssümündən, gözəlliyindən, bədənindən və çöhrəsindən hansısa dəyərsiz və əskik məhsulu reklam edib pul qazanmaq üçün istifadə etməyin təbii sonucu belə də olmalıdır. Qərb dünyası, Qərbin siyasəti bunu etmişdir. Bu, dinlərə məxsus deyil, məsihilik və yəhudiliyə aidiyyəti yoxdur, təxminən 150 il öncədən dünyada başladılan yeni siyasətin nəticəsidir.



İslam İnqilabının Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü ərəfəsində alim qadınlarla görüşdə çıxışından: 2007.


Hicabı ləğv etməyin iffəti məhv etməyə müqəddimə olması


Qərb qadınının fəsad bataqlığına girməsi ailə institutunun məhvinə gətirib çıxardı. Hicabı ləğv etməklə qadın elmdə, siyasətdə, yaxud ictimai fəaliyyətlərdə inkişaf etmədi. Bunların hamısı hicab və iffətlə də mümkün idi. Biz İslam quruluşunda bunu sınaqdan çıxardıq. Hicabı ləğv etmək iffəti məhv etməyə, İslam cəmiyyətində həyanı sıradan çıxarmağa müqəddimə idi və insanları çox güclü cinsi amillə məşğul etməkdən ötrü həyata keçirildi. Məqsəd onları bütün işlərdən saxlamaq idi. Bir müddət buna nail oldular, amma İran xalqının güclü imanı qoymadı. Bizim müsəlman qadınlarımız yaradılan əngəllərə rəğmən, həmişə bu təzyiqin qarşısında müqavimət göstərdilər; Rza xan gedəndən sonra bir cür, onun dövründə bir cür, tağut rejiminin digər dövrlərində də bir cür. Buna görə 1978-ci ilin yanvar ayının yeddisində Məşhəddə müsəlman qadınların hicabı müdafiə üçün keçirdikləri böyük mitinq baş tutdu. Biz o zaman sürgündə idik. Məlumat aldıq ki, mömin, müsəlman və şücaətli qadınlar belə bir hərəkət etmişlər. Bu, tağut rejiminin faciələrinin bir hissəsidir. Dini amalları, əxlaqi dəyərləri, iqtisadi inkişafı və beynəlxalq iqtidarı məhv etmək, bir xalqın sərvətlərini havaya sovurmaq həmin tağut və bədnam rejimin işlərindən idi.

9 Yanvar qiyamının ildönümü münasibəti ilə Qum əhalisinin müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 2008.



Yüklə 270,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə