Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Damarları donduran buzun, qarın içindən. 
 
Mənzilimə çevrilib çox nəmli damlar mənim, 
Qollarımdan tutubdur yaxşı adamlar mənim. 
 
Haqq sözümü bir daha deyirəm insanlara, 
Gündüzüm gecə olar ağa söyləsəm qara. 
 
Məni qorxuda bilməz daş zindanlar, qalalar, 
Həqiqətin yolunda xoşdur çəksəm bəlalar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Prezident Heydər Əliyev cənablarının 
Binəqədi rayonunda qarşılanması 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
Azərbaycan Respublikasının prezidenti 
Heydər Əliyev Milli Qvardiyada paradı qəbul edərkən. 
28 may 1998-ci il 


 

Rəhbərlərdən hər zaman bir az uzaq olmuşam, 
Elə bu məramla da uca bir dağ olmuşam. 
 
Təkcə Heydər atanı öymüşəm bu yaşımda, 
O zaman ki, deyildi, hakimiyyət başında!.. 
 
İdrakım hər vaxt məni haqqa tərəf gətirdi
Bu mövqeyim adıma böyük şərəf gətirdi. 
 
Götürmək istəyirdi "bəylər" onu aradan, 
Başqa dəlil gəzməyək, onunlaydı Yaradan. 
 
Çox başa keçənləri idraksız, kar görmüşəm, 
Təkcə Heydər atanı bir xilaskar görmüşəm. 
 
Biganəlik dünyada qəzəbim, nifrətimdi, 
Xalqı düz yola çəkmək mənim təbiətimdi!.. 
 
Çoxu elə bilirdi bu yollarda azmışam, 
Çətin vaxtda millətin dərdindən mən yazmışam. 
 
Şairlərin sinəsi ordenlə bəzənəndə, 
Nəmli məhbəs küncündə əsər yazmışam mən də!.. 
 
Atıldığım guşələr daş zindanlar olubdur, 
Bu həyatda min cürə haqsız qanlar olubdur. 
 
Neyləyəsən, çoxları bilməyir öz yerini
Görmək istəmir gözüm şeir sürtüklərini. 
 
Buqələmun xislətli şairlər nə yazıqdı, 
Bu dərdləri çəkməkdən qəlbim qazıq-qazıqdı. 
 
Ellər yaxşı halidir kədərimdən, qəmimdən, 
Dissident ədəbiyyat çıxıbdır qələmimdən. 
 
Təqib, ehtiyac, zülüm çıxarsa da kömrümü, 
Mən haqqa, ədalətə həsr etmişəm ömrümü. 
 
Azərbaycan xalqının əsl Ozanı mənəm, 
MiIIətin taleyindən doğru yazanı mənəm! 
 
Hər kəlməmə, sözümə bir ölüm hökmü düşür, 


 

Ölməyib sağ qalmışam, allahıma min şükür. 
 
Haqq işimi nə qədər əyib "böyüklər" mənim, 
Kürəyimi ağrıdır hələ o yüklər mənim. 
 
Ağaların önündə əyilmədim bir kərə, 
Mən onları bənzətdim "Seçilmiş eşşəklərə"!.. 
 
Əllərimdən tutaraq bunu özləri yazdı, 
Ürəyimdən, qəlbimdən gələn sözləri yazdı. 
 
Belə ağır yol seçdim: çarəsizdim həyatda, 
Özüm qoydum başımı cəllad baltası altda. 
 
Məni əyə bilmədi Bayılın məhbəsləri, 
Ordaca yazdım "Zindan guşəsindən səslər"i... 
 
Düz olsam da işimdə düşmüşdüm zindanlara, 
Mənimləydi allahım, qalib gəldim onlara... 
 
Mən də bir insan kimi yeri, göyü sevirəm. 
Düzlüyü, doğruluğu, bütövlüyü sevirəm. 
 
Əməllərim ömrümün "budağında" bar kimi, 
Tanınmışam hər yerdə haqqa tərəfdar kimi. 
 
Sənətkarın dünyada hər bir sözü əsasdır, 
Mən həyata enmişəm, həyat özü əsasdır. 
 
"Mən buyam", deyə-deyə üzə, gözə ha dirən, 
Əməlidir, işidir insanı fərqləndirən. 
 
Bu meyarla həmişə baxmışam insanlara, 
Bir səcdəgah zənn edib baş əyirəm onlara. 
 
Tarazlıq da pozulmaz hər kəs bilsə yerini, 
Gəlin, ucada tutaq insan əməllərini!. 
 
El yolunda ölməyə mən həmişə hazıram, 
Haqsızlığa dözməyib bu əsəri yazıram. 
 
Hər kəlməsi yumruqdur nadürüstə, bədxaha, 
Oxucum, bundan artıq sənə nə deyiııı daha!.. 


 

Götürdüyüm ağır yük sizə gəlməsin asan. 
Vəsf etdiyim qəhrəman sadə, adi bir insan. 
 
Ağlı başında olan dəyanətli adamdı, 
Ellərin məclisində çox hörmətli adamdı. 
 
Quruca bir böhtana bəzən sağ bədən gedir
Ariflər tez bilər ki, bu söhbət nədən gedir. 
 
Xəyalıma gəlməyən naqis işləri gördüm
Üzərinə qıcanan vəhşi dişləri gördüm. 
 
Təlatümə salmışdı qaynar görüşlər məni, 
Özünə dost etmişdi gördüyü işlər məni. 
 
Dost böhtana düşəndə lal olmazdım daş kimi, 
Qələmimə sarıldım əsl vətəndaş kimi. 
 
Haqsızlıq ucbatından bürünsəm də ələmə, 
Onu tanıtmaq üçün mən sarıldım qələmə. 
 
İnsan adlana bilməz haqqı, düzlüyü əyən. 
Bu günündən nə deyər dünənini bilməyən? 
 
Oxuyub tanış olun, bu yeni bir kitabdır, 
Vəsf etdiyim qəhrəman Nadirli İnqilabdır. 
 
Qədri bilinməyirsə insanın sağlığında, 
Çəmənləri gül açmaz aranın da, dağın da!.. 
 
Soy kökümün üstündə cücərən bir vələdəm, 
Təpədən-dırnağadək İnqilaba bələdəm. 
 
Qıy təpərsə dağların qayaları çapılar, 
Vətəni onun qədər sevən az-az tapılar. 
 
Öz vaxtında tanısaq hər adamı dərindən, 
Həyat dərsi alarıq onun əməllərindən. 
 
Ağaclar da əkmişəm qumsal yerə, daş yerə, 
Bir tərif deməmişəm mən heç zaman boş yerə. 
 
Tanrıya çox doğmadı tikən, quran insanlar, 


 
10 
Haqq, ədalət uğrunda möhkəm duran insanlar. 
 
Böyük tanrımız bizim daim haqqa tərəfdir, 
Yaxşı insanı tapıb ucaltmaq da şərəfdir. 
 
Misraları səpmirəm təntənəli tost kimi, 
Bu əsəri yazıram qardaş kimi, dost kimi. 
 
Əzəldən bilirsən ki, sözü birbaş deyirəm, 
Hər şeydən öncə sənə mən vətəndaş deyirəm. 
 
Bu haqda bir söz qalıb, qoy söyləyim açıqca, 
Mən də ucalacağam, sən qalxıb ucaldıqca!.. 
 
Ev yıxmaq istəyənə bu cavabdır, acıqdır. 
Haqqı sevənlərin də mənzili ucalıqdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə