Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 
30 
Bir dəfə yox, min dəfə qəlbi, canı üşəndi, 
Generalın sözünü milyon kərə düşündü. 
 
Yerə, göyə sığmayan qəlbi talan-talandı: 
"Çox söz qara pərdədi", "çox şüarlar yalandı!" 
 
İnana bilməyirdi tuş gəldiyi illətə, 
Daha möhkəm bağlandı, doğma yurda, millətə!.. 
 
Dərin xəyala daldı, bəs indi nə etməli? 
Nə qədər hərb elmi var millətə öyrətməli!.. 
 
Mənim də ürəyimi ağrıdır bu halımız. 
Dənizimiz var, ancaq yoxdur admiralımız. 
 
Qonşudasa dəniz yox, admiralsa nə qədər. 
Bu ağır xəstəliyin əlacını kim edər?! 
 
Nə iş görək, neyləyək millətimiz oyansın, 
Hələ də mürgü döyə qeyrətimiz oyansın!.. 
 
Cavanlıq dünyasının üfüqləri gen olur, 
Arzular bolluğunda insan dəyişkən olur. 
 
Xəyalında İnqilab gedib Aya düşübdür, 
Gəncliyində nə qədər xoş sevdaya düşübdür. 
 
Bu həyat yel qanadlı, günlər nə tez ötüşdü
Münəccim olmağın da həvəsinə o düşdü. 
 
İnqilabın xəyalı enmək bilməyir yerə, 
Əfsanəvi quş kimi uçur ənginliklərə. 
 
Ulduz kimi yurd salır asimanın içində, 
Min yol itib-tapılır kəhkəşanın içində. 
 
Bu sirli kainatın başqa qanunu vardır, 
Sonsuzluğun bəlkə də axırı, sonu vardır?! 
 
Görünməyən ulduzlar indi də dilindədir, 
Görünür ki, çox şey var taleyin əlindədir. 
 
Bu həyatın müqəddəs qanunu var, pozulmaz, 


 
31 
Tale yazan yazılar yad əllərlə yazılmaz. 
 
Müəllimlik diplomu İnqilabın əlində, 
Məktəbdə dərs deyəcək doğma ana dilində, 
 
Şagirdləri yenə də gen açıb qollarını 
İnqilabın həsrətlə gözləyir yollarını. 
 
Əsgəri xidmətinə İnqilabın qalıb az, 
Doğma eli, obanı heç vaxt unutmaq olmaz. 
 
Çılğın gənclik günləri ağıza dad verirdi, 
Qarşıdakı görüşlə ona qanad verirdi. 
 
 
YÜKSƏLİŞ YOLLARINDA 
 
Bakıda gözləyirdi onu Şəfiqə xanım, 
İlqarına düz çıxdı mənim də qəhrəmanım. 
 
Silinəcək, gedəcək qəlbin ağrı-acısı, 
Bir neçə aydan sonra olacaq tibb bacısı. 
 
Hər zaman gözü yolda, hər zaman qəlbi səsdə. 
İnqilabsız elə bil yaşayırdı qəfəsdə. 
 
İllər gəlib keçdikcə zarafata dönüb bu
Neçə dəfə küsübdür gec gələndə məktubu. 
 
Sevgi-məhəbbət imiş ürəyin sarı simi, 
Qabaqda bir dağ kimi durur toy mərasimi. 
 
İnqilab kasıbçılıq çəkmişdi ömrü boyu, 
Təzəcə dəb düşmüşdü onda komsomol toyu. 
 
Bu toyun da var idi öz dadı, öz ləzzəti, 
Təki pozulmaz olsun gəncliyin sədaqəti... 
 
Ürəklərin sevgisi bulaq kimi qaynadı, 
Dost-tanışlar, qohumla yorulunca oynadı. 
 
Çox qəmlər, ehtiyaclar  əbədi qalmaz, ötər, 
Ana arzuya yetsə, millət arzuya yetər. 


 
32 
 
Çiçək ana da toyda oynadı aram-aram, 
Şərəfinə, adına göstərildi ehtiram. 
 
Oynayanlar elə çox tutmurdu geniş zalı, 
Sevənlər vəcdə gəldi çalınanda "Vağzalı"!.. 
 
İnqilab dayanmışdı komsomolun başında, 
Xatirələr indi də yaşayır yaddaşında. 
 
Şagirdlərdən ayrılmaq olsa da, çətin, acı, 
Ancaq ödənməliydi rayonun ehtiyacı. 
 
Demirəm təzə işi əzablı, çətin oldu, 
Komsomol sırasında İnqilab mətin oldu. 
 
Cavanlıq çağlarından qurdu, tikdi, yaratdı, 
Xeyirxah işləriylə gündən-günə boy atdı. 
 
Sabahı nurlu olan doğru bir yol gedirdi
Tək cavan yox, qoca da onunla fəxr edirdi. 
 
Günü hər vaxt keçirdi gənclərin arasında, 
Pambıq da toplayırdı onların sırasında. 
 
Ömründə bilməyirdi nə inciklik, nə küsü, 
Həyata yol tapırdı niyyəti, təşəbbüsü. 
 
Gənclər ilə işləmək açdı onun gözünü, 
Uca kürsülərdən də dedi ürək sözünü. 
 
Kosmonavt məsələsi yamanca dərs olmuşdu. 
Odur ki, İnqilab da tələbkar, tərs olmuşdu. 
 
Əsgərlik illərini düşünüb yana-yana, 
Hərdən dözə bilmirdi qəlbindəki tufana!.. 
 
Generalla söhbəti qəlbini hey çalırdı, 
Nə qədər səbri varsa əllərindən alırdı. 
 
İnqilabı dağ kimi tərpədirdi yerindən, 
Hərb elmini bilməli gənclərimiz dərindən. 
 


 
33 
Bu amalla həmişə məktəblərə gedirdi
Cavanların özüylə şirin söhbət edirdi. 
 
Əməkçi insanların saxlardı tərəfini, 
Gənc ikən qoruyurdu gəncliyin şərəfini. 
 
Vəzifə kürsüsündə biliyi artdı xeyli, 
Gənclik elə gözəldi, düzlüyə artdı meyli. 
 
Addımını atdıqca dağı, düzü öyrəndi. 
Ədalətli qərarı, doğru sözü öyrəndi. 
 
Kolxoza başçı gəldi hələ cavan yaşında. 
Az etsə də sədrlik, qaldı xalq yaddaşında. 
 
Həyat çox qəribədir, düz sözü düz açan var. 
Onun sədrliyindən indi də söz açan var. 
 
Komsomol katibiydi, adı-sanı var idi. 
Rəhbərliyi altında qızlar, oğlanlar idi. 
 
Onlarla bir çalışmaq maraqlıydı necə də, 
Bəzən doğma evinə dönməyirdi gecə də!.. 
 
Gündə bir cür tədbirdə, gündə bir iş başında, 
Pambıq, taxıl, barama, tikinti təlaşında. 
 
Həm çətin, həm şərəfli İnqilabın yolları, 
Dövrəsinə yığmışdı fədakar oğulları. 
 
Dünyanın qüdrətini duyurdu qollarında, 
Ucalmaq istəyirdi ömür-gün yollarında. 
 
Çətinliyi sevənə asan iş qəhət oldu. 
"Kənddə sədr işləmək", belə məsləhət oldu. 
 
Sədrliyə keçəndə boran idi, qış idi. 
Oğru, quldur əlində var-yox talanmış idi. 
 
Pisləşmişdi güzəran, dolanacaq ağırdı, 
Adamların üzündən ümidsizlik yağırdı. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə