Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 
34 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İnqilab Nadirli həyat yoldaşı Şəfiqə xanım ilə 
 
1983-cü il 
Mal-qara fermasında nə yem vardı, nə ələf. 
Heydən düşən heyvanlar bir-bir olurdu tələf... 
 
Ağlayan tapılmışdı kənd əhlinin gününə, 
Çətinlik az vaxtdaca qoyuldu öz yönünə... 
 
Komsomolun bu nəsli bir qəribə nəsildi
Aradan çox keçməmiş əyri yollar kəsildi. 
 
Qarşıda duran işlər çox çətin, ağır işdi. 
Onların icrasına hamı qəlbdən girişdi. 


 
35 
Qəribə görünsə də, demirəm ki, yanıldı, 
Qışdan sağ çıxsın deyə danalar paylanıldı. 
 
Qohum, qonşu, dost, tanış çatdı onun dadına. 
Bu da bir ehtiramdı İnqilabın adına. 
 
Bələd idi kəndinin torpağına, daşına, 
Camaatı İnqilab yığa bildi başına. 
 
Əkin, biçin, nə varsa görüldü öz vaxtında, 
Dedilər, bir uğur var İnqilabın baxtında. 
 
Adamlar dilbir olub, işlədi saat kimi, 
Vallah, yoxdur camaat belə camaat kimi!.. 
 
Hər bir yerdə intizam, bütün işlər rəvandı. 
Hamı öyünürdü ki, ağsaqqalı cavandı!.. 
 
Ölən ruhlar "təbibin" əllərində dirildi, 
Tarlalarda bolluca pambıq yetişdirildi. 
 
Tale çəkdi sınağa onu darda, çətində, 
İnqilab o zamandan hamının diqqətində. 
 
Bir təzə söhbət üçün oxu qoydum kamana
Mən yenidən qayıdıb dönürəm o zamana. 
 
"Ağ qızılı" yığmağa hazırlaşırdı hər kənd... 
O vaxt qayda beləydi - bağlanırdı bərə, bənd. 
 
İşə soyuq yanaşan hər bir zaman cəzada, 
Kol üstündə qalmasın gərək bircə qoza da.. 
 
Təzə hakimiyyətə gəlmişdi Heydər ata. 
Ürəkdən istəyirdi baş çəksin camaata! 
 
Bünövrə möhkəm olur səbr ilə hörüləndə
İş aynaya çevrilir göz ilə görüləndə. 
 
İntizarda qalmışdı neçə mahalın gözü. 
Tarlalara gələcək Heydər atanın özü. 
 
Taleyə bax, ilk dəfə Hüsülüyə gəlibdir, 


 
36 
O zamandan İnqilab tanınıb, yüksəlibdir. 
 
Məmləkəti görməyə çıxmışdı Heydər ata. 
Tarlaları gəzirdi qan-tərə bata-bata. 
 
O, tez-tez görünürdü, adamlar arasında. 
Gəzdiyini tapırdı onların sırasında. 
 
İnqilaba əl verib mehribanca görüşdü. 
Məhsulu artırmaqdan söhbət düşdü, söz düşdü. 
 
Sorğu-suallar oldu necə gözəl, maraqlı. 
Eşitməzdin gəzsəydin min il əliçıraqlı. 
 
Gözləri götürmürdü çox nadanın, paxılın, 
Sortu dəyişəcəkdi bu payızdan taxılın. 
 
Pambığın yığımında güvənirdi maşına. 
Həmin sözlər gəlmişdi rəhbərin də xoşuna. 
 
Onun doğru, məntiqli sözlərinə inandı 
Ağlı başında olan təşəbbüskar cavandı. 
 
Heydər ata həmişə inanır insanlara, 
Onları tanımaqçün yaxın gedir onlara. 
 
Mənalı suallardan İnqilab gəldi vəcdə. 
Elə zaman olacaq ona edəcək səcdə. 
 
Yayda yaz yeli əsdi bu kəndin üzərindən. 
İşgüzar İnqilab da qaçmadı nəzərindən. 
 
Rəhbərin baxışı da fikir deyir, söz deyir. 
Dünyada deyilməyən sözləri də göz deyir. 
 
O mehriban baxışlar sanki min il tanışdı, 
İnqilab bu barədə qəlbində hey danışdı. 
 
Gecə düşdü, qəmər də üfüqlərdə batmadı. 
İnqilab da sevincdən sübhə kimi yatmadı. 
 
Tarladakı ilk görüş ömrü boyu yadında, 
Bu görüş dönüş oldu onun etiqadında. 


 
37 
İncitsə də, əzsə də, min cür ağır iş onu, 
Düz yollara çıxardı bu xoşbəxt görüş onu. 
 
Arzusuz qalan ürək boşdu, təkdi, virandı, 
Qurmaq, tikmək hissi də varlığında yarandı. 
 
Torpağa məhəbbəti artdı, çoxaldı qat-qat, 
Gördüyü işlərindən hər ay verdi hesabat. 
 
Adi tapşırıq deyil, mənası vardı dərin, 
Nə sirr vardısa burda tələbiydi rəhbərin. 
 
Belə diqqət heç zaman, heç yerdə görünməmiş. 
İnsanı yaxşı-yaxşı öyrənməkdə bu da iş!.. 
 
Qəlbində xoş diləklər pıçıldadı ahəstə, 
Həmişə hiss elədi onu başının üstdə. 
 
Hər kəlməsi necə də əziz, mənalı, dərin. 
Müqəddəs bir and oldu hər çağrışı Heydərin. 
 
Şərəfini artırdı dəyanətli olması, 
Heydər kimi ataya sədaqətli olması. 
 
Axıradək bir oldu əhdində, ilqarında. 
Əzizlədi, süslədi ürəyinin varında. 
 
Ustadından öyrənib yaratmağı, qurmağı, 
Qasırğalar önündə kişi kimi durmağı... 
 
Orada güllər açdı - hara qoysa əlini 
Pambıq ilə taxılın yaxşı tapdı dilini. 
 
İlk raport verdiyi də Heydər Əliyev oldu. 
Elə fərəhləndi ki, - gözləri yaşla doldu. 
 
Tale onu göylərdən bu millətə yetirdi. 
İnqilab hər görüşdə bir universitet bitirdi. 
 
Onda insan dinləmək mədəniyyəti vardı. 
Bu, hər kəsin qəlbini açmaq üçün açardı. 
 
Sadə rəftarında da bir böyüklük görürdü. 


 
38 
Ona məhəbbətini kərpic-kərpic hörürdü. 
 
Bir möcüzə kimiydi sevinməyi, dolmağı. 
Bəxtiyarlıq sayırdı ona bənzər olmağı. 
 
Demək, nəsə baş verib, - tökən zaman hirsini, 
Ondan da götürürdü mənəviyyat dərsini. 
 
İdarə etmək dərsi onun əsas dərsidir. 
Bu dərs onun gələcək nəsillərə irsidir. 
 
Bu Vətən torpağını qarış-qarış axtar, gəz, 
Onun yoluyla gedən heç bir zaman büdrəməz. 
 
Çalışdığı rayonda 
ikinci katib oldu
*

Təcrübəsi çoxaldı, bir az da yaşa doldu. 
 
Pambıq, taxıl qayğısı gündəlik qayğısıydı. 
Bir işin ləngiməsi dərdi, qəmi, yasıydı. 
 
Adamlara hörməti, dərin ülfəti vardı. 
Dünyaya göz açandan bu inamla yaşardı. 
 
Gah girərdi sinifə, gah gəzərdi məktəbi. 
Unutmurdu bir an da keçmişdəki mətləbi. 
 
Gedə bilməz bu millət, - deyirdi uzaqlara. 
Hərb elmini dərindən öyrədin uşaqlara. 
 
İşi elə çətindi, hər günü qələbəlik. 
Bir azdan Moskvada başlandı tələbəlik. 
 
Çox şeydən bixəbərdi doğulan gündən bəri, 
İnqilaba dərs dedi Kremlin rəhbərləri. 
 
Burda dərin alimlər oxuyur mühazirə, 
İnqilab başqalaşıb dəyişir birdən-birə. 
 
 
Min yol saf-çürük edir nə qədər əhvalatı, 
                                                 
*
 Ağcabədi rayon partiya komitəsinin II katibi nəzərdə tutulur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə